Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   16   17   18   19   20   21   22   23   ...   107

- 4 -
Z.Bünyadovun fikrincə, Şirvan tarixində  ərəb Rəbiə tayfasının Şeyban
qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə
olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil
Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar.
Dövlətin yaradıcısı  Şirvanın birinci rəsmi məliki Yezid ibn Məzyədin
nəvələrindən Heysəm ibn Xalid olub.
IX əsrin ortalarında Şirvanda Məzyidlər (861-1027) sülaləsinin
hakimiyyəti başlanır. Heysən xilafətdə başlanan iğtişaşlardan istifadə edərək
Şirvanın istiqlalını bərpa edir.
Qədim Albaniyanın Şərq hissəsi Şirvan adlanmışdır. X əsrdə
Şirvanşahlar yerli feodallardan haşimilərə məxsus Dərbəndi də öz hakimiyyəti
altına alır. Müxtəlif dövrlərdə  Şəki, Beyləqan, Bərdə  Şirvanşahların
tabeçiliyində olub. Lakin bu sərhədlər sabit deyildi. Dövlətin paytaxtı  əvvəlcə
Şirvan,  X  əsrin  I  rübündən  etibarən  Yezidiyyə  (Şamaxı)  şəhəri  olub.  IX  əsrin
axırlarında Məzyədilər əvvəlcə Sacilər, sonra isə Salarilər dövlətinə tabe idilər.
Lakin bu asılılıq nominal xarakter daşıyırdı.
Tədqiqatçı  Şəriflinin araşdırmaları göstərmişdir ki, Xilafət süquta
uğrayan zaman Azərbaycan ərazisində  Şirvanla yanaşı  Şəki, Muğaniyyə
şahlıqları yaranmışdır. Muğaniyyə Alazan çayının Kür çayına töküldüyü
sahilboyu ərazini əhatə edirdi. Və onun Muğan düzünə heç bir dəxli yox idi.
Şəki hakimləri öz müstəqilliyini qoruyub saxlaya bilmiş, Muğaniyyə isə
Şirvanşahlara tabe edilmişdir.
1014-cü ildə Xəzər vasitəsilə Bakıya gəlmiş ruslar (Əslində Bulqarlar
idi). Şirvanşahlarla toqquşmuşlar. 1030-cu ildə ruslar 38 gəmidə Bakı limanında
yenə  Şirvanşahlarla toqquşdular. Qənimətlə qayıdan rusların qarşısını kəsən
Dərbənd əmiri hər şeyi onların əlindən aldı.
XI əsrin 60-70-ci illərində Şəddadi Şavur Şirvana hücum edir və 40 min
dinar xərac alıb geri qayıdır. Səlcuq Sultanı Məlikşahın dövründə (1072-1092)


- 5 -
Şirvanşahlar titulu ləğv edilir, onun hakimləri Məlik adlanır. Ümumiyyətlə,
Səlcuqlar dövləti (1038-1157-ci illərdə) mövcud olub.
Səlcun dövlətinin dağılması Azərbaycan feodal dövlətlərinin bərpası və
inkişafı üçün şərait yaratdı. Kəsranilər sülaləsindən olan (1027-1382)
Şirvanşahlar yaranmış vəziyyətdən istifadə edərək müstəqil hökmdarlara
çevrildilər. II Mənuçöhr (1120-1149) və onun oğlu Axsitanın (1149-1203)
dövründə Şirvan dövləti Azərbaycanın istiqlal mübarihəsinin mərkəzi oldu.
Kəsranilərin yalnız saray qvardiyası və quru qoşunları deyil, həm də
donanması da vardı.
Səlcuq əsarətinə qarşı mübarizədə o dövrdə xeyli güclənmiş Gürcüstan
arasında yaxınlıq yarandı. Gürcü çarı IV Davud (1089-1125) qıpçaq rəhbərinin
qızı ilə evləndi. 45 min seçmə qıpçaq döyüşçüsü ailəsi ilə birgə Gürcüstana
köçürüldü. Gürcülər Şirvanla birgə səlcuqları məğlub edib 4 min əsir aldı.
Səlcuqlarla mübarizədə II Mənuçöhr əsir düşdü. Lakin 1123-cü ildə
Şirvan dövləti səlcuqlardan azad olaraq istiqlaliyyət qazandı. Şirvanşah II
Mənuçöhr IV Davidin qızı ilə evləndi. Şirvanşah Ağsitan gürcülərin köməyi ilə
Dərbənddən Şirvana soxulmuş qıpçaqları qovdu, 1175-ci ildə rus hücumlarını
dəf etdi.
Şirvanda hakimiyyətdə olan sülalələr:
1). Məzyədilər – 861-1027-ci illər.
2). Kəsranilər sülaləsi – 1027-1382-ci illər.
3). Dərbəndlilər sülaləsi – 1382-1538-ci illər.
Səfəvi Şahı I Təhmasib (1524-1576) 1538-ci ildə  Şirvanşah Şahruxu
(1535-1538) əsir alıb, Təbrizdə edam etdirdi, Şirvanşahların müstəqilliyinə son
qoyaraq Əlqas Mirzəni buraya ilk bəylərbəyi təyin etdi.
797-ci ildə  Şirvanda ərəblər əleyhinə güclü üsyan baş vermişdi. Bu
hadisədən ərəblərin düşmənləri Bizans və Xəzərlər istifadə edib Şirvana hücum
etdilər. Xəzərlər Şirvan və Dərbənd əhalisindən 100 minə qədər əsir apardılar.


- 6 -
Şirvanşah I İbrahim və Mənuçöhr tarixdə gözəl ad qoymuşlar. Xəqani
Mənuçöhr haqqında xüsusi qəsidə yazmışdır.
S.Aşurbəylinin yazdığına görə  Şirvanşahlar sülaləsi 1549-cu ilə qədər
davam etmişdir.
Şəddadilər dövləti (971-1088-ci illər)
X əsrin II yarısında Azərbaycanda meydana gələn müstəqil dövlətlərdən
biri də paytaxtı Gəncə olan Şəddadilər dövləti idi. Bu dövlətin əsasını qoyan
mənşəcə kürd Məhəmməd ibn Şəddad olub. Salari hakimi Mərzuban əsirlikdə
qaldığı 5 il müddətində Məhəmməd ibn Şəddadın oğlu Əli I Ləşkəri 971-ci ildə
Gəncə  əmirliyinin əsasını qoyur. Əvvəlcə onun atası Dəbili tutub özünü
müstəqil elan etmişdir. Bu dövlət Arran, Naxçıvan, Sünik və Qafan ərazilərini
əhatə edirdi.
Qısa müddətdə Ləşkəri Bərdə, Şəmkir, Erməniyyənin xeyli hissəsini
Şəddadilərə birləşdirdi. I Fəzl Beyləqan da bu dövlətə qatıldı.
Ərəb tarixçisi İbn-Əl Əsir yazır ki, «Kürd Fəzlun 1030-cu ildə Xəzərlər
üzərinə hücum etdi, onlardan çox adam qırdı, əsir tutdu və böyük miqdarda
qənimət aldı. O, ticarət və hərbi məqsədlə Araz çayı üzərində körpü saldı.
(1027-ci il). Çox güman ki, bu, məşhur Xudafərin körpüsüdür. Bu körpü işğal
olunmuş Cəbrayıl rayonu ərazisindədir. Burada bir-birindən 800 metr məsafədə
yerləşən 2 körpüdən ibarətdir. I körpü 15 tağlı, 2-ci isə 11 tağdan ibarətdir.
Çayın üzərindəki təbii qayalar dayaq rolunu oynayır.
Əbüləsvər Şavur dövründə (1050-1067) dövlət daha da möhkəmlənir.
Gürcülər və  Şirvanşahlarla müharibələr davam edir. Alan tayfaları və
Səlcuqların hücumlarından qorunmaq üçün tədbirlər görülür. Gəncənin ətrafına
xəndək qazılıb, hasar çəkilir.
1063-cü ildə usta İbrahim Osman oğlu məşhur Gəncə qapılarını
düzəldir. Qapı üzərində qazi Əbülfərəc Məhəmməd ərəbcə Kufi xətti ilə bu
sözləri yazdı: «Bismillahir-rəhmanir-rəhim». Bu qapıları düzəltməyi mövlana


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə