Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   24   25   26   27   28   29   30   31   ...   107

3
XIV əsrin 80-ci illərində Əmir Teymur Xarəzmin qoşunlarını tamamilə
özünə tabe etdikdən sonra, Azərbaycan və Yaxın Şərqi özünə tabe etmək üçün
hazırlığa başladı. Sultan Əhməd Əmir Teymurun hücumuna dözmədi və
Bağdada qaçdı. Azərbaycanın Cənub hissəsi Cəlairi hökmdarının Əmiri olan
Qaraqoyunlu Qara Məhəmmədin qoşunları tərəfindən zəbt olundu.
1386-cı ilin qışındav Qızıl Orda xanı Toxtamış 90 minlik qoşunla
Dərbənd keçidindən Azərbaycana yürüş etdi. Marağanı, Təbrizi talan etdilər.
Azərbaycan uğrunda Teymura Toxtamış arasında gedən mübarizə
Teymurilərin xeyrinə qurtardı. Teymur 1395-ci ildə Dərbənddən Şimala keçərək
qızıl Orda xanının torpaqlarına soxuldu. Bu yürüşdə I İbrahim də iştirak edirdi.
Beləliklə, Azərbaycan Qızıl Orda xanlarının basqınlarından xilas oldu və qısa
müddətə Teymurun əsarəti altına düşdü.
Azərbaycanın Cənub hissəsi Teymurun oğlu Miranşahın hakimiyyəti
altına keçdi. Toxtamışı Sibir xanı Sadıbəy öldürdü.
Təbriz əhalisi Miranşaha qarşı üsyana qalxdı, lakin qiyam amansızlıqla
yatırıldı. Şəkililər də Teymurilərə qarşı inadla müqavimət göstərib, qəhrəmanlıq
nümayiş etdirirdilər. Əlincə qalasının Müdafiəsi (1387-1401) xalqımızın azadlıq
uğrunda mübarizəsinin mühüm səhifələrindəndir. Əlincə qalası 12 illik
mərdliklə müdafiə olunduqdan sonra daxili feodal çəkişmələri nəticəsində
Teymur tərəfindən fəth edildi. Teymur Əlincə qalasını ələ keçirdikdən sonra öz
əzəməti ilə onu heyrətə gətirən bu qalanı xüsusi ziyarət etmişdir.
Teymur 1398-ci ildə Hindistana hücum endərək Dehlini tutmuş, 1400-
1401-ci illərdə Sivas, Dəməşq və Bağdadı işğal etmiş, 1402-ci il Ankara
vuruşmasında Sultan Bəyazidi məğlub edərək əsir götürmüşdür. İldırım Bəyazid
bu məğlubiyyətə dözməyərək 1403-cü il 8-9 martda özünü öldürmüşdür.
1396-cı il osmanlılara qarşı IV Xaç yürüşündə məğlubiyyət acısının
xiffətini yaşayan Avropanın xristian kilsələrində 3 gün Əmir Teymurun şərəfinə
dualar oxunmuşdur.


4
Teymur 1404-cü il martın 27-də Ağdamda Ərdəbil Sultaniyyə Həmədan
yolu ilə Səmərqəndə qayıtmış Çinə hücum ərəfəsində xəstələnib ölmüşdür.
Teymurun deyimlərindən: «Göydə Allah tək olduğu kimi, yer üzündə də
ancaq bir padşah olmuşdur. Bəşəriyyətə 2 padşah ağalıvq edə bilməz».
Teymurun ölümündən sonra (1405) Azərbaycan Miranşahın oğlu Ömər,
sonra Əbubəkr tərəfindən idarə olunurdu. Lakin Əbubəkr də tezliklə
Qaraqoyunlu Qara Yusif tərəfindən məğlub edildi.
Bu qələbədən sonra Yaxın Şərqin xeyli hissəsi Teymurun əlinə keçdi.
Hələ XIV  əsrin sonlarındva Azərbaycanda islam dini ehkamlarına və
Teymurilər hökmranlığına qarşı yönəldilmiş dini-siyasi hərəkat – Hürufilik
yayılmağa başladı. Teymurun ölümündən sonra baş vermiş daxili müharibələr
ölkə  əhalisindən sonra baş vermiş daxili müharibələr ölkə  əhalisinə olmazın
əzablar gətirmişdir. Daimi hərbi əməliyyatlar, dözülməz həyat şəraiti, əzilən
kütlələri fəaliyyətə cəlb etdi.
Bu dövrdə antifeodal mübarizəsi dini müxalifət şəklində təzahür edirdi.
Radikal şiə məzhəbi olan hürufilik Teymurilər və feodal özbaşına qarşı barışmaz
mübarizə aparırdılar. Bu təlimin banisi Məhəmməd Təbrizinin oğlu Fəzullah
Nəimi idi.
XIV əsrin sosial-siyasi vəziyyətindən rişələnmiş hürufilik təlimi
Azərbaycanın sosial-fəlsəfi fikir tarixində mühüm yer tutan məzdəkilik,
xürrəmilik və  əxilik hərəkatı ilə üzvi surətdə bağlı idi. İlk dəfə Naxçıvanda,
Astrabadda yayılmış, Fəzullahın qətlindən sonra şagirdi Əli ül-Əlanın başçılığı
ilə hürufilər Türkiyə  ərazisində fəaliyyət göstərmiş və türk dilində geniş
ədəbiyyat yaratmışlar.
Hürufiliyə görə Allahın yaratdığı dünya daim dövr edir və bu görünən
dəyişikliklərin səbəbidir. Allah 2 yolla təzahür edir. Allahın özünəbənzər
yaratdığı insanda və Allahın nitqində – «Quran»da və  şeylərin adında Allahın
insanda təzahürü, insanın qurtuluş pillələrindən ibarət üç mərhələyə ayrılır:
Peyğəmbərlik (Nübuvvət), İlahi himayədarlıq (vilayət), İlahilik (ulu Hiyyat).


5
Peyğəmbərlik Məhəmmədlə başa çatmışdır. Ondan sonra İlahi himayədarlar şiə
imamları gəlir. Nəimi isə axırıncı himayədar və həm də birinci canlı allahdır
(Xuda), 3-cü mərhələnin banisidir. Bu təlimə görə insan öz varlığında olan İlahi
ünsürü əxlaqi və mənəvi təkamül yolu ilə inkişaf etdirir və Allah dərəcəsinə
yüksəlir. Onunla eyniyyət təşkil edir.
Hürufilər deyirdi ki, insanları  ədalətə qovuşdurmaq üçün yeni tipli
hökmdar, kamil insan lazımdır. Belə insan isə Fəzlullahdır. O, Allahın timsalı,
onun naibi və  əvəzidir. O, işğalçılığı, soyğunçuluğu aradan qaldıracaq, dini
ehkamların mənasız qanun-qaydalarını: oruc, namaz, məscid xurafatını ləğv
edəcəkdir. Bu cərəyan fəal fəlsəfi panteizmə  əsaslanır və praktik sosial-siyasi
məqsəd güdürdü.
Hürufilikdə Allah eyni zamanda söz-kəlam şəklində təcəssüm edir.
Sözlər isə hərflərlə ifadə olunur. Hərflər kamala çatmış insanın üzərində  əks
olunmuşdur. Son peyğəmbər Məhəmmədin nitqi 28 hərfdə öz əksini tapmışdır.
Fəzlullah isə farsın 32 hərfini əsas götürmüşdür. İnsan sifətində anadangəlmə
xətləri 4 ünsürə vurduqda 32 alınır. Hürufilər başqa rəqəmlərlə də hərflərdən
ibarət rəmzlər yaradır, ərəb əlifbası hərflərinin müqəddəs olduğunu, onun
vasitəsilə dünyanın sirlərini açmağın mümkünlüyünə inanırdılar. Əslində bu
rəmzlər onlara islam dininə və şəriət ehkamlarına zidd olan panteist təlimlərini
pərdələmək üçün lazım olmuşdur.
Nəiminin «Cavidannamə» əsəri 32 hərfdən bəhs edir. O, öz
yaradıcılığının ilk dövrlərində mütərəqqi Sufilik mövqeyində durmuş, sonra isə
hürufiliyin əsasını qoymuşdur.
Qeyd etməliyəm ki, hərf mistikası  İsmaililikdə də vardır. Fəzlullaha
görə qeyri-maddi Allah nitqinin səsi onun formasından yüksəkdədir və Alahın
dünyanı yaratdığı yeganə yoldur. Hürufiliyin təsvirində gözəl insan «yalnız
Allahın taxtı» deyil, həftta Allahın özüdür. Bu müddəa Fəzlullahın
ilahiləşməsinə səbəb olurdu.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə