Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   32   33   34   35   36   37   38   39   ...   107

10
Bu dövrdə Azərbaycanda beş feodal sinfi vardı: Şah və hakim sülalənin
üzvləri, yarımköçəri Qızılbaş tayfalarının hərbi əyanları, ali şiə ruhaniləri, mülki
bürokratiyanın yuxarı təbəqəsi, qədim oturaq əyanlar.
Səfəvi dövlətində  ən iri torpaq sahibi şah idi. Yerdə X qalan feodal
siniflər içərisində 1-ci yeri qızılbaş tayfalarının əyanları tuturdular.
XV-XVI əsrlərdə Səfəvi işğalları dövründə yeddi qızılbaş tayfasına bir
çox türkdilli tayfa və sülalələr də birləşdilər.
Ali vəzifələri əsas etibarı ilə  Şamlu, ustaclu türkmən, rumlu, zülqədər,
əfşar, qacar, təkəli, talış, xunuslu, çəkəni, cığatay şeyxvənd və qızılbaş
tayfalarnın əmirləri icra edirdilər.
İsgəndər bəy münşinin yazdığına görə 1576-cı ildə 72 əmirdən 56 nəfəri
qızılbaş, 3 nəfəri cığatay və s. idi. Bu, ilk səfəvilər dövründə inkişaf etmiş
feodalizm üçün səciyyəvi olan mürəkkəb feodal ierarxiyasının mövcudluğunu
göstərir.
XVI əsrin əvvəlində Azərbaycanda Səfəvi dövlətinin yaranması böyük
sosial-iqtisadi irəliləyişin müsbət nəticəsi idi. Lakin kəndlilərin vəziyyəti
dəyişmədi, əksinə səfəvi-osmanlı müharibələri dövründə daha da ağırlaşdı.
Kəndlilər 50-yə qədər vergi verməli və mükəlləfiyyətlər daşımalı idi. Bunların
ən ağırı malcəhət-bəhrə, baxraçe, ixracat, xariciyat, avarizat, uludx, peşkəş, tərh
və s. idi.
Səfəvi hökmdarları dövlət işlərini müstəqil həll edirdilər. Onların
himayəsində məsləhətçi hüququna malik olan məclis (məclisi əla) var idi. Şah
Təhmasib dövründə Məclis 12 üzvdən ibarət idi. Səfəvilər dövlətinin başında
qeyri-məhdud hakimiyyətə malik şah dururdu. O, eyni zamanda şiələrin ruhani
başçısı hesab olunurdu.
Səfəvi dövlətinin ərazisi iki hissəyə bölünürdü: divan və xas vilayətlərinə.
Bu bölgüyə uyğun olaraq iki ayrı-ayrı idarəedici orqan var idi. Divani-məmalik,
divan-i xassə, başqa sözlə, dövlət vilayətlərinin idarəsi və «şah vilayətlərinin


11
idarəsi». Bu müəssisələr səfəvilər dövlətinin əsas maliyyə idarələri idi. Xassa aid
vilayətlər şahın səlahiyyətli adamı olan vəzir tərəfindən idarə olunurdular.
İlk səfəvilər dövründə aşağıdakı vəzifələr var idi: vəkil, əmir, əl-üməra,
qorçubaşı, vəzi rvə sədr. Vəkil şahdan sonra ikinci şəxs idi. Əslində, o, həm dini,
həm də dünyəvi məsələlərin həllində  şahın tam səlahyyətli müavini hesab
edilirdi. Əmir əl-üməra səfəvi qoşununun baş komandanı idi. Şah Təhmasib bu
vəzifəni Hüseyn xan Şamu və Abdulla xan ustaclıya daha çox etibar edirdi.
Göründüyü kimi, vəkil həm də  əmir Əl-Üməra ola bilərdi. Qorçubaşı qızılbaş
tayfalarından təşkil edilmiş  şah qvardiyasının rəisi vəzifəsini yerinə yetirirdi.
Vəzir Mülki bürokratiyanın ənənəvi başçısı idi. Şəmsəddin Zəkəriyyə keçəçi
səfəvilərin ilk vəziri olmuşdur. Şah İsmayıl onu «Azərbaycanın açarı»
adlandırmışdı. Sədr dini müəssisələrə rəhbərlik edirdi. Səfəvi dövlətində
Mövlana Şəmsəddin Lahıcı ilk sədr idi. O, İsmayıl Lahıcanda kərgiyə
müəzəlinin yanında olanda onun tərbiyəçisi olmuşdur.
Səfəvilər dövləti inzibati baxımdan əyalətlərə bölünmüşdür. XVII əsrdə
bəylərbəyilər 13 əyaləti idarə edirdilər. Şirvan, Qarabağ, Gəncə, indiki Cənubi
Azərbaycan, Çuxud-Səd, Qəzvin, Həmədan, fars, Girman, Astrabad, Məşhəd,
Herat, Qəndəhar.
Əyalətlər də mahallara bölünürdü. Mahalları idarə edən naiblər bəylərbəyi
tərəfindən təyin edilirdi. Kənddə dövlət nümayəndəsi kəndxudalar idi. Şəhərdə
ali vəzifəli şəxs kələntər adlanırdı.
Səfəvilər dövlətində məhkəmə işləri şərait əsasında aparılırdı. Məhkəmə
ruhani hakimlər elan qazıların əlində idi.
Səfəvi dövlətinin mərkəzləşmiş daimi nizami ordusu yox idi. Ordu
müharibə zamanı ayrı-ayrı qızılbaş tayfalarından təşkil olunurdu. Bəylərbəyilər
inzibati və hərbi idarəni öz əlinə alaraq feodal qoşununa (çərik) komandanlıq
edirdilər. Hərbi yürüşlər zamanı Səfəvi qoşununun sayı 120-150 min nəfərə
çatırdı. Çərikdən əlavə, qorçulardan ibarət 4500 nəfər süvari qvardiya korpusu
şaha xidmət edirdi.


12
70-ci illərin əvvəllərində Səfəvi dövləti siyasi-iqtisadi böhran keçirirdi.
1571-ci ildə feodal istismarına qarşı Təbriz sənətkarları və  şəhər
yoxsullarının böyük üsyanı başlandı. Şəhər iki il üsyançıların əlində qaldı. 1573-
cü ildə I Təhmasibin böyük qoşunu bu çıxıqı yatıra bildi. Üsyanın 160-dan çox
görkəmli iştirakçısı edam edildi. XVI əsrin 70-80-ci illərində  Şirvanda və
Talışda da feodal zülmünə qarşı çıxışlar oldu. Lakin hər ikisi yatırıldı.
I Şah İsmayılın xarici siyasəti
1506-cı ildə Şah İsmayıl «İslamın düşməni» olan yezdi kürdlərin üsyanını
yatırdı, üsyan başçısı  Şirsərim tutulub edam edildi. 1506-1508-ci illərdə
qızılbaşlar Bağdad şəhəri daxil olmaqla Diyarbəkri, Xilat, Bidlis, Ərciş və ərəb
İraqını fəth etdilər. Səfəvi dövləti Şərqdə  Şeybani xanın özbək dövləti Qərbdə
Osmanlı Türkiyəsi ilə həmsərhəd oldu.
Şah İsmayıl Şeybani xan arasında mübarizə böyük iqtisadi və strateci
əhəmiyyətə malik Xorasan uğrunda gedirdi. Bu vilayətdən mühüm ticarət yolları
keçirdi. 1507-1508-ci illərdə Səfəvilərin Kiçik Asiyada hərbi əməliyyat
aparmasından istifadə edən özbək hakimi Xorasanı tutmuş və  İsmayıla
göndərdiyi məktubda olmasını, hakimiyyətdən əl çəkməsini tələb etmişdir.
Qızılbaşlar Mərv qalasında möhkəmlənmiş  şeybani xanın özbək
qüvvələrinə hücum etdilər. İsmayıl Mərvdən uzaqlaşıb onun 15 verstliyində
dayandı. Burada ağıl tədbirlə Şeybani xanı aldatdı. 1510-cu il dekabrın 1-də baş
vermiş bu döyüşdə qızılbaşlar qalib gəldilər. 10 min nəfərlik özbək qoşunu
qırıldı. Döyüşdə  Şeybani xan özü də öldürüldü. Beləliklə, Şah İsmayıl Herat,
Mərv və Bəlx şəhərləri daxil olmaqla Xorasanı ələ keçirdi. 1510-cu ildə Amu-
Dəryadan Fərat çayına qədər geniş əraşi İsmayılın hakimiyyəti altına keçdi.
Səfəvilər dövlətinin qüdrətinin artması Sultan Türkiyəsini çox narahat
edirdi. Osmanlı imperiyası səfəvilərin düşməni olan Ağqoyunlu padşahlarına
kömək edir, yeni dövlətin möhkəmlənməsinə mane olmağa çalışırdı. Lakin
Türkiyə sultanı II
Бəyazid (ildırım 1481-1512) Şah İsmayıla qarşı müharibə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə