Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   30   31   32   33   34   35   36   37   ...   107

4
Diyarbəkrdə qaldı. Bu müddətdə Kiçik Asiyada – Kilikiyada türkdilli tayfalarla
əlaqəsini möhkəmləndirdi.
Cüneyd Ərdəbildən gedəndən sonra hakimiyyəti Şeyx Cəfər idarə edirdi.
1459-cu ildə Cüneyd bir qrupp müridlə doğma Ərdəbilə qayıtmaq istədi. Lakin
Şeyx İbrahimin oğlu Şeyx Cəfər onu Ərdəbilə buraxmadı. 1460-cı il martın 3-də
Cüneyd buradan Dağıstana və  Şirvana yürüş etdi. Şirvanşah I Xəlilullah
vəziyyətin ağırlığını görüb Cahanşaha ittifaqa girdi və Dərbənd yaxınlığında
Səfəvi qoşununun qabağını kəsdi. Döyüşdə səfəvilər məğlub oldu, Şeyx Cüneyd
öldürüldü. Səfəvi müridlərinin bir hissəsi Ərdəbilə qayıtdı.
Cüneydin oğlu Şeyx Heydər (1460-1488) atasının siyasətini davam
etdirirdi. O, dayısı Uzun Həsənin qızı Aləmşah xatunla evləndi, ağqoyunlularla
münasibətlərini daha da möhkəmləndirdi.
Cahanşahın ölümü və Qaraqoyunlu dövlətinin süqutundan sonra, 1470-ci
ilin əvvəlində Uzun Həsən Ərdəbilə gəldi və  Şeyx Cəfəri qəyyum saxlamaqla
Şeyx Heydəri təntənəli surətdə ordenin irsi taxtında oturtdu.
Şeyx Heydərin vaxtında qazi, sufi dəstələri dürüst hərbi qaydada təşkil
olundular. Müasirlərin məlumatına görə  Şeyx Heydər son dərəcə cəsur idi. O,
nominal asılı olduğu qaynı – Yaqub padşahla razılığa gəldikdən sonra 1483-cü
ildə Dağıstana və Şirvana yürüş etdi. Xeyli qənimət və Əsir əldə etdilər. 1487-ci
ildə 2-ci dəfə yürüş etdilər. Bu dəfə 6 min Əsir gətirdilər. Şeyx Heydərin uğuru
iki yürüşü Sultan Yaqubu da qorxuya saldı. O, Səfəvilərin güclənməsindən
ehtiyat etdiyinə görə 1488-ci il Heydərin Şirvana sonuncu yürüşü zamanı
Şirvanşah Fərrux Yasara kömək etdi. Öz sərkərdəsi Süleyman bəy Bicanoğlunun
komandanlığı altında qanun göndərdi. Şeyx Cənuba Tabasarana döndü. 1488-ci
il iyulun 9-da burada Şahdağın ətəyində qanlı döyüş baş verdi. Hər iki tərəf xeyli
itki verdi. Şeyx Heydər öldürüldü.
Beləliklə, XV əsrin ikinci yarısında Səfəvilərin öz hakimiyyətini Şirvana
yaymaq cəhdləri baş tutmadı, səfəvilərin Ərdəbil hakimiyyəti zəiflədi. Yaqub
padşah Ərdəbili və səfəvilərin başqa torpaqlarını işğal etdi. Heydərin oğlanlarını


5
– Sultanəlini, İbrahim və hələ iki yaşı tamam olmamış  İsmayılı  əsir aldı. Şərq
qaynaqlarının məlumatına görə hakimiyyətə gələnə qədər (1492) orada
həbsxanada qalmışdılar. Lakin Avropa səyyahlarının qeydlərinə görə, Heydərin
uşaqları Van gölü arasındakı Axtamar adlı monastrda saxlanırmışlar.
XV əsrin 90-cı illərində Ağqoyunlu dövlətinin daxili vəziyyəti gərgin idi.
Yaqubun oğlu Baysunqur Uzun Həsənin nəvəsi Maqsud bəyin oğlu Rüstəm
tərəfindən devrildi. (1493-1497). Rüstəm Şahzadələri həbsdən azad etdirib
Sultanəlini Ərdəbilə qaytardı və onu müstəqil hakim kimi tanıdı və onu
inandırdı ki, atası Şeyx Heydərin intiqamını almaq vaxtı gəlib çatıb.
1493-cü ilin yazında Baysunqurun qüvvələrini qarşılamağa gedən
Sultanəli və Rüstəm Mirzənin əmiri Ayba Sultanın birləşmiş qüvvələri Kürün
cənub sahilində yerləşdilər. Lakin heç biri Kürü keçməyə cəsarət etmədilər. Bu
zaman İsfahan hakimi Kosa Hacı Bayandurla Rüstəm padşaha qarşı qiyam
qaldırdı.  Belə  olduqda  Sultanəli  Əmir  Qara  Piri  bəy  Qacara  İsfahana  –  Kosa
Hacı ilə mübarizəyə göndərdi, özü isə Hüseyn bəy Lələ  Şamlu, Qaramanlı
Rüstəm bəy ilə Baysunqura qarşı döyüşə girdi. Əhər-Şekin yaxınlığındakı
döyüşdə Baysunqur öldürüldü.
Beləliklə, Sultanəli qələbə ilə Təbrizə qayıtdı. Rüstəm isə onu Şahzadələri
İbrahim və  İsmayılla birlikdə  Ərdəbilə göndərdi. Bu zaman hər yerdən Səfəvi
tərəfdarlarının Ərdəbil axışması Rüstəm padşahı vahiməyə saldı. Ona görə də o,
Heydərin uşaqlarını  Ərdəbildən – Təbrizə – öz qərargahına gətirdi və onların
üzərinə ciddi nəzarət qoydu. O, qardaşların axırına çıxmağı qərara aldı. Lakin
qəsdin üstü açıldı. Sultanəli qardaşları və yaxın adamları ilə birlikdə Təbrizi tərk
edərək Ərdəbilə doğru irəlilədi. Bunu bilən Rüstəm onların arxasınca 5 min
nəfər süvari göndərdi. Döyüş başlanana qədər (1494) Sultanəli Sufi əmirlərinin
yığıncağını çağırdı. İsmayıl «Səfəviyyə» ordeninin başçısı kimi öz xələf təyin
etdi. Qardaşlarını yola salandan sonra düşmən tərəfə döndü. Ərdəbil
yaxınlığında Şəməsi adlanan yerdə Ağqoyunlu Rüstəm padşahın qoşunu ilə
Sultanəlinin silahdaşları arasında döyüş oldu. Qızılbaşlar məğlub oldular,


6
Sultanəli həlak oldu. Ağqoyunlular yenidən Ərdəbili və səfəvilərin digər
mülklərini zəbt etdilər (1494-1495). Lakin qızılbaş tərəfdarları şahzadələri xilas
edə bildilər. Onu üç gün Ərdəbildə Səfəvi müridi Qazi Əhməd Kakulinin
yanında saxladılar, sonra Xancan adlı bir qadının himayəsinə verdilər. Bir aydan
sonra İsmayılın bibisi Paşa Xatun onu Zülqədər tayfasından olan UBA-i –
Cərrah adlı həkimin yanına gətirdi. Axırıncı isə  İsmayılı  Ərdəbil məscidində
sərdabədə yerləşdirdi. Tezliklə  İsmayılın sağ qalması haqqında Rüstəm bəy
Qaramanlıya məlumat verdi. Rüstəm bəy İsmayılı gecə yarısı Karkan kəndinə
aparıb Xətib Fərruxzadənin evində gizlətdi. Burada yığıncaq keçirildi və  Şeyx
Heydərin uşaqlarını Paşa Xatunun əri Rəşt hakimi Əmir ishaqın evinə aparmağı
qərara aldılar. Ayba Sultan bunu bilən kimi qasid göndərib Şeyx Heydərin
uşaqlarını tələb etdi. Rəştin İsmayıl üçün təhlükəsiz olmadığını nəzərə alaraq
onu Gilanın Biyepiv vilayətinin hakimi Mirzə  Əlinin sarayına getməsinə  şərait
yaratdılar. Əli qardaşları hörmətlə qəbul edib görkəmli alim Şəmsəddin Lahıci
İsmayıla və qardaşına məsləhətçi təyin etdi. Ağqoyunlu Rüstəm padşah isə
İsmayılı ələ keçirmək ümidini itirməmişdir. İsmayıl Gilana getdikdən sonra Uba
Təbrizin bazar meydanında asıldı. İsmayıl 6 il Lahıcanda qaldı.
XV əsrin sonunda Azərbaycanı siyasi cəhətdən birləşdirmək zərurəti
meydana çıxdı. Bu birləşmə Azərbaycan əhalisinin geniş təbəqələrinin
mənafeyinə uyğun gətirdi. Qızılbaşlara inanan xalq kütlələri şiəlik hərəkatlarına
özlərinin xilaskarı kimi baxır və səfəvilərin hakimiyyəti uğrunda mübarizəsinə
rəğbət bəsləyirdilər.
1499-cu ilin avqustunda 13 yaşlı  İsmayıl yaxın ətrafı ilə  Ərdəbilə yola
düşdü. Öz dəstəsi ilə  İsmayıl 1499-cu il 1500-cü ilin qışını Ərcivanda – Astara
rayonunda keçirtdi. Bu ləngimə ona görə idi ki, Azərbaycandakı səfəvi tayfaları
onun dəstəsinə qoşulsunlar. Qızılbaş  əmirlərinin yığıncağında kiçik Asiyaya –
Ərzincana, Suriyaya getmək qərara alındı. 1500-ci ilin yazında İsmayıl
Ərcivandan Göyçə gölünün cənub sahilinə gəldi. Bu vilayətdən İsmayılın
qoşununda ərəşli və zülqədərli tayfaları vardı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə