Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   26   27   28   29   30   31   32   33   ...   107

10
qardaşı Miranşahın qanını almaq üçün 1418 və 1420-ci illərdə Azərbaycana
uğursuz yürüş edir. Qara Yusif 1420-ci il noyabrın 17-də Təbrizdə Ucan adlı
yerdə  xəstələnib öldü. Qara Yusifin əmirləri ordugahdan onun həşini sahibsiz
qoyub qaçdılar. Cəsəd 2 gün sonra Təbriz əyanları (Seyid Məhəmməd keçəçi və
b.) tərəfindən götürülüb Təbrizə, buradan da Ərcisə gətirilib dəfn olundu.
Heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt edir. Qara
Yusifin böyük oğlu İskəndər 1421-ci il iyul-avqust aylarında 3 günlük qanlı
döyüşdə sayca onlardan 4-5 dəfə çox olan Teymuri Şahruxun qüvvələrinə
məğlub oldu. Teymurilərin qoşununda Hindistandan gətirilmiş döyüş filləri də
var idi. Ağqoyunlu əmiri Qara Osman da öz qüvvələri ilə  Şahruxun tərəfindən
vuruşurdu.
Şahruxun Azərbaycana ikinci yürüşü zamanı 1429-cu ildə sentyabrın
17-də Səlmas yaxınlığında Qurd İskəndər arasındakı döyüş sonuncunun
məğlubiyyəti ilə başa çatdı. Şahrux İskəndərin qardaşıf Əbu Səidi Azərbaycana
hakim təyin etdi. Lakin tezliklə  İskəndər Əbu Səidi ələ keçirib öldürdü və
hakimiyyəti öz əlinə aldı. (1431-1435).
1435-ci ildə Şahrux Azərbaycana üçüncü dəfə yürüş etdi və bir il sonra
vassallığı qəbul etmək şərtilə Azərbaycan hökmdarlığını Cahan şaha verdi.
1438-ci ilin baharında Cahanşah bəzi Qaraqoyunlu və  Şirvan Əmirləri
ilə birlikdə Təbrizə doğru hərəkət etdi, lakin Qaramanlı Piri bəyin Cahanşahın
tərəfinə keçməsi İskəndərin hərb meydanından qaçmasına səbəb oldu.
İskəndərin gizləndiyi Əlincə qalası Cahanşah tərəfindən mühasirəyə alındı.
İskəndər qalada öz oğlu Şahqubad tərəfindən qətlə yetirildi.
İskəndər Təbrizdə dəfn olunmuşdur. İskəndərin ölümündən sonra
Qaraqoyunlu taxtında onun qardaşı Cahanşah əyləşdi (1438-1467). Şahruxun
ölümünə qədər Canahnah özünü onun vassalı kimi qələmə verir və Şirvanşahla
münasibətlərində düşmənçilikdən çəkinirdi. Cahanşahın əsas rəqibi Ağqoyunlu
Uzun Həsən idi. Onunla mübarizənin gedişində Qaraqoyunlular Şərqi
Anadolunun böyük bir hissəsindən əl çəkməli oldular. 1445-ci ildə Cahanşah


11
Bağdad hakimi olan qardaşı  İspəndin ölümündən sonra şəhəri zəbt etdi.
Beləliklə, İraq-i-Ərəb də Azərbaycan Qaraqoyunlu dövlətinə qatıldı.
1447-ci ildə  Şahruzun ölümündən sonra Cahanşah öz adına xütbə
oxutdurmağa başlayır. Sonra İraqi-Əcəmə hərəkət etdi və  Şahruxun arvadının
vasitəçiliyi ilə son qoyuldu, Şahruxun nəvəsi Məhəmməd Cahanşaz qızını aldı
və İraqi-i-Əcəm Cahanşaha verildi.
1453-cü ildə  İsfahan, Şiraz, 1454-cü ildə Girman və Yəzd zəbt edildi.
1453-cü il iyunun 28-cə Cahanşah Teymuri hökmdarı  Şahruxun Heratdakı
taxtında əyləşdi. Lakin həmin il o, heratı tərk etməli oldu. Təbrizdə oğlu
Həsənəlinin üsyanını yenicə yatırmış Cahanşah, o biri oğlu Pirbulağın Şirazdakı
qiyamını yatırmalı oldu, 1466-cı ildə Pirbudaq öldürüldü.
1467-ci il noyabrın 10-da Muş düzündə Uzun Həsənin oğlu Xəlil Mirzə
ilə döyüşdə Cahan şah məğlub edilərək öldürüldü. Onun oğlu Həsənli
Azərbaycanın Cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd
göstərdi, lakin buna nail olmadı. Bununla da Azərbaycan Qaraqoyunlu dövləti
süqut etdi. Cahanşah Təbrizdə Göy məsciddə dəfn olundu. Sonuncu
Qaraqoyunlu Şahzadəsi Həsənəli Uzun Həsənlə döyüşü uduzub Əbu Səidin
yanına qaçdı və orada intihar etdi.
XIV əsrdə Kiçik Asiyanın Şərqində məskunlaşmış Qaraqoyunlulardan
qərbdə Ağqoyunlular yaşayırdılar. Cənubda – Urfada, Mardində, Şimalda –
Bayburdda, Dəclə çayının müxtəlif qollara ayrıldığı sahələrdə yaşayan
Ağqoyunluların mənşəyi mübahisəlidir. Ağqoyunlu etnik birliyinin başında
Bayandur qəbiləsi dururdu. Bu ittifaqa Pörnak, Mosullu, Əfşar, Bayat və b.
tayfavlar daxil idi. Mahmud Qasğari (XI əsr) adlarını çəkdiyi 24 oğuz qəbiləsi
içərisində Kınık, Kayıdan sonra Bayandur qəbiləsinin də olduğunu qeyd
etmişdir.
Rəşidəddinin (XIV əsr) məlumatına görə Sırdərya sahillərində X əsrdə
hökmran olan Yabğu oğuzlarının həyatında Bayandur qəbiləsi böyük rol
oynamışdır. Ağqoyunlu Qutlu bəyin 3 oğlu arasında hakimiyyət uğrunda


12
mübarizə getdiyi bir vaxtda Qara Yusif Ağqoyunlu torpaqlarına hücum etdi.
Ağqoyunlu Qara Osman kurusu udub Diyarbəkirdə möhkəmləndi və Ağqoyunlu
bəylinin əsasını qoydu. Sonralar Ərzincan və Mardin də onların hakimiyyəti
altına düşdü. Qara Osmanın anası Trabzon imperatoru III Aleksisin bacısı
Mariya idi. O, (1394-1435) mərkəzi hakimiyyəti möhkəmlətdi, feodal
separatizminə amansızcasına münasibət göstərdi. Öz adından pul kəsdirdi. Qara
Osman onun dövlətinin güclənməsindən təşvişə düşən Osmanlı Sultan Bayazid
İldırıma qarşı mübarizədə Teymuri qüvvələri ilə əlaqəyə girdi.
Qara Osman Teymurun yürüşlərindəki iştirakına görə Malatyanı ona
verdi, tezliklə Ərzincan və Sivas da onun əlinə keçdi.
Teymurun Suriyaya yürüşündə Qara Osmanın oğlu İbrahim böyük
şücaət göstərdiyinə görə Teymur Amid (Diyarbəkirdə) şəhərini ona bağışladı.
1401-ci ildə Teymur Bağdadı, Qara Osman Mardini zəbt etdi.
1408-ci ildə Diyarbəkir yaxınlığında Ağqoyunlularla Qaraqoyunlular
arasında 20 gün davam edən vuruşda Qaraqoyunlu Qara Yusif qalib gəldi.
Mardin Ağqoyunluların əlindən çıxdı. Lakin tezliklə Qara Osman Mardini
Ağqoyunlulara qaytardı.
Qara Osman 1435-ci ildə 90 yaşında Qaraqoyunlularla döyüşlərdən
birində yaralanıb öldü.
Ağqoyunlu Əli bəyin hakimiyyəti zamanı Misir hakimi Məlik Əşrəflə
(1453-1461) qarşılıqlı kömək haqqında sülh imzalanır. Hakim ona 50 minlik
qüvvə verir. Qəfildən Əli bəy ölür. Ona qarşı mübarizə aparan qardaşı Həmzə
bəy də sui-qəsd nəticəsində öldürülür.
1453-cü ildə  Əli bəyin oğlu Uzun Həsən qardaşı Cahangir Mirzənin
qüvvələrini darmadağın edir, özü isə Qaraqoyunlu Cahanşahın yanına Təbrizə
qaçır.
XV əsrin 50-ci illərdə U.Həsən ermənilərin yaşadıqları torpaqları və
Gürcüstanın şərqini ələ keçirir. 1468-ci ildə Uzun Həsən asanlıqla Cənubi


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə