Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   27   28   29   30   31   32   33   34   ...   107

13
Azərbaycanı və Qarabağı ələ keçirdi. Uzun Həsən Təbriz şəhərini yeni dövlətin
paytaxtı elan etdi.
Kiçik Asiyadakı Osmanlı dövlətinin yeritdiyi fəal xarici siyas ət Cənubi
Qafqazın inkişafına Mane olurdu. U.Həsən 1453-cü ildə hakimiyyətə gələrkən
türklər konstantinapolu fəth etdilər. Qara dəniz boğazlarında ağalıq türklərin
əlinə keçdi. Bununla da osmanlılar Avropa Asiya tranzit ticarətinə böyük zərbə
vuran gömrük siyasəti yeritməyə başlayır.
XIV əsrin 60-cı illərində Qara dəniz sahillərində yerləşən Trabzon şəhəri
Avropanın Şərq ölkələri ilə Hindistan, Çinlə ticarətində vasitəçi rol oynayan,
Ağqoyunlularla qohumluq əlaqələri daşıyan Trabzon krallığı Uzun Həsənin
hücumlarına məruz qaldı. U.Həsən Kral İohanın gözəlliyi ilə məşhur olan qızı
katerinanı alır.
1460-cı ildə bir çox Qərb və Şərq hökmdarları, Osmanlı dövlətinə qarşı
Səlib yürüşü planlaşdırsalar da uğur qazana bilmirlər. Uzun Həsən Osmanlı
Sultanı II Mehmedi Trabzon üzərinə yürüşdən daşındırmağa nail olmaq üçün
anası Saray Xatunu Osmanlı sarayıfna göndərir. Lakin diplomatik missiya
nəticəsiz qalır. Beləliklə, Bizans imperiyasının Kiçik Asiyada son qalığı olan
Trabzon çarlığı 1461-ci ildə osmanlılar tərəfindən süquta uğradılır.
Bundan sonra Azərbaycana sahib olmaq uğrunda Osmanlı-Ağqoyunlu
mübarizəsi daha da şiddətlənir. Uzun Həsən Ağqoyunlulara qarşı Venetsiya,
Polşa, Macarıstan, Neapol krallığı, habelə Kipr və Qaramandan ibarət ittifaq
yaradır. Kiçik Asiyanın Toqat və Qeysəriyyə  şəhərlərində Ağqoyunlularla
qaramanlıların birləşmiş qüvvələri Sultan Türkiyəsinə güclü zərbələr endirir.
1472-ci il avqustun 18-də Konya yaxınlığındakı döyüşdə Ağqoyunlular
– məğlub olur. U.Həsən 3 oğlu əsir alınaraq edam olunur.
1473-cü il avqustun 4-də Malatiya yaxınlığında Sultan II Mehmedin
sərkərdəsi Xasmuradın qoşunları ilə U.Həsən arasında döyüş baş verir. Əvvəlcə
Ağqoyunlular ağır qazansa da, 1473-cü il avqustun 11-də Tərcanda (otloqbeli
adlanan yerdə) Ağqoyunlular döyüşü uduzur. Əsas səbəb: Uzun Həsənin kifayət


14
qədər odlu silahının olmaması və onun osmanlılara qarşı mübarizədə Misir və
Suriya qüvvələrindən yararlana bilməməsi idi.
Bununla belə U.Həsənin Osmanlı qoşunlarına vurduğu ağır zərbələr
onların Şərq doğru yürüşlərini dayandırdı.
1474-cü ildə Venetsiya respublikası Uosofat Barbara, Ambroco
Kontarini və Antioxiyanın baş ruhanisi Fiqaro Lodoviko U.Həsənin sarayına
göndərilir. 1475-ci il iyunun 11-də onlar saraydı U.Həsən tərəfindən qəbul
olunur və burada hökmdar osmanlılara qarşı müharibəyə hazırlaşdığını deyir və
öz xristian dövlətlərinin hökmdarlarına ona hərbi kömək etməyi çatdırmağı
tapşırır.
Ağqoyunlu dövlətinin qərb sərhədlərində uğur qazana bilməyən
U.Həsən, İranda gedən feodal ara müharibələrindən yararlanaraq əvvəlcə
Qaraqoyunlu Cahanşaha (1467), sonra isə Muğanda Teymuri Əbu Səidə (1469)
qalib gəlmiş, nəticədə Xorasan Gilan, Mazandarandan başqa, bütün İranı öz
hakimiyyəti altında saxlaya bilmişdir.
Teymuriləri Yadiyar Məhəmmədə qalib gəldikdən sonra Xorasan 36 il
Sultan Hüseyn Baygaranın hakimiyyəti altında qaldı. H.Baykara (1438-1506).
Teymurilərin sonuncu görkəmli nümayəndəsi, şair. 1470-ci ildə Heratda
hakimiyyəti ələ keçirmiş, 1472-ci ildə keçmiş məktəb yoldaşı Əlişir Nəvaini baş
vəzit təyin etmişdir. Onun ölümündən sonra 1507-ci ildə Özbək Şeybanilər
dövləti Xorasan hakimliyinin varlığına son qoymuşdur.
Uzun Həsən Şirvanşah Fərrux Yasar və Ərdəbil şeyxi Heydər Səfəvi ilə
ömrünün sonuna kimi dostluq əlaqəsi saxlamışdır. U.Həsən Trabzon hökmdarı
Kala İohan Komnenin qızı Katerinadan olan övladını  Şeyx Heydərə  ərə
vermişdir.
U.Həsən feodal pərakəndəliyindən istifadə edərək Gürcüstana və Misir
və Suriya məmlüklərinə qarşı yürüşlər etmişdir. U.Həsən 5 yanvar 1478-ci ildə
ölmüş və Təbrizdə özünün inşa etdirdiyi «Həsən padşah» məscidində dəfn
olunmuşdur. Onun ölümündən sonra hakimiyyətə oğlu Sultan Yaqub (1478-


15
1490) gəlir. Onun sərkərdəsi Süleyman bəy Bicanoğlunun sücaəti nəticəsində
Suriya və Misir məmlük sultanları darmadağın edildi. Sonralar Süleyman bəy
saray çəkişmələri nəticəsində Diyarbəkirə qaçıb orada öldürülmüşdür.
Şirvanşah Fərrux Yasarın qızı Sultan Yaqubun arvadı idi.
Hakimiyyətə U.Həsənin Əlincə qalasındakı nəvəsi Sultan Yaqub gəlir
(1492-1497). 1499-cu ildə Ağqoyunlu dövləti Uzun Həsənin nəvələri arasında
artıq iki hissəyə parçalanır, iki il sonra isə Uzun Həsənin nəvəsi İsmayılın
yaratdığı Səfəvi-Qızılbaş dövlətinin ərazisinə qatılır.
Şirvanşahlar dövləti
XV əsrin əvvəllərində Azərbaycanın Teymuri hakimiyyəti altından
çıxması və birləşməsi üçün əlverişli şərait yarandı. Teymurun ölümündən sonra
onun işğalçılıq siyasəti nəticəsində yaranan Teymurilər dövləti dağılmağa
başladı. I İbrahim Bərdə yaxınlığında Teymuri dövlətinin səlahiyyətli
nümayəndələri ilə saziş bağlamış və  Şirvanın daxilən müstəqil olduğunu
vurğulamışdır. Tezliklə o Şəki Dərbənd, Qəbələ  şəhərlərində də öz nüfuzunu
möhkəmləndirmiş, Seyid Əhmədi Şəki hakimi etmişdir.
I İbrahim özünün birləşdirmə siyasətini həyata keçirmək üçün gürcü çarı
III Konstantin, Şəki hakimi Seyid Əhməd, Ərdəbil hakimi Bestam Cəgir və
Gəncə hakimi Yarəhməd Qaramanlı ilə ittifaq bağladı. Təbriz hakimi Ömər
birləşmiş qüvvələri Kür çayının sahilində qarşıladı. Ömərin Təbrizdə
olmamasını eşidən Teymuri Əbubəkr Təbrizə hücum etdi. Əhali üsyana qalxaraq
kömək üçün Şirvanşah I İbrahimə müraciət etdi.
1406-cı ilin mayında Təbriz I İbrahimin əlinə keçdi. Bütün
Azərbaycanın Şirvana birləşdirilməsi böyük diplomatik qələbəsi olsa da,
Azərbaycanın vahidliyi onun güclü qonşularının mənafeyi ilə ziddiyyət təşkil
edirdi. Çünki dağınıq və pərakəndə Azərbaycanı qarət etmək daha asan idi.
Lakin I İbrahimin birləşdirmə siyasi uğursuzluqla nəticələndi. Cəlairi Sultan
Əhməd və Qara Yusif Qaraqoyunlunun qoşunları Təbriz üzərinə hücuma


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə