Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   35   36   37   38   39   40   41   42   ...   107

6
Hacı Çələbi Gəncə xanı  Şahverdi xan və Naxçıvan xanı Bəhmən xanı da
öz tərəfinə çəkib Gürcüstan üzərinə hücum etdi. Lakin bu döyüş uğursuz oldu. II
İraklii Car üzərinə hücum edərkən əvvəlkindən daha ağır məğlubiyyətə uğradı.
A.Bakıxanovun məlumatına görə, Hacı Çələbinin oğlu Ağakişi bəy Ərəşli
Məlik Əlinin təhriki ilə qaynatası Qazıqumıxlı Məhəmməd xan tərəfindən
naməlum səbəbdən ərəşdə öldürüldü. Lakin Məhəmmədxan cəmi 40 gün Şəkidə
qala bildi. Şəki bəyləri tərəfindən Şirvana qaçırılmış H.Çələbinin nəvəsi Hüseyn
xan qubalı Fətəli xanın dəstəyi ilə Məhəmmədi qovaraq özünü Şəki xanı elan
etdi. O, Məlik Əlini öldürərək Ərəşi xanlığın tərkibinə daxil etdi.
Bütün Azərbaycanı Quba xanlığı ətrafında birləşdirməyi qarşısına məqsəd
qoymuş Fətəli xan Şirvanın bir hissəsinin Şəki şanlığının tərkibinə qatılmasına
razı deyildi. 1768 və 1769-cu illərdə Qubalı Fətəli xan Şəkili Hüseyn xanı
məğlub edərək öz üstünlüyünə nail oldu. 1774-cü ildə avar hakimi Nutsal xan
Fətəli xan tərəfindən məğlub edilərək öldürülür.
1779-cu ildə 20 ildən artıq Şəkidə hakim olmuş Hüseyn xan əmisi Hacı
Əbdülqədir, əmisi oğlanları, Ərəş məlikzadələri Nuxa qalasına soxularaq
Hüseyn xanı öldürdülər, Əbdülqədir xanlığa sahib olur. Hüseyn xanın Qarabağa
qaçmış oğlu Məhəmmədhəsən Qarabağ xanı  İbrahimxəlil xanın köməyi ilə
həbsdən azad edilir, o qüvvə toplayaraq atasını öldürən Əbdülqədir və
oğlanlarını qətlə yetirərək özünü Şəki xanı elan etdi. Rus generalı
A.D.Yermolov onu ağıllı, eyni zamanda şöhrətpərəst, hakimiyyət düşgünü və
qəddar adam kimi qiymətləndirmişdir.
Məmmədhəsən xan Fətəli xanın Azərbaycanı Quba xanlığı  ətrafında
birləşdirməsi siyasətinin əleyhinə idi. 1785-ci ildə Fətəli xan Məmmədhəsən
xanı məğlub etdikdən sonra onun bacısı ilə evlənir. Fətəli xan doğmalığı
möhkəmləndirmək üçün bacısı Huri Peykər xanımı ona verdi. Bu qohumluq belə
Məmmədhəsənin hakimiyyət iddialarını yumşalda bilmədi. O, Ağsuda Fətəli
xanla toqquşdu və yenə uduzdu. Fətəli xanın ölümündən sonra Məmmədhəsən


7
xan Şəkinin müstəqilliyini qaytarmaqla bərabər, Şirvan xanlarının hakimiyyətini
bərpa etdi.
Məmmədhəsən xan qısqanclıq ucbatından qardaşı Fətəlini kor etdi, o biri
qardaşı Səlimxan Car vilayətinə qaçdı, 1795-ci ildə  şəkililərin köməyi ilə
Məmmədhəsən xanı məğlub etdi və o, Xaçmaz mahalına qaçdı. Qacarın 1795-ci
ildəki hücumu zamanı digər xanlardan intiqam almaq məqsədilə onun tərəfinə
keçən Məmmədhəsən xan Qacarın ondan şübhələndiyi üçün sərkərdəsi Mustafa
xan tərəfindən kor edilərək Təbrizə göndərildi.
Şəkidə hakimiyyətə gələn Səlim xan qardaşı Məmmədhəsənin uşaqlarını
məhv etdi. O, Qacara qulluq eləmədi, Qızılbaş qoşunundan ehtiyatlanıb
«Gələsən görəsən» qalasına çəkildi.
1797-ci ildə Qacar 2-ci dəfə Azərbaycana basqın etdi. O, kor etdirdiyi
şəkili Məmmədhəsən xanı da özü ilə gətirmişdir. Bu zaman Şuşadan qayıdan
Azərbaycanın ən qüvvətli xanlarından olan Şirvanlı Mustafa xan Muğandan
Məmmədhəsən xanı götürərək Şəki üzərinə yeridi. Səlim xan Qarabağa qaçdı,
Məmmədhəsən hakimiyyətə keçdi. Şirvanlı Mustafa xan Məmmədhəsən xanı
devirərək, Səlim xan fürsətdən istifadə edərək Şəki bəylərinin köməyi ilə  1804-
cü ildə hakimiyyəti ələ aldı. O, Rusiyanın ali hakimiyyətini qəbul etdi. 1805-ci il
mayın 21-də Kürəkçay müqavilələri Şəki xanlığının zorla Rusiyaya qatılmasını
rəsmiləşdirdik. Müqaviləyə görə, Səlim xan hər il dövlət xəzinəsinə 7 min
çervon xərac verməli, öz xanlığında 500 nəfərlik rus qoşununu yerləşdirməli,
onları və atlarını  ərzaqla təmin etməli və bundan başqa, xan 4 yaşlı oğlunun
əvəzinə, 5 bəyin uşağını girov verməli, iki ildən sonra isə öz oğlunu Tiflisdə
daimi yaşamaq üçün girov göndərməli idi.
Qarabağ xanlığı
Səfəvi dövlətinin inzibati bölgülərindən birini təşkil edən Qarabağ
bəylərbəyliyi Ziyadoğlu sülaləsinin hakimiyyəti altında olub, Qızılbaş Qacar
tayfasından, Ziyəddin oymağından idilər. Həmin bəylərbəylik XVI əsrin birinci


8
yarısından başlayaraq 300 ilə yaxın Qacarlar sülaləsinin hakimiyyəti altında
olub. İlk Qarabağ bəylərbəyi Kəmaləddin Şahverdixan Qacar olmuşdur. (1551),
- Bunları  İ.P.Petruşevski yazır. 1724-cü ildən etibarən Qarabağ bəylərbəyliyin
mərkəzi Gəncə-türk qoşunlarının əlinə keçdi.
Ön Qafqaz ərazisini türklərdən təmizlədikdən sonra Nadirqulu xan bu
döyüşlərdə rəşadət göstərən Pənahəli və onun qardaşı Fəzləli bəyin xalq
arasındakı böyük nüfuzundan ehtiyatlanaraq, onların hər ikisini İran xan
sarayına dəvət edib Fəzləlini eşik ağası, Pənahəli bəyi isə ordu əmiri təyin etdi.
1736-cı ildə Muğanda Nadirin tacqoyma mərasimində Qarabağın
Ziyadoğlular, İyirmidördlər, Otuzikilər, Cavanşir və başqa elləri onun
namizədliyi əleyhinə çıxdılar və  İran taxtında yalnız səfəvilər sülaləsinin
nümayəndələrinin oturmasını təkid etdilər. Məhz bu səbəbdən Nadir şah
olduqdan sonra qarabağlıları cəzalandırmaq məqsədilə Qazax, Borçalı və
Şəmsəddil ellərini Qarabağ bəylərbəyliyinin tabeliyindən çıxarıb Kartli çarı
Teymurazın ixtiyarına verdi. Cavanşir, Otuz iki, Kəbirli ellərini Xorasan
vilayətinə və  Əfqanıstan sərhədlərinə sürgün etdi. Eyni zamanda Qarabağ
bəylərbəyliyinə tabe olan beş erməni məliklərinə azadlıq bəxş edərək, onların
birbaşa İran şahına tabe olması barədə əmr verdi.
Fəzləli bəy bu hadisəyə açıq etiraz etdiyinə görə edam olundu. Bundan
sonra Pənahəli bəy 1738-ci ildə bir dəstə yaxın adamları ilə sarayı tərk edib
Qarabağa çəkildi.
Nadir şahın ölümündən sonra Pənahəli xanın Qarabağ  ərazisində xanlıq
yaratmaq fikri ilk növbədə yerli əyanların və erməni məliklərinin müqavimətinə
rast gəldi. Qarabağ məlikləri Nadirin Türkiyəyə qarşı apardığı müharibədə onun
qoşununu ərzaqla təmin edir, dövlətin bütün imtiyazlarından istifadə edirdilər.
Onların öz xüsusi silahlı qüvvələri də var idi. Çilə börd məliyi Allahqulu
Türkiyəyə qarşı müharibədə şücaət və mərdlik göstəridyinə görə, şah tərəfindən
Sultan titulu ilə təltif edilmişdir. Pənahəli xan özünü xan elan etdi. (1748-1763).
O, xanlığı İran və özünə düşmən olan feodalların basqınlarından qorumaq üçün


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə