Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   43   44   45   46   47   48   49   50   ...   107

9
arasında Tilzit sülhü imzalanır. 1809-cu ildə  İngiltərə Fransanı bölgədən
sıxışdıraraq İranla müqavilə bağladı. İngilislər müharibə müddətində İrana hər il
120 min funt sterlinq maliyyə yardımı göstərməyi boyun oldu.
1808-ci ilin kompaniyası ruslar üçün uğursuz başa çatdı və Qudoviç istefa
verdi. 1809-cu ildə Gəncə və Talış xanlığı İran qoşunları tərəfindən talan edildi.
1810-cu ildə  İran qoşunları Qarabağda, Pəmbəkdə, Meğri istiqamətində
ruslar tərəfindən məğlubiyyətə uğradıldı. 1810-cu ilin avqustunda İranla-Türkiyə
arasında Rusiya əleyhinə hərbi ittifaq bağlandı. Bunun da köməyi olmadı. İran
sərbazları Ahal Kələki yaxınlığında darmadağın edildi.
1812-ci ildə Şahbulaq və Sultanbud istiqamətində iranlılar uğur qazandı.
Bu zaman rus qoşunları rus-türk müharibəsinin Qafqaz və Balkan
cəbhələrində bir sıra uğurlar qazandı. M.İ.Kutuzovun Balkanlardakı qələbəsi
xüsusən təsiredici idi. Odur ki, 1812-ci il mayın 16-da Buxarestdə Rusiya və
Türkiyə arasında sülh imzalandı. Türkiyə Zaqafqaziyanın böyük bir hissəsinin
Rusiya tərəfindən işğalını təsdiq etdi. Artıq Fransa ilə müharibə labüd olduğuna
görə Rusiya və İranla sülh müqaviləsi imzalamaqda maraqlı idi.
Aslandüşdə rus qoşunlarının qələbəsi və Kotlyarevskinin başçılığı ilə
Lənkəran qalasının alınması Rusiya-İran müharibəsinin taleyini həll etdi.
1813-cü il oktyabrın 12-də Qarabağda Gülüstan kəndində Rusiya ilə  İran
arasında sülh müqaviləsi imzalandı. Müqaviləni İran tərəfindən Mirzə
Əbdülhəsən xan Şirazi, Rusiya tərəfindən isə Qafqazın yeni baş komandanı
Rtişşev imzaladı. Sülhə görə  İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla,
digər şimali Azərbaycan xanlıqları Rusiyanın himayəsinə keçdi. İran təkcə
Rusiyanın Xəzərdə hərbi donanma saxlamaq hüququnu tanıdı. 5%-li gömrük
tarifi qoyuldu. Bu o demək idi ki, rus tacirləri üçün İrana yol açılırdı.
İran həmçinin Şərqi Gürcüstana, Qazax və  Şəmşəddil sultanlıqlarına,
habelə Dağıstana olan iddialarından əl çəkdiyini bildirirdi. İranın daxilində isə
rus tacirləri daxili gömrük rüsumlarından azad olunurdu. Gülüstan müqaviləsi


10
Azərbaycanın Rusiya tərəfindən iki yerə bölünməsinin başlanğıcını qoydu.
Şimali Azərbaycanın Rusiya tərəfindən istilasının 1-ci mərhələsi başa çatdı.
3-cü sual:
İngiltərə hər vasitə ilə  İranı Rusiya ilə yeni müharibəyə təhrik edirdi.
1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə  İran arasında müqavilə
bağlandı. Bu müqavilə Rusiyaya qarşı yönəlmişdir. Müqaviləyə görə  İran şahı
İran sərhədləri tərəfindən Hindistanın təhlükəsizliyini təmin etməyi öz öhdəsinə
götürürdü. Həmçinin ingilislər İrana maliyyə və hərbi yardım göstərməkdə
davam edirdi.
1817-ci ildə Qafqazdakı rus qoşunlarının komandanı  İrana səfər edərkən
çox soyuq qarşılandı və bir daha əmin oldu ki, İranı danışıqlar yolu ilə Rusiya
ilə müharibədən yayındırmaq mümkün olmayacaq. Bu ərəfədə həm ingilislər,
həm fransızlar İran ordusunu gücləndirməklə məşğul idilər.
1823-cü ildə  İran və Türkiyə arasında müqavilə imzalanır. 1825-1826-cı
illərdə isfahana 200 tay ingilis silahı, həmçinin Hindistandan daha 15 min tüfəng
göndərilir.
1826-cı ildə general Menşikovun başçılıq etdiyi heyət Tehrana gəldi.
Çarın sərəncamı ilə Menşikov Qarabağın və Talış xanlığının bir hissəsini güzəşt
etməyə hazır idi. Çünki beynəlxalq vəziyyət Rusiya üçün əlverişsiz idi.
Menskinin başçılıq etdiyi heyət həqarət və təhqirlərdən sonra ancaq avqustun
sonunda İrandan çıxa bildilər.
1826-cı il iyulun 19-da Abbas Mirzənin 60 minlik ordusu Şimali
Azərbaycana soxuldu. Plana görə vəliəhd qəflətən Qarabağa soxulmalı, Şuşanı
ələ keçirməli, sonra isə Gəncəni tutub Tiflisə hücum etməli idi. Gürcü şahzadəsi
Aleksandr isə Kaxetiyaya girməli, Car-Balakən dəstələri ilə birləşib, şimal-
şərqdən Tiflis üzərinə yeriməli idi. Qazax-Şəmşəddil istiqamətinə rus
qoşunlarını geri otuzdurub, bütün Qarabağ mahallarını ələ keçirən İran qoşunları
Şuşanı mühasirəyə aldılar. Onlara ingilis, fransız və italyan mühəndisləri kömək
edirdi. 48 gün davam edən mühasirə nəticəsiz qaldı.


11
Hüseynqulu xanın rəhbərliyi ilə Bakı qalasını  ələ keçirmək cəhdləri də
iranlılara uğur gətirmədi.
İran qoşunları Şamaxıda da güclü müqavimətə rast gəldilər. Mustafa xan
Yeni Şamaxını  ələ keçirsə də, bütün əhalinin dəstəyinə baxmayaraq köhnə
Şamaxını ələ keçirə bilmədi.
Abbas Mirzə  Şuşa ətrafında olarkən, İran ordusunun digər, qruppu
Gəncəni ələ keçirdikdən sonra, Tiflisə tərəf hərəkət etdi.
1826-cı il sentyabrın 3-də  Şamxorçay yaxınlığındakı qanlı döyüşdə
erməni Madatavun rəhbərlik etdiyi rus qoşunları  İran ordusunu ağır
məğlubiyyətə düçar etdi. İranlılara Abbas Mirzənin oğlu başçılıq edirdi. Şuşada
da İran ordusu pərən-pərən olub uduzdu.
Bundan sonra düşmən tərəflər Gəncə yaxınlığında üz-üzə dayandılar.
Artıq baş komandan Yermolova Paskeviç əvəz etmişdir. Nizami məqbərəsi
yaxınlığında qanlı döyüş baş verdi. Seçmə  şah qoşunu darmadağın edildi.
İranlılar 1000 nəfərdən çox itgi verərək, Xudafərin körpüsü istiqamətində
Qarabağdan keçərək qaçdılar. Gəncə döyüşü II rus-İran savaşının taleyini demək
olar ki, həll etdi. Şah qoşunu ilə birlikdə öz hakimiyyətlərini bərpa etməyə ümid
bəsləyən xanlar və feodallar Azərbaycanı tərk etdilər.
1826-cı ildə Abbas Mirz əvə  Şahzadə Aleksandrın Şəki və Dağıstanda
əhalini üsyana qaldırması da bir nəticə vermədi.
1827-ci ilin əvvəllərində  İran sərbazları bütün Şimali Azərbaycan
ərazisini tərk etdilər. Yalnız Talışda hələlik Mirhəsən xan qalırdı.
1827-cu ilin yanvarında Madatovun başçılıq etdiyi rus qoşunu Meskin
dairəsinə daxil oldu. Apreldə Rus qoşunları iki istiqamətdə irəliləməyə başladı.
Aprelin 20-də Xudafərin körpüsü ələ keçirildi. Digər ordu qruppu İrəvan
qalasını mühasirəyə aldı. Mühasirə 2 ay davam etdi. Qüvvə az olduğuna görə,
ruslar geri çəkilərək Naxçıvanı döyüşsüz ələ keçirdi. Şah hakimiyyətinin
Naxçıvan xanlığında ayağı olan Abbasabad qalası yaxınlığında cavanbulaq
adlanan yerdə döyüş baş verdi. İyulun 7-də Abbasabad qalası təlsim oldu.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə