Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   44   45   46   47   48   49   50   51   ...   107

12
Rus qoşunları 13 avqustda Alagöz dağının ətəklərində, avqustun 17-də
Uşağan adlanan yerdə iranlılarla iri döyüşlərə girərək İrəvana yaxınlaşdı. Xeyli
ehtiyac ərzağın saxlandığı Sərdarabad qalası ruslar tərəfindən mühasirəyə alındı.
Burada yaşayan 3 min erməni bütün vasitələrlə rus qoşunlarına yardım edirdi.
Oktyabrın 1-də qanlı döyüşdən sonra İrəvan qalası ələ keçirildi. Oktyabrın 2-də
Mərənd döyüşsüz ələ keçirildi.
1827-ci il oktyabrın 13-də rus qoşunu Təbrizə daxil oldu. Təbrizin ələ
keçirilməsi ilə Tehrana yol açılmış oldu. İ.Q.Burtsev Təbriz komendantı təyin
edildi. Təbrizin və bütün Cənubi Azərbaycanın idarə olunmasına dair təlimat
A.S.Qriboyedov tərəfindən tərtib edilmişdir. Cənubi Azərbaycanın feodal
hakimləri Paskeviçə Tehranı tutmaq xahişi ilə müraciət etdilər. Lakin dağlıların
azadlıq hərəkatı geniş vüsət alması və Rusiya-Türkiyə müharibəsinin reallaşması
təhlükəsi Rusiyanı İranla müharibəni başa çatdırmağa sövq edirdi.
1827-ci il noyabrın 7-də tərəflər arasında danışıqlar başlandı. Rusiya
İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə gedilməsini, İran qoşununun Talış
xanlığını tərk etməsini və gümüş pulla 30 milyon manat təzminat verilməsini
təklif edirdi. Şah sarayı isə rus qoşunlarının Azərbaycan ərazisindən
çıxarılmasını tələb edirdi. Lakin ingilis diplomatiyasının təhriki və Türkiyənin
təzyiqi altında danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də Paskeviç rus
qoşununa Ərdəbil və Tehran istiqamətində hərəkət etməyi əmr etdi. Urmiya və
Ərdəbil tutuldu. İranın tamamilə darmadağın ediləcəyindən ehtiyatlanan
Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında vasitəçilik etdi.
1828-ci il fevralın 6-da (18) Təbriz yaxınlığındakı Türkmənçay kəndində
Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Rus
hökuməti Paskeviçin qarşısında Şahdan Cənubi Azərbaycan ərazisinin də
Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini qoymuşdur. A.S.Qriboyedov
da bu fikrə tərəfdar çıxdı. İngilis diplomatiyası bütün gücünü ona sərf edirdi ki,
Rusiya özünün Cənubi Azərbaycana olan iddialarından əl çəksin. Müqavilə
1828-ci il fevralın 10-da (22-də) imzalandı. Türkmənçay sülh müqaviləsinə görə


13
İran Şimali Azərbaycana olan öz iddialarından əl çəkir, onun üzərində Rusiya
hakimiyyətini tanıyırdı. Cənubi Azərbaycan isə  İranın himayəsində qaldı.
Azərbaycan iki yerə bölündü. Azərbaycanın İrandan alınması ingilislərin qüdrət
və nüfuzunun daha da sarsılması demək idi. Onlar bu bölgənin hərbi strateci
mövqeyin mühüm əhəmiyyət verirdilər. İngilis diplomatiyasının bu siyasət digər
səbəblərlə birlikdə Azərbaycanın, onun xalqının ikiyə bölünməsində mühüm rol
oynadı.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. İran və Rusiya arasında
sərhəd xəttini dördüncü, Gülüstan müqaviləsi də daxil olmaqla İrəvan və
Naxçıvan xanlığının Rusiyaya güzəştə getdiyini beşinci maddə müəyyən edirdi.
Səkkizinci maddəyə görə Xəzər dənizində hərbi donanma saxlamaq
hüququ ancaq Rusiyaya verilirdi. Bu maddə Xəzərə can atan ingilislərin
mənafeyinə ciddi zərbə idi. Onuncu maddə ilə Rusiyaya İranın istədiyi şəhərində
diplomatik nümayəndəlik açmaq, onlara ticarət etmək hüququ verilirdi.
Müqaviləyə əsasən, İran Rusiyaya 20 milyon manat məbləğində hərbi təzminat
ödəməli idi. Müqaviləyə  əsasən əhalinin Cənubi Azərbaycandan Cənubi
Qafqaza və  əksinə sərbəst hərəkət etməsinə icazə verilirdi. Bununla da
ermənilərin kütləvi şəkildə Azərbaycana köçürülməsinə başlanıldı. Təkcə 1826-
1828-ci illər rus-türk müharibəsinin gedişində  İrandan və Cənubi Azərbaycan
ərazilərindən Zaqafqaziyaya, o cümlədən Qarabağa 18 min erməni ailəsi
köçürülürdü. 1828-1830-cu illərdə Zaqafqaziyaya 40 mindən çox İran və 84000
Türkiyə ermənisi köçürüldü və onlar Yelizavetpol və İrəvan quberniyalarının ən
yaxşı torpaqlarında yerləşdirildi, onlara 200 min desbatindən çox xəzinə torpağı
ayrıldı.
Türkmənçayda rus tacirlərinə bir sıra üstünlüklər verən və xüsusi «akt»
adlandırılan ticarət sazişi bağlandı. Türkmənçay sülh müqaviləsi XIX yüzilliyin
birinci qərinəsindən Rusiya-İran müharibəsinə son qoydu və  İranın Cənubi
Qafqaza və Dağıstana olan iddialarından imtina etdi.
SON


14
Abbas Mirzə (1789-1833) – Fətəli şah Qacarın böyük oğlu və vəliəhdi.
Pavel Dmitriyeviç Sisianov (1754-1806). Onun babası Paata Sisişvili-
Pavel Zaxaroviç 1725-ci ildə Kartli Çarı VI Vaxtanqla birlikdə Rusiyaya
köçürülmüşdür. Anası Knyaginya Yelizaveta Davidovna Mixaylovnanın
nəslindədir. Axırıncı gürcü çarı Mariya Georgiyevna (general) onun əmisi
qızıdır.
1802-ci il noyabrın 8-də Qafqazda baş komandan təyin olunub.
Sergey Aleksandroviç Bulqakov (Qafqazda baş komandan. 1806-cı ildən
etibarən).
Aleksey Petroviç Yermolov. Qafqazda baş komandar. (1777). (1814-
1827).
AĞA MƏHƏMMƏD
Qacar imperiyasının qurucusu və hökmdarı Ağaməhəmməd şah
Məmmədhəsən xan oğlu Qacar 1779-cu ildəın 1925-ci ilədək 146 il ağalıq etmiş
möhtəşəm bir xanədanın bu böyük yaradıcısı 1742-ci ildə 14 martda (Bəzi
qaynaqlarda 20 oktyabr 1741-ci il tarixi də göstərilir). Xəzər dənizinin cənub-
şərqində yerləşən Əstərabad vilayətinin Əstərabad şəhərində doğulub.
Fətəli xan Qacar öz atlı qüvvələriylə I Sultan Hüseyn Səfəvinin (1694-
1722) yardımına getmiş, onun oğlu II Təhmasibin (1722-1732) ordu komandanı
olmuşdur. Onun xidmətlərinin qarşılığında I Sultan Hüseyn minnətdarlıq əlaməti
olaraq Fətəli xan Qacara öz çoxsaylı arvadlarından birini – hamilə  Əminə
xanımı hədiyyə etdi. Əminəni hörmətlə qəbul edən Fətəli xan onun şahdan olan
oğlu Məhəmədhəsən xanı sonralar özünün varisi təyin etdi. Əslində I Sultan


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə