Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   45   46   47   48   49   50   51   52   ...   107

15
Hüseynin oğlu olan həmin Məhəmmədhəsən xan Qacar Ağaməhəmməd şah
Qacarın atasıdır.


1
MÖVZU:Çarizmin Azərbaycanda koçurmə siyasəti.Rus
mustəmləkəçiliyi əlehinə usyanlar
PLAN
1.Köçurmə siyasətinin mahiyyəti
2.Alman koloniyalarinin təşkili
3.Ermənilərin kutləvi şəkildə şimali və qərbi Azərbaycana
köçurulməsivə yerləşdirilməsi
4.Azərbaycanda Rus icmasinin yaradilmasi
5.Şimali Azərbaycanin iqtisadi istismari.Mustəmləkəçilik
siyasəti
6.Rus imperiyasina qarşi
usyanlar.Car,Balakən,Lənkəran,Quba,Şəki usyanlari və
onun nəticələri
7.XIX əsrin40-ci illər islahatlarinin səbəbi və mahiyyəti
ƏDƏBİYYAT:
1.Azərbaycan tarixi VII cilddə IV cild Bakı 2007
2.Azərbaycan tarixi I cild Bakı 1994
3.Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrin
əvvəllərinədək)Bakı 1993
4.Azərbaycan tarixi uzrə qaynaqlar Bakı 1989


2
Zaqafqaziyanin işğalının başa çatması yaxınlaşdıqca, Rusiyanın siyasi və ictimai
dairələrində imperiyanın yeni torpaqlarındakı sərvətlərin mənimsənilməsi, istifadəsi və
istismarı ideyası özünü büruzə verirdi.
20-ci illərin əvvəllərinə yaxın çar hökuməti hələ bu məsələdə müəyyənləşmmiş
mövqeyə malik deyildi. Tranzit Avropa-Asiya ticarətində hələlik Zaqafqaziya çarizmin
Yaxın və Orta Şərqdə iqtisadi mövqelərini möhkəmləndirməkdə fəal vasitəçi ötürmə
məntəqəsi kimi əhəmiyyət verilirdi. Çarizmin mövqeyinin bu cəhətləri öz əksini
Zaqafqaziyada 1821-ci ilin güzəştli tarifi deyilən tarifdə tapdı. Bu tarifə görə, Qərbi
Avropa malları üçün də, Gülüstan sülhündə Rusiya və  İran malları üçün nəzərdə
tutulmuş rüsum (5%) qoyulurdu. Xarici işlər naziri K.V.Nesselrode tarifin təyin
edilməsinə ancaq Gülüstan, İmeritiya və digər Zaqafqaziya vilayətlərində ticarətin
canlandırılması və bununla da ÖnAsiyanın Qars və Ərzurum vasitəsilə aparılan ticarətə
cəlb olunması vasitəsi kimi baxırdı. Lakin tarif Mərkəzi Rusiyanın ticarət və yetişməkdə
olan sənaye burjuaziyasının ciddi narazılığına səbəb oldu. Belə ki, 1828-ci ilədək
Zaqafqaziya tacirlərinin Avropadakı (Leyptsiq yarmarkasında) əməliyyatları, demək
olar ki, dörd dəfə artdığı bir zamanda, Nijni-Novqorod yarmarkasının dövriyyəsi
müvafiq surətdə azalmışdı. Halbuki Rusiyanın işgüzar dairələrində hökumət xəttindən
radikal surətdə fərqlənən baxışlar irəli sürülürdü. Görkəmli publisist və ictimai xadim,
çara ―Qafqaz sakinlərini silah gücünə fəth etməyə nisbətən, onları özümüzə
bağlamağın Rusiya üçün daha əlverişli olan üsulları haqqında fakir» adlı qeydlər təqdim
etmiş admiral N.S.Mordvinov 1816-cı ildə diyar əhalisinin Rusiyanın iqtisadi həyat
orbitinə cəlb etmək yolu ilə siyasətdə ağırlıq mərkəzini bu diyarın iqtisadi istilasına
keirmək təklifi ilə çıxış etdi.
Səlahiyyətli səfir sifəti ilə  İrana göndərilməsini gözləyən A.S.Qriboyedov və
Tiflis mülki qubernatoru P.D.Zavileyski 1828-ci ilin sentyabrında 100 mln. manatlıq
kapitalı olacaq ―Rusiya Zaqafqaziya ticarət kompaniyasının layihəsini İ.F.Paskeviçə
təqdim etdilər. Muxtar inzibati və diplomatik statusa malik olan möhtəşəm bir
müəssənin yaradılması düşünülmüşdü. Onun fəaliyyətində ticarət böyük olsa da, heç də
başlıca yer tutumurdu. Müəlliflərin fikrincə, 1821-ci ilin güzəştli tarifi diyarda ticarətin
canlanması üçün şərait yaradır, bunun da hesabına yerli tacirlər varlanırdılar. Lakin
onlar tarifin təsirini ümumiyyətlə, mənfi qiymətləndirirdilər. Qriboyedov-Zavilevski


3
layihəsinin ideyasının mahiyyəti bundan ibarət idi. Zaqafqaziya ticarət kompaniyasının
layihəsinə görə, emal tipli fabrik və zavodlar (şəkər, mahud, gön-dəri, şüşə) şəbəkəsi
yaradılmalı və paralel olaraq üzümçülük, şərabçılıq, ipəkçilik, tütünçülük və s. inkişaf
etdirməli idi. Bununla yanaşı qeyd olunurdu ki, Rusiyanın dövlət xəzinəsi təkcə pambıq
və xam ipəyin idxalına hər il 80 mln. man. xərcləyir. Müəssisələr tikilməsinin sosial
cəhəti daha vacib idi. Hökumətə təklif olunurdu ki, inhisarçı ticarət dənizlərdə sərbəst
üzmək hüququ ilə yanaşı, kompaniyaya rəmzi icarə haqqı müqabilində 120 min
desyatin torpaq da verilsin. İşçi qüvvəsi kimi kompaniyanın təsərrüfatlarında
əvvəlcədən təhkimçilikdən azad edilmiş rus kəndlilərindən də haqqı ödənilməklə 50 il
kompaniya üçün işləməli olmaları  şərtilə istifadə etmək nəzərdə tutulurdu. Beləliklə,
Qriboyedov və Zavileyskinin layihəsi ―obyektiv kapitalist xarakterinəǁ malik idi və
həm Nikolay rejiminin təhkimçilik platformasına, həm də rus burjuaziyasının
mənafelərinə uyğun gəlmirdi.
İctimai fikir nümayəndələri bu baxışları rəsmi dairələrdə düşmənçiliklə
qarşılandı. Mürtəce general M.S.Jukovski, baş komandan vəzifəsində Paskeviçin sələfi
olan baron Q.V.Rozen və başqaları bildirdilər ki, əgər bu layihə həyata keçirilsə, ―bura
(Zaqafqaziya) Amerika Birləşmiş Ştatları olardı.
20-ci illərin sonu 30-cu illərin əvvəlləri – Rusiyanın Zaqafqaziyada bərqərar
olduğu dövr rus toxuculuq sənayesinin güclü inkişafı ilə eyni vaxta düşürdü. Rusiya-
İran və Rusiya-Türkiyə müharibələrinin Rusiya üçün uğurla başa çatması rus tacirləri və
sahibkarları içərisində ticarət-iqtisadi müdaxilə obyekti kimi Zaqafqaziyaya güclü
maraq oyadırdı. Belə  əhval-ruhiyyə çarizmə yaxın dairələrdə də mövcud idi. Knyaz
A.B.Qolitsin 1829-cu ildə ipəkçilik sahəsində səhmdar cəmiyyəti təsis etmək layihəsi
ilə çıxış etdi. 30-cu illərin başlanğıcı  ərəfəsində çar hökumətində belə fikir
möhkəmləndi ki, o, Zaqafqaziyaya, ―Rusiyadan manufaktura məlumatları almaqla
bizim fabriklər üçün kobud (xam) material verəcək müstəmləkə kimi baxmalıdır.
Çarizm Zaqafqaziya ölkələrini müstəmləkəyə - öz sənayesinin sənaye-texniki xammal
təchizatçısına və satış bazarına çevirmək siyasətini elan etdi. Bu siyasət sonralar
Azərbaycandakı iqtisadi dəyişikliklərin istiqamətini müəyyənləşdirdi, emal tipli
manufaktura, fabrik və zavodların qətiyyən meydana çıxmadığı bir zamanda başlıca
olaraq xammal istehsalı ilə bağlı olan sahələr (hasilat sənayesi) inkişaf edirdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə