Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   47   48   49   50   51   52   53   54   ...   107

7
aparılmış, xeyli sakinin əmlakı  əlindən alınmış, minlərlə ailə ev-eşiyindən məhrum
edilmişdi.
Yadelli qoşunların soyğunçu basqınları ilk növbədə məhsuldar qüvvələrin
dağılmasına, əkin sahələrinin və dənli bitkilərin istehsalının ixtisar olunmasına, kənd
təsərrüfatında əsas qoşqu qüvvəsi olan iribuynuzlu, habelə xırdabuynuzlu mal-qaranın
sayının azalmasına, ipəkçilik, pambıqçılıq və s. sahələrin tənəzzülə uğramasına səbəb
olmuşdu.
Lakin Azərbaycan kəndlilərinin özlərinin adi dinc əməyə qayıtdıqları nisbətən
dinclik və ya xarici basqınlardan müxtəlif fasilələr dövründə kənd təsərrüfatı məhsulları
nəinki yerli əhalinin tələbatını ödəyir, hətta müəyyən qədəri bazara çıxarılır. Məsələn,
təsərrüfata az zərər vurmamış birinci Rusiya-İran müharibəsinin sonuna yaxın bir sıra
əyalətlərdə taxıl istehsalı hələ də yerli tələbatı üstələyirdi. Bununla əlaqədar olaraq, rus
komandanlığının sərəncamı üzrə  Şirvandakı taxıl əkinləri ixtiras olundu, taxılın
―artıqları təkcə bütün taxıl vergisini danışıqsız ödəməyə deyil, həm də rus
intendantlığına lazımi miqdarda sursat satmağa imkan verirdi. 1812-ci il təkcə  Şəki və
Şamaxı xanlıqları rus ordusuna onmin çervert (1.160 min pud) taxıl satmağı öhdəyə
götürmüşdülər. Buğda, düyü, zəfəran, qurudulmuş meyvə, mal-qara, ipək və qızıl boya,
az miqdarda olsa da, ölkə daxilində satışa gedir, habelə Gürcüstana, İrana və Rusiyaya
ixrac olunurdu.
Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başa çatmasından sonra
Azərbaycan müstəmləkəyə çevrilsə də, kənd təsərrüfatının bərpası və inkişafı üçün
şərait yarandı, daxili müharibələrə son qoyuldu. XIX əsrin 40-cı illərində həddindən
artıq müxtəlif olan ölçü və çəki sistemlərinin vahid Rusiya ölçüləri ilə əvəz olunmasına
başlandı. Eyni zamanda, çar xəzinəsinin nəfiknə bir sırfa feodal rüsumlarının, xüsusən
də xanlıqlar dövründən mövcud olan gömrükxana maneələrinin – rahdar deyilən
vergilərin saxlanılması daxili ticarətin inkişafını ləngidirdi. Xanlıqların yerini
əyalətlərin tutduğu komendant üsuli-idarəsi dövründə  əyalətlər arasında ―rahdar
rüsumları qalmaqda idi. 20-ci illərin sonuna yaxın Zaqafqaziyada 17 rahdar vergisi və
sənətkarlıq məmulatları üzərinə qoyulan 120 müxtəlif rüsum alınırdı, 1851-ci ildə yeni
ticarət tarifinə görə, Zaqafqaziyada istehsal olunan mallar rüsum alınmadan Rusiyaya


8
aparıla bilər. Buna baxmayaraq uzun müddət ərzində Mərkəzi Rusiya quberniyalarına
aparılan mallardan bu rüsum alınırdı.
XIX yüzilliyin 30-50-ci illəri kənd təsərrüfatında məhsuldar qüvvələrin
nəzərəçarpacaq dərəcədə artımı və  əmtəə-pul münasibətlərinin inkişafı dövrüdür.
Bununla yanaşı, hakim feodal münasibətləri kənd təsərrüfatının əksər sahələrinin surətli
inkişafına mane olurdu. Çar hökuməti özünün aqrar qanunları ilə Azərbaycanda bu
münasibətlərin möhkəmləndirilməsinə yardım göstərməyə cəhd edirdi.
Kənd təsərrüfatında başlıca yeri, əvvəllərdə olduğu kimi, əkinçili tuturdu. Dənli
bitkilər – buğda, arpa, çəltik daha geniş yayılmışdı. Buğda aparıcı dənli bitki olaraq
qalırdı. O, Azərbaycanın bütün əyalətlərində becərilirdi. Buğdanın istehsalı üzrə  əsas
yeri Şirvan və Qarabağ  əyalətləri tuturdu. Bu əyalətlərdə buğdanın ümumi istehsalı
1830-1832-ci illərdə 4861 min pud, 1845-ci ildə isə 8347 min puda bərabər olmuşdu.
Ümumiyyətlə isə 1845-ci ildə Azərbaycanın 8 qəza və dairəsində - Quba, Şamaxı, Talış,
Qarabağ, Şəki, Naxçıvan qəzaları, habelə Car-Balakən və Yelizavetpol dairlərində,
Qazax-Şəmşəddil torpaqlarında – ümumi taxıl yığımı 7617 min puda bərabər olmuşdu.
Bu da buğdaya olan daxili tələbatı ödəyir və ixrac üçün məhsul qalırdı.
Buğda kimi, arpa da Azərbaycanın bütün əyalətlərində yayılmışdı. 1845-ci ildə
onun ümumi istehsalı 6919,4 min pud olmuşdu. Arpanın yetişdirilməsində  Şirvan və
Qarabağ qəzaları fərqlənirdi. Düyünün (çəltiyin) ümumi istehsalı nəzərə çarpacaq
dərəcədə artdı. Onun becərilməsində aparıcı yeri Talış  əyaləti tuturdu, onun ardınca
Şirvan və Qarabağ, habelə Quba əyalətləri gəlirdi. 1830-1832-ci illərdə bu əyalətlərdə,
1208 min pud, 1845-ci ildə isə 1657 min pud çəltik yığılmışdı. Ümumiyyətlə isə, 1845-
ci ildə bütün Azərbaycan ərazisində düyünün ümumi istehsalı 2315,7 min puda bərabər
idi.
Bu dövrdə Azərbaycanda darı, yulaf, pərinc, paaxlalılar, lobya, noxud kimi digər
dənli bitkilər az miqdarda becərilirdi. XIX yüzilliyin əvvəlləri ilə müqayisədə bu
bitkilərin, xüsusən də darı becərilməsi genişlənsə də, onun ümumi istehsalı cüzi idi.
Ümumiyyətlə isə 40-cı illərdə dənli bitkilər istehsalı ləng artırdı.
Azərbaycan iqtisadiyyatında əhəmiyyətinə görə ikinci yeri tutan kənd təsərrüfatı
sahəsi heyvandarlıq idi. Onun inkişafı üçün ölkədə əlverişli şərait var idi. Muğan, Mil,
Şirvan və digər düzlərin geniş  əraziləri təkcə Azərbaycanın deyil, həm də qonşu


9
ölkələrin Dağıstan və Gürcüstanın da malları üçün gözəl qış otlaqları idi. Yay alp
çəmənlikləri – yaylaqlar da geniş əraziləri tuturdu.
40-50-ci illərdə iribuynuzlu mal-qaranın sayı xeyli artmışdı. 1845-ci ilə aid olan
məlumatlara görə, Azərbaycanın altı qəzasında – Quba, Bakı, Şamaxı, Lənkəran, Nuxa
və  Şuşa qəzalarında onun sayı 272,1 min başa çatırdı. Xırdabuynuzlu mal-qaranın –
qoyun və keçilərin də sayı artırdı. 1843-cü ildə Azərbaycanın həmin qəzalarının
hüdudlarında 476,9 min baş xırdabuynuzlu mal-qara var idi.
XIX yüzilliyin I yarısında Azərbaycanda iri və xırdabuynuzlu mal-qara, atlardan
başqa xeyli miqdarda yük heyvanları – dəvə, qatır və ulaq bəslənirdi.
Bununla belə kənd təsərrüfatının əvvəlki qapalılığı öz yerini əmtəə mübadiləsinin
və  şəhərlə kənd arasında əlaqələrin müəyyən qədər artmasına verirdi. Heyvandarlıq
məhsulları  əsasən şəhərlərdə satıldığı halda, bazara çıxarılan taxılın mühum hissəsi
maldar kəndlilər tərəfindən istehlak edilirdi. 1845-ci ildə bütün Xəzər vilayəti üzrə mal-
qara və maldarlıq məhsullarının satışından əldə olunan gəlir 332,6 min manata, taxıl
satışından götürülən gəlir isə 397 min manata bərabər olmuşdur.
XIX yüzilliyin 30-50-ci illərində Azərbaycan ipəkçiliyi inkişaf etməkdə davam
edirdi. Rus sənayesinin xam ipəyə olan tələbatı daim artırdı. Ucuz xammal əldə
etməkdə maraqlı olan hökumət və ticarət-sənaye dairələri ipəkçiliyin inkişafı üçün
müəyyən cəhdlər göstərirdi. 1836-cı ildə Peterburqda təsis olunmuş kampaniya
―Zaqafqaziyada ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyyətǁ Nuxanı öz
fəaliyyətinin mərkəzi seçdi. Şəki əyalətinin bütün xəzinəyə məxsus tut bağları 5 illik
müddətə pulsuz olaraq, sonrakı 25 il ərzində isə götürülən gəlirə müvafiq olaraq ucuz
qiymətə cəmiyyətə verildi. Bağlara təhkim olunmuş 700 yaxın dövlət kəndlisi – rəncbər
də cəmiyyətin sərəncamına verildi. Qısa müddət ərzində kampaniya öz təsərrüfatını
xeyli genişləndirdi. Kampaniyanın sərəncamına verilmiş 760 bağda 1836-cı ildə 4300
min, 18 il sonra isə (1854-cü ildə) artıq 7 mln-dan yuxarı tut ağacı var idi. Kampaniya
rəncbərləri istismar etmək hesabına ipək istehsalını təxminən 3 dəfə artırmağa nail oldu.
40-cı illərin sonuna yaxın istehsal edilən xam ipəyin miqdarı 28-29 min puda
çatdı. Ümumiyyətlə, 30-50-ci illər ərzində Azərbaycan rus sənayesi üçün bu qiymətli
xammalın əsas istehsal bazasına çevrildi. Zaqafqaziyada emal olunan ipəyin 85 faizi
Azərbaycanın payına düşürdü.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə