Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   50   51   52   53   54   55   56   57   ...   107

16
olduğunundan kəndlilərin çıxışları eyni zamanda antifeodal xarakter daşıyırdı. Bununla
birlikdə yerli feodalı sinfinin müəyyən hissəsinin iştirak etməsinə baxmayaraq, o,
obyektiv olaraq sonunculara qarşı da yönəldilmişdi, çünki feodalların digər hissəsi artıq
çoxdan öz mənafeyi xatirinə çar müstəmləkə idarəçiliyi ilə bağlanmışdılar.
Üsyan çar hakimiyyət orqanlarını qəflətən yaxaladı. Həmin dövrdə rus ordusunun
əsas qüvvələri çarizmə, müstəmləkəçilik əleyhinə mübarizəyə qalxmış Dağıstan
dağlılarına qarşı yönəldilmişdi. Talışda rus qoşunlarının qüvvələri məhdudu idi. Burada
ancaq daima Lənkəranda yerləşən piyada batalyonu var idi. Hökumətin üsyanşılara
ciddi müqavimət göstərə bilmədiyi bir şəraitdə yerli əhali tərəfindən göstərilən kömək
ilk dövrlərdə Mir Həsən xanın müvəffəqiyyət qazanmasını təmin etdi.
1831-ci il martın 10-da üsyançılar Lənkərana yaxınlaşdılar və  şəhəri qurudan
qismən mühasirəyə aldılar. Əyalət komendantı Korniyenko etiraf edirdi ki, Mir Həsən
xanın əlaqəsini tamamilə kəsmişdilər. Martın 10-da üsyançılar daha bir qələbə
gözləyirdi: üsyançılara qarşı mübarizə məqsədilə yerli əhalidən təşkil edilib Ərçivan
kəndində yerləşdirilmiş süvari dəstə bütün heyəti ilə onların tərəfinə keçdi və qiyamçı
xanın oğlu Abdulla bəyə qoşuldu.
Talışda üsyan başlanması xəbərini alan Paskeviç əks zərbə vurmağa hazırlaşmağa
başladı. Aprelin əvvəlləri üçün Salyan və Zərdaba nizami və qeyri-nizami qoşun
dəstələri gətirmək nəzərdə tutulurdu. Martın 20-də çar dəstəsi Abdulla bəyin, əhalisi
üsyançılara qoşulmaqdan imtina etmiş Sebidac mahalına soxulmasının qarşısını almaq
məqsədilə Lənkərandan çıxaraq ona hücum etdi. Qısa müddət davam edən döyüşdə
üsyançılar pərən-pərən salındı. Lənkəran qarnizonunun böyük hissəsinin şəhəri tərk
etməsindən istifadə edən Mir Həsən xan martın 27-də Lənkərana lap yaxınlaşdı və gecə
şəhərin ucqar hissəsinə daxil ola bildi. Lakin artıq martın 30-da hökumət dəstələri
Lənkərana köməyə çatdılar və üsyançılar yaxınlığdakı meşəyə çəkildilər. Martın 31-də
ümumi sayı 500 adamdan ibarət olub, 2 topa malik olan nizami qolşun dəstələri
üsyançılara hücum edərək onları pərən-pərən saldı, xanın Lənkəranı mühasirəyə almaq
cəhdi pozuldu.
Üsyançıların böyük hissəsi, xan başda olmaqla, şəhərdən 15 verst aralıqda
yerləşən Sələş kəndində, Abdulla bəyin başçılıq etdiyi digər hissəsi Bədalan kəndində
yerləşmişdi. Aprelin 6-da çar qoşunu üsyançılara hücum edərək, onları Sələşdən


17
çıxartdı. Səhərisi gün üsyançılar kəndi yenidən ələ keçirməyə cəhd göstərdilər, lakin
toplardan və piyada qoşunun tüfənglərindən açılan atəş nəticəsində onlar geri çəkildilər.
Bu məğlubiyyət Talış üsyanında dönüş nöqtəsi oldu. Məğlubiyyət kəndliləri ruhdan
saldı və onlar kütləvi şəkildə üsyandan aralanmağa başladılar. Hərəkatın sosial
tərkibinin müxtəlifliyi də ona mənfi təsir göstərməyə başladı.
Aprelin 14-də üsyanı yatırtmaq üçün gətirilmiş qoşun Salyanda toplandı. Bu
zaman artıq Ərçivan və qismən də Lənkəran mahallarının sakinləri üsyandan aralandılar
və bir sıra kəndlərin kəndxudaları tabe olduqlarını bildirmək üçün buraya gəldilər.
Aprelin 22-də bu qoşun Lənkərandan xanın əsas dayaq məntəqələrindən Lənkəran
mahalının Əmburan kəndinə doğru hərəkət etdi.
Qoşunun hərəkət etdiyi yol boyunda olan kəndlərin çoxunda əhali yox idi. Onalr
üsyançıların tərəfində duran sakinlərin cəzalandıracaqlarından qorxaraq meşələrə
qaçmışdılar. Bu, çar generalı Talış əyalətinin əhalisinə bəyənnamə ilə müraciət etməyə
məcbur etdi. General onları üsyançıların sırasını tərk etməyə və “öz işlərinə qayıtmağa”
çağırırdı. O, söz verirdi ki, itaət edənlərin hamısı “tamamilə bağışlanacaqlar”.
Mübarizəni davam etdirənləri o, divan tutmaqla hədələyirdilər.
Aprelin 20-dən sonra Mir Həsən xanın dəstəsində cəmi 300 adam qalmışdı.
Toplarla silahlanmış hökumət qoşunlarının sayca çox olması (üsyançılara qarşı ümumi
sayı 5 mindən çox olan qoşun göndərilmişdi) üsyançıları ciddi müqavimət göstərmək
imkanından məhrum edirdi.
Aprelin 23-də çar qoşunu Əmburana daxil oldu. Feodallar da xandan ayrılmağa
başladılar. Ona kömək edən alar və Drıq mahallarının naibləri hökumətlə gizli
danışıqlara girərək çarizmin tərəfinə keçdilər. Aprelin 29-da qoşun Əmburandan xanın
sonuncu dayaq məntəqəsi olan Drıq mahalına hərəkət etdi. Qoşun heç bir müqavimətə
rast gəlmədi.
Drıq mahalının meşələrində gizlənən xanın kiçik dəstəsinə həmin vaxt tüğyan
edən vəba xəstəliyi böyük zərbə vurdu. Basovun kazak dəstəsi tərəfindən təqib edilən
Mir Həsən xan mayın əvvəlində Lənkəran, mayın 5-də isə Astara mahalına qaçdı.
Mayın 7-də xanın cəmisi 20 nəfərdən ibarət olan dəstəsi sərhəd çayı Astaradan cənuba
keçdi.


18
İki ay müddətində Cənubi Qafqazdakı çar hakimiyyət orqanlarının diqqətini
özünə cəlb edən Lənkəran əyalətindəki üsyan belə qurtardı.
Bir neçə il sonra, 1837-ci ildə Azərbaycanın şimalında, Quba əyalətində XIX
yüzillikdə Azərbaycan kəndlilərinin ən böyük silahlı üsyanı – kəndli çıxışları alovlandı.
Quba əyalətində bilavasitə kənd istehsalçılarının böyük hissəsini dövlətə məxsus
torpaqda yaşayan kəndlilər təşkil edirdilər. Bu şərait əyalətdə baş verən kəndli
hərəkatının xarakterinə həlledici təsir göstərdi: təhkimçi dövlət kəndlilərinin əsas
hissəsinə münasibətində feodal və müstəmləkə zülmünün daşıyıcısı kimi çıxış
etdiyindən, mübarizənin zərbəsi yenidən ona qarşı yönəlmiş oldu.
Əyalət kəndlilərinin narazılığının əsas mənbəyi iltizam sistemi idi. Bu sistemə
görə, müxtəlif dövlət vergilərinin böyük hissəsi ayrı-ayrı  şəxslərə iltizama verilirdi.
İltizamçılar zəhmətkeş adamları amansızcasına soyub talayırdılar. Əyalətdə çar
xəzinəsinə məxsus olan otlaqların iltizama verilməsi heyvandarlıqla məşğul olan
kəndlilərin vəziyyətini xüsusilə ağırlaşdırırdı. 1835-ci ildə Quba əyalətinin bütün
otlaqları praporşik Şergilov tərəfindən iltizama götürülmüş və sonra onun tərəfindən
soyğunçu şərtlərlə maldar kəndlilərin istifadəsinə verilmişdi.
Bununla kifayətlənməyən iltizamçı kəndli torpaqlarını  ələ keçirir, heyvanlarını
Şamaxı  əyalətinə sürüb aparmağı və yaxud quru otlaq saxlamağı üstün tutan
kəndlilərdən də otlaq xərci alırdı. Hətta Quba komendantı da etiraf etməyə məcbur
olmuşdu ki, ―Bundan belə nəticə çıxarmaq olar ki, guya dövlət özünə məxsus olan
əmlakı, otlaq yerlərini deyil, əhaliyə məxsus olan əmlakı – qoyunları iltizama verir,
iltizamçılar bu maddəni belə başa düşürdülər və müqavilə ilə öz fəaliyyətlərini belə
istiqamətləndirirdilər.
Dövlət vergilərinin ağırlığını onları toplayarkən yol verilən görünməmiş
özbaşınalıqlar daha da artırırdı. Bütün rütbələrdən olan vəzifəli şəxslər kəndliləri soyub
talayırdılar. Polkovnik Gimbut komendant olduqdan sonra vilayətdə özbaşınalıq daha
da güclənirdi.
Vergilər kəndlilərdən qanunla müəyyənləşdirildiyindən bir neçə dəfə artıq
toplanır, fərq isə komendant tərəfindən mənimsənilirdi. Gimbut kənlilər üzərinə qanunla
nəzərdə tutulmamış vergilər qoyurdular. 1837-ci ilin yazında Müşkür mahalının
kəndliləri öz şikayətlərində bildirirdilər ki, Gimbut onların üzərinə xüsusi vergi qoymuş,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə