Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   52   53   54   55   56   57   58   59   ...   107

22
Qoşun tüfəng atəşinin və süngü zərbələrinin köməyi ilə təxminən axşam saat 5-ə yaxın
üsyançıları şəhərdən çıxara bildi.
Digər iki dəstə hələ də  şəhər divarlarına həmlə edirdi. Lakin onlar da
müvəffəqiyyət qazana bilmədilər. Səhərisi gün üsyançılar şəhəri həmlə ilə ələ keçirmək
üçün yeni cəhd göstərdilərsə də, xeyli itki verərək geri oturuldular. Üsyançılar heç bir
qəti hərəkət etməsələr də, şəhərin mühasirəsini davam etdirirdilər. Şəhəri susuzluqla
üzmək vasitəsi ilə qalanı ələ keçirməyi qərara alan üsyançılar Qubanı su ilə təmin edən
arxın qarşısını kəsdilər. Suya kəskin tələbat şəhərlilərin arasında həyəcana səbəb oldu.
Çar zabitləri sentyabrın 10-da şəhərdən üsyançılar üzərinə basqın etdilər. Çar qoşunu
şəhərin yaxınlığındakı yəhudi qəsəbəsində yerləşən üsyançı dəstəsinə hücum edərək,
onu məhv etdi. Bu müvəffəqqiyətsizlik, ən başlıcası isə mühasirənin heç bir nəticə
verməməsi üsyançılarda öz qüvvələrinə inamı sarsıtdı, onları ruhdan saldı.
Məhəmməd Mirzə xanın ikiüzlü oyunu da üsyançılara mənəvi təsir göstərirdi.
Quba əyalətində baş verən həyəcanların lap əvvəlindən o, çar hakimiyyət orqanlarından
gizli olaraq Hacı Məhəmmədi onlara qarşı birgə mübarizəyə çağırdı. Bununla belə xan
hərbi dairə rəisinin tələbi ilə öz qardaşı Harun bəyin komandanlığı ilə Quba əyalətinə
hərbi dəstə göndərdi. Quba yaxınlığındakı Zeyxur kəndində düşərgə salan Harun bəy
üsyançılarla birləşmədi. Xan, qalib müəyyənləşəndən sonra, onun tərəfinə keçmək üçün
gözləmə taktikasını seçdi. Lakin üsyançılar xanın taktikasını başa düşdülər. Bu isə onlar
arasında intizamsızlığı artırdı. Kəndlilər Hacı Məhəmmədi tərk edərək, evlərinə
dağılışmağa başladılar.
Kəndli düşərgəsinin dağılması elə sürətlə gedirdi ki, səhərisi gün Hacı
Məhəmmədin yanında üsyanda iştirak etmiş 9 mahaldan yalnız 3 dağ mahalının
kəndliləri qalmışdı. Belə cüzi qüvvə ilə mübarizəni davam etdirmək mənasız idi və Hacı
Məhəmməd kəndliləri evlərinə buraxmağı qərara aldı. Özü isə doğma kəndi Xuluqa
gələrək, ailəsini götürüb Kürə xanlığına yola düşdü. O burada Mirzə Məhəmməd xan
tərəfindən ələ keçirilib hökumətə təslim edildi. Çar müstəmləkəçiləri məhkəmə qurmağa
və qisas almağa başladılar. Hacı Məhəmməd edam edildi. Üsyanın 44 fəal iştirakçısı
hərbi məhkəməyə verildi. Yarəli isə dağlarda gizlənə bildi.
1837-ci il üsyanının hərəkətverici qüvvəsi kəndlilər idi. Üsyan iştirakçılarının
tərkibi və onların ən başlıca tələbləri də bunu sübut edir. Şəhərin üsyançılar tərəfindən


23
ələ keçirilmiş ərazisində yaşayan şəhərlilərin də bir hissəsi üsyanda iştirak edirdi. Lakin
bütövlükdə şəhərlilər üsyançılara əməli kömək göstərmədilər.
Üsyanda tiyuldarların torpaq üzərində mülkiyyətini və kəndlilərin feodal
istismarını tanımaq istəməyən çarizmin torpaq siyasətindən narazı olan bir çox Quba
bəyləri də iştirak edirdilər. Bununla birlikdə Quba feodalları arasında çar hökuməti
tərəfindən əllərində silah üsyançılara qarşı çıxış edənlər də az deyildi.
Çarizmin müstəmləkə zülmünün xüsusilə ağır olduğu Şəki əyalətində də çıxışlar
baş verdi. Maliyyə nazirliyinin məmuru Kalinovskinin məlumatına görə, əyalət
əhalisindən 12 müxtəlif vergi toplanırdı. Əyalətlərin heç birində  Şəkidə olduğu qədər
çoxlu vergi saxlanılmamışdı. "Zaqafqaziyada ipəkçiliyi və ticarət sənayesini yayan
cəmiyyəfin tut bağlarında işləyən rəncbərlər xüsusilə amansız istismara və ağır qeyri-
iqtisadi məcburiyyətə məruz qalırdılar. Rəncbərlərin özlərinin "acından ölməkdən" xilas
olmaq üçün kütləvi qaçma faktını qeyd edən dövlət ekspedisiyasının məmurları da
onların ağır vəziyyətdə olmasını etiraf edirdilər.
Əyalətin inzibati və ticarət-sənətkarlıq mərkəzi olan Nuxanın zəhmətkeşlərini də
dərin narazılıq bürümüşdü. Ağır vergi və mükəlləfiyyətlər, hökumət nümayəndələrinin
özbaşınalıqları sənətkarları müflisləşdirmişdi. Hökumət nümayəndələrinin azğınlığı
şəhər əhalisinin varlı hissəsinin - tacirlərin, ruhanilərin, şəhərdə yaşayan torpaq
sahibkarlarının da mənafeyinə toxunurdu. Nuxa sakinlərindən 150 nəfərin imzaladığı
şikayətlərdən birində deyilirdi ki, komendant şəhər əhalisini "elə sıxışdırır ki, çıxış yolu
ancaq öz ailəsini götürüb Nuxadan qaçmağa qalır".
1835-ci ildə Cənubi Qafqaz diyarının baş rəisi baron Rozen əyalətdə yaşayan
maaflar üzərinə vergi qoymaq haqqında sərəncam verdi. Bu vaxta qədər vergi
boyunduruğundan azad olan maaflar arasında həyəcanlar başlandı və Rozen öz
sərəncamını ləğv etməyə tələsdi. Lakin özlərinin vergi verməmək hüquqlarını
itirməkdən ehtiyat edən maafların arasında həyəcanlar sakitləşmədi.
1837-ci ildə  Şəki xanlığının İranda yaşayan sonuncu hakimlərindən birinin -
Səlim xanın oğlu Hacı xan öz nümayəndəsi Məşədi Məhəmmədi əyalətə göndərdi.
Özünü Şəki xanının varisi elan edən Məşədi Məhəmməd kiçik dəstə topladı, lakin
tezliklə hökumət tərəfindən ələ keçirildi. 1838-ci ilin iyulunda o, Nuxa həbsxanasından
Dağıstana qaçdı, burada rutullu Ağa bəylə əlaqə yaratdı. Həmin il avqustun sonlarında


24
Ağa bəyin (tərkibində çar hökumətinin təqiblərindən dağlara qaçmış şəkililər də olan) 5
minlik dəstəsi Şəki əyalətinin ərazisinə daxil oldu. Məşədi Məhəmməd də dəstədə idi.
Xaçmaz mahalının bir çox sakini də dəstəyə qoşulmuşdu. Əyalətin iki başqa mahalında
— Şəki və Vartaşen mahallarında əhali üsyançılara açıq-açığına rəğbət bəsləyirdi.
Əhalinin köməyi rutullu Ağa bəyə sürətlə Nuxaya yaxınlaşmağa imkan verdi. Çar
ordusu geri çəkilməyə və qala divarları arxasında gizlənməyə məcbur oldu. Komendant
idarəsinin məmurları və varlılar da burada sığınacaq tapdılar. Qafqazın baş komandanı
general Qolovinin çara verdiyi məlumata görə, "yoxsullar və avaralar" üsyançılara
qoşulmuşdular. Bir neçə gün ərzində Nuxa yaxmlığmda üsyançılarla ordu arasında
toqquşmalar baş verdi, lakin tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi.
Sentyabrın əvvəllərində Nuxa qarnizonu kömək almağa başladı. Sentyabrın 3-də
üsyançılar şəhəri tərk etməyə məcbur oldular. Qoşun üsyançıları təqib edərək, onları bir
neçə dəfə məğlubiyyət uğratdı. Məşədi Məhəmməd İranda gizləndi. Şəki əyalətindəki
həyəcanlar başa çatdı.
Feodalizm dövrünün bütün kəndli hərəkatları kimi, bu çıxışlar da pərakəndə və
qeyri-mütəşəkkil idi. Üsyançıların üsyana rəhbərlik edə biləcək vahid mərkəzi yox idi.
Ən mühüm məsələlər kəndxudaların, bəylərin, üsyanda iştirak edən kəndlilərin və
şəhərlilərin iştirak etdiyi ümumi şurada həll edilirdi. Şuranın tərkibi müəyyən
edilməmişdi və yalnız bir neçə dəfə təsadüfdən-təsadüfə toplanırdı. Hətta odlu silahı
olmayan kəndlilərin əksəriyyəti toplarla silahlanmış nizami ordu ilə döyüşməli olurdu.
Silahlı qüvvələrin keyfiyyət üstünlüyü çarizmə üsyanı tez yatırmaq imkanı verirdi.
Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması həmcinin ermənilərin
İran və Turkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köcurulməsi təsadufu hadisə
olmayıb erməni-rus munasibətlərinin qanunauyğun nəticəsi idi. Ermənilərin Azərbaycan
ərazilərinə köcurulməsi  Pyotrun 1724-cu ilin noyabrın 10-daermənilərin
AzərbaycanınXəzər sahillərində Dərbənd və Bakı  həmcinin Gilan Mazandaran vədigər
ərazilərində məskunlaşmasını rəsmiləşdirən  fərmanından sonra başladı.
Turkməncay muqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın muxtəlif
ərazilərində məskunlaşdırıldı.1829-cu ilin Ədirnə sulhunun nəticələrini görə isə
Osmanlıİperiyası ərazilərində yaşayan 90000 erməni də Aazərbaycanda yerləşdirildi
.Onlar əsasən Naxcıvan İrəvan və Qarabağ  xanlıqlarında məskunlaşdılar.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə