Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   54   55   56   57   58   59   60   61   ...   107

3
ibtidai məktəblərdən ibarət olan rus təhsil müəssisələri oynamağa başladı. 1872-ci il 13
may Əsasnaməsi ilə Şimali Azərbaycanın bütün qəza məktəbləri altıillik təhsil müddəti
olan pullu şəhər məktəblərinə çevrildi.
İbtidai məktəblər haqqında 1874-cü il 24 may Əsasnaməsi təhsilin aşağı həlqəsi
üzrə iki məktəb tipini təsdiq etdi: üç illik təhsil kurslu birsinifli və beş illik təhsil kurslu
ikisinifli məktəblər - Şimali Azorbaycanda ilk dəfə olaraq kənd əhalisi üçün məktəblər
meydana çıxdı. Kənd cəmiyyətinin vəsaiti hesabına fəaliyyət göstərən Salahlı və xəzinə
hesabına saxlanılan Dağkəsəmən, Cəbrayıl və Göyçay məktəbləri birinci və nisbətən
yaxşı təmin olunmuş kənd məktəbləri sırasında idi.
XIX yüzilliyin 80-ci illərindən Azərbaycanın neft-mədən rayonlarında və sənaye
müəssisələri yanında ibtidai məktəblər təşəkkül etməyə başladı. İri sahibkarlar öz
təsərrüfatlarında əmək məhsuldarlığını, həm də öz maraqlarını yüksəldə biləcək savadlı
fəhlələr hazırlamaq üçün məktəblər açırdılar. 1881-ci ildə Suraxanıda Bakı Neft
Cəmiyyətinin təşkil etdiyi məktəb Bakı neft sənaye rayonunda ilk məktəb idi. «Nobel
qardaşları» şirkəti 1884-cü ildə Qara şəhərdə, 1886-cı ildə isə Balaxanıda məktəblər
açdı. Belə məktəblər Ağşəhərdə 1891-ci ildə S.M.Şibayevin firması və 1893-cü ildə
Xəzər-Qara dəniz Neft və Ticarət Cəmiyyəti tərəfindən təşkil edildi. Sonuncu cəmiyyət
1896-cı ildə, «Benkendorf və K°»-nın ticarət evinin Suraxanıdakı məktəbi ilə eyni
zamanda Balaxanıda daha bir məktəb açdı. 1897-ci ildə 30 min əhalisi olan Balaxanı-
Sabunçu mədən rayonunda cəmi 267 uşaq təhsil alırdı. Həmin şagirdlərin - ancaq 18
nəfəri bu rayon əhalisinin əsas hissəsini təşkil edən azərbaycanlıların payına düşürdü.
1897-ci ildən Bibiheybətdə, Qaraşəhər və Ramanada Bakı neft sənayeçiləri
qurultayının məktəbləri fəaliyyət göstərməyə başladı. Bakı neft sənaye rayonunun xalq
maarif nazirliyinə tabe olan 11 ibtidai məktəbində cəmisi 678 şagird, o cümlədən 282
qız təhsil alırdı. Halbuki bu dövrdə burada meyxana və qəlyanaltıların sayı on dəfələrlə
ondan çox idi. 1892-ci ildən etibarən Gədəbəydə - «Simens qardaşları»nın misəritmə
zavodu yanında kiçik məktəb fəaliyyətdə idi.
Yüzilliyin sonunda Bakı quberniyasında 4514 şagird (o cümlədən 3345 oğlan və
1169 qız) olan 73 müxtəlif növlü ibtidai məktəb, Yelizavetpol quberniyasında 5653
şagirdi (o cümlədən 4761 oğlan və 892 qız) olan 82, Naxçıvan qəzasında 1349 şagirdi
(o cümlədən 1094 oğlan və 255 qız) olan 18 müxtəlif növlü ibtidai məktəb fəaliyyət


4
göstərirdi. Məktəblərdə  şagirdlərin çoxalması  əhalinin təhsilə meylini göstərirdi.
Azərbaycanlılar Bakı quberniyasındakı rus ibtidai məktəblərində  şagirdlərin 24, 3%-ni
(1095 şagird), Yelizavetpol quberniyasında isə 23,8%-ni (1343 şagird) təşkil edirdi.
İctimai mənşələrinə görə, şəhərin tacir və sənətkar təbəqələrində olan şagirdlər müvafiq
olaraq 31,2 və 15,5%-i, kəndli uşaqları isə 63 və 74,9%-i təşkil edirdilər. Rəsmi
statistikada azərbaycanlı qız şagirdlər ayrıca olaraq göstərilməmişdir. Çünki, bir qayda
olaraq azərbaycanlı qızlar rus ibtidai məktəblərində oxumurdular. Bu baxımdan məlum
istisnanı 1983-cü ildən Naxçıvan qəzasının Nehrəm kəndində ikisinifli məktəbdə qızlar
şöbəsi təşkil edirdi. Onun təşkilatçısı və dərslərini deyəni gələcək yazıçı və «Molla
Nəsrəddin» jurnalının redaktoru Cəlil Məmmədquluzadə idi. Bu şöbədə 8 azərbaycanlı
qız təhsil alırdı.
İbtidai nıəktəblərin təşkilində çar hökumətinin zəhmətkeşlərin təhsili xərclərini
yerli şəhər idarələri və kənd cəmiyyətləri üzərinə, deməli, nəticə etibarilə xalqın çiyninə
qoyması meyli açıq-aşkar müşahidə olunur, belə ki, 1899-cu ildə Yelizavetpol və Bakı
quberniyalarının xalq maarifi büdcəsində xəzinə payına 286214 manatdan cəmisi 17790
manat və ya bütün büdcənin 6%-i düşürdü.
Adi təlim kurslu pulsuz ibtidai məktəblər zəhmətkeş uşaqları üçün nəzərdə
tutulurdu. Onlar özlərinin sosial vəziyyəti və maddi imkanlarına müvafiq olan ibtidai
təhsillə kifayətlənməli olurdu. 1899-cu ildə Bakı quberniyasında əksəriyyəti təşkil edən
yaşayış məntəqələrində hər 47000 sakinə, Yelizavetpol quberniyasında isə 21000 sakinə
bir ümumtəhsil məktəbi düşürdü.
Təhsil müəssisələrinin sayı artdıqca, onların ixtisaslı müəllimlərlə təmin olunması
məsələsi aktual əhəmiyyət kəsb edirdi. Əgər orta məktəblər üçün universitet qurtarmış
və xüsusi təhsilli pedaqoqlar seçilirdilərsə, ibtidai məktəblər üçün müəllim
seminariyalarının, orta təhsil müəssisələrinin, o cümlədən qadın gimnaziyalarının
pedaqoji siniflərinin məzunları, habelə müəyyən edilmiş xüsusi imtahanları verdikdən
sonra ibtidai məktəb müəllimi rütbəsi almış şəxslər işə götürülürdülər. Yerli dilləri bilən
müəllimlərin yoxluğu azərbaycanlı uşaqlarının rus məktəblərinə cəlb olunmasını
ləngidirdi. Məktəblərin saxlanılması xərclərinə  əhalinin ağır mükəlləfiyyət kimi
baxması da buradan irəli gəlirdi. Ancaq 1876-cı ildə Qori şəhərində açılmış Zaqafqaziya
Müəllimlər Seminariyası, xüsusən də onun Azərbaycan şöbəsinin məzunları (Fərhad


5
Ağazadə, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə və b.) kənd məktəblərinə
gəldikdən sonra yerli uşaqların bu məktəblərdə oxuması mümkün olmuşdu olan
şagirdlər müvafiq olaraq 31,2 və 15,5%-i, kəndli uşaqları isə 63 və 74,9%-i təşkil
edirdilər. Rəsmi statistikada azərbaycanlı qız şagirdlər ayrıca olaraq göstərilməmişdir.
Çünki, bir qayda olaraq azərbaycanlı qızlar rus ibtidai məktəblərində oxumurdular. Bu
baxımdan məlum istisnanı 1983-cü ildən Naxçıvan qəzasının Nehrəm kəndində
ikisinifli məktəbdə qızlar şöbəsi təşkil edirdi. Onun təşkilatçısı və dərslərini deyəni
gələcək yazıçı və «Molla Nəsrəddin» jurnalının redaktoru Cəlil Məmmədquluzadə idi.
Bu şöbədə 8 azərbaycanlı qız təhsil alırdı.
İbtidai nıəktəblərin təşkilində çar hökumətinin zəhmətkeşlərin təhsili xərclərini
yerli şəhər idarələri və kənd cəmiyyətləri üzərinə, deməli, nəticə etibarilə xalqın çiyninə
qoyması meyli açıq-aşkar müşahidə olunur, belə ki, 1899-cu ildə Yelizavetpol və Bakı
quberniyalarının xalq maarifi büdcəsində xəzinə payına 286214 manatdan cəmisi 17790
manat və ya bütün büdcənin 6%-i düşürdü.
Adi təlim kurslu pulsuz ibtidai məktəblər zəhmətkeş uşaqları üçün nəzərdə
tutulurdu. Onlar özlərinin sosial vəziyyəti və maddi imkanlarına müvafiq olan ibtidai
təhsillə kifayətlənməli olurdu. 1899-cu ildə Bakı quberniyasında əksəriyyəti təşkil edən
yaşayış məntəqələrində hər 47000 sakinə, Yelizavetpol quberniyasında isə 21000 sakinə
bir ümumtəhsil məktəbi düşürdü.
Təhsil müəssisələrinin sayı artdıqca, onların ixtisaslı müəllimlərlə təmin olunması
məsələsi aktual əhəmiyyət kəsb edirdi. Əgər orta məktəblər üçün universitet qurtarmış
və xüsusi təhsilli pedaqoqlar seçilirdilərsə, ibtidai məktəblər üçün müəllim
seminariyalarının, orta təhsil müəssisələrinin, o cümlədən qadın gimnaziyalarının
pedaqoji siniflərinin məzunları, habelə müəyyən edilmiş xüsusi imtahanları verdikdən
sonra ibtidai məktəb müəllimi rütbəsi almış şəxslər işə götürülürdülər.
Yerli dilləri bilən müəllimlərin yoxluğu azərbaycanlı uşaqlarının rus məktəblərinə
cəlb olunmasını ləngidirdi. Məktəblərin saxlanılması xərclərinə  əhalinin ağır
mükəlləfiyyət kimi baxması da buradan irəli gəlirdi. Ancaq 1876-cı ildə Qori şəhərində
açılmış Zaqafqaziya Müəllimlər Seminariyası, xüsusən də onun Azərbaycan şöbəsinin
məzunları (Fərhad Ağazadə, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə və b.) kənd


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə