Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   51   52   53   54   55   56   57   58   ...   107

19
pulları isə özü mənimsəmişdir. Şeşpara mahalının kəndlilərinin şikayətində göstərilir ki,
Gimbut onlardan “zəlzələyə görə pul” toplamışdır. Komendantın özbaşınalıqlarını 15
maddədə ifadə edən kəndlilər qeyd edirdilər ki, Gimbut onları pulsuz olaraq özü üçün
işləməyə, ot biçməyə, bağ becərməyə, odun tədarük etməyə məcbur edir.
Əyalətin idarə edilməsi üzrə komendant köməkçiləri olan mahal naibləri də öz
rəislərindən geri qalmırdılar. Əyaləti təftiş edən adamın şəhadətinə görə, ―mahal
naiblərinin özbaşınalıqlarının hüdudu yox idi.
Komendant və digər vəzifəli şəxslərn azğınlığı məhkəmə işlərinin aparılmasında
da özünü aydın göstərirdi. Şikayətçilərin tələbləri tələbləri çox nadir hallarda ödənilirdi.
Həbsə alınmış adamlar bəzən illərlə istintaqsız və məhkəməsiz həbsxanada
saxlanırdılar.
Çarizm tərəfindən Quba əyaləti kəndlilərinə amansız müstəmləkə zülmü,
Azərbaycanda vəzifəli şəxslərin əhalini açıq şəkildə soyması, onların azğınlığı və
özbaşınalığı üçün əlverişli şərait yaradan komendant üsul – idarəsinin bərqərar olması
1837-ci il Quba kəndlilərinin üsyanının əsas səbəbləri idi.
Müflisləşmiş kəndlilər dövlət boyunduruğunu daşımaq iqtidarında deyildilər və
nəticədə vergi borcları sürətlə artırdı. Kəndlilərin vəziyyəti elə pisləşmişdi ki, onlar
1836-cı ildə buğda və arpa ilə ödənilən natural vergini ödəməyi dayandırmağa məcbur
olmuşdular.
Hökumət dairələrinin Yuxarıbaş mahalı kəndlilərinə Varşavada yerləşən süvari
müsəlman alayında xidmət üçün könüllülər vermək təklifi kəndlilərin səbir kasasını
dolduran sonuncu damla oldu. Könüllülər tamamilə yerli əhali hesabına təchiz edilməli
(silah, at, paltar və s.) olduğundan, əslində çarizm bu aktla çar hakimiyyət orqanlarının
əlavə özbaşınalıqları üçün mənbə olan yeni mükəlləfiyyət tətbiq edirdi. Bu tələb
kəndlilər tərəfindən əsgəri mükəlləfiyyətin başlanması kimi qəbul edildi və 1837-ci ilin
aprelində  əyalətdə kütləvi kəndli hərəkatının başlanmasına təkan verdi. Hərəkat
Yuxarıbaş mahalında başlandı, sonra iki qonşu mahala yayılaraq tezliklə bütün əyaləti
bürüdü.
Gündüzqala kəndində toplanan kətxudalar hərbi dairə rəisi Reutdanəyalətin
əhalisini süvarilər verməkdən azad etməyi tələb etdilər. Tezliklə kətxudalar əlavə
tələblər irəli sürdülər: dövlət mükəlləfiyyətlərin azaldılması, komendant Gimbutun


20
vəzifəsindən kənar edilməsi, əhalinin nifrət etdiyi iki mahal naibinin vəzifəsindən kənar
edilməklə  əyalətdən çıxarılması. Hərəkat çox sürətlə inkişaf edərək müstəmləkə və
feodal əsarəti əleyhinə çevrilmiş hərəkat xarakteri aldı.
Yaranmış vəziyyətin ciddiliyi hökuməti güzəştə getməyə məcbur etdi. Reutn
adından elan olundu ki, ―Quba əyalətindən süvarilər tələb olunmayacaqlar. Kəndlilərin
Gimbutun və haqqında danışılan naiblərin vəzifələrindən götürülməsi tələbləri də yerinə
yetirildi. Hökumət bu yolla kəndliləri sakitləşdirməyə, vaxt qazanmağa və kəndlilərə
mükəlləfiyyətlərin azaldılması haqqındakı  əsas tələbləri unutdurmağa ümid bəsləyirdi.
Reutun taktikası müvəffəqiyyət qazandı. Kəndlilər evlərinə dağılışdılar və bununla
hərəkatın birinci mərhələsi başa çatdı. Lakin Quba əyalətində kəndli hərəkatını doğuran
sosial ziddiyyatlar həll edilməmiş qalırdı. Kəndlilərin mükəlləfiyyətlərin azaldılması
haqqında əsas tələbləri yerinə yetirilmədi. Narazılığın yeni partlayışı labüd idi və onu
çoz gözləmək lazım olmadı.
1837-ci ilin avqustunda Quba əyalətində kütləvi silahlı üsyan başlandı. Ona
Xuluq kəndinin kətxudası – aprel həyəcanlarının fəal iştirakçısı Hacı Məhəmməd
rəhbərlik edirdi, Dağıstan dağlılarının Şamil tərəfindən rəhbərlik edilən mübarizəsi də
Quba əyalətlərindəki hadisələrin inkişafına, əhali arasında müstəmləkə əleyhinə əhavali-
ruhiyyənin güclənməsinə təsir göstərirdi.
1837-ci il avqustun əvvəlində Hacı Məhəməd mürid Əmir Əli ilə görüşdü.
Görüşdə  Əli Şamilin Yuxarıbaş kətxudalarının adına ünvanlandığı məktubunu ona
verdi, Şamil onları çar hakimiyyət orqanlarının yalançı vədlərinə inanmamağa, əldə
silah öz hüquqlarını müdafiə etməyə çağırırdı. Şamil yazırdı: “Silaha sarılın, üsyan
qaldırın”. Hacı Məhəmməd və kətxudalar qubalılara silahla kömək göstərməyə söz
vermiş dağlıq Dağıstanın, Kürə və Qazıqumuğun iri feodal hakimlərindən biri olan
Məhəmməd mirzə xana böyük ümid bəsləyirdilər.
Avqustun 20-dən sonra Hacı Məhəmməd üsyan bayrağını qaldırdı. Çar
müstəmləkəçiləri ilə silahlı üsyana başlamaq çağırışını o, oğlunun Xuluq kəndində
keçirilən və üç yuxarı mahaldan 200-ə yaxın adamın, o cümlədən kətxudaların iştirak
etdikləri toyunda irəli sürdü. Kətxudalar Hacı Məhəmmədə tərəfdar çıxdılar və kəndlərə
çaparlar göndərərək, kəndliləri silahlı mübarizəyə çağırdılar.


21
Hadisələr çoz sürətlə inkişaf edirdi. Artıq bir neçə gündən sonra, Barmaq mahalı istisna
olmaqla, bütün əyalət kəndli üsyanı alovlarına bürünmüşdü.
Üsyançılar tərəfindən xan seçilmiş Hacı Məhəmməd Qubaya yaxınlaşdı və onun
dörd verstliyində düşərgə saldı. Avqustun 30-da Qubanın mühasirəsi başlandı. Şəhər
qala divarları ilə  əhatə olunmuşdu.. Onu qeyri-nizami hərbi qulluqçular da daxil
olmaqla sayı təxminən 600 nəfər olan qarnizon qoruyurdu. Lakin onların gücünü
üsyançılarda olmayan toplar xeyli artırırdı. Bunun hücumu poza bilməyəcəyini nəzərə
alan üsyançılar şəhərə gizlicə daxil olmağı və düşmənə eyni zamanda həm arxadan, həm
də öndən zərbə vurmağı qərara aldılar.
Sentyabrın 4-dən 5-nə keçən gecə üsyançıların hər biri 4 min nəfərdən ibarət olan
iki dəstə qərbdən və şərqdən qala divarlarına həmlə etdilər.Hacı Məhəmmədin ən yaxın
silahdaşlarından olan kəndli Yarəlinin başçılığı ilə sayı yenə də 4 min nəfər olan üçüncü
dəstə gizlicə  şəhərə daxil olmağa cəhd göstərdi. Əvvəlcədən əldə edilmikş razılığa
əsasən şəhərlilər üsyhançılarla birgə çıxış etməli idilər.
Güclü tüfəng və top atəşləri üsyançıları qala divarları üzərinə qalxmağa imkan
vermədi. Yarəlinin dəstəsinin xeyli hissəsi isə  şəhərlilərin köməyi ilə gizlicə Qubaya
daxil olaraq, şəhər məhkəməsinin binasını  ələ keçirdi, şəhərin mərkəzində yerləşən
meydana çatdı. Lakin bu zaman üsyançılar gördülər və dəstənin böyük hissəsi şəhərə
daxil ola bilmədi. Qoşun dəstəsi sürətlə üsyançılara hücum etdi. Top atəşi onları
meydanı tərk etməyə məcbur etdi. Ancaq üsyançılar yaxınlığdakı evlərə dağılışaraq,
böyük igidlik və inadla soldatların hücumlarını dəf etməyə bağladı. Üsyançıların
məskunlaşdığı hər bir ev kiçik qalaya çevrilmişdi və onu ancaq həmlə ilə almaq olardı.
Şiddətli döyüşdə üsyançılarla birlikdə çoxlu şəhərli də vuruşurdu. Hacı Məhəmmədin
dediyinə görə, ―şəhərin bütün sakinləri onlara hər şeydə kömək göstərir, qadınlar
çörək, barıt, çəpər və divarları deşmək üçün balta verir, şəhərlilər tüfəngləri doldurur və
hətta özləri atəş açırdılar. Çar zabitlərinin də etirafına görə, şəhərlilər qoşun ilə
vuruşurdular. O öz rəisinə verdiyi məlumatda yazırdı: ―Şəhər sakinlərinin bir çoxu
bizə atəş açırdı.
Üsyançılar böyük igidlik və mərdliklə vuruşurdular. Lakin onların ayrı-ayrı
evlərdə gizlənmiş pərakəndə qrupları təlim görmüş çar ordusuna qarşı dura bilmədi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə