Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   46   47   48   49   50   51   52   53   ...   107

4
Xammalın ilkin emalı üzrə sayca az olan müəssisələr də (ipəkaçma və ipəksarıma
müəssisələri, pambıqtəmizləmə zavodlar və i.a.) istisna təşkil edirdi. Ticarət siyasəti də
bunlara müvafiq surətdə - yenidən nəzərdən keçirildi. Belə ki, maliyyə nazirinin
fikrincə, Leyptsiq tranzitinin əlverişliyini qoruyub saxlamaqla öz tranzitimizin və
fabriklərimizin müdafiə olunması bir yerə sığışdırıla bilməzdi.
Maliyyə idarəsinin Rusiya pambıq-parça sənayesinin inkişaf perspektivləri və
bununla əlaqədar olaraq onun məhsullarının Avropa bazarında faydalı satışının təmin
oluna bilməyəcəyini nəzərə alan platforması bir növ ikili məqsəd daşıyırdı:
Zaqafqaziyanı Rusiya sənayesinin daxili bazarına çevirmək və Öz Asiyada rus ticarətini
inkişaf etdirmək. Bu isə Rusiya ilə Avropa arasındakı  ―bütün Asiya bazarlarındaǁ rus
manufaktura məmulatlarına verilmiş üstünlük kimi qiymətləndirilirdi.  Buna görə də
1831-ci ilin iyununda Zaqafqaziya Avropa malları üçün bağlanıldı. 1831-ci ilin qadağan
tarifi Rusiya sənayesini (başlıca olaraq toxuculuq sənayesini) beynəlxalq rəqabətdən
qoruyaraq, onu başqa bölgələrdən idxal üçün əslində bağlı olan xüsusi satış bazarı ilə
təmin edirdi.
Çar hökuməti öz iqtisadi siyasətini həyata keçirməklə ilk növbədə Azərbaycanın
təbii zənginliklərinə maraq göstərirdi. O, faydalı qazıntılarla zəngin olan rayonların
öyrənilməsi üçün mütəxəsəsislər göndərirdi. Bir çox mütəxəssislər Qərbi Azərbaycanın
çay yataqlarında qızılın olub-olmadığını öyrənməklə məşğul olurdular. Dağ-mədən
mütəxəssiləri, Rusiya Elmlər Akademiyasının fəxri üzvü qraf A.A.Musin-Puşkin, dağ-
mədən mühəndisləri Eyxfeld, Korniksi, Voskoboynikov və b. XIX əsrin birinci yarısı
ərzində Ağstafa çayından sağ tərəfdə, Porxalı kəndinin yaxınlığında yerləşən Qazax
yatağını, Gürcüstan sərhədlərindən Gəncəyədək, Gəncəçay da daxil olmaqla, Kiçik
Qafqazın şimal ətəkləri boyunca axan bütün çayları tədqiq edirdilər. 40-cı illərdən
etibarən onlar artıq öz tədqiqatlarını qızıl yataqlarının olması baxımından daha çox
ümid verən Tərtər çayı da daxil olmaqla Qarabağadək genişləndirdilər.  Lakin qızıl
yataqlarının baha başa gələn axtarışları o dövrdə gözlənilən nəticəni vermədi və onların
tədqiqatı dayandırıldı.
Car-Balakən dairəsində qalay yataqlarının kəşfiyyatı aparıldı, burada, dağların
birində qalay filizi tapıldı. 1824-cü ildə Qazax distansiyasındakı Qarabayat dağında,
Şuşa şəhərinin ətrafında da kükürd kolçedanı aşkara çıxarıldı. Çar hökuməti


5
Azərbaycanda ipəkçiliyin inkişafının bu sahəsinin yüksəlişi üçün bir sıra tədbirlər
gördü. General Yermolov hələ 1825-ci ildə Şamaxıdakı tut bağlarının genişləndirilməsi
barədə sərəncam vermişdi. 1829-cu ildə isə o öz məktubunda maliyə nazirinə yazırdı ki,
―mən öz tərəfimdən ən yaxşı ipəyin istehsal olunduğu Şirvan əyalətini himayə edirəm,
mənim sərəncamım üzrə hər ilm 1000000 və daha çox tut ağacı əkilir.
Bu məktub hökumətin Azərbaycanda ipəkçiliyin inkişafında, Rusiyanın ipək
sənayesi üçün xammal bazasının yaradılmasında nə qədər maraqlı olduğunu sübut edir.
Peterburqda çıxan “Kommerçeskaya qazeta” yazırdı: ―Şəki əyaləti başqa əyalətlərə
nisbətən daha çox miqdarda və daha yaxşı keyfiyyətli ipək istehsal edir. 1827-ci ildə bu
əyalətdən satış üçün 8200 pud ipək aparılmışdır.
30-50-ci illərdə Rusiya ipək sənayesinin təlabatı daha da artdı, bu da toxuculuq
sənayesini xammalla təmin etmək üçün hökumət tərəfindən bir sıra tədbirlərin həyata
keçirilməsinə gətirib çıxardı. 1836-cı il üçün Peterburqda ―Zaqafqaziya diyarında
ipəkçiliyin inkişaf və ticarəti həvəsləndirmək və yaxşılaşdırmaq üçün kompaniya təşkil
edirdi. Kompaniyaya qraf A.X.Benkendorf , knyaz Dolqorukov və b. kimi ali dövlət
məmurları başçılıq edirdilər. Bu faktın özü ucqarların, o cümlədən də Azərbaycanın
ipək sərvətlərinin ―mənimsənilməsinə hökumətin necə böyük diqqət yetirdiyini aydın
göstərir. Xəzinənin Şəki əyalətindəki bütün tut bağları pulsuz olaraq beşillik müddətinə
kompaniyaya verildi. Bu bağlara təhkim edilmiş, kompaniya tərəfindən amansız
istismara məruz qalan rəncbərlərdə onun sərəncamına verildi. Kompaniya yerli
sakinlərdən barama və xam ipəyi maliyyə nazirliyi tərəfindən qoyulmuş qiymətlər üzrə
almaq hüququna malik idi.
Azərbaycan Rusiya ipək sənayesinin ən mühüm xammal bazasına çevrildi. 1838-
ci ildə Moskva və onun ətrafındakı emal olunmuş 33180 pud xam ipəyin 5/8 hissəsi
Zaqafqaziya, başlıca olaraq Azərbaycan ipəyinin və ancaq 3/8 hissəsi xaricdən
gətirilmiş xammalın payına düşürdü.
30-cu və xüsusən də 40-cı illərdə Azərbaycan kənd təsərrüfatında indiqo, yeni
tütün, pambıq və düyü növləri kimi bitkilərin əkilməsi, zəfəranın keyfiyyətinin
yaxşılaşdırılması və s. üçün cəhdlər göstərilirdi. 1833-cü ildə  ―Zaqafqaziyada kənd
təsərrüfatı, manufaktura sənayesi və ticarəti həvəsləndirməyə cəmiyyətinin
layihəsitəsdiq təsdiq edildi.


6
Ticarət sahəsinin xüsusən çoxlu cəmiyyətlər yaradıldı. 1838-ci ildə 10 il ərzində
rus malları ticarəti ilə məşğul olan “Zaqafqaziya ticarət işi” adlı cəmiyyət fəaliyyətə
başladı. Bu cəmiyyət “Zaqafqaziya ticarət kompaniyası”nın yenidən işlənmiş layihəsi
əsasında yaradılmışdı. Müəssisələrin təsisçisi və direktoru olan A.D.Zavileyski
A.S.Qriboyedovun ölümündən sonra fabrik və zavodlar yaratmaq ideyasından tamamilə
əl çəkməli oldu. Meydana çıxmış ticarət firmaları və cəmiyyətlərinin əksəriyyətinin
ömrü uzun olmadı.
XIX yüzilliyin birinci yarısı  ərzində Azərbaycanın iqtisadi cəhətdən
mənimsənilməsi yolunda ancaq ilk addımlar atılırdı. Bu istiqamətdəki cəhdlərin
məhdud, çox vaxt isə yarımçıq xarakteri də Rusiyada dağılmaqda olan feodal-
təhkimçilik quruluşu şəraitində inkişaf edən Rusiya sənaye kapitalizminin bünövrəsinin
zəifliyi və məhdudluğu ilə izah olunurdu.
Çar hökumətinin məqsəd və vəzifələri Azərbaycanı müstəmləkəyə, xammal
bazasına çevirməyə yönəlsə də, bu şəraitdə Azərbaycan iqtisadiyyatının ipəkçilik və
balıqçılıq təsərrüfatı kimi mühüm sahələrinə rus kapitalınıı soxulması, Azərbaycanın
yeraltı sərvətlərinin aşkara çıxarılması sahəsində görülən tədbirlər, praktiki ipəkçilik
məktəbininǁ yaradılması və i.a.obyektiv olaraq Azərbaycanın iqtisadi inkişafına kömək
edirdi.
XIX əsrin birinci yarısında Azərbaycan kənd təsərrüfatı feodal münasibətlərinin
üstün mövqe tutması ilə səciyyələnirdi. 1801-1828-ci illər, yəni Şimali Azərbaycanın
Rusiya tərəfindən bilavasitə istilası dövründə kənd təsərrüfatı dəfələrlə ağır sınaqlara
məruz qalmışdı. XIX əsrin birinci otuz illiyində Azərbaycanın düşdüyü mürəkkəb hərbi-
siyasi şərait, ölkənin feodal pərakəndliyi kənd təsərrüfatının vəziyyətinə mənfi təsir
göstərirdi. Rusiya-İran müharibələrinin hərbi əməliyyatları dövründə Azərbaycan ərazisi
üç dəfə -1804, 1812 və 1826-cı illərdə yadelli işğalçıların viranedici hücumlarına məruz
qalmışdı.
İran və Rusiya qoşunlarının törətdiyi qarət və zorakılıqlar nəticəsində Qarabağ,
Talış, Şamaxı və Şəki xanlıqlarından on minlərlə iri və xırdabuynuzlu mal-qara qovulub


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə