Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   42   43   44   45   46   47   48   49   ...   107

6
irəliləməsi üçün böyük əhəmiyyət kəsb etdi. Gəncə xanının vassal asılılığında
olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiyav təbəəliyini
qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon, yəni 3 min manat
bac verməyi öhdəsinə götürdü.
İkinci sual:
1804-cü ilin mayında «rusların sürətli uğurlarına dəhşətlə baxan» Fətəli
Şah başda olmaqla İranın yuxarı feodal təbəqələri rus qoşunlarının
Zaqafqaziyadan çıxarılmasını tələb etdi. Tələb rədd olundu. 1804-cü il iyulun
10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi.
İlk döyüş 1804-cü il iyulun 2-də  İrəvan xanlığının ərazisində Eçmiədzin
divarları yanında baş verdi. 12 topu olan 3600 nəfərlik piyada, süvari
eskadronun 2 kazak yüzlüyündən ibarət rus qoşunu 20 minlik İran qoşunu ilə
qarşılaşdı və gürcü süvari dəstələrinin köməyi ilə üstünlük qazandı.
İkinci döyüş İrəvan yaxınlığında Qəmərli kəndinin yanında baş verdi. İran
qoşunları Gəncəyə tərəf irəlilədiyindən, ruslar İrəvandan geri çəkildi.
Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş  İran
sarayı  İbrahim xəlil xanın oğlu Əbülfət ağanı 500 nəfərlik dəstə ilə Qarabağa
göndərdi.  Lakin xan oğlunun dəstəsini Dizax yaxınlığında əzdi.
1805-ci il mayın 14-də  İbrahimxəlil xan Kürəkçay sahilində Sisianovla
görüşdü və müqavilə imzalandı. Müqaviləyə görə Qarabağ xanlığı Rusiya
təbəəliyinə qəbul olunur. Hər dəfə xanın varisləri çar tərəfindən təsdiq olunmalı
idi. Xan nəvəsini girov kimi Tiflisə göndərməli idi. Xanlığın daxili idarəsi xanın
ixtiyarında qalırdı. Şuşada rus qarnizonu yerləşdirilir, xan bu silahlı qüvvəsinin
zəruri ehtiyaclarını təmin etməli idi. Xan hər il öz gəlirlərindən Rusiya
xəzinəsinə 8 min çervon ayırmağı öhdəsinə götürürdü.
Sisianovun düşərgəsinə İbrahimxəlil xanın kürəkəni 7000 çervon verməli,
inşası nəzərdə tutulan qalada rus qoşunlarını yerləşdirməli idi.
İngilislərdən real kömək ala bilməyən İran şahı Fransaya kömək üçün
müraciət etdi.


7
1805-ci il yay kompaniyasının gedişində  İran qoşunları Qarabağa
soxulub, onu viran qoydular.
Abbas Mirzə Şah-Bulaq yaxınlığında Koryaginin qoşunlarını geri oturtdu.
Lakin ruslara kömək gələn kimi geri çəkildi.
İyulda İran qoşunları Qazağa soxuldular. İyulun 27-də Zəyəm
yaxınlığında tərəflər üz-üzə gəldilər. 1805-ci ildə hərbi əməliyyatların gedişi
rusların xeyrinə oldu.
Sisianov Şirvana doğru hərəkət edərkən, onun tələbi ilə  İbrahimxəlil xan
böyük oğlu Mehdiqulu xan başda olmaqla 1500 süvari verməyə məcbur oldu.
Fit dağında möhkəmlənmiş Şamaxılı Mustafa xan 1805-ci il dekabrın 27-
də rusların təbəəliyini qəbul etməyə məcbur oldu. İllik bacın məbləği 7000
çervon müəyyən olundu.
Şamaxı xanlığının tabe edilməsindən sonra Bakıya yol açılmış oldu. Rus
qoşunlarının komandanı Gilanı tutmaq, geri qayıdarkən isə Bakını ələ keçirmək
üçün rus donanmasını Xəzərə göndərməyi qərara aldı.
Rəşti tutmaq üçün uğursuz cəhddən sonra avqustun 17-də Zavalişin Bakı
qalasını atəşə tutdu. Avqustun 29-da xanlığın mühüm strateci məntəqələri
tutuldu.
Lakin Abbas Mirzə Urmiyalı Əsgər xana Bakı xanına kömək üçün dərhal
qoşunla hücuma keçməyi əmr etdi. General Zavalişin bunu eşidib qorxaraq
Lənkəran yaxınlığındakı Sara adasına çəkildi. 1806-cı il fevralın əvvəllərində
Sisianov Bakının 2 km-də general Zavalişinin desant dəstələri ilə birləşərək
qalanın təslim edilməsini əmr etdi. Bakılı Hüseynqulu xan Rusiyanın şərtlərini
qəbul etməyə məcbur oldu.
Xan gəlirlərini Rusiyaya göndərməli, hələ 10 min manat məvacib almalı
idi. Xanlıqda 600-100 nəfərlik rus silahlı dəstəsi saxlanılmalı idi. Xarici siyasət
və hərbi məsələlərdə xan Rusiyaya tabe idi.


8
Fevralın 8-də Sisianov polkovnik Eristavinin müşayiəti ilə xanla
görüşmək üçün qala divarlarına yaxınlaşdı. Bu zaman Hüseynqulu xanın əmisi
oğlu İbrahim bəy tərəfindən öldürüldü.
Yenə də cənubi Qafqazda vəziyyət mürəkkəbləşir. Dağıstan hakimləri
Azərbaycana qarət məqsədilə soxulur.
1806-cı il iyunun 8-də Şahbulaqla Əsgəran arasında Rusiya İran qoşunları
toqquşdu. İran sərbazları sıxışdırıldı.
İbrahimxəlil xan Şuşada yerləşən rus qarnizonunun komandiri mayor
Lisaneviçlə razılığa gəlmişdir ki, ruslar köməyə gələnədək xan iranlılarla
mülayim davransın. Xan İran qoşunlarının Şuşa qalasına lap yaxınlaşdığını
görüb ailəsini Xankəndinə köçürdü. Lakin naməlum şəraitdə ailə üzvləri ilə
birgə qətlə yetirildi.
1806-cı ilin yay kompaniyası rus qoşunlarının uğurları ilə başa çatdı.
1806-cı ilin iyunundan 22-də Dərbəndi tutdular, sonra general Bulqaxovun
komandanlığı altında Bakıya doğru yönəldilər. Hüseynqulu xan öz nümayəndə
heyətini şəhərin bayrağı, qalanın açarı və duz-çörəklə birgə Bulqaxovun yanına
göndərdi, özü isə qisasdan qorxaraq ailəsi ilə birlikdə Qubaya, oradan da İrana
qaçdı. Tezliklə Quba xanı da qaçdı. Dərbənd və Quba xanlıqları Tərki
Şamxalının ixtiyarına verildi.
1806-cı il oktyabrın 22-də  Şəki xanlığında üsyançılarla rus qoşunları
arasında ağır döyüş baş verdi. Şəkililər məğlub oldu. Səlim xan İrana qaçdı.
Tezliklə, Car-Balakəndəki üsyan da ruslar tərəfindən yatırıldı.
Çar hökuməti heç nəyi İrana güzəştə getmək fikrində deyildi, üstəlik,
Naxçıvan və İrəvan xanlıqlarını tələb edirdi.
Fransanın təhriki ilə 1806-cı ilin sonunda Türkiyə Rusiyaya qarşı
müharibəyə başladı. İlk qanlı döyüş Gümrü yaxınlığında baş verdi. 1807-ci il
iyunun 8-də osmanlı qoşunları məğlub edildi.
1807-ci il mayın 4-də Fransa-İran müqaviləsi imzalanır. Müqavilə  İrana
hərbi köməyə nəzərdə tuturdu. Eyni zamanda 1807-ci ildə Fransa-Rusiya


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə