Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   40   41   42   43   44   45   46   47   ...   107

22
Şuşada öldürülməsi (1797-ci il 4 iyulda) bu səfəri saxladı. Sui-qəsdin
təşkilatçılarından biri İbrahimxəlil xanın qardaşı Mehrəli xanın oğlu Məhəmməd
bəy  idi.  Cinayətin  ertəsi  gün  şahın  alay  rəisi  Sadiq  xan  Şəqqaqi  qatilləri
yaxaladı. Onları vəliəhd Xanbaba Cahanbaninin anası və  şahın xalası başda
olmaqla Qacar xanımları çarmıxa çəkdilər. Hacı İbrahim xan Kələntərdən başqa
şahın bütün adamları cənazəni qoyub qaçdılar. Hacı İbrahim xan Kələntər şahın
cənazəsini Hacı Babəkin yanında əmanət qoydu. O, şahdan qalmış səlnətəni
cavahirlərinin yağmalanmaması üçün onları vəliəhdin oğlanları ilə Tehrana
göndərdi. Ancaq şah xəzinəsinin bir hissəsini Məhəmməd bəy Cavanşir ələ
keçirib xəzinə qayasında basdıra bilmişdir. 1798-ci ilin Novruz bayramında
Xanbaba Cahanbani Fətəli xan ünvanını götürərək 37 il (1797-1834) hökmdarlıq
etdi. Onun göstərişi ilə şahın cənazəsi 8 yanvar 1798-ci ildə Nəcəfdə 1-ci İmam
Həzrəti Əlinin məqbərəsi yaxınlığında dəfn edildi.
Şuşada hakimiyyət müvəqqəti olaraq Məhəmməd bəyin əlinə keçdi. O,
Qacarın öldürülməsi xəbərini əmisi İbrahimxəlil xana çatdırdı, ona geri
qayıtmağı təklif etdi. İbrahimxəlil xan tezliklə qayıtdı. Xana çatdırdılar ki, baş
vəzir M.P.Vaqifin öldürülməsində və bir sıra digər bəd əməllərdə Məhəmməd
bəyin əli var. Onun atası Mehrəli bəyi də xan Şuşadan qovmuşdur. Əmisinin
şübhəli münasibətini görən Məhəmməd bəy Şəkiyə pənah apardı. Lakin Səlim
xan onu həbs edərək qan düşməni olan Şamaxılı Mustafa xana təhvil verdi.
Sonuncu isə onu edam etdi. Şahın qətlindən sonra Bakı, Gəncə və İrəvan xanları
öz şəhərlərini qaytardılar.
İran qoşunlarının getməsi ilə ölkədə kəskin daxili feodal müharibələri
başlandı. Fətəli şah bundan yararlanıb cənubi Qafqazı zəbt etmək fikrinə düşdü.
Lakin əvvəlcə Rusiya ilə münasibətləri nizama salman lazım idi. Fətəli şah
1797-ci ildə öz nümayəndəsi Ağa Mir Seyid Həsənov I Pavelin sarayına
göndərdi. I Pavel İran hökumətinə cənubi Qafqaza olan hər cür iddiadan əl
çəkməyi məsləhət gördü. Rədd cavabı alan Fətəli şah cənubi Qafqaza qoşun
yeritməyi əmr etdi. Lakin rusların qətiyyətli tədbirləri İran qoşunlarını geri


23
çəkilməyə vadar etdi. Çünki silah və texnika cəhətdən İran ordusunun
Rusiyadan geridə qaldığını Fətəli şah yaxşı dərk edirdi. Odur ki, Şah Avropa
ölkələrindən əsasən Fransadan hərbi mütəxəssisləri ölkəsinə dəvət etdi.
Beləliklə, XVIII əsrin sonu –XIX əsrin əvvəllərində Cənubi Qafqaz
uğrunda 1-ci Rusiya-İran müharibəsinin başlanması üçün zəruri şərtlər meydana
çıxdı.


1
MÖVZU-Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi.
PLAN
1.XIII əsrin sonu IX əsrin əvvəllərindəAzərbaycanin daxili və beynəlxalq
vəziyyəti
2.Azərbaycanin şimal torpaqlarinin Rusiya tərəfindən işğalinin başlanması
3.Azərbaycanin Rusiya və İran arasinda böluşdurulməsinin birinci
mərhələsi.Gulustan muqaviləsi
4.Azərbaycan xanliqlarinin çar Rusiyasi tərəfindən ləğvi
5.Azərbaycan Rusiya və İran arasinda böluşdurulməsinin ikinci
mərhələsi.Turkmənçay muqaviləsi
Ədəbiyyat
1. Azərbaycan tarixi 7 cilddə, IV cild, Bakı, 2007-ci il
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989-cu il, sənəd № 60-61.
3. Azərbaycan tarixi Z.Bünyadovun redaktorluğu ilə. Bakı, 1994-cü il.
4. Əliyev H.Ə. Şeyx Şamilin anadan olmasının 200 illiyinə həsr edilmiş
təntənəli yubiley iclasında nitqi «Azərbaycan» qəzeti 6 noyabr, 1997-
ci il.
5. Babayev A.Rusiyaya qovuşmaq ərəfəsində, Bakı, 1988, səh.157-167.
6. Azərbaycan tarixi S.Əliyarlının redaktorluğu ilə. Bakı, 1996-cı il,
səh.271-299.
7. Zeynaloğlu C. Müxtəlif Azərbaycan tarixi. Bakı, 1992-ci il, səh.28-37.
8.Yaqub Mahmudov,Kərim Şukurov Azərbaycanın beynəlnəlxalq munasibətlər
və diplomatiya tarixi(1639-1828) Bakı 2009
XVIII-XX əsrlərin hüdudlarında Rusiya xarici siyasət İnin əsas
istiqamətlərindən biri Cənubi Qafqnazın istilasından ibarət idi. Çarizmin Cənubi
Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə Xəzəri Rusiyanın daxili dəniz etməyə
və faydalı qazıntıları artıq rus elminə məlum idi, rus hökuməti bu ölkənin
sərvətlərinin mənimsənilməsini onun istilası ilə bağlayırdı. Bu bölgənin işğalı


2
ənənəvi rus-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həll edə
bilərdi. Cənubi Qafqazın istilası dağlıların ərazilərini şimaldan və cənubdan
mühasirəyə almaqcan ötrü əlverişli şərait yarada bilər, həmçinin rus-ingilis
rəqabəti, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın əhəmiyyətini artırır.
Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqə təsirinə, Ost-Hind
kompaniyasının inhisarına ağır zərbə vura bilərdi.
I Pavelin öldürülməsi, I Aleksandrın hakimiyyətə gəlişi vəziyyəti
dəyişdirdi. I Aleksandr Fransa ilə  əlaqələri qırdı və  İngiltərə ilə yaxınlaşdı.
Fransız təcavüzünün mövcudluğu şəraitində Rusiya ilə yaxınlaşmanı yüksək
qiymətləndirən İngiltərə artıq İranı açıqca müdafiə edə bilmirdi. Fransa bu
vəziyyətdən dərhal yararlanıb Rusiya əleyhinə müqavilə bağlamağı şah İranına
təklif etdi.
1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusiyaya
birləşdirilməsi haqqında çar manifesti elan olundu. Rus qoşunları baş komandanı
və mülki hakim tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Azərbaycan
ərazisinin də bir hissəsi – Kartli-Kaxetiya çarlığının vassal asılılığnda olan və
onunla birlikdə Rusiyaya birləşdirilmiş Qazax, Borçalı, Şəmsəddin sultanlıqları
bu quberniyanın tərkibinə daxil edildi.
1802-ci ilin sentyabr-oktyabr aylarında Qafqaz qoşunlarının baş
komandanı Knorinq şimali Qafqazda Georgiyevski şəhərində siyasi və ticarət
məsələləri üzrə  şimali Azərbaycan xanlarının və Qafqazın digər hakimlərinin
iştirakı ilə görüş keçirir. Burada 2 Azərbaycan xanlığının – Quba və Talış
xanlıqlarının nümayəndələri də iştirak edir. İran şah Qarabağ və Bakı xanlığına
tabe olmaq haqqında hədələyici məktublar göndərdiyinə görə digər xanlıqların
nümayəndələri bu görüşdə yox idi. Müqavilədə deyilirdi ki, onu imzalayanlar öz
xahişlərinə görə Rusiya himayəsinə qəbul olunurlar.
Bu illərdə qədim gürcü zadəgan nəslindən çıxmış 1802-ci ilin
sentyabrında Qafqazın baş komandanı təyin olunan P.D.Sisianov Cənubi
Qafqazda müstəmləkə siyasətinin icraçısı oldu.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə