Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   37   38   39   40   41   42   43   44   ...   107

12
hakimi Əmir Həmzənin bacısı Tutubikə başçılıq edirdi. Əmir Həmzə bacısını
aldadır ki, Fətəli xanı öldürdülər, onun cənazəsini gətirmişəm, şəhər
darvazalarını aç, lakin qadın hiyləni başa düşür. Dərbəndin mühasirəsi 10 ay
çəkdi, II Yekaterina Fətəli xana kömək göndərdi. Onlara köməyi ilə Fətəli xanı
Qubanı və  Şirvanı  ələ keçirdi. Sonra o, Azərbaycanın cənubuna doğru hərəkət
etdi.
Fətəli xan 1784-cü ilin yazında hərəkət edib avqustda Ərdəbili, sonra
Meskini tutdu. Artıq bu kağız üzərində Azərbaycanı  İranla bölüşdürmüş
Rusiyanın maraqlarına zidd idi. Rusiyanın təzyiqi və arxada feodal hakimlərin
baş qaldırdığına görə Fətəli xan geri qayıtmağa məcbur oldu və o, Şəki xanlığını
özünə tabe etdi.
Beləliklə, XVIII yüzilliyin 80-ci illərində Quba xanlığının hakimiyyəti
Şamaxı, Dərbənd, Bakı, Şəki, Talış, Dağıstanın bəzi torpaqlarında yayıldı.
Bakı xanlığı
Nadir şahın ölümündən sonra Mirzə Məhəmməd ağa Şahın əlaltısı Səlimi
qovdu və özünü müstəqil xan elan etdi. (1747-1786). Tərkibinə bütün Abşeron
yarımadası ilə birlikdə Bakı şəhəri və 39 kənd daxil idi. Bakı xanlığı demək olar
ki, Azərbaycanın bütün xanlıqları, həmçinin Qərbi Avropa və  Şərq ölkələri ilə
geniş ticarət aparırdı.
Mirzə Məhəmməd xanın varisləri dövründə Bakı xanlığı Qubalı Fətəli
xanın varisləri dövründə Bakı xanlığı Qubalı Fətəli xandan vassal asılılığına
düşdü. Fətəli xan 1766-cı ildə bacısı Xədicə bikəni bakılı Məlik Məhəmməd
xana (1768-1784) ərə verdi və bununla Bakı xanlığının Quba xanlığından
asılılığını təmin etdi. Həmin dövrdən hökmlü və möhkəm iradəli Xədicə Bikənin
təsir ilə Bakı hakimi əslində Fətəli xanın vassalına çevrildi.
Gəncə xanlığı


13
Gəncə bəylərbəyliyi əsasında yaranmışdır. Bu bəylərbəylik irsi olaraq
kiçik fasilələrlə XVII əsrdən 1804-cü ilə qədər Qacarlar tayfasına məxsus
Ziyadoğlular tərəfindən idarə olunurdu. Xanlığın əsasını  Şahverdi xan
Ziyadoğlu qoymuşdur. Gəncə istər hərbi-siyasi, istərsə də iqtisadi təsərrüfat
baxımından mühüm əhəmiyyət kəsb etdiyinə görə Qarabağ xanlığının və kartli-
kaxetiya hakimlərinin hücumuna məruz qalmışdır.
Şahverdi xanın ölümündən sonra onun oğlu II İraklinin yardım etdiyi
Məmmədhəsən xan (1760-1780) hakimiyyətə gəldi. O, doğma qardaşı
Məhəmməd xanın təşkil etdiyi sui-qəsdin qurbanı oldu. Məhəmməd xan öz
növbəsində II İraklii ilə birgə Gəncəni ələ keçirən Pənahəli xan tərəfindən kor
edildi. Bundan sonra Gəncə xanlığı eyni vaxtda qaliblərin təyin etdikləri iki
nümayəndə tərəfindən idarə olundu. Bu vəziyyət 1785-ci ilə qədər davam etdi.
Rəhimbəydən sonra (1785-1786) hakimiyyətə gələn Cavad xan (1786-1804) hər
il II İrakliyə 11500 manat xərac verməyi öhdəsinə götürlü. 1795-ci ildə o, bu
xəradı verməkdən imtina etdi.
Şamaxı xanlığı
Bütün Şirvan əyalətinin ən əsas şəhəri olan Şamaxı, hətta Nadir şah
tərəfindən dağıldıqdan sonra, Azərbaycanın ən mühüm iqtisadi mərkəzlərindən
biri olaraq qalmaqda davam edirdi. Nadirin ölümündən sonra nisbətən kiçik
ərazidə iki xanlıq yarandı: Mərkəzi Ağ su olmaqla yeni Şamaxı, mərkəzi Şamaxı
olmaqla köhnə  Şamaxı Nadirin vergi yığanı Hacı Məhəmmədəli xan Yeni
Şamaxıda hakimiyyəti ələ aldı, Köhnə Şamaxıda isə xançobanı tayfasından olan
Məhəmməd Səid xan möhkəmləndi.


14
1763-cü ildə o hər iki Şamaxını birləşdirdi. Şamaxının hərbi-siyasi gücü
xeyli artdı. Nəhayət 1768-ci ildə  Şamaxı xanlığı Qubadlı Fətəli xan tərəfindən
işğal olundu.
Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan
qoymuşdur. (1747-1763/64) hakimiyyətinin ilk dövründə o, daha güclü Qarabağ
xanlığına arxalanırdı. Heydərqulu xanın ölümündən sonra 1787-ci ilə qədər
hakimiyyət uğrunda mübarizə nəticəsində Naxçıvan xanlığı zəifləyir.
İrəvan xanlığı Çuxursəd bəylərbəyliyi əsasında təşəkkül tapmışdır. Şahın
ölümündən sonra yerli feodal Mir Mehdi xan özünü xan elan edərək müstəqil
İrəvan xanlığının əsasını qoydu. İrəvan xanlığı Azərbaycanın Qərbində Göyçə
gölü ətrafında yerləşmiş və 15 mahaldan ibarət idi. Qırxbulaq, Zəngibasar,
Qarnibasar, Vedibasar, Şərur, Suran, Dərək, Saatlı, Tala, Seyidli-Axaclı,
Sərdarabad, Gərfi, Abaran, Dərəçiçək və Göyçə xanlığın mərkəzi İrəvan idi.
1751-ci ildə Urmiyalı Fətəli xanın sərkədləri bu xanlığı zəbt edir.
1765-1769-cu illərdə gürcü çarlarının İrəvana hücumları nəticəsində xan
onlara müəyyən qədər bac verməyə məcbur olmuşdur. Lakin mərkəzi İranda
hakimiyyəti ələ almış Kərim xan Zəndin tələbi ilə Hüseynəli xan Kartli çarı II
İrakliyə bac verməkdən imtina etdi. 1779-cu ildə Kərim xan Zəndin vəfatından
sonra II İraklii İrəvan xanlığına hücum etsə də, güclü müqavimətə rast gələrək
geri çəkilmişdir. 80-ci illərdə xanlıq zəifləyərək bir müddət Xoy xanlığından
asılı vəziyyətə düşdü.
80-ci illərin sonlarında İrəvan xanlığı Kartli-Kaxetiya çarlığının
asılılığından çıxdı. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 35 günlük
mühasirədən sonra İrəvanı təslim etdi. Şah Məhəmməd xanı həbs edərək yerinə
Əliqulu xanı qoydu, lakin Qacarın ölümündən sonra əhali Əliqulu xanı qovdu.
İran hökmdarı Fətəli Şah Məhəmməd xanı həbsdən buraxıb yenidən xan təyin
etdi. Qaradağ xanlığı zəif bir xanlıq olub, tayfa başçısı Kazım xan (1748-1752)
tərəfindən əsası qoyulub. Xanlığın mərkəzi əhər idi. Bu xanlıq 1782-ci ildə Xoy


15
və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal edildi və öz
müstəqilliyini itirdi.
Təbriz xanlığının banisi Dünbülü tayfasının görkəmli nümayəndəsi
Nəcəfqulu xan (1745-1780) olmuşdur. Faktiki olaraq o, Təbriz xanlığını
Urmimya xanlığının naibi kimi idarə edirdi. 1763-cü ildə Urmiyalı Fətəli xan
Əfşar Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra Təbriz xanlığı tam
müstəqillik qazandı.
Ərdəbil xanlığının banisi Şahsevən tayfasının başçısı Nəzərəli xan (1747-
1783) olmuşdur. İran hakimi Kərim xan Zəndin məsləhəti ilə Gilan hakimi
Hidayət xan Nəzərəli xanın üzərinə xaincəsinə basqın edib, onu əsir götürdü.
Lakin Kərim xanın ölümündən sonra ərdəbillilər Gilana hücum edərək Nəzərəli
xanı əsirlikdən qurtardılar.
Urmiya xanlığının başçısı  Əfşarlar tayfasından olan Fətəli xan Əfşar
(1747-1763) idi. Müəyyən vaxtlarda o, Cənubi Azərbaycanda xeyli əxzilər tuta
bilmişdir, lakin 1763-cü ildə o, Kərim xan Zənd tərəfindən məğlub edilir,
Urmiya xanlığı özünün əvvəlki əhəmiyyətini itirir.
Xoy xanlıbının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadirin
dövründə Xoy vilayətinin hakimi olmuş Murtuzqulu xanın oğlu idi.
Şah şübhələndiyinə görə, Murtuzqulu xanı qətlə yetirmiş, vilayətə oğlunu
hakim təyin etmişdir. Nadirin ölümündən sonra o, özünü Xoy xanlığının
müstəqil hakimi elan etmişdir. Fətəli xan Əfşarla onu dostluq münasibətləri
bağlayırdı.
Maku xanlığının banisi Bayat tayfasının başçısı Nadirin sərkərdələrindən
biri olan Əhməd Sultan (1747-1778) idi. Maku xanlığı öz ətrafında 30 kəndi
birləşdirirdi.
Sərab xanlığının əsası  Şəqaqi tayfasının başçısı  Əli xan (1747-1786)
tərəfindən qoyulmuşdur. O, Məhəmməd Həsən xan Qacarla mübarizədə öz
müstəqilliyini qoruyub saxlasa da, Kərim xan Zəndin nominal hakimiyyətini
qəbul etməyə məcbur olmuşdur. Lakin onun ölümündən sonra Sərab xanlığı


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə