Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   36   37   38   39   40   41   42   43   ...   107

9
Kəbirli mahalında Bayat qalasını tikdirdi. (1748). Qarabağ xanlığının artmaqda
olan qüdrətini görən Şirvan və  Şəki hakimləri, habelə Qarabağın bir sıra
məlikləri Pənahəli xana qarşı ittifaq yaratdılar.
Şəki xanı Hacı Çələbinin Pənahəli xana qarşı qətiyyətli yürüşü bir nəticə
vermədi. Əhməd bəy Cavanşir yazırdı: «Hacı Çələbi böyük itkilər verərək geri
qayıdarkən məyusluqla demişdir: «Pənahəli xan özünü xan elan etmişdir, mən
isə öz məğlubtyyətimlə onun xanlığını təsdiq etdim».
Pənahəli xan Təbrizli Əmiraslan xanla ittifaq bağladı. O, siyasətlə
Gülüstan və Çiləbörd məlikləri arasında nifaq saldı. Verəndə məliyi Şahnəzər o
biri məliklər tərəfindən təkləndi. O, öz qızını – Hürzəti Pənahəli xanın oğlu
İbrahimxəlilə verərək, onun hakimiyyətini qəbul etdi.
Mirzə Canalın yazlığına görə, Pənahəli xan silahlı toqquşmadan sonra
Xaçın məliyi Mirzə xanı da özünə tabe etdi. Mənşəyinə gəlincə, Dizaq məliyi
Qarabağa Loridən gəlmişdi. Vərəndə Məliyi Şahnəzər Göyçədən, Çiləbörd
məliyi Allahqulu Macavizdən, Gülüstan məliyi Usub Şirvandan qaçaraq
qarabağda özünə sığınacaq tapmışdır. Nadir şaha itaətə görə məliklik rütbəsi
almışlar. Xaçın isə o dövrdə Həsən Cəlalyanın (170201728) övladına
verilmişdir. Buradan aydın olur ki, Qarabağ məliklərinin əsil-nəsəbi erməni
dinini qəbul etmiş Qriqoryan (xristian) albanlar olmuşlar. Lakin erməni xristian
kilsə xadimləri rus sarayına məktublarında məliklərin siyasi separatizm
cəhdlərinə dini don geydirmişlər. Əslində bu mübarizə, hakimiyyət, torpan və
ərazi uğrunda aparılan siyasi mübarizə idi.
Pənahəli xan Ağdam yaxınlığında Şahbulaqda daha bir qala tikdirdi.
1750-ci ildə Şuşakəndən bir qədər aralı Şuşa qalasının tikintisinə başlandı, 1756-
1757-ci illərdə Şuşa qalasının tikintisi başa çatdırıldı.
Nadir Şahın varisləri arasındakı çəkişmələrdən istifadə edən Pənahəli xan
öz hakimiyyətini Ərdəbilə qədər yaya bildi. O, Sarıcalı Dərgahqulu bəyi
Ərdəbilə, Gəncənin Ziyadoğlu nəslindən birini Gəncədə hakimiyyətə gətirdi.


10
Cənub-qərbdə isə Bərguşada qədər uzanan torpaqları – Tatev, Sisyan, Qafan,
Meğri, Güney mahallarını Qarabağ və Naxçıvan hakimlərindən aldı.
İrəvan hakiminə tabe olan Göyçə mahalını, Tərtər ərazisini ələ keçirdi.
Xudafərin körpüsündən Kürəkçaya qədər uzanan və Gəncə xanlığına tabe olan
torpaqları öz nüfuz dairəsinə daxil etdi.
1751-ci ildə Məmmədhəsən xan Qacarın qoşunu Qarabağa basqın etdi.
Bir ay Şuşa qalasını mühasirədə saxlasa da, Kərim xan Zəndin Astarabad,
Mazandaran və Gilan üzərinə hücumunu eşidib geri qayıtmağa məcbur oldu.
1760-cı ildə Urmiya hakimi Fətəli xan Əfşar bir sıra qonşu xanlıqları zəbt
etdikdən sonra, Şuşaya hücum edib, qalanı 6 ay mühasirədə saxladı, Pənahəli
xan oğlu İbrahimxəlili girov verməklə şəhəri mühasirədən azad etdi.
Azərbaycan cənubundakı bir sıra xanları özünə tabe edən Kərim xan Zənd
və Pənahəli xanın qoşunları Urmiyalı Fətəli xanı məğlub etdi. Bu qələbədən
sonra Kərim xan Zənd Pənahəli xana xəyanət etdi, oğlunu – İbrahimxəlili
məhbəsdən azad edib Qarabağa qaytardı, Pənahəli xan ömrünün sonunadək
(1763) Şirazda qaldı.
İbrahimxəlil xanın (1763-1806) dövründə Xanlıd daha da gücləndi. Onun
Qaradağ, Ərdəbil, Naxçıvan və Gəncə üzərinə təsiri olmuşdur. İbrahim Xəlil xan
Car-Balakən camaatının başçısı Nutsal xanın qızı Bikə xanımla evlənmişdir.
Xan öz qızı Tuti Bikəni şəkili Səlim xana ərə vermişdir. Xan gürcü çarı II İraklii
ilə də dostluq edirdi.
İbrahimxəlil xan daxili işlərini nizama saldıqdan sonra qaynı Ümmə xanın
köməyi ilə Naxçıvana qoşun çəkdi. Lakin ciddi müqavimətə rast gəlib Kəlbəli
xanla dostluq əlaqəsi yaratdı.
Xanın ikinci səfəri Xoy şəhərinə oldu. Lakin Xoy hakimi Cəfərqulu xan
Qarabağ qoşunlarını məğlub etdi. M.P.Vaqif və  İbrahim xanın əmisi oğlu Fərzi
bəy əsir düşdü. İbrahimxəlil xan danışıqlar yolu ilə əsirləri azad etdi. Gürcüstan
valisi ilə toqquşma nəticəsində 1791-ci ildə Ümmə xan Knyaz Abasidzenin


11
qızlarına əsir götürdü. Birini İbrahimxana göndərib, digəri ilə özü evləndi.
Üçüncü sualı araşdırarkən, biz yenidən mövzuya qayıdacağıq.
Quba xanlığı
Azərbaycanın digər xanlıqlarından fərqli olaraq Quba xanlığı hələ XVIII
əsrin lap başlanğıcında mövcud idi. O, çox kiçik sahəni tutur və paytaxtı Xudat
idi. O, həm də tam müstəqil deyildi. Xanlığı Hüseynəli xan idarə edirdi. O,
1735-ci ildə paytaxtı Qubaya köçürdü. Nadirin ölümündən sonra İranın
zəifləməsindən istifadə edib müstəqilləşdi. O, ömrünün sonlarında Salyan öz
xanlığının tərkibinə qatlı. Ondan sonra Quba xanı Fətəli xan oldu. (1758-1789).
Quba xanlığını möhkəmləndirdikdən sonra o, şimal-şərqi Azərbaycan
torpaqlarını, ümumiyyətlə bütün Azərbaycanı Quba ətrafında birləşdirməyi
qarşısına məqsəd qoymuşdur. Ölkənin müdafiəsini möhkəmləndirdikdən sonra
o, Muğandan döyüşkən Şahsevənləri – xanlığını  ərazisinə köçürdü. Əvvəlcə
Dərbəndi xanlığın ərazisinə qatdı. Tezliklə Bakı xanlığı da Quba xanlığından
asılı vəziyyətə düşdü. Artıq Dərbənddən tutmuş Kürün Xəzərə töküldüyü yerə
kimi, bütün xəzərsahili torpaqlar Salyan da daxil olmaqla Quba xanlığının
tərkibində idi. Sonra o, Şamaxı xanlığının ərazisini Şəki xanlığı ilə öz aralarında
bölüşdürdü. Gəncəli Cavad xan Fətəli xanın hakimiyyətini qəbul etdi. Sonra o,
Şamaxının Şəki xanlığı tərəfindən tutulan əraziləri də onun əlindən aldı. Bunun
üstündə Şəki xanlığı ilə münasibətləri pozuldu.
1774-cü il Xudat yaxınlığında Qovduşan döyüşündə  Şəki, Şamaxı və
Dağıstan feodallarının birgə qüvvələri Fətəli xanı məğlub etdi. O, Salyana qaçdı.
Salyan, Bakı, Dərbənd istisna olmaqla qalan ərazilərini itirdi. O, gizli yollarla
Dərbəndə gəlib Rusiyadan kömək istədi. Qeyd etmək yerinə düşər ki, 1768-
1777-ci illər rus-türk müharibəsində Fətəli xan Sultan Türkiyəsinin müttəfiqlik
çağırışını rədd etmişdir.
Bu zaman yuxarıda adı çəkilən müttəfiq qoşunlar Dərbəndi mühasirəyə
aldılar. Şəhərin müdafiəsinə Fətəli xanın arvadı, ona qarşı çıxmış Dağıstan


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə