Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   34   35   36   37   38   39   40   41   ...   107

2
sosial-iqtisadi və siyasi şərtləri ümumi xarakter daşıyırdı. Lakin xanlıqların
yaranması formaca bir-birindən fərqlənirdi.
Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-
cı illərinə aiddir. Onlardan bəzisi Nadir şah dövlətinin süqutundan sonra
meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə  İran
əleyhinə mübarizə nəticəsində formalaşmağa başlamışdı. Xanlıqların bəzisi isə
öz başlanğıcını hələ Səfəvilər dövlətinin tərkibində yarımmüstəqil inzibati varlıq
kimi mövcud olduğu dövrdən götürür.
1947-ci il iyunun 20-də Nadir şah şəxsi mühafizə dəstəsinin rəisi
Məhəmmədqulu xan Əfşar, Sarayda işlər idarəsinin rəisi Saleh xan, Qırıxlı
Əfşar, eləcə də Məhəmməd Bəy Qacar İrəvanlı və b. tərəfindən, sui-qəsd
nəticəsində qətlə yetirildi. Mərkəzi hakimiyyətin zəiflədiyi bir dövrdə
Azərbaycan ərazisində müstəqil feodal dövlətləri 14 xanlıq, beş sultanlıq yarandı
və Qarabağda olan 5 məliklik müstəqilləşdi.
Bütün bu tarixi proseslər nəticəsində Azərbaycanda uzunmüddətli İran
hökmranlığından azad oldu və  əvvəllər itirdiyi müstəqilliyi yenidən qazandı.
Lakin o zaman Azərbaycan bütöv bir dövlət deyildi, müstəqil xanlıqlardan ibarət
idi.
XVIII yüzilliyin ortalarında Cənubi Azərbaycanda Təbriz, Urmiya,
Ərdəbil, Xoy, Sərab, Marağa, Maku və Qarabağ xanlıqları kimi dövlət qurumları
yarandı.
XVIII əsr 50-ci illərin əvvəllərində Azərbaycanın Cənub torpaqlarında
hakimiyyət Əfqanlardan ibarət olan Azat xanın əlinə keçdi.
Onu da qeyd etmək lazımdır ki, demək olar ki, bütün tarixçilər
Azərbaycan ərazisində müstəqil xanlıqların yaranması məsələsinə toxunarkən
bir-birini təkrar edərək, bu məsələni Nadir şahın ölümü ilə bağlayırlar. Əslində,
müstəqil Azərbaycan xanlıqlarının yaranması hər şeydən əvvəl bütün İran
ərazisini bürümüş xalq azadlıq hərəkatının məntiqi nəticəsi idi.


3
Məs. Ərdəbildə baş vermiş üsyan Nadir şahın ölümündən qabağa təsadüf
edir.
Araz və Kür arasında Qaraba xanlığı, Zəngəzur sıra dağlarından Araz
vadisinə qədər ərazidə Naxçıvan xanlığı, Murov dağ silsiləsindən Kür çayınadək
Gəncə xanlığı, Şirvan düzənliyində Şamaxı xanlığı yaranmışdır.
Azərbaycan Şimal-Qərbində  Şəki xanlığı, Abşeron yarımadasında Bakı
xanlığı, Azərbaycanın şimal-şərqində, Xəzərin qərb sahillərində Quba və
Dərbənd xanlıqları yarandı. Həmçinin Qutqaşen, Qəbələ, Ərəş, Qazax,
Şəmsəddin sultanlıqları kimi kiçik dövlət birləşmələri meydana gəldi.
Qarabağda XV əsrdə alban Həsən Cəlalın nəsli Qaraqoyunlu Cahan şahdan
Məlik titulu almış, sonralar 5 Muxtar alban feodal knyazlığına – məlikliyinə
parçalanmış – Gülüstan Cəraberd Xaçın Vərəndə, Dizaq mövcud idi. Şimali
Azərbaycan xanlıqlarından fərqli olaraq Cənubi Azərbaycan xanlıqları dinc
inkişaf prosesində deyil, İran hökmranlığına və  İranda şah taxtı uğrunda
müxtəlif feodal qurumları ilə mübarizədə yaranır və möhkəmlənirdi.
Rus mənbələrindən məlum olur ki, Sam Mirzənin edamından sonra Nadir
şahın əmisi oğlu Əmiraslan xan ali hakimiyyət uğrunda gərgin mübarizə
şəraitində İrandan asılı olmayan, mərkəzi Təbrizdə yerləşən Azərbaycan dövləti
yaratmaq qərarına gəldi. Lakin şübhə yaratmaq üçün öz adından deyil, İmam
Rza adından sikkə kəsdirməyə başladı, təəssüf ki, Şamaxı, Şəki, Bakı, Dərbənd
xanlıqlarının hakimləri Əmiraslan xanı müdafiə etmədilər.
Adil şah 1748-ci ilin sonunda taxtdan salındı və doğma qardaşı  İbrahim
tərəfindən kor edildi. Qaradağ hakimi Kazım xan, Əmiraslan xanı  İbrahimə
təhvil verdi. Tezliklə  İbrahim şah Nadirin nəvəsi Şahrux tərəfindən öldürüldü.
Şahrux özü də səfəvilərin nümayəndəsi Məhəmməd (II) tərəfindən taxtdan
salındı və kor edildi. Laki nonu da Yusifəli xan taxtdan saldı.
Ümumiyyətlə, Azərbaycanın cənub xanlıqlarının tarixini şərti olaraq 3
mərhələyə bölmək olar.


4
a). İran dövlətinin süquta uğradığı andan 1783-cü ilədək, yəni
Georgiyevski müqaviləsi bağlananadək.
Elə bu vaxtdan Azərbaycanda qüvvələr nisbəti dəyişir. Rusiya daha
möhtəşəm və qorxulu göründüyü üçün üstünlük rus çarizminə verilir. Lakin
Azərbaycan xanlıqlarının İran tərəfindən işğal olunmaq təhlükəsi var idi. Belə
ki, Georgiyevski müqaviləsi bağlananadək İran hökmdarı Kərim xan Zənd
(1760-1779) bir neçə dəfə Cənubi Azərbaycan xanlıqlarının müstəqilliyinə qəsd
etmişdir. Belə bir tarixi şəraitdə Cənubi Azərbaycan xalqldarı ancaq daxili
qüvvələri ilə öz müstəqilliklərini qoruya bilməzdilər.
2). İkinci dövr 1783-cü ildən 1-ci Rusiya-İran müharibəsinin başlanğıcına
qədər davam edir. Bu dövrdə Cənubi Azərbaycan xanlıqlarına münasibətdə İran
hökmdarlarının irticaçı cəhdləri güclənir, eyni zamanda burada İranın, Osmanlı
Türkiyəsinin və Rusiyanın maraqları toqquşur. XVIII yüzilliyin 90-cı illərində
Cənubi Azərbaycan xanlıqları Qacar irticasına məruz qalırdı.
3). Azərbaycanın Cənub xanlıqlarının siyasi tarixinin üçüncü mərhələsi 1-
ci (1804-1813) və 2-ci Rusiya-İran müharibələri dövrünü əhatə edir.
Şəki xanlığı


5
1743-1744-cü illərdə müstəqillik qazanan Şəki xanlığının ilk başçısı Qara
keşiş oğlu nəslindən Hacı Çələbi Qurban oğlu olmuşdur. Qəbələ və Qutqaşen
sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki
xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi. Şəki
xanlığı yeni torpaqlar zəbt etmək uğrunda karfli-kaxetiya çarları ilə fasiləsiz
müharibələr aparırdı. Hacı Çələbinin ölümündən sonra (1755) hakimiyyəti oğlu
Ağakişi bəyə, onun ölümündən sonra isə Hüseyn xana keçdi.
1768-ci ildə  Şəki və Quba xanlıqları  Şamaxı xanlığını öz aralarında
bölüşdürdülər. Hüseyn xanın ölümündən sonra hakimiyyət Əbdülqədirə, 1781-ci
ildə Məmmədhəsən xana, 1795-ci ilin dekabrında isə Səlim xana keçdi.
Şəki xanlığının qüdrətinin artması, onun Gəncə və qərb torpaqları
uğrunda mübarizəsi Qarabağ xanlığını və Kartli-Kaxetiya çarlığını ciddi narahat
edirdi. Kartli Çarı Teymuraz izahatdakı  şahlıq uğrunda mübarizədən yararlanıb
Gəncəni, hətta Qarabağı tutmağa çalışırdı.
1751-ci ilin fevralında Teymuraz və II İraklinin qoşunları Hacı Çələbi ilə
qarşılaşdılar. Lakin gürcü qoşunları məğlub oldular.
Bu hadisələrdən sonra gürcü çarları dövlətt möhkəmləndirmək və
itirdiklərini bərpa etmək üçün 1752-ci ildə  Şəki xanlığına nisbətən zəif, lakin
zəngin olan Gəncə xanlığını ələ keçirməyi qərara aldılar.
II İrakli hiylə işlədərək Pənah xanla Hacı Çələbi əleyhinə ittifaq bağladı.
Bu ittifaqa Gəncə xanı  Şahverdi xan Qaradağ xanı Kazım xan, İrəvan xanı
Hüseynəli xan, Naxçıvan xanı Heydərqulu da daxil oldular.
1752-ci il martın 21-də müttəfiqlər müşavirə üçün Gəncə yaxınlığındakı
düşərcəyə toplaşarkən, Teymuraz və II İraklii Azərbaycan xanlarını əsir edərək
Gürcüstana apararkən, Hacı Çələbi gürcülərin qoşunlarını Ağstafa çayına qədər
təqib edərək darmadağın etdi. Kartli-Kaxetiya çarları 4000 nəfər itki verdilər. Bu
qələbədən sonra Hacı Çələbi Qazax və Borçalı mahalını  ələ keçirərək oğlu
Ağakişi bəyi buraya hakim təyin etdi. Lakin Gürcü çarları Kabardadan 2000 min
qoşun gətirib Ağakişi bəyi oradan çıxardılar.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə