Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   39   40   41   42   43   44   45   46   ...   107

19
keçirdilər. Bu hadisədən hiddətlənən Ağa Məhəmməd xan qoşunlarına ətraf
kəndləri və yaşayış məntəqələrini talamağı  əmr etdi. Düz 33 günlük
mühasirədən sonra xan Şuşanın mühasirəsindən əl çəkib Tiflis istiqamətində
irəliləməyi əmr etdi. Tiflisi qarət və darmadağın etdikdən sonra İran sərbazları
1795-ci il sentyabrın 20-də külli miqdarda qənimət, habelə 20 min əsirlə şəhəri
tərk etdilər.
Həmin ilin noyabrında Ağa Məhəmməd xanın ordusu Gəncəyə çəkildi.
Buradan o, yenə də  Şuşaya tabe olmaq haqqında mesac göndərdi. Xan rədd
cavabı alıb qışlamaq üçün ordusunu Muğana çəkdi.
Şəkili Məhəmməd Həsən xan Şamaxılı Mustafa xanı gözdən salmaq üçün
onun əleyhinə təbliğat məqsədilə yaxın adamı Hacı Seyid Bəyi Ağa
Məhəmmədin yanına göndərdi. Şamaxılılar şəhəri boşaldıb Fit dağına çəkildi.
Şəhər İran qoşunları tərəfindən qarət olundu.
Ağa Məhəmməd şayə yaydı ki, guya bütün Azərbaycan xanlıqları ona
tabe olub. Lakin bu hiylə baş tutmur. Yalnız Qubalı  Şeyxəli xan və gəncəli
Cavad xandan başqa heç kim Ağa Məhəmməd xanın fərmanını qəbul etmədi.
Mustafa xanın başçılığı ilə  şamaxılılar sərbazların Dərbənd istiqamətində
hərəkətinə mane olaraq, onları 3000 itki verdirdi. Ağa Məhəmmədin Tiflisdə ələ
keçirdiyi 4 top qənimət kimi götürüldü. Yerli əhali Ağa Məhəmmədin Şamaxıya
hakim təyin etdiyi Mustafa xan Dəvəlini qətlə yetirdi.
Bu zaman Şəki xanı Məmmədhəsən xan Ağa Məhəmmədin yürüşlərində
iştirak etdiyi bir dövrdə, qardaşı Səlimxan Şəkidə hakimiyyəti ələ aldı.
Ağa Məhəmməd xan Məmmədhəsən xanın cənubi Qafqaza dağıdıcı
yürüşündün sonra Rusiya cənub sərhədlərinin təhlükəsizliyini qorumaq üçün
hərəkətə gəldi. 1795-ci ilin noyabrında Mozdokdan Cənubi Qafqaza iki
istiqamətdə rus qoşunu göndərildi. Dağıstan və Azərbaycan istiqamətində
general-mayor Savelyevin komandanlığı altında piyada batalyon hərəkət etdi.
Ağa Məhəmmədin Azərbaycanı tərk etməsinin başlıca səbəblərindən biri
bu oldu.


20
1796-cı ildə  şəhərdəki ermənilərin satqınlığının da mühüm rol oynadığı
Dərbənd qalasını aldıqdan sonra V.Zubov Dərbənd xanlığının idarəsini Şeyxəli
xanın Rusiyaya meyl edən bacısı Pəricə xanıma tapşıraraq, Bakı istiqamətində
hərəkət etdi.
1796-cı il iyunun 13-də rus qoşunları eyni vaxtda Bakı qalasına və
Qubaya daxil oldular. V.Zubovun əmri ilə Qubada Dərbənd xanlığından asılı
olmayan müstəqil xanlıq yarandı.
Rusların beləcə müqavimətsiz irəliləməsinə Ağa Məhəmməd xan biganə
qala bilməzdi. O, qardaşı oğlu Əsgər xanı  Şəki, Şamaxı, Gəncə xanlıqlarına
göndərərək, onlardan ruslar əleyhinə çıxmasını tələb etdi. Lakin İran
sərbazlarının Azərbaycanda törətdikləri vəhşiliklərə görə bu müraciət cavabsız
qaldı.
1796-cı il noyabrın 6-da II Yekaterina qəfildən öldü. Sankt-Peterburqda
taxta çıxan I Pavel rus qoşunlarının tezliklə cənubi Qafqazdan geri dönməsi
barədə  əmr verdi. Bundan istifadə edən Ağa Məhəmməd şah 1797-ci ildə ona
müqavimət göstərənləri cəzalandırmaq məqsədilə Qafqaza, o cümlədən
Azərbaycana ikinci yürüşə başlamağı qərara aldı. Bu dəfə o, öz sələflərinin
təcrübəsindən yararlanaraq, I Şah Abbas kimi əhalinin müqavimətini qırmaq
üçün onları doğma torpaqlarından sürgün etmək üsuluna əl atdı.
Lakin o, əvvəlcə Cənubi Azərbaycan xanlıqlarını özünə tabe etməyi
qərara aldı. Bu məqsədlə o, qardaşı Əliqulu xanın rəhbərliyi ilə Təbriz xanlığına
böyük qoşun göndərdi.
Naxçıvan xanlığının hakimi Kəlbəli xan bu dəfə müqavimət göstərməyin
mənasız olduğunu görüb, qiymətli hədiyyələrlə  Ərdəbilə gəlib şah Qacardan
aman dilədi, lakin şah onun gözlərini çıxartdırıb Tehrana göndərdi.
Ağa Məhəmməd şah Xoy hakimi Hüseynəli xanla da xaincəsinə rəftar
edib, al dillə onu yanına dəvət edib, həbs edərək Tehrana göndərdi.
İrəvan xanı Məhəmməd xan da ailə üzvləri birgə həbs edilib Qəzvinə
göndərildi.


21
Talış xan Mir Mustafa xan da 200 ailə ilə birgə Sarı adasına çəkildi.
İran ordusuünun on dəstəsi Şadıq xan Şəqağinin də iştirakı ilə Qarabağa
çatan kimi Ağa Məhəmməd şah Sadiq xanın Vətəni Sərab xanlığını zəbt etdi.
Xudafərin körpüsü dağıdıldığına görə  şahın xeyli sərbazları həlak oldu.
Qarabağlılar qayıqlara ağır daşlar yükləyib çayda bənd yaratdılar, Arazın selləri
şahın qoşunlarını qərq etdi. Şah öz canını bir təhər qurtardı. Şaphın əmri ilə
toplardan həmin bəndlərə atəş açılaraq dağıdıb, suyu əvvəlki məcrasına
qaytardılar. Bundan hiddətlənən İran sərbazları xalqı amansızcasına qarət
etdilər.
İran qoşunları Əsgəran qalası ətrafında qarabağlıların güclü müqavimətini
qırıb Şuşaya yaxınlaşdılar. İran qoşunlarının hücumu yenə uğursuz oldu. Qala
divarlarının zədələndiyini görən İbrahimxəlil xan üç yüngül süvari dəstəsi
çıxaraq cəld düşmən topxanası üzərinə hücum etdi. Topxana sıradan çıxsa da,
çoxlu Qarabağlı həlak oldu. İbrahimxəlil xan özünün azsaylı dəstəsi ilə
mühasirəni yarıb keçməyə və Dağıstan tərəfə pənah aparmağa məcbur oldu.
Qacar onları təqib etmək üçün 2000 nəfərlik süvari dəstəsi göndərdi.
İbraximxəlil xanın dəstəsi onları darmadağın edib dağlara çəkildi.
Şuşanın baş axundu Hacı Babək qala divarlarından enib kəcavə ilə Ağa
Məhəmməd şahan hüzuruna yollandı. Hacı Babək 200.000 əşrəfli vergiyə
Qacarı razı sala bildi. Qacar Şuşa əhalisinə toxunmayacağı barədə qurana möhür
vurdu. Şah bu vədi nakişiliklə pozdu.
Şah sərbazlara əmr etdi ki, Şuşanın ən yüksək yerində insan kəllələrindən
vahimə yaratmaq üçün piramida yaratsınlar. Şah istəyirdi ki, hər kəs dəhşətə
gəlib bir daha ona qarşı silah qaldırmasın.
Ağa Məhəmməd şah 1796-cı ildə rus qoşunlarını qəbul etdiyinə görə Bakı
xanı Hüseynqulu xanı həbs edib Tehrana göndərdi. Şah Bakı xanlığının idarəsini
qubalı Şeyxəli xana həvalə etdi.
Gəncə hakimi Cavad xan şah tərəfindən qandallandı. Qarşıda Gürcüstana
ikinci yürüş gözlənilirdi. Lakin sui-qəsd nəticəsində Ağa Məhəmməd şahın


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə