Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   38   39   40   41   42   43   44   45   ...   107

16
yenidən müstəqilliyə nail olmuş, sərhədlərini genişləndirməyə cəhd
göstərmişdir.
İkinci sual:
XVIII əsrin II yarısında II Yekaterinanın çarlığı zamanı (1762-1796)
möhkəmlənmiş Rusiya dövləti Qafqaza böyük maraq göstərirdi. 1783-cü ildə
Dağıstanın cənubunda yerləşən Tərki də Rusiyaya birləşdirildi. Qafqazın istilası
məsələsi çarizmin xarici siyasətində ön plana keçir. Belə ki, iqtisadi-ticarət
mənafeyi ilə yanaşı, Rusiya-Xəzər dənizi, Azərbaycan və  İran vasitəsilə
Hindistan və Çinə əlverişli yollar axtarmaq məqsədi güdürdü. Beləliklə, Rusiya
mənafeyi Qafqazda İran və Türkiyənin mənafeyi ilə toqquşurdu. Həm Türkiyə,
həm də  İran Qafqazı  ələ keçirməklə Rusiyanın Şərq siyasətinə, xüsusilə Xəzər
dənizi hövzəsində uğurla apardığı ticarətə zərbə endirmək niyyətində idi. Rusiya
da həmçinin zəngin təbii sərvətlərə, bazarlara, əlverişli coğrafi və strateci
mövqeyə malik ön Qafqazda, xüsusilə Azərbaycanda hakim mövqe tutmağa
çalışırdı.
Məhz buna görə də Azərbaycan xanlıqlarının Rusiyaya müraciəti onların
dövlət mənafeyinə uyğun gəlirli. Türkiyə və İran tərəfindən gözlənilməkdə olan
təhlükə şəraitində ön Qafqazın uzaqgörən xadimləri Rusiya ilə ittifaq yaratmağa
çalışırdı.
1768-1774-cü illərdə Rusiya-Türkiyə müharibəsi zamanı bu meyl daha da
qüvvətlənir. Türkiyə sultanı Azərbaycan xanlıqlarına, xüsusilə böyük nüfuz
sahibi qubalı Fətəli xana və Dağıstan hakimlərinə Rusiyaya qarşı birgə mübarizə
üçün çağırışla müraciət edir. Lakin xan bu təhriklərə qulaq asmır. Fətəli xanı öz
müttəfiqi etmək istəyən Kərim xan Zəndin də niyyətləri boşa çıxır. Quba xanlığı
Rusiya ilə ardıcıl əlaqələr saxlamaqda davam edirdi.
9 ay Fətəli xanın qaynı Əmir Həmzə Dərbəndi mühasirədə saxlayır. Xan
kömək üçün Rusiyaya müraciət edir. Həm də bu zaman Rusiya elmlər
akademiyasının həqiqi üzvü S.Qmelin Rusiya hökumətinin göstərişi ilə Qafqazı


17
və Cənubi Dağıstanı tədqiq edərkən Əmir Həmzə onu həbs edib, Zindanda
acından öldürmüşdür.
Fətəli xanın müraciətilə general Medem paytaxtdan cavab gözləmədən
Fətəli xana kömək edir, düşmən qoşunları Dərbəndin mühasirəsindən əl çəkməli
olur. General isə özbaşınalığa görə tənbeh olunur.
Qarabağlı  İbrahim xan da dağınıq Azərbaycan torpaqlarını birləşdirmək
təşəbbüsündə olmuşdur. İlk növbədə xan həmişə onun əleyhinə çıxan və
sərbəstliyə Can atan məliklərlə mübarizə aparmışdır.
Həmçinin İbrahimxəlil xan onu diz çökdürməyə çalışan qubalı Fətəli
xanla uzun zaman mübarizə aparmışdır. Bakılı məlik Məhəmmədxan rəqabət
aparan xanları barışdırmağa cəhd edib Şuşaya gedərkən İbrahimxəlil xan onun
səmimiliyinə inanmayıb zindana salmış (1779) və o, iki il Şuşa qalasında
qalmışdır.
1783-cü il iyulun 24-də Georgiyevski şəhərində bağlanılan müqaviləyə
əsasən Kartli-Kaxeti çarlığı Rusiyanın himayəsinə qəbul olundu. Bundan sonra
Rusiya dövlətinin Qafqazdakı nümayəndəsi P.S.Potyomkinin imzası il bütün
Azərbaycan xanlarına hədiyyələr və eyni zamanda hədə-qorxu ilə dolu
məktublar göndərildi. Məktubda II İraklinin müdafiə etməyə çağırırdılar. Başqa
xanlıqlardan fərqli olaraq qubalı Fətəli xan II İraklinin rəqibi knyaz Aleksandra
öz sarayında sığınacaq verdi. Bundan xəbər tutan Potyonikin Tiflisdəki rus
qoşunlarını hazır vəziyyətə gətirdi. Rusiya-Türkiyə müharibəsi dövründə
Qarabağ xanlığının Azərbaycanın digər xanlıqları arasında nüfuzu xeyli artır.
Belə ki, Naxçıvan, Qaradağ, Ərdəbil və Xoy xanlıqları Qarabağ xanı ilə həmrəy
idilər.
III sual:
XVIII əsrin 80-ci illərin sonunda bütün hakimiyyəti (Xorasan istisna
olmaqla) ələ alan Qacar sülaləsinin banisi Ağa Məhəmmədxan sabiq səfəvi
dövlətinin sərhədlərini bərpa etdikdən sonra tac qoymağı qərarlaşdırdı. Məlum


18
olduğu kimi, Səfəvip dövlətinin süqutunadək bütün Cənubi Qafqaz Azərbaycan
və şərqi Gürcüstan bu dövlətin tərkibində idi.
Ağa Məhəmməd xan hərbi yürüşə başlamazdan əvvəl cənubi və  şimali
Azərbaycan xanlıqlarına, habelə Kartli-Kaxetiya çarlarına tabe olmaq haqqında
fərmanlar göndərdi, lakin rədd cavabı aldı. Fars və  Şiraz əyalətlərində baş
vermiş üsyanlara görə Ağa Məhəmməd xan yürüşlərini təxirə salmalı oldu.
1793-cü ildə Ağa Məhəmməd xan tələblərinə sərt cavab verənlərdən biri
qarabağlı  İbrahimxəlil xan oldu. «Mənim atam vəsiyyət edib ki, heç kəsə bac-
xərac verməyim, heç bir dövlətə də tabe olmayım».
Cənubdan yaxınlaşan təhlükə qarşısında qarabağlı  İbrahimxəlil xan və
Talış xanlığının hakimi Mir Mustafa xan ümumi düşmənə qarşı birlikdə
müqavimət göstərməyi qərara aldılar. Tezliklə bu ittifaqa Kartli-Kaxetiya çarı II
İraklii və İrəvanlı Məhəmməd xan da qoşuldular.
Qarabağ xanlığı daxilində xanın vəziri M.P.Vaqif müqavimət hərəkatının
təşkilində böyük fədakarlıq göstərdi. İbrahimxəlil xan düşmən keçə bilməsin
deyə Araz üzərindəki Xudafərin körpüsünü dağıtmağı əmr etdi.
Dərbənd, Gəncə və  Şəki xanlarının elçiləri Ağa Məhəmməd xana itaət
etməyə hazır olduqlarını bildirdilər.
Hər bir xanlıq öz qalalarını möhkəmlətsə də, heç biri birləşmək qərarına
gəlmədi. Bəziləri sadəlövhcəsinə II Yekaterina hökumətinə kömək üçün
müraciət etdilər. Bunu eşidən Ağa Məhəmməd Ərdəbildən Şimali Azərbaycana
üç istiqamətdə 100 min nəfərdən ibarət ordunun hərəkət etməsi haqqında əmr
verdi. Birinci dəstə Muğan, ikinci dəstə  İrəvan, xanın özünün rəhbərlik etdiyi
üçüncü dəstə isə Qarabağ istiqamətində irəlilədi.
Naxçıvanda Kəlbəli xan tərəfindən sarsıdıcı zərbələr alan Ağa
Məhəmməd planları pozulmasın deyə qalanın mühasirəsindən əl çəkib İrəvana
doğru hərəkət etməyi qərara aldı. Qısa bir müddətdə İrəvan qalası təslim oldu.
İran qoşunları 1795-ci ilin iyun ayında Şuşa qalasını mühasirəyə aldı.
Şuşalılar bir neçə dəfə qaladan çıxaraq İran qoşunlarının ehtiyat ərzağını  ələ


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə