Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   23   24   25   26   27   28   29   30   ...   107

12
Pambıqçılıq Naxçıvan, Azad, Beyləqan Kür çayının aşağı çıxarında
yerləşən bölgələrdə inkişaf etmişdir.
Heyvandarlıq və atçılıq yetişdirilməsi genişlənmişdir. Markı Polo yazırdı
ki, «burada xeyli əla at vardır, bu atlar Hindistana satılmaq üçün aparılır, onlar
çox bahadır».
XIII-XIV əsrlərdə Yaxın və orta Şərq ölkələrində torpaq mülkiyyətinin
aşağıdakı formaları mövcud idi.
1) Dövlət torpaqları – Divani. 2) Hakim Sulaloza məxsus olan torpaq
mülkləri-xassə, Hülakilər dövründə isə inci, xass inci. 3) Mülklər. 4)Dini
idarələrə və xeyriyyə təşkilatlarına məxsus olan Vəqf torpaqları. 5) İqta
torpaqları (Dövlətə qulluq müqabilində verilmiş, çox zaman irsi Səciyyə de-
Siyan torpaq sahələri. 6. Camaat – icma torpaqları 100000 (yüz min) sənətkar əir
saxlanılırdı. Gənc əsirlərdən köməkçi hərbi hissələr təşkil olunur, yeri gəldikdə
ordunun əlində istifadə olunurdu.
Təsərrüfatda kəndi əməyinin  əvəzinə qul əməyindən istifadə olunması
iqtisadi tənəzzülə gətirib çıxardı. Ölkədə vergi verən əhalinin sayını
dəqiqləşdirmək üçün 1254-cü ildə boyasından 60 yaşınadək bütün kişilər
siyahıya alınmışdır. Monqollar 40-dan yuxarı vergi qoymuşdular. Gəncəli
Kirakosun yazdığına görə vergi verə bilməyənlərin oğul və qızlarıı  əlindən
alırdılar. Həmdullah Qəzvini yazır ki, əvvəllər öz gözəlliyi ilə məşhur olan bu
yerlər, indi yararsız hala düşmüş, qurda, tülküyə məskən, bayquşa, kəlkəsə vətən
olmuşdur».
Monqol yüşülərinin onların siyasətinin ləngidici təsirinə baxmayaraq
mədəniyyət inkişaf edirdi. Bu dövrdə Azərbaycan Şərqin ən mühüm mədəni
mərkəzlərdən biri olaraq qalmaqda idi. Bu dövrdə övhədi Maraginin (1275-
1338). «Dəhnamə Zülfüqar Şirvaninin şeirləri meydana gəldi.
1233-cü ildə şair Əlinin «Qişeyi-Yusif» əsəri, XIII-XIV əsrlər astanasında
isə İzzəddin Həsənoğlunun «Divani» türk dilində yazıldı və Şərqdə böyük böyük
tapdı. Həmin əsrlərdə Mustafa Zərinin, «Yusif və Züleyxa», Suli Tədqihin,


13
Yusif və Züleyxa», adlı poemaları meydana gəldi. Türk dilinin izahlı lüğətləri
tərtib olundu.
Azərbaycan müxtəlif şəhərlərində möhtəşəm memarlıq abidələri yaradıldı.
Qazan xan Təbrizdə  Şənbi-Qəzanə adlı saray və came, rəbi rəsibi məhəllələri,
Ərk qalası, Təbrizdə  Əlişah məscidi, Hülaki Suleyman xan tərəfindən
Sultaniyyə şəhəri tikildi.
Hulaki xan marağada, Qazan xan Təbrizdəki Camedə dəfn olunmuşdur.
Həmçinin Muğanda Mahmudabad şəhəri, Abşeronda Mərdəkan, Ramana
və Nardaran qalaları, Naxçıvanda Qarabağlar kəndində məqbərələr, Urmiyada
(1227), Mərəddə (1331) əzəmətli məscidlər inşa olundu.
Zeynaləddin Şirvani, Mahmud İbn Maqsud, Əbdül Mömin Təbrizi və b.
Azərbaycan və bütün Şərqdə  şöhrət tapdılar. Azərbaycanda astronomiya, tibb,
fəlsəfə üzrə  əhəmiyyətli kəşflər edildi. Görkəmli alim N.Tusinin rəhbərliyi ilə
1259-cu açılmış Marağa rəsədxanası və eləcə də XIV əsrin əvvəllərində
Şamqazanda tikilmiş rəsədxana Şərqdə astronimiya elminin mərkəzinə çevrildi.
Azərbaycanın məşhur riyaziyatçısı «Risalət ye-hesab» əsərinin müəllifi
Übeyd Təbrizi və görkəmli filosof Şədəddin Mahmud Şəbistəri (1252-1320-ci
illər) çalışdıqları elm sahələrində tanındılar. M.Şəbüstərinin «Sirlər gülşəni»,
«Şəhadətnamə» əsərləri dövrün qiymətli fəlsəfi əsərləri sırasına daxil olundu.
Tibb sahəsində Mahmud İbn İlyas və Təzbillah Rəşidəddin kimi alimlər
var idi. Azərbaycan musiqisi Səfiəddin Urməyib və  Əbdülqadir Marayinin
fəaliyyətləri nəticəsində inkişaf edərək daha da zənginləşdi. Fələk Ala-i
Təbrizinin mühasibata aid, «Şəhadətnamə» və Qanun əs-səadət» əsərləri yazıldı.
Fəlullah Rəşidəddinin «Came ət-təvarix, Abdullah Kaşaninin Tarix-
ylcaytı», Abdullah Şirvaninin «Tarixi Vəssaf», Həmdullah və Zeynəddin
Qəzvinilərin (ata-oğul) Azərbaycan tarixi ilə bağlı əsərləri meydana çıxdı.
 
Azərbaycan alimlərindən Əhməd Təbrizi, Əbubəkir Əl Əhəri və
Məhəmməd Naxçıvanin (1292-1370), Dəstur əl-katib fi təyin əl martib) öz tarixi


14
əsərləri ilə məşhurlaşdılar. H.Qəzvinin həm də coğrafiyaya Aid Nüzhəd əl-
qülubə (1340) əsərlərini yazdı.


1
MÖVZU VII:   Azərbaycan XV yuzilliklərdə
PLAN
1.Öyrənilməsi vəziyyəti və qaynaqlari
2.Qaraqoyunlu dövləti
3.Ağqoyunlu dövləti
4.Şirvanşahlar dövləti
5.Səfəvilərin Ərdəbil hökmranliği
6.Mədəni həyat
Ədəbiyyat
1. Azərbaycan tarixi. 7 cilddə, III cild, Bakı,2007.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989-cu il, səh.177-184.
3. Azərbaycan tarixi. Z.Bünyadov redaktorluğu ilə, Bakı, 1994-cü il,
səh.398-391.
4.Şahin Fərzəliyev Azərbaycan XV – XVI əsrlərdə Bakı 1983
           
5.Məmmədov  Suleyman  Azərbaycan  XV-XVIII  əsrin  I  yarısında  Bakı
1984
          6.Sara Aşurbəyli”Şirvanşahlar dovləti”Bakı2006
Cəlairlər dövlətinin varlığı 1359-1410-cu illəri əhatə edir. Mərkəzi Orta
Asiyada olan Teymur imperiyasının yaranması və onun qonşu ölkələri hücumu,
Qızıl Orda Xanı Toxtamışın Azərbaycanı  ələ keçirmək cəhdləri ölkənin


2
vəziyyətini daha da gərginləşdirdi. Nəticədə Azərbaycanın əsas ərazisi Cəlairilər
dövlətinin nüfuz dairəsindən çıxdı və Sultan Əhmədin vaxtaşırı cəhdlərinə
baxmayaraq müxtəlif zamanlarda Teymurilərin, bir sıra feodalların və
Qaraqoyunluların sərəncamında oldu, Cəlairilər bir neçə dəfə Azərbaycana
yürüş edərək Təbrizdə hakimiyyəti ələ aldılar. Əlincə qalası uzun müddət Cəlairi
şahzadələrinin əlində qalsa da, onlar 1386-cı ildən Teymurun ölümündən (1405)
Azərbaycanda öz siyasi qurumlarını bərqərar edə bilmədilər.
Bu zaman Azərbaycanın şimalında Şirvanşahlar dövləti I İbrahimin
hakimiyyəti altında müəyyən iqtisadi-siyasi tərəqqiyə nail olmağa başladı.
Şirvan İbrahimin ağıllı və təmkinli siyasəti nəticəsində öz istiqlalını itirmədi,
xarici işğalçıların zülmünə məruz qalmadı. Böyük siyasi nüfuz qazanmış I
İbrahim Şəki hakimi Seyid Əhmədi Teymurla barışdırıb, Şəki torpaqlarını
işğalçıların basqınlarından xilas etdi. Gürcü çarı Georginin də Teymurla sülh
müqaviləsi bağlamasında Şirvanşahın müsbət rolu özünü göstərdi. Şəki hakimi
və Şirvanşah öz qoşunları ilə Teymurun 1402-ci ildə Osmanlı Sultanı I Bayazidə
qarşı yürüşündə iştirak etməklə öz daxili müstəqilliklərini qoruya bildilər.
Qızıl Orda xanlarının Elxanilər dövlətinə qarşı Azərbaycan uğrunda
mübarizəsi onlara uğur gətirmədi.
Toxtamışın da ölkəni ələ keçirmək cəhdləri Teymurun və Şirvanşahların
müqavimətinə rast gələrək boşa çıxdı.
Azərbaycanın Kürdən cənubdakı torpaqları Cəlairilər dövlətinin
tərkibinə daxil idi.
Əmir Teymur geniş miqyaslı işğallara başlayaraq 1385-ci ildə Cəlairilər
dövlətinin hüdudlarına çatdı.
Əmir Teymur (1370-1405) əvvəlcə müxtəlif feodalların «Muzdla
tutulmuş dəstə başçılarının rəhbəri» kimi yüksəlmiş, sonra isə Buxaranı,
Səmərqəndi, Amudərya və Sırdərya arasındakı geniş bir ərazini ələ keçirərək
böyük Cığatay islam dövləti yaratmış, istilaçılıq siyasəıti yaratmışdır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə