Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   22   23   24   25   26   27   28   29   ...   107

9
Əbu Səid 1328-ci ildə Çobanilərin nüfuzundan xilas ola bildi, digər
feodal – Qiyasəddin Məhəmməd Rəşidinin təsirinə məruz qaldı. 1335-ci ildə
Qızıl Ordaxanı Özbək Hülakulara hücum etdi, lakin tezliklə dəf olundu. 1335-ci
ildə  Əbu Səid öldürüldükdən sonra, Elxanilər dövləti tənəzzülə uğrayıb
parçalandı.
Azərbaycan uğrunda Qızıl orda xanlarının Hülakularla uzunmüddətli
mübarizəsi davam edir.
Monqol-türk feodalları (xüsusilə Cəlairilər, Çobanilər və Xorasan
əmirləri arasında gedən müharibələr, monqollar tərəfindən əsarət altına alınmış
xalqların azadlıq mübarizəsi və vaxtaşırı baş verən xarici hücumlar Hülakular
dövlətinin XIV əsrin 40-cı illərinə yaxın öz valideyni itirməsinə səbəb oldu.
Ərəb səyyahı  İbn Bəttutənin məlumatına görə Hülakular dövlətinin 10-a yaxın
hissəyə parçalandığı məlum olur.
Çobani feodalları 1338-1357-ci illərdəki fəaliyyətləri dövründə müstəqil
dövləti təsis etmədilər, ancaq Hülakular dövlətinin müdafiəsi bayrağı altında
mübarizə apardılar. Şərq dövlətlərində səltənət rəmzi olan sikkə zərbi və xütbə
oxunuşu mərasimi, Hülaku Şahzadələri adından həyata keçirilirdi. Həm də
çobanilər real hakimiyyətə sahib olsalar da, qonşu dövlətlər tərəfindən müstəqil,
tam hüquqlu dövlətin hökmdarları kimi tanınmadılar. Elxanilər dövləti daxilində
yaranmış acınacaqlı durumadan yararlanan Qızıl Orda xanı Canı bəy (1340-
1357) yerli feodallarla əlaqəyə girdi, Təbrizə daxil olaraq Çobani Əmiri Məlik
Əşrəfıi öldürdü, bununla da Hülakular dövləti süqut etdi. Azərbaycan müvəqqəti
olaraq Qızıl Orda dövlətinə tabe edildi. Lakin Canı bəyin oğlu Bərdibəy atasının
xəstəliyi eşidib Qızıl orda dövlətinə qayıtdı. Çobani Əmiri Əkicugu 1358-ci ilin
oktyabrında məğlub edən Cəlairi Sultan Uveys Azərbaycanda hakimiyyəti ələ
keçirdi. Cəlairilər dövlətinin ərazisi Azərbaycan, İraq-i-Ərəb, İraq-i-Əcəm,
Gürcüstan və Ermənistanı əhatə edirdi.
Sultan Üveysdən sonra Sultan Hüseyn (1374-1392) hakimiyyətə gəlir.
Sultan Əhməd öz qardaşı Sultan Hüseyni öldürərək 1410-cu ilə qədər fasilələrlə


10
Azərbaycanda hökmranlıq etdi. Hülakulara məxsus olan dövlət quruluşu və
idarə sistemi iki ənənəvi idarə sisteminin – yerli əhaliyə və köçəri monqollara
məxsus olan sistemlərin qarşılıqlı təsiri nəticəsində tədricən vahid, təkmilləşmiş,
inkişaf etmiş idarə sistemi meydana gəlmişdir.
Ölkənin ali orqanı qurultay hesab olunurdu. Qurultaylar öz vəzifələrinə
görə 2 yerə bölünürdü. Böyük qurultay və iclas. Böyük qurultayda mühüm
dövlət əhəmiyyətli məsələlər müzakirə olunur, elxanlar seçilir, vilayət hakimləri
və mühüm dövlət məmurları təyin olunur, təsərrüfat planları müharibə və sülh
məsələləri müzakirə olunurdu. Böyük qurultay ildə bir dəfə çağırılırdı. 3 gündən
1 aya qədər davam edə bilərdi. Dövlətin başçısı Elxanın səlahiyyəti qeyri-
məhdud idi. Taxt-taca sahiblik irsi idi. Yeni Elxan  – 1). Qurultayda seçilirdi. 2).
Yeni Elxan öz sələfinin vəsiyyətinə görə təyin olunurdu. 3). Yeni Elxan zorla
hakimiyyətə yiyələnirdi.
Hülakular dövlətinin idarə sistemində ikinci yer Səltənət Naibi tuturdu.
O, ölkədəki gerçək vəziyyət barədə Elxana məlumat  verirdi. Üçüncü yeri
ölkənin baş  əmiri tuturdu. Baş  əmir dövlətin 4 əsas əmirindən seçilir və elxan
tərəfindən təsdiq olunurdu.
Ali hərbi vəzifələr – inaq, bukavul, tavaçi, yasavul, bəlarquçi, bəxşi və s.
mövcud idi.
Azərbaycanda mülki idarə divan sistemi üzrə aparılırdı. Mərkəzi
divanlar – vəzirlər tərəfindən idarə olunurdu. Mərkəzi dövlət aparatında mövcud
olan 20-dən çox divanını mühasibat işləri 7 dəftər əsasında həyata keçirilirdi.
Dini işlərin idarəsinə ölkənin baş qazısı cavabdeh idi. Hülakuların ədliyyə
sistemi iki böyük hissəyə ayrılırdı.
Şahzadələr, köçəri feodallara, hərbi hissələrə aid mübahisələr Çingiz
xanın yasasına əsaslanan yarğu məhkəmələrində, yerli əhaliyə aid mübahisələr
isə  şəriət məhkəmələrində həll olunurdu. İnzibati vahid kimi ölkə vilayətlərə,
vilayətlər tümənlərə bölünürdü.
II sual:


11
Əhalinin kütəvi şəkildə məhv edilməsi, monqol işğalçıları orta əsrlər
ərzində görünməmiş terror və zülm sisteminin tərkib hissəsi olmuşdur.
Monqolların birinci və ikinci yürüşləri nəticəsində Ərdəbil, Bərdə, Qərbin, Şərq
və b. böyük dağıntılara məruz qalda. Yalnız Qəzvinlə 40 minədək insan qətlə
yetirildi. 1257-ci ilə Beyləqan Hulaki xan tərəfindən yerlə-yeksan edildi.
Monqol yürüşləri Azərbaycanda mövcud olan süni suvarma sistemini
dağıtdı. Bu isə  əkinçilik məhsulları istehsalının bir neçə dəfə azalmasına səbəb
oldu. XIII əsrin sonlarında Azərbaycanda əkin üçün yararlı olan  torpaqların
yalnız 10 faizi becərilirdi.
Qeyri-müəyyən vergi sistemi, hökm sürən özbaşınalıq, vlayətlərdəki
rəiyyətin bir hissəsini ölkəni tərk etməsinə gətirib çıxarmışdır. Vaxtilə ticarət və
sənaye mərkəzləri kimi tanınan şəhərlər iflasa uğradı.
Bəzi şəhərlər (Təbriz, Bakı və s), dağlıq və dağətəyi ərazilərin bir hissəsi
monqol yürüşlərinə, talanlarına məruz qalmamışdır.
Təbriz və onun ətrafında suvarma şəbəhəki xeyli genişləndirildi.
Taxılçılıq əkinçilik əsas sahəsi idi. Təbriz, Mağara, Ərdəbil, Güstəsfi,
Talış vilayətlərinə siltik əkilmiş sahələr var idi.
Ehtmala görə bu dövrdə Təbrizin əhalisi I milyona yaxın olmuşdur.
Avropa səyyahı Rahib Xurden –de Selerak XIV əsrin əvvələrində
Azərbaycanda olmuş Təbrizdə 200 min ev olduğunu qeyd etmişdir.
Təkcə F.Rəşidədinin əsasını qoyduğu Rəb-i Rəşididə 24 karvansara, 1500
dükan, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət
göstərirdi. Lakin F.Rəşidəddin edam edildikdən sonra (1318) bu şəhər 1336-cı
ildə qəzəblənmiş kütlə tərəfindən talan edilib viran qoyuldu.
1321-ci ildə Təbrizə gəlmiş italiyalı o dorik Perdeno belə yazır: «Təbriz
şahanə  şəhərdir, yer üzündə elə mal tapılmaz ki, Təbriz anbarlarında həmin
maldan olmasın. Təbrizdə yaşayan xristianlar mənə dedilər ki, Şahın bu
şəhərdən əldə etdiyi gəlir Transa kralının Fransadan əldə etdiyi gəlirdən
çoxdur».


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə