Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   19   20   21   22   23   24   25   26   ...   107

- 13 -
Eldənizin xarici siyasətində gürcü hakimi III Georgi ilə  müharibələr
mühüm yer tutur. Mənbələrdə Eldənizin 1174-cü ildə gürcülər üzərindəki
qələbəsi xüsusi qeyd olunur. 1175-ci ildə Şəmsəddin Eldəniz Naxçıvanda vəfat
etdi. Möminə xatun ondan bir ay əvvəl ölmüşdür. Hakimiyyətə Eldənizin böyük
oğlu məhəmməd Cahan Pəhləvan (1175-1186) gəldi. Onun dövründə dövlət
iqtisadi və siyasi cəhətdən möhkəmləndi. Xarəzəmşah və gürcü çarı onunla
hesablaşmağa məcbur oldu. Misir və Suriyanın hakimi Səlahəddin Yusiflə
münaqişəli vəziyyət dinc yolla Cahan şahın xeyrinə həll olundu. Cahan şah
1186-cı il martın 23-də vəfat etdi.
Qızıl Arslan (1186-1191) Sultan Toğrulu oğlu Məlikşahla birlikdə  ələ
geçirdi. Gəncədə Qızıl Aslan Nizami Gəncəvi ilə görüşdü. Şahı «Xosrov və
Şirin» poemasını sənətkara oxudu. 1191-ci ildə evləndiyi qardaşının dul qadını
İnanc xatunun əli ələ yatağında öldürüldü. İnanc xatun sonra III Toğrulla kəbin
kəsdirdi. Onu da zəhərləmək istədi. Lakin Toğrul bundan bundan xəbər tutub
zəhəri İnanc xatunun özünə içirdib öldürdü. Atabəylər dövləti Əbubəkir (1191-
1210), Özbək (1210-1225) zamanında Cəlalədinin hücumları ilə süqut etdi.
İdrarəetmə Sultan, vəzir və hacib (xüsusi xidmət orqanı)
Tuğrayi (Valinin dəftərxana rəisi), sahibi divan (hərbi idarə)
1. Şəmsəddin Eldəniz (1136-1175).
2. Cahan Pələvan (1175-1186).
3. Qızıl Arslan (1186-1191).
4. Əubəkr (1191-1210).
5. Özbək (1210-1225).
                       III Sual: Azərbaycan mədəniyyəti.
XII yüzillik  Azərbaycan mədəniyyəti «Qızıl dövrü» adlandırılır.


- 14 -
1. Dünya poeziyasının günəşi Nizami Gəncəvinin yaradıcılığı
Bəhmənyar ibn Mərzuban Əbu Əli İbn Sinanın şagirdi və davamçısı olub.
Mənki İbn Əhməd əl Bərdəi, Əbduləziz ibn əl-Həsən və b. göstərə bilərik.
Bəhmənyarın əsərləri: «Mövcudatın Səcərəsi», «Metafizika», «Gözəllik
və xoşbəxtlik». Bu əsərlərin ikisi 1851-ci ildə Leypsiqlə, Qahirədə isə  ərəb
dilində nəşr olunmuşdur. Onun fəlsəfi yaradıcılığında Aristotel fəlsəfəsi ilə
islamın ehkamlarını uyğunlaşdırmaq cəhdləri var.
30 il astronomiya  ilə məşğul olmuş Fazil Fəriddədin Şirvani. O, ulduz
xəritələri də tərtib etmişdir.
Filosof Xətib Təbrizi (1030-1108). Bağdadda Nizamiyyə mədrəsəsində
müəllimlik etmişdir.
Azərbaycan şəhərlərində məscidlər yanında mədrəsələr mövcud idi.
Orta əsrlərdə Azərbaycanın ən görkəmli memarı Naxçıvanlı  Əcəmi
Əbubəkir oğlu idi. 1162-ci ildə Naxçıvanda Yusif ibn Quşeyrin, 1186-cı ildə
Atabəy Məhəmməd Cahan pəhləvanın arvadı – Möminə xatunun sərdabələrini
tikmişdir.
ХII əsrdə memar Cəmaləddin Əlincə çayı sahilində Xanəgah kəndi
yaxınlığında sərdabə tikmişdir. Urmiya sərdabəsi üç Gümbəz 1185-ci ildə,
Marağa sərdabəsi Göy Gümbəz 1197-ci ildə tikilmişdir.
Araz çayı üzərindəki Xudafərin körpüsü, Şamaxı yaxınlığındakı
Gülüstan qalası, Ağsu yaxınlığındakı Qəleybuğur, Naxçıvan yaxınlığındakı
Əlincə qalası, Lerikdəki – Oğlanqala, Bakıdakı Qız qalası möhtəşəm
abidələrdəndir. Qız qalasının hündürlüyü 28 metr, içərisi 7 arakəsmədən
ibarətdir.
Mərdəkanda 22 metr hündürlüyündə olan müdafiə qalası vardır. XII əsrdə
Bakının divarları tikilmişdir. Üzərində  Şirvanşah II Mənuçöhrün adı olan
kitabənin tapılması bunu sübut edir.
X-XI əsrlərin yadigarı olan «Dədə Qorqud» dastanlarında oğuzların həyatı
təsvir olunur.


- 15 -
XI-XII əsrlərdə Pir Hüseyn, Qətran Təbrizi, Əbül-Üla Gəncəvi, Məhsəti
Gəncəvi, Fələki Şirvani, Əfsələddin Xəqani, Mücirəddin Beyləqani və  Şeyx
Nizami kimi parlaq mütəfəkkirlər nəsli yaşayıb yaratmışdır.


1
MÖVZU VI:      Azərbaycan XIII-XIV yuzilliklərdə.
PLAN
1.Azərbaycan Monqol işğalı ərəfəsində
2.Monqollarin Azərbaycana I yuruşu
3.Azərbaycan Xarəzimşah Cəlaləddinin hakimiyyəti altında
4.Monqollarin II yuruşu.Azərbaycan işğalinin başa çatdırılması
5.Azərbaycan Hulakilər-Elxanilər dövlətinin tərkibində
6.Azərbaycanda Çobanilərin ağalığı və Cəlairilərin hakimliyi
7.Teymurun və Toxtamişin Azərbaycana yuruşləri
8.XII-XIV yuzilliklərdə Azərbaycanin iqtisadi və mədəni həyati
Ədəbiyyat
1. Azərbaycan tarixi 7 cilddə, III cild, Bakı, 2007
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh.137-184.
3. Azərbaycan tarixi Z.Bünyadovun redaktorluğu ilə. Bakı, 1994-cü il,
səh.322-348.
4. Azərbaycan tarixi İ.Əliyevin redaktorluğu ilə. Bakı, 1993-cü il,
səh.149-153.
5. Azərbaycan tarixi S.Əliyarlının redaktorluğu ilə. Bakı, 1996-cı il,
səh.271-299.
6. Zeynaloğlu C. Müxtəlif Azərbaycan tarixi. Bakı, 1992-ci il, səh.28-37.
XIII əsrin əvvəllərində mərkəzi Asiyada güclü hərbi qüdrətə malik
olmuş monqol dövlətinin yaranması və onun qonşu ölkələrə yürüşü bu ölkələri
təhlükə qarşısında qoydu. Vahid monqol dövlətinin banisi məşhur sərkərdə
Çingiz xan (təqribən 1155-1227) olub. Əsl adı Temuçin idi. 1206-cı ildə onun


2
Onon çayı sahilində monqol noyonlarının qurultayında Temuçin böyük xan
seçilmişdir. Qonşu ölkələrdə hökm sürən feodal pərakəndəliyi Çingiz xanın
işğalçılıq planlarının həyata keçməsi üçün əlverişli şərait yaratdı.
Monqol yürüşləri ərəfəsində Azərbaycan daxili və xarici vəziyyəti
gərgin və acınacaqlı idi. Ölkənin şərq sərhədlərində mövcud olan Xarəzmşahlar
dövləti daxilən möhkəm əsaslar üzərində qurulmadığı üçün iqtisadi və hərbi
qüdrətə malik deyildi. Xalq kütlələrinin və ayrı-ayrı feodal qruplarının dəstəyini
qazana bilməyən Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə apara
bilmədi. Bu sülalənin ən görkəmli hökmdarı II Məhəmməd Əlaəddinin (1200-
1220) dövründə  İran, Azərbaycan, Əfqanıstan, Orta Asiyanın çox hissəsi
Xarəzmə tabe idi. O, 1220-ci ildə Çingiz xanla qəti döyüşə girməkdən qorxaraq
ölkədən qaçmış, Xəzər dənizindəki adalardan birində həlak olmuşdur.
Monqol yürüşləri ərəfəsində Azərbaycan ərazisində vahid mərkəzləşmiş
dövlət yox idi. Və burada feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda
Eldənizlər (yaxud Atabəylər) dövləti və  Şirvanşahlar dövləti mövcud idi.
Marağada isə Rəvvadilər nəslindən olan yerli Ağsungurilər sülaləsi (1108-1227)
hökmranlıq edirdi.
XII əsrin sonunda Eldənizlər dövləti əvvəlki qüdrətini itirdi. Atabəylər
ailəsinin ayrı-ayrı üzvləri arasında hakimiyyət uğrunda şiddətli mübarizə
gedirdi. Atabəy Əbubəkr (1192-1210) yalnız Azərbaycanda (Şirvan və Marağa
istisna olmaqla) hakimiyyət sürürdü. Atabəylərin son nümayəndəsi özbək (1210-
1225) feodal qrupların əlində oyuncağa çevrildi.
Qonşu ölkələrdə mövcud olan şəraitdən yararlanan Çingiz xan 1211-ci
ildə Şimali Çin, 1215-ci ildə Pekin və Şərqi Türküstanı ələ keçirdi. (1219-cu ildə
monqollar Xarəzm dövləti ərazisinə basqın etdilər). 1219-cu ildə monqollar
Xarəzm dövləti ərazisinə basqın etdilər. Monqol hücumlarına ciddi müqavimət
göstərə bilməyən Xarəzmşah Məhəmməd və onun oğlu Cəlaləddin İrana
qaçdılar. Xorasan və  İraqı-Əcəm qarət olundu. Azərbaycan üzərinə yürüşə
hazırlıq başladı. Monqollar Azərbaycana ilk dəfə 1220-ci ildə yürüş etdilər.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə