Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

açıqlayan silsilə məqalələrin də müəllifidir.
Məmmədsadığın xüsusən 6 dekabr 1946-cı ildən  həftəlik çıxan
“Şark yolu” qəzetində yazdığı “Azəri türk şairləri”, “İranın keçmiş və bu
günkü halı”, “”Məfkurə-Ülkü”, “Azərbaycanda qadın türk şairləri”, “Mil-
lətlərin haqqı və məhkum türklərin davası”, “Qızıl vəhşət”, “Bədbəxt
Azərbaycan məsələsi”, “Kamalizmin istismarı”, ”Məhkum türklərin
iztirabları”, “Mühacirətdə Azərbaycan ədəbiyyatı”, “Vəhşət xəbərləri”,
“Azərbaycan və Rusiya”, “Qars vilayətində erməni zülmü”, “Tarixdən
səhnələr: Azərbaycan-İran qovğası”, “Burjua kommunistlər”, “Kommu-
nist hədyanlarına cavablar” silsiləsi və Türkiyədə çap olunan “Azəri-
Türk”, “Yaşıl yarpaq”, “Türk yolu” və “Ergenekan yolu” kimi dərgilərdə
çıxan onlarla məqaləsi, kitabları bu gün də öyrənilməyə, toplanıb nəşr
edilməyə layiqdir.
“Azerbaycan Dergisi” ndə öz bioqrafiyasını da yazıb çap etdirib (
S. 205, 1972, s. 63-66, “Mehmet Sadık Aran (San’an). Böyük vətənsevər
yazılarının bir çoxuna da “Sisyanlı” imzası qoyub. 
O, sona kimi mühacir vətən fədailəri ilə bir arada olub, Azərbay-
can, Zəngəzur həsrəti ilə yaşayıb, vətəninin azadlıq və istiqlalına qovuşa-
cağına inanıb, bu yolda ömrünü fəda edib, 1971-ci ildə İstanbulda vəfat
edib. Bir çox mənbələrdə Azərbaycan mühacirləri arasında ən tanınmış
isimlərin sırasında Mehmet Sadık Aran M.Ə.Rəsulzadə və Mirzə Bala
Məmmədzadədən sonra adı 3-cü sırada çəkilir.
Sebahettin Şimşirin “Mehmet Sadık Aran (Sanan Azer) yaşamı ve
mücadilesi” əsəri bu böyük vətənpərvərin ömür yoluna ayna tutan kamil
əsərdir. 
Kitabın “Tanıtım Bülteni”nden: “Azərbaycan mühacirətinin
önəmli isimlərindən olan Mehmet Sadık Aran haqqında hazırlanan bu
çalışma ilə onun və mücadiləsinin gənc nəsillər tərəfindən anlaşılmasına
vəsilə olmaq ən böyük diləyimizdir.
Sürətlə dəyişən dünyada şəxslər və onların mücadilələri birlikdə
anılmaqdadır. Mehmet Sadık Aran da şübhəsiz Azərbaycan Türkləri başda
olmaq üzərə Türk Dünyası tərəfindən anılacaq şəxsiyyətlərdəndir. 
Azərbaycanda başlayan mücadilə həyatı Azərbaycanın işğalı
səbəbi ilə səmtini dəyişmiş, həbs edilmiş, qaçmağı bacarmış, İranda
olmuş, Türkiyəyə gəlmiş, Avropaya getmiş, Finlandiyada fəaliyyətlərini
yürütməyə çalışmış və təkrar Türkiyəyə gələrək qaldığı yerdən mü-


cadiləsini sürdürmüş bir dava adamı. Bundan dolayı unudulması mümkün
olmayanlardan birisi.
O, bütün imkansızlıqlara rəğmən hər getdiyi yerdə yayın
fəaliyyətlərinin içində olmuş, parasının son quruşuna qədər xərcləməkdən
çəkinməmiş, “Yeşil Yaprak”, “Yeni Turan”, “Türk Yolu” və “Ergenekon
Yolu” isimli dərgiləri bu şəkildə çıxarıb yayınlamışdır.
Ancaq onun haqqında yazılan bu kitab fəaliyyətlərini və bütün
yazılarını əhatə etmir, çünki onların xeyli hissəsinin kitabxanalarda, arx-
ivlərdə nüsxələri saxlanmamışdır. Ona görə bu kitab bir nəticə deyil, bəlkə
ilk  başlanğıçdır. Bundan sonra da Mehmet Sadık Aran ilə bağlı araşdır-
malarımız davam edəcəkdir.”
Bu hissə isə azadlıq mücahidinin tələbəlik dostu yazar, naşir
Tahsin Demirayın "Canlı Tarihler" ( 1971) kitabından götürülmüşdür: 
“...1927-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində
təhsilimə davam edəndə 12 tələbəsi olan qrupumuzda iki də azərbaycanlı
vardı: Kemal və Mehmet Sadık. Kemal tam azəri ləhcəsiylə danışırdı,
amma Mehmet Sadık isə azəri və türkiyə ləhcələri ilə qarışıq danışırdı,
bilgili, yaraşıqlı gənc idi. Farscanı və ruscanı yaxşı bilirdi. Mehmet Sadık
din adamı ailəsindən gəldiyi üçün ərəb dilini də bilirdi. Heç biri fakültəni
bitirmədi, çünki hər ikisi siyasət adamıydı, mücahid idilər, qısa ömürlü
Azərbaycan Cümhuriyyətinə xidmət etmişdilər, bu dövlət Moskva
tərəfindən istila edilincə Türkiyəyə sığınmışdılar. Sonra Kemal İran Azər-
baycanına gedərək mücadiləyə orada davam etdi və İkinci Cahan
Savaşında İran Moskva tərəfindən işğal edildiyi zaman kommunistlər
tərəfindən qətlə yetirildi.
Mehmet Sadık Aranın bizim ədəbiyyat fakültəsində öyrənəcəyi
bir şey yox idi, Füzulini zatən əzbər bilirdi, İran, divan ədəbiyyatını da
elə. Onunku Azərbaycanın qurtuluş davası idi. Bu səbəblə fakültəni bu-
raxdı. İstanbuldakı azərilərdən bir qismini başına yığıb dərgi çıxarmağa,
təbliğat aparmağa, Azərbaycan istiqlalı uğrunda fəaliyyətə başladı. Onda
bezmək, ümidsizliyə qapılmaq, yorulmaq yox idi, nikbin idi, zarafat et-
məyi sevərdi. Hər azəri tələbənin köməyinə tələsirdi, yardım etməyə
çalışırdı. Cihangirdə yaşayırdı, istidə, yağmurda tez-tez yanıma gələrdi,
hansısa azəri tələbənin işi üçün kiminsə yanına getməyi ar bilməzdi. Ona:
"Türklər üçün uğraşan bir Atatürk, Qaqauzlar üçün bir Ataqaqauz Ham-
dullah Suphi olduğu kimi, azərilər üçün çalışan bir Ataazəri var, o da sən-


sən" demişdim.
Hökumətdə bir yanlışlıq görəndə “Siz Osmanlılar bütün türkləri
batırdınız” deyə sözə başlar, səhvləri inandırıcı izhar edərdi.
Azərbaycanlıların xalq söyləntiləri arasında Şah İsmayılın Yavuzu
yenərək  guya İstanbulu zəbt etdiyi haqqında bir rəvayət varmış. Bunu
qəhqəhələrlə gülüb anlatmışdı. Bir gün telefonla məni aramış və "Burası
Şah İsmail Səfəvəddinin qərargahı" deyincə məndən: "Burası da Yavuz
Sultan Selimin qərargahı" cavabını alınca "Canım, indi mən yuxudan oy-
anırkən Yavuzu xatırlatmanın heç yeri idimi?" deyərək gülmüşdü. Şah İs-
mayıl ilə məni qorxutmayınca daha sonrakı bir telefonunda: "Burası
Axsaq Teymurun qərargahı! Osmanlı ölkəsini yıxmağa gəlirik" demiş,
mən də "Axsaq Teymur bizdən öncə sizin ölkənizi yıxdı" cavabını alınca
da yenə gülərək "O qədər qarışdırma" demişdi. 
Mehmet Sadık Aran Azərbaycan davası uğrunda ömrünü sərf etsə
də, azərbaycançı deyil, türkçü idi. Zarafatla "Nə etməliydik? Siz Osman-
lılar yardıma gəlmədiniz, biz də öz başımızın çarəsinə belə baxdıq"
demişdi. Mehmet Sadık Aran, Şimal Azərbaycanlıları kimi şiə idi. Bir
telefonda əhvalımı sorub, “mən bir sünni namazı qılacağam. Sən də orda
şiə  namazı qıl, sonra görüşərik" demişdi.
İstanbullu kübar bir müəllimə ilə evliydi. İllərlə qaldıqları ilk
evləri  Cihangirdəki  Sormagir küçəsində 111 nömrəli mənzil idi. Küçə
ünvanlarını soruşanlara belə deyirdi: Cihangir, Sormagir, Yüz on bir.
“Əziz qardaşım Mehmet Sadık Aran! Sən son nəfəsə qədər
çarpışan bir cəbhə əsgəri kimi öz Vətənin qarşısındakı vəzifəni yerinə ye-
tirib  aramızdan ayrıldın. Sən uzun zaman dillərdə anılacaq, sonra da
Türkçülük tarixindəki yerini dolduracaqsan. Sözlərimi bitirərkən, çox dəfə
söylədiyim sözü təkrarlayacağam: günün birində sənin Quzeyli və
Güneyli bütöv azad Azərbaycan arzun gül açacaqdır.” 
İnanırıq ki, bu kitab yaxın vaxtlarda Azərbaycan türkcəsinə
çevrilərək Bakıda nəşr ediləcəkdir.
Zəngəzurun qədim tarix və zəngin mədəniyyətinin canlı salnaməsi
olan şöhrətli Urud kəndində dünyaya göz açıb Məmmədsadıq adı ilə
böyüyən, Azərbaycan milli istiqlal tariximizə adını Mirzə Məmmədsadıq
Axundzadə olaraq yazdıran, AXC Parlamentində Zəngəzur qırğınlarının
harayını, ah-naləsini çatdıran, qardaş Türkiyəmizdə Mehmet Sadık Aran
adı, soyadı ilə istiqlalçı, yazıçı, jurnalist, naşir, ictimai xadim kimi


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə