Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə21/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

çıxırlar, mal otaranda bir neçə erməni xəlvətə salıb onu yaxalayır, sağ
qolun dibdən kəsib göndərirlər Babanın üstünə ki səni də belə gün gö-
zləyir, yəni silah tutan əlini kəsəcəyik. Baba da əvəzin layiqincə ödətdirir,
ermənilər xeyli vaxt Babanın idarəçiliyində olan Qafan, Qubadlı sərhəd-
dindəki kəndlərə girməyə, qırğınlara yol verməyə qorxurlar. Zəngəzur
qırğınlarında da Baba kiçik bir dəstəsi ilə yüzlərlə ailəni Njde və Dronun
amansız caynağından xilas eləyir. Zəngəzurda aclıq olur, Baba Hacı Zey-
nalabdin Tağıyevə məktub yazır, Hacı xoş sədasın eşitdiyi Babaya mək-
tubunun cavabı ilə birlikdə  xeyli miqdarda ərzaq, pul da göndərir.
Babanın səs-sorağı, bölgədəki nüfuzu Gəncəyə, Bakıya, Tiflisə də çat-
mışdı. Nuru Paşa Gəncəyə gələndə ilk görüşdüklərindən biri də Baba olur. 
Milli Hökumət qurulandan sonra noyabrın 19-da “Azərbaycan Parlamenti
haqqında” qanun qəbul edir, qərara alınır ki, bir palatalı parlament 120
nəfərdən ibarət olacaqdır. Zəngəzurda seçkilərə 3 namizəd olur, Baba,
Cəlal bəy Behbudov və Sisianlı Mirzə Sadıq Axundzadə. Baba Bakıya
getmək, bu dağlardan ayrılmağı ürəkdən istəmirdi, ona görə onlardan bir-
inə səs verməyi camaatdan xahiş edir, ancaq onun bu çağırığışı səs yığmır,
Hərtiz dağınin başı üstünə hər kənddən gəlib yığılan camaat yekdilliklə
20 ildən bəri hər yerdə onların haqqını müdafiə edən Babanı parlamentə
seçirlər. Dağlıq Qarabağdan Baba Məmmədovu, Düzən Qarabağdan Xos-
rov bəy Sultanovu Cümhuriyyət tariximizin bu ilk demokratik seçkisində
özlərinə millət vəkili seçib bu səlahiyyəti verirlər. Nəsibbəy Yusifbəyov
və Mehmandarov bu ikisinin şərəfinə Şuşada böyük ziyafət verib Babanı
da özləri ilə gəldikləri xüsusi qatarda Bakıya aparırlar. Ancaq Baba
növbəti seçkidə iştirak etməkdən israrla imtina edir.
az.wikipedia.org/wiki/ Baba_Məmmədov: “Zəngəzur qəzasının yüzbaşısı,
1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının parla-
mentində deputat olmuşdur. O dövrlərdə həm Bakıda, həm də rayonlarda
erməni daşnakları ilə mübarizədə fəal iştirak etmiş, Gəncədə Nuru Paşa
ilə tanış olaraq onun köməkliyilə Zəngəzurun müdafiəsi üçün xeyli silah
yardımı almışdır. Parlamentdə olarkən H.Z.Tağıyevlə də çox yaxın mü-
nasibətdə olmuşdur. 
1920-1924-cü illərdə Qubadlı bölgəsində milis işləmiş, Əliyanlı
kəndindən olan qaçaqlara qarşı hər hansısa əməliyyatın aparılmasına
imkan verməmişdir.
1929-cu ildə Baba həbs edilərək Şuşa turməsinə salınmış, lakin


tezliklə Hüsü Hacıyevin köməkliyilə azad edilmiş və Arazın o biri tayına
keçmişdir. Orada da uzun müddət qalmayaraq, Türkiyəyə getmişdir. Bu-
rada o Xosrov bəy Sultanov və Nuru Paşa ilə yenidən görüşmüşdür.
Baba Məmmədov uzun müddət vətən həsrəti ilə İstanbulda
yaşamış və 1974-cü ildə orada vəfat etmişdir.” 
Bunlar hissiz, duyğusuz sətirlərdir, yəni bir insan ömrü barədə az
şey deyir.
Azərbaycanın təzə hökuməti-bolşeviklər üçün ən çətin bölgə
Zəngəzur olub, Ermənistanla “mübahisəli ərazi” statusu almış bu
başıbəlalı mahalda erməni-müsəlman savaşları hələ də davam edirdi. Yeni
hökumətə isə sakitlik, sabitlik lazım idi ki sonra öz qara niyətlərini arx-
ayınlıqla həyata keçirsinlər. Zəngəzur dağlarına çəkilmiş qaçaqlar da bir
yandan bolşeviklərin başına gen dünyanı dar eləmişdilər. Belə bir vaxtda
təkcə güc, silahlar bəs etmirdi, nüfuzlu adamların yardımı olmadan iş
aşmırdı.  Baba Yüzbaşının nüfuzu, qəzadakı hörməti, dağlara çəkilən igid
adamların bir çoxu ilə də yaxınlığı, həm Azərbaycan, həm erməni əhalisi
arasında xətir-hörməti onların işinə yarayırdı. Hələ 37-ci ilin qanlı
havasına xeyli var idi. Babaya qəza milis rəisi olmaq təklif edilir. Qəza
İcraiyyə Komitəsinin sədri Hüsü Hacıyev onun evinə gəlir, uzun tərəd-
düddən sonra Baba razılaşır, yalnız bu fikirlə ki, el-obanın məşəqqətləri
bir az azalsın, günahsız qanlar az axıdılsın, erməni quldurları onun tor-
pağında meydan sulamasın. İlk  ağır döyüşü əhalinin köməksiz
vəziyyətindən istifadə edib Arazdan gündə bir sərhəd kəndinə hücum edib
camaatın var-yoxunu aparan iranlı qaçaq-quldur dəstəsi ilə olur. Süsən
meşələrində lövbər salan iranlılara rus sərhədçiləri də yaxın düşə bilmir,
ya da istəmirdilər, bu onlara lazım da deyildi. Baba başının dəstəsi ilə
Araz qırağında bu quldur yığnağını mühasirəyə alır, ən yaxın məsafədən
atılan atəşlə əksəriyyəti məhv edilir, bir qismi də yaralı, ya əsir alınır,
bununla da Arazdan bu yana basqınlara son verilir. Ancaq bu savaş oddan-
alovdan çıxmış Babanı ömürlük şikəst edir, 2 əl barmağını dibdən kəsib
atır, üz sümüyünün bir hissəsini də söküb dağıdır, ancaq al qan içində də
sona qədər döyüşür və komandirlik edir. Rus hərbi səhra həkiminin
“ustalığı” sayəsində üz sümükləri də əyri bitir, yaraşıqlı sifətində əyrilik
yaranır. Baba sonralar kəsik barmaqlarını gizlətmək üçün əli cibində
gəzərmiş. Onlarla qaçağı sözünün gücü ilə dağlardan evlərinə endirir,
müqavimət göstərməyin mənasız olduğunu anladır. Mir Cəfər Bağırov


Əlyanlı qaçaqlarını məhv etmək üçün gəldiyi Muradxanlıda ilk qarşılaş-
mada Babadan gözü su içmir, onun ötkəmliyi, düşündüyünü açıq deməsi
xoşuna gəlmir, açıqdan açığa Əlyanlı qaçaqlarına qarşı əməliyyata razılıq
vermir, Baba danışıqlarla onları dağdan endirəcəyini vəd edir, ancaq
“osobı otdel”ə soxulmuş ermənilər bu zaman Bağırovun müavini, ən
yaxın dostunu qətlə yetirib “qaçaqlar vurdu” deyə Bağırovun tərəddüdünə
son qoyurlar, qanlı əməliyyatda Əlyanlıda əli silah tutan bütün kişilər qətlə
yetirilir, ermənilər qoçaq Əlyanlıların Qarabağ və Zəngəzurda qırdıqları
erməni dayı, əmi, dədələrinin heyfini çıxırlar, ancaq Baba burda da köhnə
dostu Qaçaqbaşı Qəbili qurtara bilir; özü qəsdən bir tərəfi açıq qoyub
havayı güllə ilə Qəbilə bu tərəfin təhlükəsiz olduğun bildirir. Bakıya qayı-
dan kimi Bağırov Babanın işdən çıxarılması barədə tapşırıq verir.  Hətta,
çoxlu xahiş-minnət də kar eləmir Bağırova. Şuşalı Hüsü Hacıyev vaxtilə
onun yanında katib işləmişdi, dostuna çox arxa olsa da, gücü yetmir. 1929-
cu ildə onu yeni quruluşun əleyhinə çıxmaqda təqsirləndirib həbs etməyə
gəlirlər, heç kim ürək edib Babaya yaxın gəlmir, cəsarət edib üzünə baxan
da olmur, özü vəziyyəti qiymətləndirib düşür qabaqlarına, Şuşa türməsinə
gətirib salırlar. Hüsü bunu eşidir, bir müddət sonra risq edib onu türmədən
çıxarıb özü ilə Laçına, ordan da Babanın Fərcandakı evinə gətirir (kəndin
ən axar-baxarlı guşəsində ucaldılmış dəfələrlə olduğum bu bina sovet
vaxtı məktəb olmuşdu, evin divarında Babanın adı da həkk edilmişdi və
direktor, şirin təbli çair, yaxşı ədəbiyyatçı  Sevi Sevdimalıyevin çoxsaylı
müraciətlərindən sonra  çox sayda dəyərli insanlar yetişmiş bu məktəbə
Baba Məmmədovun adı verilmişdi). Məqsədi də o imiş ki, Babanın
dilindən təzə hökumətin ünvanına camaat içində 5-10 kəlmə xoş söz
dedirdib, eşitdirib yuxarı məlumat verib bununla da onu həbsdən azad
eləsin. Baba təzə hökumətin iç üzünü görmüşdü, anlamıışdı, əqidəsindən
dönüb el-oba qarşısında  adına ləkə salası deyildi, ona görə gecənin bir
aləmi qalxır, geyinir, heç kimə bildirmədən atına minib üz tutur Araza,
ordan da İrana. Baba cəmi 4 ay İranda ailəsindən, göz açıb gördüyü el-
obasından ayrı qala bilir, orada gizlənən bir dəstə Əlyanlı qaçağını da
başda Qaçaq Qəbil, qardaşı Şükür, əmioğlusu Əlabbas olmaqla 7 nəfəri
də götürüb özü ilə gətirir silahları ilə birlikdə sərhəddə dayanmış rus ko-
mandirə təslim olurlar, əhvalatı, bu adamların da sakitliklə öz evlərində,
ailələrində dinc yaşamaq arzu, məqsədini də yazdığı ərizədə bildirir, həbs
edilib istintaq üçün  Bakıya gətirilirlər. Tarix 26 iyul 1930 idi. Babanın


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə