Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə32/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

78
tutmuşdu. Nəbinin dəstəsi Arazı keçmiş, bununla birgə  müəyyən insan (13 nəfər) və digər maddi itkilərə
uğramışdı. Buna baxmayaraq qüvvəllərini bərpa edən Nəbi 1895-ci ilin yazında sərhəddi kçmiş və Naxçıvan
qəzasına gəlmişdi.
16
1895-ci il Qaçaq Nəbinin hərəkatında xüsusi yer tutr. İrəvan qubernatoru general-leytenant Freze
Qafqazın mülki rəisinə məlumatında qaçaqlara bütün əhali tərəfindən köməklik göstərildiyi bildirilir və bu
faktlarla təsdiq edilir, təcili tədbirlər görülməsi zərurəti irəli sürülürdü. Qubernatora onun sərəncamına 2 kazak
yüzlüyü verilməsini, qaçaqlara kömək edən kəndlilərə qarşı cəza tədbirlərinin gücləndirilməsini təklif edirdi.
Qubernatorun xahişinə  əməl edildi. Tivi kəndinin sakinlərinə qarşı ağır cəza tədbirləri tətbiq edildi. Həmin
kənddən başqa Naxçıvan qəzasında əlavə olaraq 108, Şərur-Dərələyəzdə 58 kazak yerləşdirildi.
17
 Bu tədbirlər də
səmərəsini vermədi. Qaçaq Nəbi fəaliyyətini daha da genişləndirməkdə idi. 1895-ci ilin sentyabrında
Zəngəzurun bir sıra kəndlərində (Uz, Dulus, Şabadin, Gecanar) əməliyyat keçirən Nəbi sentyabrın 13-də
dəstəsilə Naxçıvana keçdi. İrəvan qubernatorunun 1895-ci il oktyabr ayındakı məlumatına görə Nəbi və
Şahhüseyn dəstələri ilə birlikdə Ordubada daxil olub, qış düşənə qədər varlıların əmlakını alıb yoxsullara
paylanacağını, ona kömək göstərmiş kəndlilərə əzab verən, onlardan əlavə vergilər tələb edən çar məmurları və
iri torpaq sahibkarlarından intiqam alacağını bildirmişdir. Nəbinin gəlməsi xəbərini eşidən çar məmurları dərhal
bütün qüvvəlləri səfərbərliyə alır, onun silahlı dəstələrini məhv etmək və özünü öldürmək məqsədilə hər tərəfə
gözətçilər qoyurlar. Sentyabrın 16-da Nəbi dəstəsilə səhər tezdən Nəsirvaz dağlarından aşağı enir. Kəndlilər
düşmən qüvvəllərinin Nəsirvazda toplanması xəbərini Nəbiyə çatdırdığından onlar burada toplaşmış Ostroxovun
başçılıq etdiyi kazak hərbi hissələri, pristav müavini Hacıyev və uryadnik Məhəmməd Rəhimin adamlarının
birləşmiş dəstələrilə rastlaşmadan Tivi və Bist istiqamətinə çəkilir. Bir nəticə  əldə etməyən kazaklar Gal
kəndinə, Hacıyev isə öz adamları ilə qaçaqların izinə düşüb Arpadar dağına getmişlər. Kazaklar Şahrux və Baş
Anzur kəndlərindən də  əlavə qüvvələr götürüb Hacıyevin dəstəsi ilə birləşmiş, gecə qaranlıq düşənə qədər
Qaçaq Nəbinin 30 nəfərlik dəstəsi ilə atışmaya başlamışdılar. Nəbinin dəstəsi düşmənin üstün qüvvəsinə
müqavimət göstərir, qaranlıq düşən kimi Güznüt dağlarına çəkilib təhlükədən qurtara bilir. Lakin Nəbinin
dəstəsini addımbaaddım izləyən rəis Rudnovun kazak dəstələri, Vardan Xələtov, Həsən Əli Mehdi oğlu və
Yezarenko Gülbərovun «könüllü» dəstələri qaçaqları hər tərəfdən mühasirəyə alırlar. Bu toqquşma Xələtovun
qaçaqlar tərəfindən öldürülməsi, Həsən Əlinin isə ağır yaralanması ilə başa çatır. Qaçaq Nəbi döyüşdə qalib
gəlir. O, dəstəsi ilə birlikdə Arazı aşaraq, Cənubi Azərbaycana keçir. Kazaklar onların ardınca yüz verstdən çox
yol qət etsələr də heç nəyə nail ola bilmir.
18
  Qaçaq Nəbinin hərəkatının uğurlarında onun həyat yoldaşı və
silahdaşı Həcərin də (1860-1919) böyük xidmətləri var idi.
Qaçaq Nəbi hərəkatı ilə bacara bilməyən çar hökuməti onu muzdlu qatil vasitəsilə öldürməyi qərara aldı.
Bu işin təşkili Cənubi Azərbaycanın Urmiya şəhərində ticarətlə məşğul olan ordubadlı Paşa Hacı Fərəc oğluna
həvalə edildi. Qanlı qətl planını Naxçıvan qəza rəisi podpolkovnik Slavoçinski əlaqələndirirdi. Paşa Hacı pul
müqabilində qaçaqlardan Şahhüseyn və Kərbalayi İmanı  ələ ala bildi. Onlar 1896-cı il martın 12-də Larni
kəndində Nəbini qətlə yetirdilər.
19
Nəbinin öldürülməsindən sonra onun dəstəsi dağıldı. Lakin Məmməd Hüseynin başçılığı altında
Naxçıvanda fəaliyyət göstərən yeni bir dəstə yarandı. Xain əli ilə bu dəstə də 1897-ci ilin sentyabrında məhv
edildi.
 20
Qaçaq Nəbinin hərəkatı Azərbaycan xalqının azadlıq hərəkatı tarixində mühüm səhifələrdən biridir.
Təsadüfi deyil ki, xalq da bunu yüksək qiymətləndirmiş, məşhur Qaçaq Nəbi dastanı yaradılmışdır.
 21
XX əsrin əvvəllərində bütün Azərbaycanda olduğu kimi Naxçıvan bölgəsində də kəndli hərəkatı davam
edirdi. C.Hüseynovun hesablamalarına görə 1900-1907-ci ilin birinci yarısına 776 kəndli çıxışı baş vermişdi.
Naxçıvan və Şərur-Dərələyəz qəzalarında 1900-cu ildə 1, 1901-ci ildə 3, 1902-ci ildə 1, 1903-cü ildə 2, 1904-cü
ildə 4, 1905-ci ildə 16, 1906-cı ildə 13, 1907-ci ilin birinci yarısında 6 olmaqla cəmi 46 kəndli çıxışı baş
vermişdi.
22
 Onların sırasında qaçaqçılıq hərəkatı da var idi.
1905-ci ildə Naxçıvan qəzasında 36 qaçağı birləşdirən iki dəstə fəaliyyət göstərirdi. Bu dəstələr 2 dəfə
xüsusi sahibkarların mülklərinə hücum etmiş, 3 dəfə ordu və polis ilə toqquşmalı olmuşdu. 1906-cı il üzrə bu
göstəricilər müvafiq olaraq 2; 70; 4 və 8 idi. 1907-ci ilin birinci yarısında burada 25 nəfərlik bir qaçaq dəstəsi
fəaliyyət göstərirdi. Bu dəstə iki dəfə polis və hərbi hissə ilə toqquşmuşdu. Şərur-Dərələyəz qəzasında isə 1905-
ci  ildə  12  qaçağı  birləşdirən  bir  dəstə  fəaliyyət  göstərmişdi.  Bu  dəstə  bir  dəfə  xüsusi  sahibkarların  mülkünə
hücum etmiş, iki dəfə polis və hərbi qüvvələrlə toqquşmuşdu. 1906-cı ildə bu göstərici müvafiq olaraq 1; 25; 7
və 18 olmuşdu.
23
1905-1907-ci illər inqilabından sonra da Naxçıvan kəndlərində çıxışlar davam etməkdə idi. Birinci dünya
müharibəsi ərəfəsində belə çıxışlar genişləndi. 1913-cü ilin yayında Xoşkeşin, Buzqov, Keçili, Külüs, Tivi,
Küznüt və b. kəndlərin kəndliləri mülkədar torpaqlarını  ələ keçirmişdi. Şərur-Dərələyəzin kəndliləri otlaqları
tutmuşdu. Naxçıvan qəza rəisinin İrəvan qubernatoruna 1913-cü il 13 sentyabr tarixli raportundan aydın olur ki,
Qarababa kəndinin kəndliləri otlaqları və suvarma kanallarını ələ keçirmişdir.
 24


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə