Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə30/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

75
çalışırdı. Hər qəzada 1 xəstəxana və 2 feldşer məntəqəsi fəaliyyət göstərirdi. Lakin hər bir həkimin radiusu 50-
100 km. olan sahədə 50-55 min nəfər əhaliyə xidmət göstərməsi, nəqliyyat və yolların yarıtmazlığı tibbi
xidmətin aşağı səviyyədə olmasından xəbər verir».
8
 Buna görə də bölgədə kütləvi xəstəliklər geniş miqyas
almışdı. 1905-ci ildə Naxçıvanda, 1906-cı ildə isə Şərur-Dərələyəzdə malyariya xəstəliyi yayılmışdı.
9
Kəndlilərin iş və məişət şəraiti də qənaətbəxş sayılmırdı. Naxçıvan bölgəsi kəndlilərinin yaşayış evləri də
ürək açan vəziyyətdə deyildi. Naxçıvan Muxtar Respublikasının kənd məskənləri və kəndli evlərinin tarixi –
etnoqrafik baxımdan tədqiq edən M.Nəsirli yazır ki, Naxçıvan diyarının inqilabaqədərki məskənləri nizamsız
şəkildə yerləşmiş palçıq və nadir hallarda daşdan olan yüksək divarla əhatə olunmuş fərdi yaşayış və təsərrüat
tikililərinin, həyət və bağların məcmusundan ibarət idi.
10
Kənd əhalisi kimi şəhər əhalisinin, xüsusilə sənətkar və təşəkkül tapmaqda olan fəhlə təbəqəsinin maddi-
məişət vəziyyəti də yaxşı deyildi.

1.
Рштуни В. Крестьянская ре-
форма в Армении в 1870 г.,
с.105.
2.
Свод материалов для изучения
экономического быта государ-
ственных крестьян, т.3, с.135-
177; Шахвердиев З. Аграрные
отношения и положение кре-
стьян в Азербайджане в 70-90-х
гг. XIX в., с.128.
3.
Нахчыван Республикасы МДТА,
ф.24, сийащы 2, иш 1662, в.10-15;
Шахвердиев З. Аграрные от-
ношения и положение крестьян
в Азербайджане в 70-90-х гг.
XIX в., с.128.
4.
там же, с.159.
5.
Мадатов Г. Победа Советской
власти в Нахичевани и образо-
вание Нахичеванской АССР,
с.21.
6.
там же, с.23.
7.
там же, с.21.
8.
Еминова З. ХЫХ-ХХ ясрин яв-
вялляриндя Азярбайъанда ся-
щиййянин тарихи. НДА., Бакы,
2004, с.19.
9.
йеня орада, с.24-25.
10.
Насирли М. Сельские поселе-
ния и крестьянские жилища
Нахичеванской АССР. Баку,
1959, с.46.


76
3.3. Azadlıq hərəkatı
Naxçıvan xanlığının son dövrlərində əhali siyasi və sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün xan
hakimiyyətinə qarşı müxtəlif təsir vasitələrindən istifadə edirdi: şikayətlər yazılır, əhali doğma yerləri tərk edirdi
və s. Lakin Naxçıvan bölgəsində Rusiya müstəmləkə üsul-idarəsi şəraitində  əhaliyə zülm edilməsi yeni
vasitələrlə kəskinləşdi. Sosial-iqtisadi ədalətsizliklərə siyasi, milli, dini zülm də  əlavə olundu. Ona görə də
mövcud rejimə qarşı mübarizə azadlıq hərəkatı xarakterini aldı.
Tarixi ədəbiyyatdan məlumdur ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycanda
Rusiya işğal rejiminə qarşı üsyan və həyəcanlar baş verdi. 1830-cu ildə Car-Balakəndə, 1831-ci ildə  Şəkidə
üsyan və həyəcanlar oldu.
1
 Qeyd olunan üsyanlar, bilavasitə 1801-1813-cü illər dövründə işğal edilmiş
ərazilərdə baş vermişdi. 1826-1828-ci illərdə işğal edilmiş  ərazilərdə, o cümlədən Naxçıvan bölgəsindəki
hadisələr isə diqqətdən kənarda qalmışdır. Göstərilən problemin öyrənilməsində  əsas qaynaqlardan biri
Zaqafqaziya diyarının quruluşu haqqında əsasnamə hazırlanması üçün komissiyanın
2
 üzvü kollej asessoru
Nefedyevin yazılı qeydləri və sakinlərin ona əlavə edilmiş  ərizəliridir.
3
 Nefedyev bu yazılı qeydlərində hər
vasitə ilə Ehsan xanı gözdən salmağa çalışır, Rusiya müstəmləkəçi idarə sisteminin çatışmazlıqlarını ört-basdır
edir. Digər xarakterik cəhət İrandan köçürülmüş ermənilərin hər vasitə ilə müdafiə edilməsilə bağlıdır.
Nefedyev yazılı qeydlərində «xüsusi əhəmiyyətli hadisə» haqqında da məlumat verir. Burada özünü peyğəmbər
kimi qələmə verən bir mollanın Ordubad dairəsində  şarlatanlığı halı üzrə  əhalinin aşkar həyəcanından bəhs
edilir. Həmin prosesə minlərlə adamın cəlb olunduğu, Naxçıvan və bütün ətraf yerlərin sakinlərinin
həyəcanlandığı bildirilir. Təəssüf ki, Nefedyev minlərlə adamın cəlb olunduğu bu hadisənin səbəbləri, baş
verməsi üzərində dayanmır. Lakin onun aşağıdakı sözləri bu hadisənin miqyasını müəyyən etməyə imkan verir:
«Hər şey təhlükədə idi; xoşbəxtlikdən xan və pristav hələ yaylağa yola düşməmişdi və vilayət rəisinin bura
gəlişi ölümcül nəticələri aradan qaldırdı».
4
 Nefedyevin yazılı qeydlərində əyalət məhkəməsinin üzvü İsa sultan
haqqında şikayətlər də konkret bir şəxslə birgə, mövcud idarə sistemindən narazılıq kimi qəbul edilməlidir.
5
Naxçıvan bölgəsinin Rusiya tərəfindən işğalından sonra baş verən bu ilk etiraz və çıxışların ardınca
kəndli hərəkatı diyarın sosial-siyasi həyatının ayrılmaz tərkib hissəsinə çevrildi. Kəndli hərəkatı müxtəlif
formalarda meydana çıxırdı. Kəndlilər ərizə və şikayətlər kimi passiv forma ilə birgə, fəal mübarizə formalarına
(ərazinin tərk edilməsi, mülkədar və dövlət idarələrinə qarşı açıq çıxışlar və s) əl atırdılar. Azərbaycan şəraitində
kəndlilərin sosial-siyasi mübarizə formalarından biri də qaçaqçılıq idi.
XIX əsrin ikinci yarısında kəndlilərin bütün səviyyədə hökumət idarələrinə müraciəti geniş hal almışdı.
Arxivlərdən aşkar edilmiş sənəd və materiallar ərizə və  şikayətlərin məzmunu haqqında təsəvvür yaratmağa
imkan verir. Kəndlilər hədsiz dərəcədə ağır vergilərdən, torpaqlarının mülkədarlar tərəfindən zəbt edilməsindən,
hakimiyyət orqanlarının kəndlilərin qayğılarına məsulyyətsiz münasibətlərindən narazılıqlarını bildirirdilər.
Şərur əyalətinin Quşçu-Dəmirçi kəndinin sakinləri 1895-ci il aprelin 1-də İrəvan qubernatoruna kollektiv şəkildə
yazdıqları  ərazilərində torpaqlarının mülkədarlar tərəfindən zəbt olunmasına baxmayaraq, yenə də vergi tələb
edilməsindən şikayətlənirdilər. Çərçiboğan, Zeyvə, Düdəngə kəndliləri də Qafqaz mülki rəisinə aprelin 28-də
yazdıqları  ərizələrində vergilərin həddən artıq çoxluğundan, mülkədarların özbaşınalığından və qəza rəisinin
etinasız münasibətindən bəhs edirdilər. Ərəbyengicə, Maxta, Aralıq, Kosacan və digər kəndlərin əhalisi də ərizə
və şikayətlər yazmışdılar. Bu barədə faktların sayını artırmaq da olar. Lakin qeyd edilənlər də müəyyən təsəvvür
yaratmağa imkan verir. Kəndlilərin ərizə və şikayətləri bir qayda olaraq baxılmamış qalırdı.
6
Ərizə və şikayətlərlə birgə kəndlilər ya doğma torpaqları tərk edir, ya da mülkədarlara vergi verməkdən
imtina edir, onların torpaqlarını tuturdu və i.a.
Naxçıvan qəzasının Sust kəndində yaşayan 53 ailə 3362 man.15 qəp. vergi qalığını ödəyə bilmədiyi üçün
1875-ci ildə  İrana köçüb getmişdi. Bu münasibətlə qubernatorun hesabatında açıq etiraf edilirdi ki, bu qədər
vergi qalığını həmin kənddə yaşayan ailələr ödəmək imkanına malik olmadığı üçün onu toplamaq mümkün
olmamışdır.
7
Lakin kəndlilər əksər vaxtı vergi və mükəlləfiyyətləri yerinə yetirməkdən imtina edilməsinə, mülkədar
torpaqlarının zəbt edilməsinə üstünlük verirdilər. M.Tumanov rəsmi nöqteyi-nəzərdən çıxış dərək Qafqazda
torpaq məsələsi və cinayətkarlıq arasında əlaqəni araşdırmışdır. O, torpaqların zəbt edilməsilə bağlı
cinayətkarlıq faktlarının ilbəil artmasından bəhs edərkən göstərmişdir ki, 1881-ci ildə 985 belə hadisə baş verib,
bu da əvvəlki ildəkindən 214 cinayət çoxdur, 1882-ci ildə bu cür hadisələrin sayı 1114-ə, 1883-cü ildə isə 1247-
ə çatmışdır.
8
 Naxçıvan bölgəsində bu tip hadisələr sonralar da davam etmişdi.
Naxçıvan qəzasının Qoşadizə və Kəngərli kəndliləri 1885-ci ildə mülkədarlara vergi verməkdən imtina
etmişdilər. Əbrəqunis və Bənənyar kəndliləri 1888-ci ildə mülkədar Sultanovlardan özlərinin vaxtı ilə tutulmuş
250 desyatin torpaqlarını geri almışdılar. Keçili kəndliləri mülkədarlarla, xüsusən Rəhim xanla torpaq üstündə
əlbəyaxa olmuş, ona silah qaldırmışdılar. Çox maraqlıdır ki, torpaq uğrunda mübarizədə qadınlar da fəal iştirak


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə