Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

77
edirdilər. Naxçıvan qəzasının Məmmədrzadizə kənd sakini Mədinə Məhəmməd qızı 1885-ci ildə kəndliləri
ətrafına toplayaraq varlıların, xüsusən Əhməd bəy, Fətəli bəy oğlunun zəbt etdiyi torpaqları geri almışdı.
9
Naxçıvan bölgəsinin ayrı-ayrı  ərazilərində dövlətin kənddəki siyasətinə və kənd varlılarına qarşı
çevrilmiş çıxışlar 1885-ci ildə daha da genişlənmişdi. Bundan qorxuya düşən hökumət nümayəndələri buraya
əlavə hərbi qüvvələr cəlb etmiş, kəndlilərə divan tutmuşdu. Hərəkatın ən fəal üzvləri isə həbsxanaya salınmış,
müxtəlif işgəncələr verilməsi nəticəsində həlak olmuşdu.
10
Naxçıvan bölgəsində kəndli hərəkatının spesifik forması olan qaçaq hərəkatı da yaranıb, genişlənməkdə
idi. Qaçaqçılıq hərəkatının nəzəri-metodoloji məsələləri və onun gedişi Azərbaycan tarixşünaslığında geniş
təqiqat obyekti olmuşdur.
11
 İ.Həsənov yazırdı: «Azərbaycan kədlilərinin ictimai əsarətə və müstəmləkə zülmünə
qarşı mübarizəsi tarixində ən parlaq səhifələrdən biri qaçaqlar hərəkatı idi. İnqilabdan əvvəlki tarixşünaslıqda bu
məsələ elmi-tədqiqat mövzusu olmamışdır. Qaçaqlar hərəkatından yazan bəzi müəlliflər bu hərəkata
«quldurluq», qaçaqların özlərinə isə «quldur» kimi baxmışlar. Məsələn, 1898-ci ildə Tiflisdə özünün «Qafqazda
quldurluqla mübarizə aparmaq üçün vasitələr» adlı referatını nəşr etdirən Frenkel qaçaqlar hərəkatını məhz
quldurluq kimi qiymətləndirmişdir».
12
 Azərbaycan tarixçiləri də həmin dövrdə quldurluq faktlarının olmasını
inkar etmir. Lakin əsil qaçaqlar xalqın qəlbində özünə yer salmış, onların fəaliyyəti şifahi xalq ədəbiyyatında
tərənnüm edilmişdir. Tarixi faktlar göstərir ki, Naxçıvan bölgəsində rəsmi dairələrdə quldur dəstələri kimi
qələmə verilən ilk qaçaq dəstələri XIX əsrin 60-cı illərində təşəkkül tapmışdı. Məsələn, İrəvan quberniya
məhkəməsinin 1867-ci il 22 fevral tarixli 527 saylı məlumatında göstərilir ki, quberniya məhkəməsinin 22 dekar
hökmü ilə Ordubad şəhəri və Tivi kənd sakini Namazəli Kalbalı oğlu müxtəlif vaxtlarda quldurlara (!) köməklik
göstərib, mülkədar Nəcəf Təhməz oğlunu öldürdüyünə görə 9 il müddətinə həbs edilib. Həmin kəndin digər bir
sakini Əhmədəli Manaf oğlu da eyni ittihamla məhkum olunub. Səbzəli Kalbalı oğlu və Əkbər Məhəmməd Paşa
oğlu isə yuxarıda qeyd edilən məhbuslarla və  ələ keçirilməsi mümkün olmayan quldurlarla (!) sıx əlaqə
saxladıqlarından polis və xəfiyyə agentləri tərəfindən nəzarətdə saxlanılmaqla, ömürlük ölkənin başqa
ərazilərinə köçürülmüşdü.
Naxçıvan qəza rəisinin İrəvan qubernatoruna 1875-ci il məlumatı da bu baxımdan ciddi maraq doğurur.
Orada bildirilir ki, kəndli silahlı dəstəsinin tanınmış rəhbəri Əli Cəfər İbrahim oğlu 14 nəfər adamı ilə birgə
Naxçıvan qəzasının Araz çayı sahillərindəki ərazisində yerli polis dəstələri ilə atışmada kəskin müqavimət
göstərmişdir. Nəticədə çox çətinliklə də olsa, onun dəstəsindən bir nəfər öldürülmüş, on nəfər tutulub həbsə
salınmış, özü isə Araz çayında boğulmuşdu.
13
Azərbaycanın qaçaqçılıq hərəkatında mühüm yer tutan Qaçaq Nəbi hərəkatı da Naxçıvan bölgəsi ilə sıx
bağlı olmuşdur. Nəbinin dəqiq doğum tarixi məlum deyil. Lakin belə güman edilir ki, o, 1854-cü ildə Zəngəzur
qəzasının Aşağı Molla kəndində doğulmuşdur. Onun atası, yoxsul kəndli Alı çoxsaylı ailəsini çətinliklə
dolandırırdı. Nəbi kiçik yaşlarından varlı kəndli Kərbalayi Cəfərə çobanlıq edirdi. Nəbi iki dəfə kənddə hakim
dairələrin nümayəndələrinin özbaşınalığına qarşı çıxmış, hər dəfə də kəndi tərk etmiş, lakin az sonra doğma
evinə qayıtmışdı. 1875-ci ildə Aşağı Molla kəndinin torpaqlarını zəbt etmiş Məmməd bəy və strajniklərə qarşı
çıxış zamanı Nəbi bəyi ağır yaraladı və hökumət orqanlarından gizlənmək üçün kəndi tərk etdi. O, bu vaxtdan
etibarən qaçaq oldu. Nəbi öz ətrafında silahlı dəstə yaratmağa başladı. Dəstənin sayı tezliklə 10 nəfərə çatdı.
14
Nəbinin fəaliyyəti Naxçıvan qəzasının Nəsirvaz, Tivi, Bist, Güznüt, Təzəkənd, Baş Anzur, Biləv, Urmis
kəndlərilə də bağlı olmuşdu. Qaçaq Nəbi 1890-cı ildə yenidən həbs olunmuşdu. O, İrəvan dairə məhkəməsinin
hökmü ilə Şuşa qalasına aparılarkən yolda qaçmış, dağlara çəkilmiş və sonra tərəfdarlarının sayını artırmışdı.
Hakimiyyət dairələri bu hərəkatı yatırmaq üçün bütün tədbirlərə  əl atırdılar, lakin bunlar nəticəsiz qalırdı.
«Kavkaz» qəzeti 1893-cü il 9 iyun tarixli sayında yazırdı ki, Zəngəzur qəza administrasiyası quldur dəstəsinin
(qeyd etdiyimiz kimi rəsmi dairələr qaçaqları belə adlandırırdılar. – Z.Ş.) tutulması üçün tədbirlər görsə də
izləyicilərin bütün cəhətləri indiyədək müvəffəqiyyətlə nəticələnməmişdir. Məsələn, dəstə bir dəfə 60 kazak
tərəfindən mühasirə olunmuş, lakin izləyicilərin əlindən uğurla xilas olmuşdur; digər vaxt onları polis təqib
etmiş, bu dəfə də dəstə dağlarda gizlənməyə nail olmuşdu və i.a.
XIX əsrin 90-cı illərində çar hökumətinin Nəbinin dəstəsinə qarşı cəza tədbirləri güclənir. Buna görə də
Nəbi tez-tez Cənubi Azərbaycana keçməli olur. 1894-cü ilin yayında orada olan Nəbi 20 nəfərlik dəstə ilə
sərhəddi keçir və iyulun 23-də Naxçıvan qəzasının Karçevan kəndinə hücum edir. Bu hücum zamanı varlı
kəndlilərdən 8 min man. vəsait ələ keçirilir. Nəbinin Naxçıvandakı fəaliyyəti İrəvan qubernatorunun Qafqazın
mülki rəisinə müraciətində Qaçaq Nəbiyə qarşı mübarizədə acizliyini etiraf etməsinə səbəb olmuşdu.
Mübarizənin uğurlu olması üçün qaçaqları gizlədən kənd cəmiyətlərinin elliklə və ciddi şəkildə cəzalandırılması
təklif edilirdi. Baş mülki rəis qubernatora belə bir hüquq vermişdi. Lakin ən ciddi repressiyalar belə Nəbinin
dəstəsini məhv etməyə imkan vermirdi.
15
Qaçaq Nəbi 1894-cü ilin oktyabrında Naxçıvan qəzasıa gəlmiş, 13-də Bist və Alaqi, 24-də Kültəpə
kəndlərinin varlı kəndlilərinin mülkünü ələ keçirimişdi. Oktyabrın 27-də Nəbi və  Şahhüseynin birləşmiş
dəstələri Naxçıvan qəzasının Paradaş kəndinə hücum etmiş, sonra sərhəddi keçmək üçün Araz çayına üz
tutmuşdu. Lakin əvvəlcədən keçid yeri haqqında məlumatı olan hökumət qüvvəlləri qaçaqları güclü atəşə


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə