Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə29/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

72
müəyyən edildiyindən, cins strukuru da, bu yol ilə aydınlaşdırıla bilər. Bütövlükdə Naxçıvan bölgəsinin daxil olduğu
İrəvan quberniyasında kişilərin sayı qadınların sayından üstün idi. Naxçıvan qəzasında qəza üzrə hər yüz kişiyə 90,51,
şəhərlərdə isə 83,11 qadın düşürdü. Şərur-Dərələyəz qəzasında bu göstəricilər 86,67 və 71,17 idi. 1897-ci il əhali
siyahıya almasının tərtibçiləri müxtəlif yaş qruplarında kişi və qadınların nisbətini də müəyyən etmişlər. 10 yaşından
kiçik, 10-19, 20-29, 30-39, 40-49, 50-59, 60 və daha yuxarı yaşlar üzrə hər bir qrupda kişilərin üstün olduğu aşkar
olunmuşdur.
 19
Naxçıvan torpaqları tarixi Azərbaycan ərazisi olmaqla, onun yerli əhalisini azərbaycanlılar (türklər) təşkil
edirdi. Naxçıvan bölgəsi əhalisinin tərkibindəki ermənilər gəlmə idi. Gəlmə erməniləri də iki yerə bölmək olar: 1)
Rusiya işğalınadək bu bölgəyə gələnlər (rus qafqazşünaslığında onlar səhvən «yerlilər», yaxud «köhnədən
yaşayanlar» adlandırılır); 2) işğal zamanı və sonra gələnlər. Adətən müəlliflər Naxçıvan bölgəsi əhalisində
ermənilərin sayından bəhs edərkən Naxçıvan vilayəti üzrə məlumata müraciət edirlər. İ.Şopenə görə Naxçıvan əyaləti
üzrə Rusiya işğalınadək gəlmə ermənilər 530 ailə (2.690 nəfər), Ordubad dairəsi üzrə 400 ailə (2.388 nəfər) idi.
Müqayisə üçün qeyd edək ki, bu dövrdə azərbaycanlılar müvafiq olaraq 3.863 ailə (17.138 nəfər) və 1.675 (7.247
nəfər) təşkil etmişdi. Yalnız köçürmə hesabına çar hökuməti əhalinin etnik tərkibində xeyli dəyişiklik yaratmışdı.
Gəlmə ermənilərin sayı Naxçıvan əyalətində 2.145 ailə (10.589 nəfər), Ordubad dairəsində isə 250 ailə (1.340 nəfər)
olmuşdu. Beləliklə, Rusiya işğalından sonra həmin dövr üzrə Naxçıvanda 8.863 ailə qeydə alınmışdı ki, onlardan
5.538 ailə (62,49 %) azərbaycanlı, 3.325 ailə (37,51 %) erməni idi.
 20
 Naxçıvan bölgəsinin müasir sərhədləri nəzərə
alınmaqla hesablama aparsaq aydın olar ki, azərbaycanlılar bütün ailələrin 66,5 %-ni, ermənilər isə yalnız 33,5 %-ni
təşkil edib.
1917-ci ildə isə Naxçıvan bölgəsində (əhalinin ümumi sayı 170.142 nəfər qəbul edilsə) azərbaycanlıların
sayı 115.742 nəfər (68 %), qalanları isə ermənilər və qismən kürdlər olmuşdu.
 21
 Çarizmin rus kəndlilərini
köçürmə siyasəti bütün Azərbaycanı olduğu kimi Naxçıvan bölgəsini də  əhatə etmişdi. Naxçıvan qəzasında
Karmalinovka (Biçənək – Z.Ş.) adlı rus kəndi salınmışdı. Bu kənddə XIX əsrin 30-80-cı illərdə 164, XIX əsrin
80-cı illərinin ortaları – 1904-cü ildə 280, 1905-1917-ci illər arasında 310 nəfər hər iki cinsdən əhali
yaşamışdı.
22
Naxçıvan bölgəsi əhalisinin əksərən azərbaycanlılardan ibarət olmasını toponimik materiallar da təsdiq
edir.
 23


73

1.
Шопен И. Исторический памят-
ник состояния Армянской облас-
ти в эпоху ее присоединения к
Российской империи, с.642
2.
АРДТА. ф.24, сийащы 1, иш 353,
354, 355, 357, 358, 359, 360, 361,
372.
3.
йеня орада, ф.25, сийащы 2, иш 7, 4,
3, 5.
4.
йеня орада, ф.379, сийащы 3, иш
5901, в.6.
5.
Зелинский С.П. Три магала: На-
хичеванский, Ордубадский и Да-
ралагезский: Географически-
статистическое и сельскохозяй-
ственное описание // Сборник
сведений о Кавказе. т. VII. Тиф-
лис, 1880, с.209-258.
6.
Зейдлиц Н. Списки населенных
мест Бакинской, Эриванской,
Кутаисской и Ставропольский
губерний и Терской области //
Сборник сведений о Кавказе.
т.V. Тифлис, 1879.
7.
Первая всеобщая перепись насе-
ления Российской империи.
LXXI. Эриванская губерния.
СПб., 1906, с.1.
8.
АРДТА. ф.379, сийащы 3, иш 5901,
в.6.
9.
Шопен И. Исторический памят-
ник состояния Армянской облас-
ти в эпоху ее присоединения к
Российской империи, с.635-638.
10.
АРДТА. ф.379, сийащы 3, иш 5901,
в.6.
11.
Сборник сведений о Кавказе,
т.VII.
12.
Свод статистических данных о
населении Закавказского края,
извлеченных из поемейных спи-
сков 1886 г. Тифлис, 1893, б/п.
13.
Первая всеобщая перепись насе-
ления Российской империи 1897
г.. LXXI. Эриванская губерния,
с.2.
14.
Кавказский календарь на 1917 г.,
с.217, 219.
15.
Мурадалиева Э.Б. Города Се-
верного Азербайджана во второй
половине XIX века. Баку, 1991,
с.67
16.
Шопен И. Исторический памят-
ник состояния Армянской облас-
ти в эпоху ее присоединения к
Российской империи, с.556-564,
599-630
17.
Свод статистических данных, б/п.
18.
Кавказский календарь на 1917 г.;
АРДТА. ф.379, сийащы 3, иш 5901,
в.6.
19.
Первая всеобщая перепись насе-
ления Российской империи 1897
г.. LXXI. Эриванская губерния,
с.VIII.
20.
Шопен И. Исторический памят-
ник состояния Армянской облас-
ти в эпоху ее присоединения к
Российской империи, с.635-642.
21.
АРДТА. ф.379, сийащы 3, иш 5901,
в.6.
22.
Исмаил-заде Д.И. Русское кре-
стьянство в Закавказье. 30-е годы
XIX- начало ХХ в. М., 1982,
с.294.
23.
Бах: Бабайев С. Нахчыванда «Ки-
таби – Дядя Горгуд» топонимля-
ри. Бакы, 1999; Будагов Б., Гей-
буллайев Г. Нахчыван дийарынын
йер йаддашы. Бакы, 2004 вя б.


74
3.2. Əhalinin maddi-məişət vəziyyəti
XIX-XX əsrin əvvəllərində bütün Şimali Azərbaycanda olduğu kimi Naxçıvan bölgəsində də Rusiyanın
müstəmləkəçilik sisteminin yaratdığı sosial-siyasi və milli zülm ağır maddi-məişət şəraiti ilə müşahidə
olunurdu.
Əhalinin əksər hissəsini kəndlilər təşkil etdiyindən kəndlilərin maddi-məişət vəziyyətindən başlayaq.
Naxçıvan bölgəsi kəndləri üçün əsas istehsalçı olan kəndlilərin aztorpaqlı və torpaqsız olması xarakterik idi.
Buna baxmayaraq kəndlilər üzərinə yüksək vergi və mükəlləfiyyətlər qoyulurdu. XIX əsrin 40-cı illərində
sahibkarlar və kəndlilər arasındakı münasibətlərə dair 1847-ci il 20 aprel 28 dekabr və 8 iyun əsasnaməsi
verilmişdi. 1851-ci il əsasnaməsi bilavasitə  İrəvan quberniyası və Tiflis quberniyasının Axalsıx qəzasına aid
edilsə də həyata keçirilmədi.
1
1847-ci il əsasnaməsinə görə kəndlilər malcəhət (məhsulun onda biri) verməli idi. Sahibkarın tələbi ilə ev
və tarla işləri üçün hər 10 ailədən bir kişi xidmətçisi ayrılmalı idi və s. 1851-ci il Əsasnaməsi də bəzi
dəyişikliklərlə eyni mahiyyətə malik idi. Burada mülk, yəni torpaqdan əldə edilən bütün məhsulun otuzda dörd
hissəsi verilməli, hər bir ailədən işçi ayrılması və mülkədarlar üçün əvrəz təşkili, pul mükəlləfiyyəti və s.
nəzərdə tutulmuşdu. Bu vergi və mükəlləiyyətlərdən əvrəz əvvəllər Naxçıvanda mövcud deyildi.
Dövlət kəndliləri də ağır vergi və mükəlləfiyyət daşıyırdı. Onlar həyətbaşı vergisi, zemski, torpaq və s.
ictimai vergilər verməli idi. Müsəlmanlar hərbi xidmətə aparılmadığına görə xüsusi rüsum ödəyirdilər.
Naxçıvan qəzasında həyətbaşı vergi 12 kənddə 1 manatdan 2 manata qədər, 46 kənddə isə 3-4 manat idi.
Şərur-Dərələyəz qəzasında isə 60 kəndin əhalisi 2-3 man., 57 kəndin əhalisi 4-5 man. həyətbaşı vergi verməli
idi. Naxçıvan qəzasında hər kişi başına həyətbaşı vergi 1 man 28 qəp., Şərur – Dərələyəzdə isə 1 man. 20 qəp.
idi. Hər iki qəzada 1885-ci ildə yığılan həyətbaşı verginin ümumi məbləği 46.085 man., torpaq vergisi isə
21.819 man. idi. Bundan başqa həmin qəzaların kəndliləri 57.141 man. zemski vergisi (hər bir kəndli (kişi)
başına orta hesabla 1 man. 53 qəp.) ödəyirdilər.
2
Naxçıvan qəzasının 166 həyətdən ibarət olan dövlət kəndinin əhalisi 1898-ci ildə 342 man. həyətbaşı
vergisi, 360 man. 95 qəpik quberniya hərbi rüsumu, 972 man. torpaq vergisi, müsəlmanların hərbi xidmətə
çağırılmadığına görə 52 man. 67 qəpik ödəməli idi. Bundan əlavə həmin kəndin əhalisi 3.242 man. 96 qəp. icma
mükəlləfiyyəti daşımalı idi. Beləliklə, bir kəndin əhalisi 5.908 man. çox vergi verirdi. Borc çox olduğuna görə
kəndlilər onun öhdəsindən gələ bilmir, onu ildən ilə keçirirdilər. 1899-cu il yanvarın 1-nə həmin əhalinin ötən
illərdən 2908 man. 65 qəpik borcu qalmışdı.
3
Vergilərin kəndlilər arasında bölüşdürülməsi və yığılması da onların üzərində bir yük idi. Dövlət vergiləri
kənd icmalarının üzərinə qoyur, onlar isə həmin vergini kəndlilər arasında bölürdü. Vergilər iki yerə bölünür və
iki dəfə (iyulun 30 və dekabrın 31-dək) ödənirdi. Vergini vaxtında ödəyə bilməyənlər hər ay üçün ödəyəcəyi
verginin bir faizi miqdarında cərimə verirdi.
Təbii fəlakətlər və məhsulsuzluq illərinə baxmayaraq dövlət və mülkədarlar kəndlilərə heç bir güzəştə
getmirdi. Bəzi vaxtlarda isə vergilərin miqdarı süni şəkildə artırılırdı. Bunun nəticəsində kəndlilərin vergilər
üzrə borcu ildən-ilə artırdı. Arxivlərdən aşkar edilmiş rəsmi sənədlər əsasında 1886-1900-cu illərdə Naxçıvan və
Şərur-Dərələyəz qəzaları kəndlilərinin vergi qalıqları müəyyənləşdirilmişdir. Müqayisə üçün qeyd edək ki,
1886-cı ildə bu rəqəm 23794 man. 78 qəp. idisə, 1900-cu ildə 408.585 man. 77 qəp. təşkil edirdi.
4
Vergi və mükəlləfiyyətlərin ağırlığı, bünün nəticəsində yaranan vergi borcları XX əsrin əvvəlləri üçün də
xarakterik idi. 1904-cü ildə Naxçıvan qəzası üzrə toplanmamış vergilər 361.936 man., Şərur-Dərələyəz qəzası
üzrə 175.278 man. idi.
5
Birinci dünya müharibəsi illərində kəndlilərin vəziyyəti daha da ağırlaşdı. Sərhəd rayonu olan Naxçıvan
Qafqazdakı rus ordusunun arxa cəbhəsi oldu. Çar məmurları  əlavə vergilər təyin edir, bəzən sadəcə olaraq
məhsulları və mal-qaranı müsadirə edirdilər. Yüz və minlərlə kəndli sərhəddə hərbi istehkamların tikintisinə,
hərbi sursat və ərzağın daşınmasına səfərbər edilmişdi. Yaranmış anarxiya və özbaşınalıqdan istifadə edən yerli
hakim təbəqə də vergi və mükəlləfiyyətləri çoxaldırdı.
6
Vergi və mükəlləfiyyətlər ilə birgə baş verən təbii fəlakətlər, onların ağır nəticələri də kəndlilərin
vəziyyətinə mənfi təsir göstərirdi. 1901-1903-cü illərdə Naxçıvan və  Şərur-Dərələyəz qəzalarında Ələkli,
Verməziyar, Xanlıqar, Parçi, Daşarx, Dizə, Yaycı, Tumbul, Şıxmahmud, Nurs, Kültəpə, Yamxana və b. kəndlər
aclıq çəkmişdi. Başnoraşen kəndliləri aclıq çəkənlərdən ötəri üç il ərzində ödənmək şərti ilə 3112 man.
buraxılması xahişi ilə qubernatora müraciət etmişdilər. Lakin qubernator xərclərin çoxluğuna istinadən imtina
etmişdi.
7
Şimali Azərbaycanın digər bölgələrində olduğu kimi XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində də
əhaliyə tibbi xidmət aşağı səviyyədə idi. Bu da əhali içərisində müxtəlif xəstəliklərin yayılmasına, ölüm
hallarının artmasına səbəb olurdu. Tədqiqatçılardan biri yazırdı: «İrəvan quberniyasının Naxçıvan, Şərur-
Dərələyəz, İrəvan qəzalarının hər birində XIX əsrin sonu – XX əsrin əvvəllərində 1 həkim, 3 feldşer, 1 mamaça


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə