Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə25/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

64
Naxçıvan kəndində kapitalist təsərrüfatının formaları da meydana gəlirdi. Varlı – qolçamaq, iri kapitalist
əkinçilik təsərrüfatları ilə yanaşı mövcud mülkədar təsərrüfatları da burjua təkamülü yoluna qədəm qoyurdu.
Bunun əsas göstəriciləri muzdlu əmək tətbiqi və yeni icarə münasibətlərinin inkişfaı idi.
XIX əsrin 80-cı illərində Naxçıvan və Şərur-Dərələyəzin dövlət kəndində aparılan təhqiqatın müəllifləri
torpaqsız və aztorpaqlı kəndlilərin iş qüvvəsini satmaqla dolandıqlarını qeyd edirdilər.
12
Naxçıvan bölgəsindəki torpaq icarəsində köhnə münasibətlərlə yanaşı, yeni kapitalist icarə sistemidə
yaranırdı. İslahatdan sonrakı dövrdə Azərbaycanda torpaq icarə münasibətləri haqqında tədqiqatın müəllifi
L.Həsənova yazır ki, 1886-cı ildə xüsusi şəxslərin hərracla icarəyə götürdüyü əkin sahəsinin miqdarı kəndlilər
tərəfindən icarəyə götürülmüş torpaq sahəsinin yarısına bərabər idi. Ayrı-ayrı qəzalarda isə xüsusi şəxslər
tərəfindən icarəyə götürülmüş torpağın miqdarı daha çox idi. Məsələn, … Naxçıvan qəzası üzrə xüsusi şəxslərin
icarəyə götürdükləri əkin sahəsinin miqdarı kəndlilər tərəfindən icarə edilmiş əkin yerlərinin miqdarından 2,6
dəfə çox idi… Tamamilə aydındır ki, kənd təsərrüfatı ilə məşğul olmayan xüsusi şəxslər icarəyə götürdükləri
torpaq sahələrini aztorpaqlı kəndlilərə subicarəyə vermək və bununla da külli miqdarda qazanc əldə etmək
məqsədini güdürdülər».
13
Dövlət xəzinəsi 1870-c ildə  Şərur-Dərələyəz qəzasında olan «Gir» adlı 1950 des.
torpağı Akim Şan Gireyə ildə 292 man. 50 qəp. icarəyə vermişdi. Onun 1.659 desyatini əkin üçün yararlı, 291
desyatini isə otlaq idi. Şan – Girey də öz növbəsində  əkin üçün yararlı olan torpaqları subicarəyə vermişdi.
Torpağı icarəyə götürmüş kəndlilər icarəçiyə məxsus su arxlarını təmizləmək üçün bir həftə  əvəz olmadan
işləməli idi. Şan –Girey icarə vaxtı bitəndən sonra, icarə haqqını 975 manata qaldırmaq, yəni hər desyatin torpaq
üçün 50 qəp. vermək şərti ilə icarə müddətini 30 il uzatmaq haqqında məsələ qaldırdı və ildə 5000 manat
ödəmək şərti ilə yenə 24 illiyə icarəyə götürdü. Şan – Girey bu sahənin 400 desyatinində buğda və pambıq
əkdirirdi.
14
Biz indiyədək Naxçıvan bölgəsində kapitalist münasibətilərinin inkişafının ayrı-ayrı məsələlərindən bəhs
etdik. Bu faktlar nə qədər maraqlı olsa da bölgədə kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişaf
səviyyəsi və digər kənd təsərrüfatı rayonları arasında yeri barədə təsəvvür yarada bilmir. Bu çatışmazlığı aradan
qaldırmaq üçün XIX əsrin sonlarında Azərbaycanın dövlət kəndinin burjua təkamülü (struktur – kəmiyyət
təhlili) haqqında tədqiqatın müəllifi İ.Rəfizadənin aqrar tipologiya barədə mülahizəsinə diqqət yetirmək
lazımdır. O, aqrar inkişafın bir neçə  əsas tipinin müəyyən edildiyini göstərir. Onun fikrincə birinci qrupa
Yelizavetpol quberniyasının iqtisadi cəhətdən inkişaf etmiş taxılçılıq qəzaları – Yelizavetpol, Cavanşir, Şuşa və
İrəvan quberniyasının Şərur-Dərələyəz qəzaları daxildir. Bütün qeyd olunan qəzalar əkinçiliyin ekstensiv
xarakterində taxılçılığın əhəmiyyətli dərəcədə  əmtəəliyi, sosial planda isə kəndlilərin xeyli dərəcədə
təbəqələşməsi ilə xarakterizə olunur. Digər qrup əkinçiliyin nisbi intensivləşməsi şəraitində iqtisadi cəhətcə
inkişaf etmiş qəzaları («güclü qrup») əhatə edir. Bu qrupa Quba və Naxçıvan, Şamaxı və Göyçay, Nuxa və Ərəş
aiddir.
15
Naxçıvanın kənd təsərrüfatında olduğu kimi sənayesində də kapitalist münasibətləri təşəkkül tapmışdı.
Sənayedə kapitalizmin inkişafı kapitalist müəssisələrinin (sadə kooperasiya, manufaktura və fabrik – zavod)
yaranması və proletariatın formalaşması ilə xarakterizə olunur. Naxçıvan bölgəsinin dağ-mədən (əsasən, duz
istehsalı), yeyinti və yüngül sənayesində kapitalist müəssisələrinin həm ilkin, həm də yuxarı formalarına təsadüf
edilir.  Bu sənaye sahələri içərisində ipəkçilik xüsusilə ayrılır. T.Vəliyev imperializm dövründə sənaye
problemlərindən bəhs edərkən ipək emalı sənayesi barədə yazmışdır: «Azərbaycanda ipək emalı sənayesinin
mühüm cəhətlərindən biri də bu sahədə mövcud olan sənaye formaları arasındakı əlaqənin olmasıdır. İpək emalı
sənayesi Azərbaycanda yeganə sahədir ki, burada sənaye kapitalizmi inkişafının 3 ilk mərhələsi ardıcıl olaraq
bir-birini əvəz etmişdir. İpək emalı sənayesində fabrik mərhələsi heç də göydən düşməmiş, ölkənin ictimai-
iqtisadi inkişafı ilə bərabər sənayenin aşağı formalarından əmələ gəlmişdi… Müəssisələrin çox hissəsi fabrik
mərhələsinə məhz sadə əmtəə istehsalı mərhələsindən gəlib çıxmışdı.
 16
Bu fikir Naxçıvan bölgəsinin ipək emalı sənayesinə də aiddir. Naxçıvan bölgəsində sənayenin inkişafı ilə
əlaqədar olaraq proletariat da təşəkkül tapmağa başlayırdı. Naxçıvanda inkişaf  etməkdə olan sənayenin
strukturu proletariatın formalaşması mənbələrinə də təsir göstərirdi. Burada mövcud olan sənaye sahələri (ipək
emalı, pambıq təmizləmə, duz istehsalı və s.) elə istehsl sahələri idi ki, onlar müəyyən əmək vərdiş və bacarığı
tələb edirdi. Ona görə də Azərbaycanın digər bölgələrindən fərqli olaraq Naxçıvanda proletariatın təşəkkülünün
əsas mənbəyi yerli sənətkarlar idi. T.Vəliyev haqlı olaraq yazırdı: «Azərbaycanın yüngül sənayesində, xüsusilə
ipək emalında fəhlələrin təşəkkül şəraiti digər sənaye sahələrindəki nisbətən fərqlənirdi. Burada ixtisasdan baş
çıxaran fəhlələr tələb olunurdu. Bu cəhət isə bütün emal sahələri o cümlədən toxuculuq sənayesi üçün səciyyəvi
idi. Ölkəmizdə ipəkçiliyin intişar tapdığı qəzalarda baramanın kustar yolla emalı ilk əvvəl məhz kəndli ailəsində
həyata keçirilirdi. Əldə olunan ipək sapından məişətdə işlənən mallar toxunurdu. Deməli, kəndli fabrikə gələnə
qədər ipəyin kustar üsulla emalı prosesi ilə tanışlıqla yanaşı ipəksarıma və ipəkburmanın da sirlərinə bələd
olurdu… İpək emalı müəssisələrində işə girənlər bir növ ixtisaslı idilər. Sənayenin digər sahəsində – pambıq
təmizləmədə də demək olar ki, zavodların inşa edildiyi kəndin sakinləri fəhlələrin təşəkkülündə mühüm rol
oynayırdılar. Bunu eyni ilə biyan kökü emalı və yeyinti sənayesi sahələrinə, xüsusən şərab, spirt və s. istehsalına


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə