Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə24/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

62
1.
Ялийев Г. ХЫХ-ХХ йцзиллийин
башланьыъында Шимали Азяр-
байъанда няглиййатын инкишафы.
Бакы, 1995, с.18-19.
2.
Шопен И. Исторический па-
мятник состояния Армянской
области, с.718-721.
3.
там же, с.721-722.
4.
там же, с.719.
5.
Герсеванов М. Сеть главней-
ших дорог Закавказского края
// Сборник сведений о Кавка-
зе. т.I. Тифлис, 1871. c.11.
6.
Ялийев Г. ХЫХ-ХХ йцзиллийин
башланьыъында Шимали Азяр-
байъанда няглиййатын инкишафы.
7.
йеня орада, с.103.
8.
Бах: Керимов Т. Народные
транспортные средства Азер-
байджана в XIX – начале ХХ
в. (историко-этнографическое
исследование). Баку, 2004.
9.
Ялийев Г. ХЫХ-ХХ йцзиллийин
башланьыъында Шимали Азяр-
байъанда няглиййатын инкишафы,
с.45, 88.
10.
Султанов Б. Азярбайъан полад
маэистралынын тарихи очеркляри.
Бакы, 1997, с.31.
11.
Ялийев Г. ХЫХ-ХХ йцзиллийин
башланьыъында Шимали Азяр-
байъанда няглиййатын инкишафы,
с.88-90; щямчинин бах: Щцсейн
Исэяндяр. Азярбайъанын йол та-
рихи. Бакы, 1995, с.41.
12.
йеня орада, 1995, с.96.
13.
Султанов Б. Азярбайъан полад
маэистралынын тарихи очеркляри,
с.33.
14.
Ялийев Ф., Ялийев М. Нахчыван
ханлыьы, с.44.
15.
йеня орада, с.45.
16.
Даща ятрафлы бах: Русско-
Иранская торговля. 30-50-е
годы XIX века. Сб. док. М.,
1984; Рожкова М.К. Эконо-
мическая политика царского
правительства на Среднем
Востоке во второй четверти
XIX века и русская буржуазия.
М., 1949.
17.
Азярбайъан тарихи. Йедди ъил-
ддя. ЫV ъ., с.78.
18.
Азярбайъан тарихи. Цч ъилддя.
ЫЫ ъилд. Бакы, 1964, с.77-78.
19.
Бах: Сулейманов Р. Торговые
связи Азербайджана с Цен-
тральной Россией в первой
половине XIX в. АКД. Баку,
197; Ваидова Х. История го-
рода Ордубад в XIX- начале
ХХ вв., с.91.
20.
Фараджев А.С. Ордубад. Ис-
торико-экономический очерк,
с.88-89.
21.
АРДТА, ф.379, сийащы 1, иш
5901, в.21-22.
22.
Фараджев А.С. Ордубад. Ис-
торико-экономический очерк,
с.92.


63
2.4. İqtisadiyyatda kapitalist münasibətlərinin
təşəkkülü
XIX-XX əsrin əvvəllərində Naxçıvan iqtisadiyyatının nəzərdən keçirilməsi onun xarakterində baş verən
yenilikləri də ortaya çıxardı. Bu iqtisadiyyatda kapitalist münasibətlərinin təşəkkülü ilə bağlı idi. Naxçıvan
bölgəsi öyrənilən dövrdə aqrar diyar olduğuna görə  əvvəlcə kənd təsərrüfatında kapitalist münasibətlərinin
inkişafına dair məsələni araşdırmağa çalışaq.
Kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafının göstəricilərindən biri əmtəə təsərrüfatının
yaranması ilə  əlaqədar idi. Ə.Umayev də XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan kənd
təsərrüfatında kapitalizmin inkişaf proseslərinə dair monoqrafiyasında problemə bu mövzu ilə başlayır.
1
Faktların təhlili göstərir ki, XIX əsrin sonları – XX əsrin əvvəllərində Naxçıvan bölgəsində də ticarət əkinçiliyi
genişlənir, kənd təsərrüfatının əmtəə – kapitalist xarakteri artırdı.
Naxçıvan bölgəsində kənd təsərrüfatının əsas sahələrindən biri olan taxılçılıqda buğda və arpanın bir hissəsi
satışa çıxarılırdı. XIX əsrin 30-cu illərinin məlumatına görə Naxçıvan bazarında buğda və çəltiyin bir batmanının
qiyməti 40 gümüş qəpik, un 50, arpa 30, darı isə 20 gümüş qəpiyə idi.
 2
XIX əsrin 70-ci illərində taxılçılıqda əmtəə-pul
münasibətləri daha da genişlənmişdi.
3
 Qeyd edilən taxıla ehtiyacı olan və onu satınalma yolu ilə həyata keçirən əhali
qrupunun (şəhər əhalisi, köçmə maldarlıqla məşğul olanlar, yüksək dağ rayonlarında yaşayanlar və b.) olması ilə bağlı
idi.
Maldarlıq məhsulları, xüsusilə yun getdikcə daha çox miqdarda satışa çıxarılırdı. XIX əsrin 60-cı
illərində Naxçıvandan hər il 20 min puddan çox yun Rusiya toxuculuq sənayesinin ehtiyaclarını ödəmək üçün
göndərilirdi. Hər il Naxçıvandan göndərilən heyvandarlıq məhsullarının qiyməti 75 min man. təşkil edirdi.
4
 XIX
əsrin sonları – XX əsrin əvvəllərində satışa çıxarılan heyvandarlıq məhsullarının miqdarı çoxalmışdı. Bu faktı
görkəmli tədqiqatçı V.D.Moçalov da təsdiq edir. Onun yazdığına görə Şərurda qoyunlar yalnız varlı kəndlilərin
təsərrüfatında saxlanırdı. Onlardan bəzilərinin sürülərində 400-800 baş qoyun vardı. Belə sürülərin gəliri
olduqca əhəmiyyətli idi.
 5
Əmtəə-pul münasibətlərinin inkişaf etdiyi sahələrdən biri də üzümçülük idi. Naxçıvan bölgəsi müsəlman
diyarı olduğu üçün burada süfrə üzümü istehsalı daha geniş yayılmışdı. Bununla birgə üzümün artıq hissəsi
şərab və araq çəkmə ilə məşğul olan xristian sahibkarlara satılırdı. V.D.Moçalov adı çəkilən kitabında
Naxçıvanda sənaye üzümçülüyü adlı xüsusi başlıq ayırmış, Naxçıvan və Ordubad şəhərlərində və bəzi
kəndlərdə, məsələn, Əylisdə üzümçülüyün bu və ya digər ölçüdə sənaye əhəmiyyəti kəsb etdiyini qeyd
etmişdir.
6
İpəkçilik Naxçıvanın kənd təsərrüfatının ən çox əmtəə xarakteri alan sahələrindən biri idi. İstehsal edilən
xammal, nəinki, daxili bazarda, həm də xarici bazarlarda reallaşdırılırdı. Ordubad iri barama ticarəti mərkəzlərindən
biri idi. İstehsal edilən baramanın bir hissəsi burada olan 12 barama açma «fabrikində» açılır, qalan barama isə digər
rayonlara və xaricə ixrac edilirdi.
7
Naxçıvan bölgəsinin pambıqçılıq təsərrüfatında da əmtəə-pul münasibətləri inkişaf etmişdi. Arxiv
materiallardında qeyd olunduğuna görə 1914-cü ildə Şərurda pambıq becərilməsi üstün yer tutur və demək olar
ki, bütün düzənlik kəndlərinin iqtisadiyyatı pambıq maraqları  ətrafında fırlanırdı. Burada Başnoraşen, Ülya-
Noraşen,  Yengicə  və  Xanlıqlar  kənd  cəmiyyətləri  xüsuüsilə  fərqlənirdi.  Pambığın  bir  sıra  kredit  və  borc  –
əmanət birlikləri yaratdığı da qeyd olunur. Xanlıqlar borc – əmanət birliyi üzvlərinin tapşırığı ilə girov
qoyulmuş 15000 pud təmizlənmiş pambığın pudunu yerli qiymətlərdən 30-50 qəp. baha satmışdı. Qonşu Ülya-
Noraşen birliyi də üzvlərinin tapşırığı ilə 10000 pud təmizlənmiş pambıq satmışdı.
8
Naxçıvan bölgəsinin kənd təsərrüfatında ticarət əkinçiliyinin inkişafı təsərrüfatların pula ehtiyacını
artırırdı. Bu da ticarət və sələm kapitalının kəndə yol açmasına səbəb olurdu. Bunu iki səbəblə izah etmək
olardı: əvvəla, kapitalist kredit sisteminin kifayət qədər təşəkkül tapmaması; ikinci, 1870-ci il kəndli islahatı
zamanı Şimali Azərbaycan kəndlilərinə pay torpaqlarını vıkup etmək üçün dövlət tərəfindən borc verilməməsi.
Şimali Azərbaycanın digər yerlərində olduğu kimi Naxçıvan bölgəsi kənd təsərrüfatının nəzərdən
keçirilən sahələrində ticarət və sələm kapitalı özünə yer etmişdi. Kəndlilər müəyyən təsərrüfat işləri və ya digər
ehtiyaclar üçün sələmçidən pul alır, becərdikləri məhsulları girov qoyurdular. Sələmçilər faktik olaraq
məhsulları 30-40 faiz ucuz alırdılar.
9
Bununla birgə Naxçıvan bölgəsi kənd təsərrüfatına kapitalist kreditidə daxil olurdu. Birinci dünya
müharibəsi ərəfəsində Şərurda 11 kənd cəmiyyətini birləşdirən 4 kredit və borc-əmanət birliyi yaradılmışdı.
10
Lakin tacir – sələmçilər müxtəlif yollarla kredit birliklərinin idarə heyətinə daxil olur, ondan öz məqsədləri üçün
istifadə edirdilər. Məsələn, Kərbəlayi Abbas Bayramov Naxçıvan qəzası Cəhri kredit birliynin sədrliyinə nail
olmuş, payızda kəndlilərdən pambığın pudunu 10 manatdan almışdı, halbuki onun qiyməti 10-16 man. idi. İş o
yerə çatmışdı ki, kəndlilər Cəhri kredit birliyini «Kərbəlayi Abbas Bayramov bankı» adlandırırdılar.
11


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə