Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

65
aid etmək mümkündür».
17
 Naxçıvan dağ – mədən sənayesinin xarakterini (duz istehsalı və dəyirman daşı emalı)
nəzərə alsaq digər dağ-mədən istehsal sahələrindən (neft çıxarılması, mis hasilatı və i.a.) fərqli olaraq burada da
fəhlələrin təşəkkülü mənbəyinin yerli sakinlərin olduğunu söyləmək olar. Beləliklə, aydın olur ki, Naxçıvanda
mövcud olan sənaye sahələrində çalışan fəhlələr, əsasən yerli kəndli-sənətkarlar sırasından çıxırdı. Burada öz iş
qüvvəsini reallaşdıra bilməyənlər isə Naxçıvan bölgəsinin hüdudlarından kənarda iş axtarmalı olurdu. Bunun
nəticəsi idi ki, «Azərbaycan daxilində sənaye və digər sahələrdə işləməyə gedənlərin sayına görə Naxçıvan
qəzası başqa qəzalardan xüsusilə fərqlənirdi. Təkcə 1903-cü ildə qəzadan kəsbkarlığa gedənlərin sayı 40 min
nəfərə çatmışdı. Bunların dörddə üç hissəsindən çoxu bilavasitə Azərbaycanda özünə iş tapır, qalanı isə qonşu
İrəvan quberniyası və Zaqafqaziyanın başqa yerlərində məskunlaşırdı. Onu da nəzərə çatdırmaq istərdik ki,
kəsbkarlığa gedənlər qəza əhalisinin 30 %-dən çoxunu təşkil edirdilər. Sonrakı illərdə bu prosesdə elə bir ciddi
dəyişiklik gözə çarpmırdı. 1914-cü ildə qəzanın 120 kəndindən kəsbkarlığa gedilmişdi».
 18
Naxçıvan bölgəsində ayrı-ayrı sənaye sahələrində çalışan fəhlələrin sayı haqqında da müəyyən məlumatlar
vardır. XIX əsrin ikinci yarısında Azərbaycan qəzalarında proletariatın say dinamikasını araşdıran Z.Qafarovanın
hesablamalarına görə 1890-cı illərin əvvəllərində Naxçıvan və Şərur-Dərələyəz qəzalarının maldarlıq məhsullarının
emalında 50, bitki məhsullarının emalında 992, faydalı qazıntı məhsullarının emalında 635 nəfər, cəmi 1.677 nəfər
çalışırdı. Onlar Bakı və Yelizavetpol quberniyaları üzrə həmin sahələrdə çalışanların (11.261 nəfər) 14,9 %-ni təşkil
edirdi. 1890-cı illərin ortalarında bu rəqəmlər müvafiq olaraq 42, 1.954, 165, 2.161 və 16,4 , 1897-ci ildə 50, 1.758,
118, 1926 və 14, 2 %; 1899-cu ildə isə 45, 1650, 151, 1.850 və 10,8 % olmuşdu / nisbi hesablama bizimdir – Z.Ş.).
19
Rəqəmlərdən aydın olduğu kimi 1890-cı illərdə emaledici sənayenin bu sahəsində çalışanların 10,8 – 16,4 % -i
müxtəlif illərdə Naxçıvan bölgəsinin payına düşmüşdü.
Naxçıvan bölgəsində sənaye sahəsində çalışan fəhlələrin əsas hissəsini kişilər təşkil edirdi. Bununla birgə
yüngül sənaye sahələrinin,xüsusilə ipək emalının inkişafı istehsal prosesində qadın və uşaq əməyinin tətbiqini də
şərtləndirirdi. 1903-cü ildə «Qarabağın və Naxçıvanın ipək emalı fabriklərində 1036 azyaşlı qız, 76 nəfər 8-15 yaşlı
oğlan, 144 nəfər isə yeniyetmə və yaşlı kişi çalışırdı. Deməli, fəhlələrin 38 %-ni azyaşlılar təşkil edirdilər. Fəhlələrin
beşdə birindən çoxu azyaşlı qızlar və qadınlardan ibarət idi».
20
Beləliklə, yuxarıda göstərilən faktlardan aydın olur ki, Naxçıvan bölgəsinin iqtisadi həyatında yeni
kapitalist münasibətləri tədricən daxil olmağa və möhkəmlənməyə başlamışdı.
1.
Умаев А. Процессы капитали-
стического развития в сель-
ском хозяйстве Азербайджана
в конце XIX-начале ХХ века.
Баку, 2002, с.24-39.
2.
Статистическое описание На-
хичеванской провинции, с.97;
Будагова С. Нахчыван дийары-
нын тарихи ъоьрафийасы, с.45.
3.
Шахвердиев З. Аграрные от-
ношения и положение кресть-
ян в Азербайджане в 70-90-е
гг. XIX в., с.30.
4.
Сборник сведений о Кавказе, т.
VII, с.230.
5.
Мочалов В.Д. Крестьянское
хозяйство в Закавказье в концу
XIX в. М., 1958, с.202.
6.
там же, с.297.
7.
там же, с.366.
8.
АРДА, ф.379, сийащы 1, иш 5901,
в.13.
9.
Кучаев М.Н. Ростовщичества в
среде крестьянского населения
// Свод материалов для изуче-
ния экономического быта го-
сударственных крестьян, т.5,
с.28.
10.
АРДА, ф.379, сийащы 1, иш 5901,
в.13.
11.
Умаев А. Процессы капитали-
стического развития в сель-
ском хозяйства Азербайджана
в конце XIX-начале ХХ века,


66
                                                                 
с.402-403.
12.
Свод материалов для изучения
экономического быта государ-
ственных крестьян, т.3, с.129-
130.
13.
Щясянова Л. Ислащатдан сонракы
дюврдя Азярбайъанда торпаг
иъаря мцнасибятляри. Бакы, 1985,
с.26-27.
14.
Свод материалов для изучения
экономического быта государ-
ственных крестьян, т.5, с.226.
15.
Рафи-заде И. Буржуазная эво-
люция государственной де-
ревни Азербайджана в концу
XIX века (опыт структурно-
количественного анализа). Ба-
ку, 1986, с.83-84.
16.
Вялийев Т. Империализм
дюврцндя Азярбайъанын сянай-
еси вя пролетариаты, с.98.
17.
йеня орада, с.210-211.
18.
йеня орада, с.213.
19.
Кафарова З. О динамике чис-
ленности пролетариата в уез-
дах Азербайджана во второй
половине XIX в. // Изв. АН
Азерб. ССР. Сер. истории, фи-
лософии и права, 1984, №3,
с.44.
20.
Вялийев Т. Империализм
дюврцндя Азярбайъанын сянай-
еси вя пролетариаты, с.226.


67
III FƏSİL
NAXÇIVAN BÖLGƏSİNİN SOSİAL HƏYATI
3.1. Demoqrafik situasiya
Rusiya işğalı ərəfəsi və ilk illərində Naxçıvan bölgəsi əhalisinin sayını müəyyən etmək üçün əsas qaynaq
İ.Şopenin «Erməni vilayətinə» aid əsəridir. Bu əsər üzrə əldə edilən rəqəmlər Rusiya işğalı ərəfəsində Naxçıvan
bölgəsi əhalisinin sayını müəyyən etməklə bərabər, sonrakı dövrdə vəziyyəti izləmək üçün baza rolunu da
oynayır.
İ.Şopenin məlumatına görə Rusiya işğalının ilk illərində İrəvan və Naxçıvan əyalətlərinin, Ordubad dairəsinin
inzibati bölgüsü və əhalisi aşağıdakı kimi idi (Cədvəl 4, 5, 6). Göstərilən inzibati vahidlərdən başqa vilayətdə köçmə
əhali də (1.411 ailə və ya 7.813 nəfər, onlardan 4.063 kişi, 3748 qadın) var idi. Bütün bunlar nəzərə alınsa vilayətdə
31.201 və ya 164.450 nəfər (onlardan 86.748 nəfər kişi, 77.664 nəfəri qadın) yaşadığı aydın olar.
1
Cədvəl 4
İrəvan əyalətinin inzibati-ərazi bölgüsü və əhalisi
Əhali
S№
Şəhər və
mahallar
ailələr
kişi
qadın
cəmi
İrəvan şəhəri
mahallar
2.751
5.897
5.566
11.463
1.
Qırxbulaq
597
1.632
1.421
3.053
2.
Zəngibasar
1.485
4.535
3.841
8.376
3.
Qərnibasar
1.998
5.143
4.537
9.680
4.
Vedibasar
776
2.392
2.141
4.533
ardı var
davamı
5.
Şərur
1.641
4.350
3.917
8.267
6.
Sürməli
2.204
7.141
6.384
13.525
7.
Dərəkənd-
Parçenis
590
1.745
1.527
3.272
8.
Saatlı
160
517
487
1.004
9.
Talin
350
1.038
942
1.980
10. Seyidli və
Axsaxlı
317
969
813
1.782
11. Sərdarabad
815
2.798
2.630
5.418
12. Karpibasar
1.850
5.860
5.095
10.955
13. Abaran
1.457
4.706
4.227
8.933
14. Dərəçiçək
1.437
4.577
4.073
8.650
15. Göyçay
2.499
7.673
6.581
14.254
 Yekun
20.927
60.973
54.182
115.155
Qaynaq: Şopen İ. İstoriçeskiy pamətnik sostoəniə Armənskoy oblasti v gpoxu ee prisoedineniə k Rossiyskoy
imperii, s.638
Cədvəl 5
Naxçıvan əyalətinin inzibati-ərazi bölgüsü və əhalisi
Əhali
S№
Şəhər və
mahallar
ailələr
kişi
qadın
cəmi
Naxçıvan şəhəri
mahallar
1.330
2.871
2.599
5.470
1. Əlincəçay
731
1.885
1.697
3.582


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə