Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə23/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

60
gətirilirdi. İnşaatçılar, xüsusən mühəndis – texniki işçilər üçün cəlali kürdlərinin Aqi stansiyasından Culfayadək
təxminən bütün yol boyu quldur hücumları olduqca təhlükəli idi. 1899-1900-cu illər ərzində cəlalilər külli
miqdarda tikinti materialını yandırmış, inşaatçıları qarət etmiş və öldürmüşdülər».
11
 1905-ci ilin payızında
Uluxanlıdan Naxçıvana kimi 136 verstlik məsafədə dəmir yol çəkilməsi başa çatdı. Uluxanlı – Culfa dəmir yol
xətti (189 verst) isə 1908-ci ilin yanvarında istifadəyə verildi.
12
Ələtin Culfa ilə dəmir yol xətti vasitəsilə birləşdirilməsi də çox mühüm əhəmiyyətli layihə idi. 1916-cı
ilin iyulunda bu dəmir yol xəttinin çəkilişi başlandı. 1918-ci ilin əvvəllərində  Ələtdən Bəhmənli stansiyasına
kimi 168 verstlik sahədə işçi qatarları hərəkətə başladı.
 13
Bu dəmir yol xətti sonralar, 1924-cü ildə başa
çatdırıldı. Naxçıvan Bakı ilə dəmir yol xətti vasitəsilə birləşdirildi.
14
Nəqliyyatın vəziyyəti ticarətin inkişafı ilə sıx bağlı idi. Naxçıvanda xanlığın son dövründə baş verən
siyasi hadisələr və 1826-1828-ci illər rus – İran müharibəsi ticarət həyatına mənfi təsir göstərmişdi. Bu özünü
daxili ticarətdə daha kəskin şəkildə birüzə verirdi. F.Əliyev və M.Əliyevin yazdığına görə «Daxili ticarətdən
fərqli olaraq Naxçıvan xanlığında gəlmə tacirlərin hesabına xarici ticarətdə nisbətən canlanma hiss olunurdu.
Xarici ölkələrdən, xüsusilə Rusiyadan buraya gələn tacirlər öz ölkələrinə Naxçıvan ustalarının hazırladıqları
nəfis ipək parçalar aparırdılar. Təsadüfi deyildir ki, Moskvadakı, Nijni Novqoroddakı yarmarkalarda Naxçıvan
və Ordubadda istehsal edilmiş ipək parçalara və müxtəlif rənglərə boyanmış ipək saplara təsadüf olunurdu.
Naxçıvan xanlığından bir sıra xarici bazarlara qırmızı və ağ bez parçalar, düyü, şərab və s. məhsullar aparılırdı.
Bez əsasən Qarabağ və İrəvan xanlıqlarına, düyü Mərənd, Xoy və Təbriz xanlıqlarına, pambıq parça Bayazid,
Qars, Tiflis, Şuşa və digər şəhərlərə ixrac edilirdi».
 15
Xanlıqda ticarətin təşkili və həyata keçirilməsində ciddi vergi – gömrük siyasəti var idi. Gömrük
toplanması işi rahdarlar (daxildə gömrük toplayırdılar) və bacdarlar (xaricdən gələn səyyah və tacirlərdən
«torpaq basdı» alırdılar) tərəfindən reallaşdırılırdı.
Gömrük toplanması işi, əasən icarəyə verilirdi. Tarixi qaynaq və tədqiqatlarda xanlıq dövründə gömrük
toplanmasının icarəyə verilməsi haqqında müəyyən faktlara rast gəlmək mümkündür. Naxçıvan xanlığına dair
tədqiqatın müəlliflərinin yazdığı kimi «Naxçıvan xanlığında rahdari gömrüyü toplamaq hüququ başqa sahələrdə
olduğu kimi icarəyə verilirdi. Xandan böyük məbləğə (ildə 1300 tümən) həmin «vəzifəni» almış icarədarın
bazara gətirilən bütün mallardan gömrük toplamaq hüququ olurdu. Məsələn, at və dəvə ilə gətirilmiş hər ipək,
boyaq, sap və pambıq yükü üçün sahibkar icarədara 4 m. 20 qəp. və ya 2 m. 50 qəp. verməli idi».
15
Rəhdari gömrüyü xanlıq xəzinəsinin doldurulmasında əsas vasitələrindən biri olduğuna görə xanlar onun
həcminin artırılmasına və yığılmasının təmin edilməsinə xüsusi fikir verirdilər. Bu da xanlıqda ticarətin
inkişafına mənfi təsir göstərirdi. Ticarətin inkişafına mane olan digər səbəblərdən müxtəlif çəki və ölçü
sisteminin olmasını, pul vahidlərinin tətbiqini göstərmək olar. Naxçıvan xanlığında sikkə zərb edilmədiyindən
burada digər xanlıqlara aid pul vahidlərindən («tümən», «pənahabad», «şahi» və s.) istifadə edilirdi.
Naxçıvan xanlığında ticarətin vəziyyətində Rusiya ilhaqından sonra ənənələrlə birgə, müəyyən dəyişikliklər
də özünü göstərməyə başladı. Belə ki, Naxçıvan İranla ticarətdə əsas rolunu saxlayırdı. İstər 1831-ci il qadağan tarifi,
istərsə də 1851-ci ildə qəbul edilmiş yeni ticarət tarifi İranla ticarətdə qoyulan gömrük tarifində dəyişiklik etmədi.
16
İranla ticarətin əhəmiyyəti və Naxçıvanın rolu Azərbaycan tarixinin ümumiləşdirilmiş nəşrlərində də  əksini
tapmışdır. Yeddicildlik Azərbaycan tarixinin dördüncü cildində yazılır: «Çar hökuməti Rusiyanın İranla ticarətinin
inkişafına xüsusi əhəmiyyət verirdi. Azərbaycanın İranla ticarəti Bakı, Cavad, Salyan, Lənkəran, Cəbrayıl, Naxçıvan
və Ordubad gömrükxanalarında qeydiyyatdan keçirilirdi. 1833-cü ildə həmin gömrükxanalar vasitəsi ilə  İrandan
Azərbaycana 1058 min manatlıq mal gətirilmişdi».
17
  Əvvəllər nəşr edilmiş üçcildlik Azərbaycan tarixinin ikinci
cildində isə daha konkret rəqəm bildirilir. Orada yazılır: «İranla ticarət yalnız dənizlə deyil, Rusiya – İran
sərhəddindəki gömrükxana zastavaları vasitəsi ilə də aparılırdı. 40-cı illərdə Cənubi Azərbaycandan Cəbrayıl
zastavası vasitəsilə hər il orta hesabla 246.000 gümüş manatlıq, Naxçıvan gömrükxanası vasitəsi ilə isə 1200-1300
min gümüş manatlıq mal gətirilirdi».
 18
  Naxçıvan bölgəsi yalnız İranla deyil, Mərkəzi Rusiya ilə ticarətdə də iştirak
edirdi.
19
Şimali Azərbaycanda XIX əsrin 20-70-ci illərində ticarətdə baş verən dəyişikliklər onun təşkilinə də təsir
etdi. XIX əsrin ortalarından gildiya ticarət qaydasının tətbiqi başladı.
XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində də Naxçıvan bölgəsi İranla ticarətdə  əhəmiyyətli
mövqeyini saxlamaqda idi. Ordubad gömrüyünün məlumatına əsasən 1908-ci ildə eyni adlı gömrük
zastavasından keçən idxal və ixrac mallarına dair cədvəl də maraq doğurur. (Cədvəl 3)


61
Cədvəl 3
1908-ci ildə Ordubad gömrük zastavasında
idxal və ixrac olunan mallara dair
İdxal
ixrac
Malların adı
Miqdarı (pud)  Məbləğ (man.)  Miqdarı (pud)  Məbləğ (man.)
Çörək məhsulları və düyü
1.717
3.122
Meyvələr (kişmiş, badam və s.)
4.691
12.040
Pambıq parça
762
37.600
Ağ neft
185
377
İri və xırda buynuzlu mal-qara
10.420
Xalça məmulatları
95
5.314
Boyalar
500
1.041
Başqa mallar
2.209
21.507
304
6.131
Yekun *
9.212
53.444
1.251
44.108
Qaynaq: Faradjev A.S. Ordubad. İstoriko-gkonomiçeskiy oçerk. Baku, 1970, s.88.
· hesablama bizimdir.
Cədvəldən göründüyü kimi idxal 53.444, ixrac 44.108 man. (saldo – 9336) təşkil edirdi. Yenə həmin qaynağın
məlumatına görə 1908-ci ildə İrandan Ordubada 269 karvan və 880 sərnişin buraxılmışdı. Ordubaddan İrana isə 230
karvan və 674 sərnişin keçmişdi. Ə.Fərəcov haqlı olaraq göstərir ki, bu rəsmi statistika gerçəkliyi tam əks etdirmir,
ona görə ki, gömrük rüsumu qoyulan malların böyük partiyası sərhəddən qeyri-leqal yollarla keçirilirdi.
 20
XX əsrin əvvəllərində İranla ticarət Culfa, Şahtaxtı, Bulqan, Ordubad və Alışarlı vasitəsilə aparılırdı. 1913-
cü il məlumatına görə qeyd edilən beş məntəqə vasitəsilə 6.200.000 man. müxtəlif mal gətirilmiş, 18.200.000 man.
mal ixrac olunmuşdu. Beləliklə, 1913-cü ildə sərhəd məntəqələrinin ümumi dövriyyəsi 24.400.000 man. təşkil
etmişdi. Bu rəqəmlərdən daha maraqlı bir nəticə hasil edilir. Bütün sərhəd məntəqələri üzrə rəqəmlərə görə idxal
(6.200.000 man.) ixracdan (18.200.000 man.) azdır (+ 12.000.000) Sərhəd məntəqələri içərisində başlıca yeri
Culfa gömrüyü tuturdu. 1913-cü ildə buradan 5,7 mln. man. idxal, 17,5 mln. man. mal idxal edilmişdi (+11,8 mln.
man.). Elə həmin Culfa gömrüyü vasitəsilə 85.000 sərnişin keçmişdi. Əldə olan məlumatlar idxal və ixzracın
strukturunu da müəyyən etməyə imkan verir. İdxal olunmuşdur: kişmiş və badam – 698.000 man.; qurudulmuş və
təzə meyvə – 3.422.000 man.; pambıq – 765.000 man.; ev heyvanları – 200.000 man.; dəri – 380.000 man.;
xalçalar – 420.000 man.; metal və digər mallar – 393.000 man.; ağ neft – 346.000 man.; pambıq parça – 8.780.000
man.; metal və b. mallar – 2076.000 man. Bəzi istisnalarla bu məhsullar tranzit mallar idi.
 21
Bütün Azərbaycanda olduğu kimi Naxçıvan bölgəsində də daxili ticarətin təşkilində bazarlar mühüm yer
tuturdu. Ə.Fərəcovun yazdığına görə bəzi vaxtlarda, xüsusilə Novruz bayramı  ərəfəsində Ordubad bazarı
yarmarkaya çevrilirdi.
 22
Bazarlarla birlikdə mağaza və dükanlar şəbəkəsi də genişlənirdi.



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə