Xaçmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix01.07.2018
ölçüsü2,28 Mb.
#52746
1   2   3   4   5   6   7

Müharibə  illərində  sənətk

ar  60-


dan  artıq  şeir,  bir  neçə  poema,  o 

cümlədən «Bakının dastanı»nı yazmışdı.

 

Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun 



yazdığı  «Ukrayna  partizanlarına»  şeirinin  mətnləri  təyyarədən  Ukrayna 

meşələrinə səpələnərək partizanlara çatdırılmışdır.

 

1943-


cü  ildə  Amerikada  keçirdiyi  müharibə  əleyhinə  yazılmış  ən  dəyərli 

əsərlər  müsabiqəsində  şairin  yazdığı  «Ananın  öyüdü»  şeiri  çox  yüksək 

qiymətləndirilmiş və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən 

qiymətli  20  əsərdən  biri  kimi  Ny

u-

Yorkda  çap  etdirilərək  hərbiçilər 



arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşin səsi ön 

cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin 

ağır  şəraitində  Səməd  Vurğun  Krım,  Mozdok,  Qroznı,  Novorossiysk 

cəbhələrində olmuşdur.  1943

-

cü  ildə onun  təşəbbüsü  ilə hərbi  tədbirlər, 



cəbhəçilər  və  onların  doğmaları  ilə  görüşlər  keçirmək  üçün  Fizuli  adına 

Ziyalılar evi yaranmışdır.

 

1945-


ci  ildə  yazdığı  fəlsəfi  dram  olan  «İnsan»da  şair  gələcəyi  romantik 

vüsətlə  əks  etdirməyə  çalışmış,  müharibənin  odlu

-

alovlu  günləri 



içərisində  insan  zəkasının  qüdrətini  göstərmişdir.  Səməd  Vurğun 

məqalələrinin  birində  yazırdı:  «Mən  «İnsan»  adlı  beş  pərdəli  mənzum 

dram üzərində işləyirəm. «İnsan» mənim dördüncü mənzum dramımdır. 

Əsər üzərində böyük bir zövqlə işləyirəm, çünki tarixi mövzuda yazılmış 

əvvəlki  üç  pyesimdən  fərqli  olaraq  mən  birinci  dəfə  öz  müasirlərimin 

surətinə  müraciət  etmişəm,  onların  gələcək  nəslini  təsvir  etmək 

əzmindəyəm.»

 

Şairin  «İnsan» əsərində  yaratdığı  «Qardaşlıq  şəhəri»ndə



 

dünyanın  eyni 

arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə 

qoyduğu «Qalib gələcəkmi cahanda kamal?» dərin bəşəri, fəlsəfi, ritorik 

sual bu gün də və gələcək zamanlar üçün də aktual olaraq qalır.

 

Səməd  Vurğun  təkcə  məşhur  şair  deyil,  eyni  zamanda  böyük  alim, 



əvvəzsiz  təşkilatçı  və  nəzəriyyəçi  idi.  1945

-

cı  ildə  o,  Azərbaycan  SSR 



Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla 

Mədəni  Əlaqələr  Cəmiyyəti  yaranır.  Bu  cəmiyyətin  başçısı  Səməd 

Vurğun  təyin  edilir.  İlk  günnən  şair  tərəfindən  cəmiyyətin  qarşısında 

duran  vəzifələr  təyin  edilir.  O,  İran  Azərbaycanı  ilə  Azərbaycan  SSR

-i 

arasında mədəni körpü yaradılması işində fəal iştirak edir.



 

Müharibədən  sonrakı  illərdə  Səməd  Vurğun görkəmli  ictimai  xadim  kimi 

dünyada  sülhün  bərqərar  olması  işində  fəal  iştirak  etmişdir.  SSRİ  Ali 

Sovetinin  deputatı  kimi  şair  1947

-

ci  ildə  görkəmli  ədəbiyyat  və 



mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də 

olmuşdur.  Burada  şairi  böyük  sevinc  gözləyirdi.  Onun  «Vaqif»  dramı 

Berlin  teatrında  səhnəyə  qoyulmuşdu.  Teatrın  yaradıcı  kollektivinə 

müəlliflə  görüşmək,  onun  fikrini  öyrənmək  çox  maraqlı  olur.  Alman 

rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər 

vermişdir.

 

1948-


ci  ildə  Səməd  Vurğun  Polşanın  Vrotslav  şəhərində  keçirilən 

Mədəniyyət  Xadimlərinin  Ümumdünya  Konqresinin  iştirakçısı  olmuş, 

konqresdən  qayıtdıqdan  sonra  şair  «Zəncinin  arzuları»  poemasını 

yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı 

yazdığı  şeirlərini  Səməd  Vurğun  məşhur  «Avropa  xatirələri»  adı  ilə  çap 

etdirmişdir.

 

1951-


ci  ildə  şair  «Bolqar

-

sovet  dostluğu  cəmiyyəti»nin  xəttilə 



Bolqarıstanda olmuşdur.

 



O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən 

görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş, 

yaradıcılığından  nümunələr  çap  edilmişdir.  Böyük  rus  yazıçısı  və  şairi 

Konstantin  Simonovun  yazdığı  «Dostum  Səməd  Vurğunun  Londonda 

ziyafətdə  nitqi»  şeiri  çox  yayılmış,  ədəbi  ictimaiyyət  tərəfindən  yüksək 

qiym


ətləndirilmişdi.

 

Səməd  Vurğunun  müharibədən  sonrakı  dövr  yaradıcılığı  da  çox 



məhsuldar  olmuşdur.  Şair  bir

-

birinin  ardınca  «Muğan»  (1948),  «Aygün» 



(1950-

51)  və  «Zamanın  bayraqdarı»  (1952)  poemalarını  qələmə 

almışdır.

 

Həyatının  son  illərində  yazdığı  şeirləri



 

onun  yaradıcılığının  yeni 

mərhələsini  təşkil  edir.  Onlar  rəngarəngliyi  və  poetikliyi  ilə  seçilən 

şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi 

keyfiyyətlərini  əks  etdirməklə  yanaşı,  şairin  vətən  və  xalq  qarşısındakı 

müqəddəs borcunun ifadəsi idi.

 

Səməd  Vurğunun  bu  illərdə  yaradıcılıq  uğurlarına  baxmayaraq  o,  yenə 



1953-

cü  illərdə  haqsız  hücumlara,  təziqlərə  məruz  qalır.  «Aygün» 

poeması  tənqid  edilir  şairin  Moskvada  çap  edilmiş  «Şairin  hüquqları» 

məqaləsi  ona  qarşı  hücumları  daha  da  kəskinləşdirir.  Respublika 

rəhbərliyinin  göstərişi  əsasında  məqalə  Azərbaycan  Yazıçılar  ittifaqında 

müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair 

yenə  də  millətçilikdə  təqsirləndirilir.  Kitablarının  kitabxanalardan, 

dramla


rının  səhnədən  götürülməsinə  göstəriş  verilir.  Şairə  şəhərdən 

çıxmaq qadağan edilir. Söz yayılır ki, Vurğun tutulub. Bu düz olmasa da, 

1953-

cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət 



idi.  Lakin  1953-

cü  ilin  yayında  SSRİ  və  Respublika  rəhbərliyində  edilən 

dəyişikliklər  nəticəsində  bu  tədbir  baş  tutmur…  (1956

-

cı  ilin  yanvar 



ayında  o  zamanki,  respublika  rəhbəri  M.C.Bağırovun  və  dəstəsinin 

məhkəməsində,  onların  «Azərbaycanın  sevıimli  şairi  görkəmli  sovet 

yazıçılarından  biri  Səməd  Vurğunu

 

aradan  götürmək  cəhdləri»  ifşa 



edilmiş,  bu  məqsədlə  topladıqları  böhtan  dolu  iki  qovluq  material,  o 

cümlədən həbsi üçün order əşyayi

-

dəlil gətirilmişdir.)



 

1953-


cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. Səməd 

Vurğunu Elmlər Akademiyasının  vitse

-

prezidenti vəzifəsinə təyin  edirlər. 



İşlədiyi  dövrdə  ictimai  elmlər  qarşısında  böyük  problemlər  qoyur, 

saatlarla  bu  problemlərin,  elmi  əsərlərin  müzakirələrini  keçirir, 

problemlərin  həllini  təşkil  edir.  Həddən  ziyadə  xeyirxah  bir  insan  olan 

Səməd  Vurğun vitse

-

prezident  vəzifəsində çalışdığı  zaman da,  ayrı



-

ayrı 


insanlara  öz  kömək  əlini  uzatmışdır.  Akademiklərdən  Sara 

Aşurbəyovanın,  Püstəxanım  Əzizbəyovanın  Elmlər  Akademiyasına 

gəlmələri  Səməd  Vurğunla  bağlıdır.  Bundan  əlavə,  dilçi  alimlərdən 

Türkan  Əfəndiyeva,  Vaqif  Aslanov,  filosof  Camal  Mustafayev,  tarixçi 

Mahal  Məmmdov  və  onlarla  belə  insanların  elmə  gəlməsi  Səməd 

Vurğunun  təkidi  və  köməkliyi  nəticəsində  olub.  Moskvaya  oxumağa 

göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi

 

yardım göstərərdi.



 

O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, 

müxtəlif  illərdə  SSRİ

-

nin  ən  yüksək  orden  və  medalları  ilə  təltif  edilmiş, 



sovet  xalqlarının  sevimli  şairi  olmuşdu.  1954

-

cü  ildə  Sovet  yazıçıların 



ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona 

tapşırılmışdı.  Bu,  o  dövrdə  xalqımız  üçün  olduqca  iftixaredici  bir  hadisə 

idi. 



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə