www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
118
önündə canlanan ən görkəmli sənətkarlardan biri xalq
yazıçısı İlyas Əfəndiyevdir. O, həmvətənlərimizin
humanist, yaradıcı təbiətini, pak məhəbbət duyğulanı,
yeniliklə köhnəliyin mübarizəsini həm nəsr, həm də dram
əsərlərində həyati konfliktlər, canlı xarakterlər əsasında
yüksək sənətkarlıqla əks etdirən bir yazıçı idi.
Xalq, vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi
borca münasibət onun qəhrəmanlarının daxili aləmini
müəyyən etmək üçün başlıca meyar olmaqla yanaşı, həm
də ədibin özünün sənətkar idealının mötəbər göstəricisi
olmuşdur. Biz vaxtilə yazmışdıq ki, ədəbi-ictimai fıkir
tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük
uğurları bilavasitə və hamıdan çox İlyas Əfəndiyevin
şərəfli adı və əsərlərilə bağlıdır.‖ (Bax: Qarayev Y. ―Xarı
bülbülün nağılı‖. Bakı:
Azərnəşr, 1995, s.46.)
Tanınmış ədəbiyyatşünas-tənqidçi Şamil Salmanov da
keçən əsrin bədii ədəbiyyatına baxışda yeni yanaşma və
yeni təfəkkür işığının vacibliyindən danışaraq yazırdı:
―Milli ədəbiyyatımızn tarixinə XX əsr artıq tamamlanmış
bütöv bir ədəbi əsr kimi daxil olmuşdur. Müasir
ədəbiyyatşünaslıq elmimizin də ən əsas, aktual
vəzifələrindən biri hazirda bu əsr ədəbiyyatina yeni, daha
sistemli,
bitkin
ədəbi-nəzəri
münasibəti
işləyib
hazırlamaqdan ibarətdir.
XX əsrin Azərbaycan ədəbiyyatını yeni əsaslarla
öyrənərkən onu da xüsusi olaraq nəzərə almaq lazimdir
ki, əsrin 20-ci illərindən sonra 90-ci illərə qədər bütöv bir
ədəbi mərhələ məhz sovet ədəbiyyatı, başqa, daha dürüst
təbirlə desək, sovet dövrü ədəbiyyatı mərhələsidir. Bu
mərhələnin, ədəbiyyatimizin əsrin əvvəlindəki ədəbi-
tarixi prosesindən Çin səddi ilə ayrilmasa da, eyni