Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə39/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   35   36   37   38   39   40   41   42   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
121 
müəyyənləşməsində  ciddi  rol  oynayan  duyğuları  lirik-
romantik planda işıqlandıra bilsin. Bu duyğular yazıçının 
gerçək  həyatla,  dərindən  müşahidə  etdiyi  insanlarla, 
hadisələrlə  bağlı  duyğuları  idi.  Yazıçının  subyektiv 
―mən‖ində  baş  qaldıran  duyğular  onun  qəlb  və  ürək 
süzgəcindən  keçir,  gerçək  həyatın  təsviri  və  təhlilinə 
yönəlirdi.‖  (Bax:  Seyidov  Y.  ―İ.Əfəndiyev‖.  Bakı: 
Azərnəşr, 1975, s. 19.) 
Məlum  səbəblər  üzündən  vaxtilə  bizim  bir  sıra 
əsərlərimizdə  vulqar  sosiologizm  təzahürləri  çox 
qüvvətlənmiş,  bu  da  öz  növbəsində  diqqəti  insan  mənə-
viyyatının  dərin  psixoloji  şərh  və  təhlilındən  uzaq-
laşdırmışdı,  ―konfiliktsizlik‖  deyilən  anlayış  meydana 
çıxarmışdır. Bu zaman  İlyas Əfəndiyevin əsərləri ilə nəsr 
və  dramaturgiyamıza  əsl  həyati  konfliktlər  əsasında 
yaradılmış  qəhrəmanların,  təmiz  ürəkli,  prinsipial  və 
mərd adamların yeni bədii surətləri gəldi və bunlar ədəbi 
tənqidin süzgəcindən, təhlilindən uğurla keçdi.  
―Ədəbi  tənqidimizin  gəldiyi  qənaətə  görə  İlyas 
Əfəndiyevin  ―Söyüdlü  arx‖,  ―Körpüsalanlar‖,  ―Sarıköy-
nəklə  Valehin  nağılı‖  kimi  yazıldığı  dövrün  gerçəkliyini 
əks  etdirən  əsərlərinin  qəhrəmanları  ...adamların  rifahını 
yaxşılaşdıran,  onların  qəlbinin  dərinliklərinə  işıq  salan 
nufzlu  adamlardır;  ...ədibin  qəhrəmanları  öz  böyük 
qayəsi,  bu  qayə  uğrunda  mübarizədə  təzahür  edən 
ehtirası, xarakterinin bütövlüyü, yaşadığı hisslərin, daxili 
təlatümün  təbiiliyi  ilə  yaddaşlara  həkk  olunmuşlar.  Bu 
xüsusiyyətlər  keçmiş  həyatımızın,  tariximizin  ən  tipik 
lövhələrini əks etdirən ―Üçatılan‖, ―Geriyə baxma, qoca‖ 
romanları üçün də səciyyəvidir...‖ (Bax: Bəkir Nəbiyevin 
göstərilən məqaləsi.) 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
122 
Ədəbi  tənqidin  diqqət  mərkəzində  olan  mühüm 
problemlərdən  biri  də  İlyas  Əfəndiyev  yaradıcılığındakı 
psixologizm  problemidir.  Bu  problemlə  bağlı  tənqidçi-
tədqiqatçılardan  Vilayət  Quliyev,  Məriyəm  Əlizadə, 
İlham  Rəhimli,  Rəhim  Əliyev,  Muxtar  İmanov,  Vəli 
Nəbiyev,  Nizaməddin  Şəmsizadə,  Vaqif  Yusifli,  Şirindil 
Alışanov,  Vəfa  Xanoğlan  öz  məqalə  və  tədqiqatlarında 
qiymətli 
fikirlər 
söyləmiş,  bu  problemi  ətraflı 
işıqlandırmış, psixologizmi İlyas Əfəndiyevin mühüm və 
aparıcı,  onun  üslubunu  başqalarından  fərqləndirən, 
orjinallığını təmin edən yaradıcılıq maneralarından hesab 
etmişlər. 
Ədəbi  tənqid  və  ədəbiyyatşünaslıq  psixologizmi  bir 
bədii  üsul  kimi  ədəbi  janrlarda  (roman,  povest,  hekayə, 
ssenari,  dram)  bədii  ifadə  vasitəsi  kimi  işlənərək 
mahiyyətcə  yeni  forma  almasını  xüsusi  olaraq  bir  ədəbi 
prinsip kimi təqdim edir. Psixologizm problemini 60-70-
ci  illər  Azərbaycan  nəsrinin  əsasında  tədqiq  edən 
filologiya  elmləri  doktoru  Muxtar  İmanov  nəsrdə 
psixologizmi 
həyat 
həqiqətlərini 
ədəbi-bədii 
əksetdirmənin  üsul  və  prinsiplərindən  biri  kimi  təqdim 
edir: ―Psixologizmin üstünlük qazandığı nəsr əsərlərində 
özünütəhlilin  ətraf  aləmin  təhlillə  bağlılığı  özünü  təkcə 
onda  göstərmir  ki,  müəllif  ara-sıra  qəhrəmanının 
düşüncələrinin  ifadəsində  baş  verən  əhvalatların 
bilavasitə  təsvirinə  keçir.  Ən  başlıcası  onda  göstərir  ki, 
ətraf aləm qəhrəmanın fikir dünyasında, daxili hekayə və 
dramında  daimi  iştirakçı  kimi  çıxış  edir.‖  (Bax:  İmanov 
M.  ―Müasir  Azərbaycan  nəsrində  psixologizm  (60-70-ci 
illər)‖. Bakı,1991, s.31.) 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
123 
Tədqiqatçı  Vəfa Xanoğlan ―İlyas  Əfəndiyevin nəsrin-
də psixologizm və  polifonizm‖ adlandırdığı  məqaləsində 
yazır:  ―İlyas  Əfəndiyev  nəsrinin  ən  səciyyəvi 
cəhətlərindən  biri  ondakı  psixologizmdir,  insanların 
daxili aləmini, onların mənəvi dünyasındakı ziddiyyətləri 
nəsrin  obyektinə  çevirməsidir.  Roman  və  povestlərində 
yazıçının  əsas  məqsədi  şəxsiyyətin  daxili  aləminin 
mübhəm  çalarlarını,  insan  taleyinin  zaman  axarında 
başqalaşmasını, başqa sözlə, zaman-insan-tale problemini 
aydınlatmaqdan,  mənəvi  suverenliyi  ifadə  etməkdən 
ibarət  olub.  Qəhrəmanın  dərin  psixoloji  aləminə  nüfuz 
etmək  yazıçının  həm  nəsrinə,  həm  də  dramaturgiyasına 
xas  olan  ən  əlamətdar  xüsusiyyətlərdən  biridir.‖  (Bax: 
ADMİU-nun  ―Əsərləri‖,  30  mart  2011-ci  il,  5-ci  sayı, 
s.21.) 
 
**** 
 
Tənqidçi və ədəbiyyatşünasların qeyd etdiklərinə görə 
yazıçının  üslubundakı  lirizm  ovqatını  və  psixologizm 
axarını  şərtləndirən  cəhələrdən  biri  də  onun  xalq 
təfəkkürünə,  folklora  dərindən  bələdliyi  olmuşdur.  (Bax: 
Şükürova  G.V.  "İlyas  Əfəndiyevin  yaradıcılığında 
folklor"  (namizədlik  dissertasiyası).  Bakı.  2006;  ―İlyas 
Əfəndiyev  yaradıcılığında  xalq  ədəbiyyatı,  "Dil  və 
ədəbiyyat"  jurnalı,  1999,  say  3,  s.25;  Əlavə  bax: 
Şükürova G.V. İlyas Əfəndiyevin yaradıcılığında folklor 
motivləri.  Filologiya  elmləri  namizədi  alimlik  dərəcəsi 
almaq  üçün  təqdim  edilmiş  dissertasiyanın  Avtoreferatı. 
Bakı,  2007,  28  səh.;  ―İlyas  Əfəndiyevin  hekayələrində 
mifizm‖,  Dil  və  ədəbiyyat,  say:  1(26),  Bakı,  2000,  s.61-
63; ―İlyas Əfəndiyevin yaradıcılığında Qarabağ mövzusu 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə