Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə40/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   36   37   38   39   40   41   42   43   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
124 
və  folklor‖,  Dil  və  ədəbiyyat,  say:  2(27),  Bakı,  2000, 
səh.77-80;  ―İlyas  Əfəndiyev  yaradıcılığında  əfsanə, 
rəvayət,  nağıl,  dastan  süjetlərindən  və  motivlərindən 
istifadə‖,  Dil  və  ədəbiyyat,  say:4(38),  Bakı,  2003,  s.49-
53;  ―İlyas  Əfəndiyev  yaradıcılığında  bayatı,  aşıq 
yaradıcılığı  və  xalq  mahnılarından  bəhrələnmə‖,  Dil  və 
ədəbiyyat, say: 4(38), Bakı, 2003, s.53-58.) 
 Bu münasibətlə İlyas Əfəndiyevin özü yazırdı: "Uşaq 
vaxtı  eşitdiyim  nağıllar,  əfsanələr  uzun  illər  boyunca 
mənimlə  olmuşdur  və  qəribədir  ki,  illər  keçdikcə  elə  bil 
ki, onlar mənim üçün yeni boyalar, çalarlar əldə etmişdir. 
Sonralar  məlum  olmuşdur  ki,  mənim  uşaq  təfəkkürümü 
tamam  sehrli  bir  aləmə  çəkib  aparan  həmin  əhvalatların 
bir  qismi  Azərbaycan  nağıllarından,  qədim  inam  və 
ayinlərimizdən,  bir  qismi  də  hədislərdən,  dini  şərhlərdən 
gəlir, onların bəzisini qələmə alarkən mən ilkin mənbələri 
yox,  öz  yaddaşımı,  hisslərimi  əsas  götürmüşəm."  (Bax: 
Əfəndiyev İ. Sən ey böyük yaradan. Bakı, 1997, s.10.) 
Bu  cəhətdən  tənqidçi,  ədəbiyyatşünas,  şair,  filologiya 
elmlər  doktoru  Qasım  Qasımzadənin  müşahidəsi,  elə  bil 
ki,  ədəbi  tənqidimizin  bu  problemlə  bağlı  fikirlərini, 
mülahizələrini  yığcam  bir  şəkildə  ümumiləşdirmişdir. 
Müəllif  ―Tarixə  müasir  baxışın  yeniliyi‖  məqaləsində 
yazır:  ―Sənətkarın  müasirliyi  elə  ancaq  onun  əsərlərinin 
ideya-məzmun  vacibliyində  deyil,  həm  də  əhvalatın, 
fikrin  ifadəsindəki  üslub  müasirliyindədir.  ...İ.Əfəndiyev 
üslubu  həmişə  daxili  yeniləşmə  gedişatlı,  milli 
xüsusiyyəti ilə seçilən üslubdur. Nağıl-dastan şirinliyi də, 
klassik poeziya nəfəsi də, müasair nəsrin bir sıra novator 
axtarışları  da  müəyyən  ölçü  dairəsində  burada 
məskundur.  60-70-ci  illər  ədəbiyyatında,  xüsusən, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
125 
nəsrindəki  yenilikləri,  psixologizmi,  yazı  manerasındakı 
orijinallığı  çox  zaman  həmin  dövrdə  ədəbiyyata 
gələnlərin adı ilə bağlayırlar. Lakin İlyas Əfəndiyevin bu 
bölgüdə  yaşlı  nəslin  nümayəndəsi  kimi  yeniləşmə 
prosesində  öz  yeri  var  və  gənc  qüvvələrə  istiqamət 
verənlərdəndir. 
Bədii  ədəbiyyatda,  xüsusən  xalq  yaradıcılığında  bir 
növ,  ―calaq  etmə‖  mənasında  işlənən  ―kontaminasiya‖ 
termini var. Yəni zaman keçdikcə, əsrlər ötdükcə xalq öz 
yaratdıqlarına  bir  də  qayıdıb  nəzər  yetirir,  onu 
köhnəlikdən  təmizləyir,  dövrə  müvafiq  əlavələrlə 
təzələyir.  İlyas  Əfəndiyev  də  böyük  sənətkarlıq 
intuisiyası ilə qələmini dövrə uyğun üslubi məziyyətlərlə 
zənginləşdirib 
təzələyir,  həmişə  ədəbiyyatın  ön 
sıralarında 
gedir.‖ 
(Bax: 
Qasımzadə 
Qasım. 
―Ədəbiyyatımız, mənənəviyyatımız‖, Bakı, Yazıçı, 1988, 
s.243-244.)  
Tənqidçi-ədəbiyyatşünas ―bu zənginləşmə‖ prosesinin 
ən  güclü  amilini  görkəmli  nasirin  folklora  müraciətində 
görərək  fikrini  belə  davam  etdirir:  ―Bizcə  ədibin  indi 
nağıla,  folklora  müraciətini  (bunu  ən  çox  müəllifin  son 
illərdə  yazdığı  üç  əsərə  -  ―Sarıköynəklə  Valehin  nağılı‖, 
―Geriyə baxma, qoca‖, ―Üçatılan‖ romanlarına aid edirik) 
səbəblərindən  biri  müasir  texniki  tərəqqinin  təsiri  ilə 
xalqın  bir  çox  nəcib  qənaətləri  –  mərdlik,  namus,  vəfa 
barədəki  poetik  dünyası  xələldar  olmuş,  yaxud  başqa 
məzmun  kəsb  etmişdir,  bir  növ  ötən  günlərdə  qalan 
xatirəyə - nağıla çevrilmişdir. Öz estetik idealına həmişə 
sadiq  qalan  bir  ustad  kimi  tanıdığımız  ədib  belə  bədii 
zərurət  hallarında  folklordan,  nağıl  tərzindən  bəhrələnib 
vəziyyətdən məharətlə çıxır.‖ (Bax: Yenə orada, s.244.)  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
126 
Beləliklə,  ədəbi  tənqidin  müşahidələrindən  (Bəkir 
Nəbiyev,  Yəhya  Seyidov,  Yaqub  İsmayılov,  Yaşar 
Qarayev,  Əmin  Əfəndiyev  və  b.)  məlum  olur  ki,  yarım 
əsrdən  çox  yaradıcılıq  yolu  keçən  İlyas  Əfəndiyev  öz 
dərin  məzmunlu  əsərlərində  xalqımızın  keçdiyi  tarixi 
yolun  milli  həyatımızda,  məişətimizdə,  şüurumuzda, 
psixologiyamızda baş verən hadisələri işıqlandırmışdır.  
Bu prosesi görkəmli tənqidçi Yaşar Qarayev belə şərh 
edir:  ―İlyas  Əfəndiyev  əfsanə,  mahnı  və  nağıl  kimi 
qələmə  aldığı  ilk  hekayələrlə  nəsrə  gəlmişdir...  Özü  də 
―nağıl‖,  ―əfasnə‖  sözlərini  müəllif  zahirən  də  gizlətmir, 
onu  hətta  başlığa,  sərlövhəyə  çıxarır.  ―Sarıköynəklə 
Valehin  nağlı‖nda  belə  səciyyəvi  ―nağıl  ifadələri‖, 
təhkiyyə  və  kompozisiya  əlamətləri  də  vardır:  -  ―aldı 
Valeh, aldı Sarıköynək‖ və s. Sanki aşıq dastan danışır.‖ 
(Bax: Qarayev Y. Boy çiçəyinin ətri (ön söz). Əfəndiyev 
İ. ―Seçilmiş əsərləri‖, 6 cilddə,1 cild, Bakı, Yazıçı, 1984, 
s.5. – 364 səh.) 
Beləliklə  məlum  olur  ki,  yazıçının  əsərlərini  oxucuya 
sevdirən,  onu  xalqın  sevimli  sənətkarına  çevirən  əsas 
amillərdən  biri,  məhz  onun  xalq  yaradıcılığına  dərindən 
bələd  olması  və  ondan  yaradıcı  surətdə  bəhrələnməsidir 
ki,  bunu  da  ilk  dəfə  ədəbi  tənqid  üzə  çıxarmış, 
ədəbiyyatşünaslıq  isə  tədqiqatlarla  bu  istiqaməti  elmi-
nəzəri şəkildə sübuta yetirmişlər. 
Tanınmış  dilçi  alim,  akademik  Tofiq  Hacıyev  yazır: 
―İlyas  Əfəndiyev  yaradıcılığı  əsasən  milli  ədəbi 
ənənələrimizin  yeni  forma  və  məzmununda  davam  və 
inkişaf etdirilmişdir. Bədii əsərlərinin dili əfsanə, rəvayət, 
nağıl və dastanların leksikasından gələn üslubi çalarlarla 
zəngindir.  El  ədəbiyyatından  gələn  dərin  hikmət,  hər  bir 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə