Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə73/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   69   70   71   72   73   74   75   76   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
229 
əsərləri,  o  cümlədən,  indiyədək  heç  bir  kitabına 
düşməyən  hekayələri,  pyesləri  və  başqa  yazıları 
toplanmışdır və bu nəşrin ciddi uğurlarından biri də odur 
ki,  İlyas  Əfəndiyevin  ədəbiyyat,  sənət  haqqında 
məqalələri  ilk  dəfə  bir  yerə  toplanaraq  35  çap  vərəqi 
həcmində ayrıca  bir cild kimi (sonuncu  –  7-ci cild) nəşr 
olundu.  İlyas  Əfəndiyevin  virtual  aləmdə―  İlyas 
Əfəndiyev muzeyi‖ zəngin saytı yaradılmışdır. 
İlyas  Əfəndiyev  yalnız  bir  yazıçı  kimi  yox,  eyni 
zamanda, dövrün vulqar-sosioloji doqmalarına heç vəchlə 
yaxın  durmayan  və  əsərin  bədii-estetik  cəhətlərini  əsas 
götürən  tənqidçi  kimi  də  Azərbaycan  ədəbi  prosesində 
aktiv  iştirak  edirdi  və  onun  yeddi  cildlik  «Seçilmiş 
əsərlər»i əyani şəkildə göstərdi ki, İlyas Əfəndiyev yalnız 
milli  bədii  ədəbiyyatın  deyil,  ictimai  fikrimizin  də 
inkişafında mühüm xidmətlərə malikdir. 
Yeddicildliyi oxucular (yeni epoxa oxucuları!), böyük 
maraqla  qarşıladı,  ədəbi  tənqid  bu  nəşrləri  yüksək 
qiymətləndirdi və bir daha məlum oldu ki, yaradıcılığının 
böyük  əksəriyyəti  sovet  dövrünə  düşən  İlyas  Əfəndiyev 
böyük sovet yazıçısı yox, böyük Azərbaycan yazıçısıdır, 
onun  istisnasız  olaraq,  bütün  hekayələri,  romanları, 
povestləri  və  pyesləri,  hətta  məqalələri  sistemə, 
ideologiyaya yox, ədəbiyyata məxsusdur. 
İlyas  Əfəndiyev  bədii  əsərləri  ilə  ideologiyaya  yox, 
ədəbiyyata xidmət etmişdir və bu xidmət, bu çap olunan 
əsərlər 
də 
həmişə 
ədəbi 
tənqidimizin, 
ədəbiyyatşünaslığımızın  diqqətinin  mərkəzində  olmuş, 
məqalələr,  tədqiqatlar,  monoqrafiyalar,  dissertasiyalar 
yazılmışdır. 
Azərbaycan  ədəbiyyatının  təqribən  yarım  əsrlik  bir 
mərhələsində  öz  yaradıcılığı  ilə  ona  böyük  uğurlar 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
230 
qazandırmış  görkəmli  ədib,  xalq  yazıçısı  İlyas 
Əfəndiyevin  zəngin  irsi  haqqında  sanballı  elmi-tədqiqat 
əsərləri, onun zəngin həyat salnaməsi, eləcə də barəsində 
əsl  xatirələr  hələ  bundan  sonra  da  yazılacaq  və 
ədəbiyyatşünaslıq  elmimizdə,  tənqid  tariximizdə  öz 
layiqli yerini tutacaqdır. 
Onu  da,  bilirik  ki,  işimiz  nöqsansız  deyil.  Ola  bilsin 
ki,  elə  müəlliflərin  işi  olsun  ki,  nəzərimizdən  qaçmış,  ya 
da  əldə  edə  bilməmişik.  Buna  görə  onlardan  əvvəlcədən 
üzürxahlıq  diləyirik.  Əsəri  oxuyub  iradlarını  bildirən, 
məsləhət  və  göstərişlərini  verən  rəyçilərə,  kitabın 
redaktoruna, qələm dostlarımıza, həmkarlarımıza, bu işdə 
əməyi  və  zəhməti  keçən  hər  kəsə  təşəkkürümüzü 
bildiriririk. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitaba son söz əvəzi 
 
UNESCO-da İlyas Əfəndiyevin anadan olmasının 100 
illiyi qeyd edilib 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
231 
20 May 2014 [09:44] 
  
 Mayın  19-da  Azərbaycan  Respublikasının  UNESCO 
yanındakı  Daimi  Nümayəndəliyinin  təşkilatçılığı  və 
Mədəniyyət  və  Turizm  Nazirliyinin  dəstəyi  ilə  Parisdə, 
qurumun  mənzil  iqamətgahında  əsərləri  ilə  Azərbaycan 
ədəbiyyatını  zənginləşdirən,  XX  əsr  Azərbaycan 
ədəbiyyatının  görkəmli  simalarından  biri  -  yazıçı-
dramaturq  İlyas  Əfəndiyevin  anadan  olmasının  100 
illiyinə həsr olunan təntənəli tədbir keçirilib. 
 Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdən 
əvvəl  Azərbaycan  Respublikası  Baş  nazirinin  müavini 
Elçin Əfəndiyev UNESCO-nun baş direktoru xanım İrina 
Bokova ilə görüşmüşdür. 
 Söhbət zamanı E.Əfəndiyev Prezident İlham Əliyevin 
və  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev 
Fondunun  prezidenti,  UNESCO-nun  və  İSESCO-nun 
xoşməramlı  səfiri  Mehriban  Əliyevanın  səmimi 
salamlarını  baş  direktora  çatdırmış,  ölkəmizlə  nüfuzlu 
qurum arasındakı sıx əməkdaşlığı qeyd etmiş, bu əlaqələr 
sayəsində  Azərbaycan  ilə  bağlı  yaddaqalan  yubileylərin 
UNESCO-da  yüksək  səviyyədə  keçirildiyini  xatırlatmış, 
atasının  yubileyi  ilə  əlaqədar  yaradılan  şəraitə  görə 
İ.Bokovaya təşəkkür etmişdir. 
 Baş  direktor  səmimi  salamlara  görə  Prezident  İlham 
Əliyevə  və  Mehriban  xanım  Əliyevaya  minnətdarlığını 
bildirmiş,  UNESCO  ilə  Azərbaycan  arasında  müxtəlif 
sahələrdə, o cümlədən mədəniyyət, təhsil, səhiyyə və elm 
sahəsində  sıx  əlaqələrin  inkişafından  razı  qaldığını 
diqqətə  çatdırmışdır.  İ.Bokova  onun  da  salamlarını 
Azərbaycan  Prezidentinə  və  Mehriban  Əliyevaya 
çatdırmağı Baş nazirin müavinindən xahiş etmişdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
232 
 Yubiley  tədbirini  açan  Azərbaycanın  UNESCO 
yanında  daimi  nümayəndəliyinin  müvəqqəti  işlər  vəkili 
Anar  Kərimov  XX  əsr  Azərbaycan  ədəbiyyatında  həm 
yazıçı, həm də dramaturq kimi tanınan İlyas Əfəndiyevin 
100 illiyində iştirakına görə İrina Bokovaya təşəkkürünü 
bildirmiş və tədbirin proqramı barədə qonaqlara məlumat 
vermişdir. 
 İ.Əfəndiyevin  həyat  və  yaradıcılığı  ilə  bağlı  nümayiş 
etdirilən  sənədli  filmdə  yazıçı-dramaturq  Qarabağın  ən 
tanınan  və  böyük  hörmət  sahib  olan  nəsillərindən  və 
valideynlərindən,  uşaqlıq  illərindən,  valideynlərinə  görə 
Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  ədəbiyyat 
fakültəsində  təhsilini  yarımçıq  qoymasından,  gənclik 
dövrünün  çətinliklərindən  bəhs  etmiş,  rus  şair  və 
yazıçılarından A.Puşkinin, A. Çexovun, M.Lermantovun, 
İ.Turgenevin,  M.Qorkinin  əsərlərinin  mütaliəsinin  onun 
ədəbiyyata  gəlişində  böyük  rol  oynadığını,  Akademik 
Milli  Dram  Teatrı  ilə  50  ilə  yaxın  əməkdaşlıq  etdiyini, 
onlarla  pyesinin  teatrın  səhnəsində  oynanıldığını 
xatırlatmışdır. 
 Tədbirdə çıxış edən UNESCO-nun baş direktoru İrina 
Bokova nasir və  dramaturq  İlyas Əfəndiyevin öz  zəngin 
yaradıcılığına görə Azərbaycan ədəbiyyatında xüsusi yeri 
olduğunu,  onun  yoxluğunun  ədəbiyyatımız  üçün  bir  itki 
olduğunu  xüsusi  vurğulamış,  Azərbaycanın  Şərqlə  Qərb 
arasında 
yerləşməsinin 
müxtəlif 
mədəniyyətlərin 
yaxınlaşmasına xidmət etdiyini,  yazıçının  yaradıcılığının 
mənsub olduğu xalqın zəngin ənənəvi mədəniyyəti ilə sıx 
bağlı olduğunu bildirmişdir. O, Azərbaycanın birinci xa-
nımı,  UNESCO-nun  xoşməramlı  səfiri  Mehriban  Əliye-
vanın öz ölkəsinin mədəniyyətini tanıtmaq istiqamətində 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə