Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə71/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   67   68   69   70   71   72   73   74   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
222 
Beləliklə, məlum oldu ki, İlyas Əfəndiyev yaradıcılığı 
həmişə ədəbi-tənqidi fikrimizin diqqət mərkəzində olmuş 
və bu yaradıcılıq yüksək dərəcədə qiymətləndirilmişdir. 
 Tənqidçi-ədəbiyyatşünas 
Vaqif 
Yusiflinin 
bu 
baxımdan aşağıdakı fikirləri maraq doğurur: 
"İlyas  Əfəndiyev...  Bu  adı  xatırlamaq  kifayətdir  ki, 
ədəbiyyatımızın  son  60  ildə  keçdiyi  inkişaf  yolu  barədə 
düşünək,  geriyə  baxıb  bu  yolda  İlyas  Əfəndiyevin 
xidmətlərinin  danılmaz  olduğunu  yada  salaq.  Və  irəliyə 
baxıb  bu  böyük  sənətkarın  nəsillərə  yadigar  qoyduğu 
ədəbi  irsin  yaşarılığı  və  ölümsüzlüyü  qənaətinə  gələk. 
Biz, adətən, həyatdan nakam gedən sənətkarların itgisinə 
təəssüf  hissi  keçiririk,  yarımçıq  ömürlər,  yazılmamış 
əsərlər duyğulandırır bizi. Bəs, niyə uzun ömürlü (82 yaş) 
qocaman  İlyas  Əfəndiyevin  ölümü  bizi  bir  bu  qədər 
ağrıdır, göynədir? Başlıcası, ona görə ki, İlyas Əfəndiyev 
böyük yazıçı olduğu kimi, böyük də şəxsiyyət idi. Çünki 
İlyas  Əfəndiyev  kimi  şəxsiyyətlər  tez-tez  yetişmir." 
(Bax:"Ədəbiyyat qəzeti", 22 oktyabr 1999.) 
Tanınmış  şair  Vaqif  Bayatlı  Önərin  də  bu  fikri  ilə 
şübhəsiz razı olmamaq mümkün deyil: "Sizə deyim, İlyas 
Əfəndiyev...  ingilisin,  isveçin  olsaydı,  o  da  Nobel 
mükafatı  alardı."  (Bax:  "Haqq  yolu"  qəzeti,  27  oktyabr 
1999.) 
"Yazıçı  ömrü,  ədəbiyyat  tarixi"  adlı  məqalə  İlyas 
Əfəndiyev  haqqında  "Sən  həmişə  bizimləsən"  kitabına 
həsr  olunub.  Müəllif  bu  nəşri  yüksək  qiymətləndirərək 
yazır:  "Qələm,  sənət,  ədəbiyyat,  mədəniyyət  xadimləri, 
dostları  onu  "çağdaş  ədəbiyyatımızın  klassiki"  (Hüseyn 
Abbaszadə),  "indiki  zamanda  çıraqla  axtarılan  ziyalı" 
(Anar),  "...  dramaturgiyamızda  xüsusi  məktəb  yaradan, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
223 
40  ildən  çox  teatrlarımızın  repertuar  ağırlığını  çiynində 
daşıyan  misilsiz  korifey"  (Polad  Bülbüloğlu),  "əfsanə, 
möcüzə" (Ramiz Məmmədzadə), "el məhəbbəti qazanmış 
xoşbəxt sənətkar" (Mirvarid Dilbazi), "məhəbbətin ustad 
tərənnümçüsü"  (Kamal  Talıbzadə),  "zaman  çərçivəsini 
qırıb  parçalayan  nadir  yazıçılardan"  (Nəbi  Xəzri), 
"qüdrətli bir sənətkar, işıqlı bir ziyalı, bütün həyatı boyu 
yalnız və  yalnız sözünə, sənətinə  fanatik  bir  məhəbbətlə 
bağlı  nadir  bir  yazıçı"  (Cabir  Novruz),  "böyük 
sənətkarlardan 
biri 
və 
ən  görkəmlisi"  (Şəfiqə 
Məmmədova),  "xalqın  taleyində,  tarixində  xidmətləri  və 
izi  olmuş  bir  şəxsiyyət"  (Mövlud  Süleymanlı),  "millətin 
yaddaşına  ana  dili  ilə  birgə  həkk  olunan  insan,  böyük 
ədib,  unudulmaz  və  təkrarsız  dramaturq"  (Kamil  Vəli 
Nərimanoğlu) 
adlandırırlar."  (Bax:  ―Sən  həmişə 
bizimləsən‖ kitabına. Bakı, Gənclik, 1999.) 
Son  olaraq  onu  da  bildirək  ki,  rəsmi  şəkildə  1939-cu 
ildən  ədəbiyyata  gələn  müəllif,  ta  ölümünə  qədər  yazıb-
yaratmış,  qələmini  yerə  qoymamışdır.  Odur  ki,  İlyas 
Əfəndiyev  haqlı  olaraq  ədəbiyyatımızın  fəxri  sayılır. 
Təsadüfi  deyil  ki,  bu  gün  İlyas  Əfəndiyevin  nəsri, 
dramaturgiyası,  teatr  fəaliyyəti  barəsində  ədəbiy-
yatşünaslıqda  və  teatrşünaslıqda  yazılmış  məqalələri, 
resenziyaları,  esseləri,  bədii-publisistik  oçerkləri,  elmi-
tədqiqat  araşdırmalarını  bir  yerə  toplayıb  bir  ayrıca 
kitabxana  yaratmaq  mümkündür.  Belə  yazıların  sayı 
1000-i keçmişdir və maraqlısı, həmçinin vacibi budur ki, 
İlyas  Əfəndiyevin  zəngin  bədii  irsinin  öyrənilməsi  və 
tədqiqi hələ də davam edir və edəcəkdir… 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
224 
 
 
 
 
 
 
 
 
 
 
 
 
N Ə T İ C Ə 
  
 Müasir  Azərbaycan  ədəbiyyatının  inkişafında  böyük 
xidmətləri  olan  Azərbaycanın  xalq  yazıçısı,  Respublika 
Dövlət  mükafatı  laureatı  İlyas  Əfəndiyev  60  ilə  yaxın 
məhsuldar yaradıcılıq yolu keçmişdir. 
XX  əsr  sovet  dövrü  Azərbaycan  ədəbiyyatının  təməl 
daşlarını  qoyanlardan  biri  olan,  onun  inkişafında  böyük 
xidmətlər  göstərmiş  görkəmli  yazıçı  istər  nəsrimizin, 
istərsə  də  dramaturgiyamızın  zənginləşməsində  olduqca 
böyük  işlər  görmüşdür.  İndi  ədəbiyyatımızın  inkişaf 
yolunu  İlyas  Əfəndiyevin  yaradıcılığını  nəzərə  almadan 
təsəvvür etmək mümkün deyil.  
Azərbaycan  ədəbiyyatının  ön  sıralarında  duran,  onun 
inkişafında  fəal  iştirak  edən  İlyas  Əfəndiyev  milli  kökə, 
klassik mədəniyyətimizə möhkəm bağlı olan bir sənətkar 
kimi  dünya  ədəbiyyatının  ən  yaxşı  ənənələrindən 
bəhrələnmiş  və  respublikamızın  ədəbi-mədəni  həyatında 
fəal iştirak etmişdir. O istər dünya ədləbiyyatı klassikləri, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
225 
istərsə  də  müasir  yazıçılar  haqqında  çoxlu  məqalələr 
yazmış,  ədəbiyyatın  və  mədəniyyətin  müxtəlif  aktual 
problemləri  barədə  qiymətli  fikirlər,  nəzəri  mülahizələr 
irəli sürmüşdür. 
Görkəmli,  dünya  miqyasında  tanınmış  bəstəkar  Arif 
Məlikov olduqca düz müəyyənləşdirmişdir: 
"Müasir  Azərbaycan  mədəniyyətinin  Üzeyir  Hacı-
bəyov və Qara Qarayev, Fikrət Əmirov və Niyazi, Bülbül 
və  Rəşid  Behbudov,  Səttar  Bəhlulzadə  və  Fuad 
Əbdürrəhmanov,  Səməd  Vurğun  və  Rəsul  Rza,  Mirzə 
İbrahimov  və  İlyas  Əfəndiyev  kimi  korifeyləri  bir  çox 
şedevrlər 
yaratmışlar 
və 
bugünkü 
Azərbaycan 
mədəniyyət  qalaktikasını,  müasirlərimizin  daxili  aləmini 
bunlarsız 
təsəvvür 
etmək 
mümkün 
deyil.‖ 
(Bax:"Bakinskiy raboçiy", 10 iyun 1999.) 
Biz  gördük  ki,  ədəbiyyat  aləminə  ilk  addımını 
müvəffəqiyyətlə  atan  25  yaşlı  coğrafiya  müəllimi  İlyas 
Əfəndiyevin  ilk  kitabı  –  həmin  «Kənddən  məktublar»  – 
1939-cu  ildə  Azərbaycan  Dövlət  Nəşriyyatında  çapdan 
çıxdığı  vaxtdan  etibarən,  o  –  İlyas  Əfəndiyev  həmişə 
ədəbi  tənqidin  diqqət  mərkəzində  olub  və  bu  uzun  dövr 
ərzində  onun  yaradıcılığı  haqqında  yazılanlar  həcm 
etibarilə,  bəlkə  də,  onun  özünün  yazdıqlarından  da 
çoxdur.  
İlyas Əfəndiyev haqqında elə yalnız Azərbaycan mət-
buatında  yazılanları  xronoloji  bir  ardıcıllıqla  gözdən 
keçirdikdə,  haqsız,  vulqar  –  sosioloji  tənqidlərlə  də 
rastlaşsaq  da,  haqlı  iradlara  da  rast  gəlirik,  amma  bir 
həqiqət  gün  işığı  kimi  aşkardır:  bir  küll  halında  ədəbi 
tənqid  və  ümumiyyətlə,  ədəbi  ictimaiyyət  İlyas  Əfən-
diyev  yaradıcılığını  həmişə  yüksək  qiymətləndirmiş, 
onun XX əsr Azərbaycan ədəbiyyatında tutduğu məxsusi 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə