Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə67/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   63   64   65   66   67   68   69   70   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
210 
şəxsiyyətinə,  sənətkarın  ölməz  ruhuna  xalqın  böyük 
məhəbbətinin ifadəsidir.  
Göründüyü kimi, burada da müasir ədəbi mühitimizin 
cox  görkəmli  şəxsiyyətləri  iştirak  etmiş,  maraqlı  fikirlər 
söyləmişlər ki, bunun özü də ədəbi mühitin yazıçıya olan 
münasibətini, hörmətini, məhəbbətini, fikrini və qənaətini 
ehtiva edir... 
İ.Əfəndiyevin  nəsri  sovet  nəsrinin  şosioloji  şablon-
larını  dağıtdı,  sosialist  realizminin  estetik  ehkamları  ilə 
düz  gəlməyən,  xalq  həyatının  milli-mənəvi  mənafeləri 
baxımından  təcəssüm  etdirən  nəsr  təmayülü  yaratdı  və 
ədəbiyyatımıza  lirik-psixoloji  üslub  gətirdi.  Xalq 
yazıçısının dram əsərləri ilə yeni rejissor, aktyor, bəstəkar 
və  rəssam  nəsli  formalaşdı.  «İlyas  Əfəndiyev  teatrı»nın 
fəlsəfi-estetik və fikri-bədii təravəti bu gün də oxucuların 
və  tamaşaçıların  vətənpərvərlik  hissinin  və  estetik 
zövqünün formalaşmasına öz təsirini göstərir.  
 İ.Əfəndiyev  özünəməxsus  cəsarətlə  bədii  əsərlərində 
və  müsahibələrində  azadlığımızı,  milli  müstəqilliyimizi, 
xalq  həyatını  azərbaycançılıq  və  türkçülük  məfkurəsi  ilə 
təcəssüm  etdirərək  XX  əsr  Azərbaycan  ədəbiyyatının 
klassikinə çevrildi.  
 İ.Əfəndiyev  qüdrətli  şəxsiyyəti,  fenomenal  bütövlüyü 
və  zəngin  yaradıcılığı  ilə  müasirlərinə,  xüsusilə  ədib  və 
şairlərə, 
ümumiyyətlə 
ziyalılara 
milli 
sənətkar 
mədəniyyətinin  nümunəsini  göstərdi.  Onun  həyatı  və 
şəxsiyyətinin özü bütöv bir ədəbi-tarixi epoxadır.  
 
**** 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
211 
 İlyas 
Əfəndiyevin  şəxsiyyəti  və  yaradıcılığı 
ümummilli  liderimiz  Heydər  Əliyevin  görüşlərində  və 
nəzərində  həmişə  diqqət  mərkəzində  olmuş  ona  xüsusi 
rəğbət  bəsləmiş,  yüksək  və  dəyərli  fikirlər  söyləmişdi. 
Biz  yuxarıda  bu  məsələyə  yeri  gəldikcə  toxunsaq  da, 
burada bir az ətraflı danışmaq niyyətindəyik.  
 Ümummilli  lider  ədibin  bütün  yubileylərində  ona 
təbrik  məktubları  göndərmiş,  əsərlərini  oxumuş,  teatr 
tamaşalarına  getmiş  və  yerindəcə  onları  qiymətlən-
dirmişdi.  Böyük  liderin  yazıçının  şəxsiyyətinə  və 
yradıcılığına  verdiyi  böyük  qiyməti  təsəvvürə  gətirmək 
üçün  yazıçıya  ünvanladığı  məktublardan  birini  və 
tamaşadan sonra söylədiyi bir çxışını olduğu kimi təqdim 
edirik. 
Azərbaycanın  ədəbi  ictimaiyyəti  1994-cü  ilin  may-
iyun  aylarında  Xalq  yazıçısı  İ.Əfəndiyevin  anadan 
olmasının  80  illiyini  təntənəli  surətdə  qeyd  etdi. 
Ədəbiyyatın  inkişafında  xidmətlərini  nəzərə  alan 
müstəqil Azərbaycan Respublikasının Prezidenti yazıçını 
«Şöhrət»  ordeni  ilə  təltif  etdi.  Respublikamızın  sənət 
adamları  arasında  İ.Əfəndiyev  birinci  sənətkar  idi  ki, 
həmin ordenlə mükafatlandırılmışdı.  
Ulu  öndər  Heydər  Əliyev  cənabları  yazıçıya  göndər-
diyi  təbrik  məktubunda  ədibin  yaradıcılığına  yüksək 
qiymət verərək yazmışdı: «Sizi – Azərbaycanın görkəmli 
dramaturq  və  nasirini  80  illik  yubileyiniz  münasibətilə 
ürəkdən  təbrik  edirəm.  Dünya  mədəniyyətinə  ölməz 
dahilər  bəxş  etmiş  qədim  Odlar  yurdunda  xalqın 
məhəbbətini  qazanmaq,  sənət  zirvəsinə  ucalmaq  olduqca 
çətin  və  şərəflidir.  Siz  fədakar  əməyiniz  sayəsində  bu 
şərəfə nail olmuşsunuz. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
212 
Oxucuların  sevə-sevə  mütaliə  etdiyi  nəsr  əsərləriniz, 
Milli 
teatrımızın 
səhnəsində 
tamaşaya 
qoyulan 
pyesləriniz  bunu  parlaq  şəkildə  sübut  edir...  Sizin 
yaratdığınız  obrazlar  xalqımızın  övladlarına  mənəvi 
saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. 
Əminəm  ki,  müstəqil  Azərbaycanımızın  hələ  neçə-neçə 
nəsli  bu  zəngin  mənbədən  faydalanacaqdır».  (Bax: 
Əliyev  Heydər.  Səmimi  təbrik.  (Anadan  olmasının  80 
illiyi) //Azərbaycan. – 1994. - 26 may.) 
Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  İlyas  Əfən-
diyevin  "Hökmdar  və  qızı"  tamaşasına  baxdıqdan  sonra 
teatrın yaradıcı kollektivi ilə görüşdə çıxışı - Azərbaycan 
Milli Dram Teatrı, 20 sentyabr 1997-ci il.  
―Mən  ilk  əvvəl  belə  bir  əsəri  hazırlayıb  xalqa  çat-
dırdığınıza  görə  sizə  təşəkkürümü  bildirirəm.  İhsan  bəy, 
sizə  müraciət  edirəm,  buyurun,  Azərbaycan  mədəniyyəti 
ilə  tanış  olun.  (İhsan  bəy    Doğramacı  (1905-2010)  — 
Türkiyə  Cümhuriyyəti  Ali  Məktəb  Rektorları  Şurasının 
ilk  sədri,  dünya  şöhrətli  pediatr  olub.  Ulu  öndərin 
türkiyəli  yaxın  dostlarından  idi.
 
Kökən  olaraq  İraq 
türkmanlarındandır.
 
Dünyanın  bir  sıra  ölkələrinin  və 
beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış İhsan 
Doğramacı  2000-ci  ildə  Azərbaycanın  "İstiqlal"  ordeni 
ilə,  2005-ci  ildə  isə  Azərbaycanın  ən  ali  mükafatı  olan 
"Heydər Əliyev" ordeni ilə təltif olunub. 2000 və 2005-ci 
illərdə  İhsan  Doğramacının  80  və  85  illik  yubileyləri 
Bakıda qeyd olunub – J.Q.) 
İhsan  bəy  Doğramacı:  Bu  əsər  böyük  bir  tarixi  ta-
blodur  və  mən  inanıram  ki,  Allah-təala  Azərbaycanı 
əbədi müstəqil və payidar edəcəkdir. 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə