Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə69/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   65   66   67   68   69   70   71   72   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
216 
balaca  cəhd  göstərdi  və  demək  istədi  ki,  biz  o  vaxt 
Rusiyanın  tərkibinə  könüllü  daxil  olmamışıq  -  bu, 
könüllü olmayıb,  yəni özümüz  müraciət etməmişik. Ona 
nəsə  etmək  istədilər,  o  tərəf-bu  tərəfə  çəkdilər, 
cəzalandırmaq  istədilər.  Mən  ona  kömək  etdim.  Çox 
böyük alim olduğuna, özü də ikinci dünya müharibəsinin 
qəhrəmanı  olduğuna  görə  bəzi  xeyirxah  adamların,  o 
cümlədən mənim yardımımla, - o vaxt mən burada DTK-
ya  rəhbərlik  edirdim,  -  imkan  vermədim  ki,  ona  nəsə 
etsinlər.  Belə  bir  hal  olmuşdu.  Yəni  demək  istəyirəm  ki, 
hətta bu cür cəsarətli hallar da olurdu. 
Ona görə də indi heç kəsi günahlandırmaq lazım deyil. 
Amma  eyni  zamanda  bütün  vasitələrlə,  o  cümlədən 
mədəniyyət, ədəbiyyat, teatr vasitəsilə indi həqiqəti xalqa 
bildirmək  lazımdır.  Həqiqətin  xalqa  belə  çatdırılması 
daha təsirlidir, xalq bunu qavraya bilir. Yenə də deyirəm, 
böyük bir kitabı götürüb oxumaq, ondan nəticə çıxarmaq 
olar.  Amma  bu  o  qədər  də  asan  deyil.  Lakin  bunu 
ədəbiyyat  dili  ilə  yazıb  çatdırmaq,  sizin  kimi  çox  gözəl 
aktyorların  ifasında  bu  vasitə  ilə  xalqa  çatdırmaq  çox 
əhəmiyyətlidir.  Mən  əsəri  bu  baxımdan  çox  yüksək 
qiymətləndirirəm  -  həm  əsəri,  bu  faciəni,  həm  də  sizin 
əsərə  verdiyiniz  bu  quruluşu.  Çox  gözəl  yaratmısınız  - 
həm  aktyorlar,  həm  rejissorlar,  bütün  aktyor  ansamblı 
həddindən artıq gözəl ifa etdi. Mən sizi təbrik edirəm. 
Ancaq bu əsərin ikinci tərəfi də var. Bir var ki, bizim 
tariximizi  aydınlaşdırır,  amma  ikinci  tərəfi  bundan  da 
əhəmiyyətlidir.  Xalqımızda  vətənpərvərlik  yaradır, 
müstəqillik,  milli  azadlıq  hissiyyatlarını  beyinlərə  həkk 
etdirir, xalqımızı bu istiqamətdə tərbiyələndirir və əsasən 
gəncləri  tərbiyələndirir.  Bu  baxımdan  əsərin  aktuallığı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
217 
çox  böyükdür.  İndi  hər  bir  adam  bilsin  ki,  müstəqillik 
nədir və öz xalqının müstəqilliyini qorumayan adamların 
aqibəti  necə  olur.  Məsələn,  Cavad  xan  və  İbrahim  xan. 
Görürsünüzmü,  ikisi  də  bizim  xanlarımızdır.  Bu  nə 
deməkdir? Əsərin bir mənası da bundan ibarətdir ki, xal-
qımızı  elə  o  vaxt,  keçmiş  tarixi  dövrlərdə  də  bədbəxt 
edən içindəki çəkişmələr olub. Bu həqiqətdir ki, xanlar o 
vaxtlar 
bir-biri 
ilə 
çəkişməsəydilər, 
ədavət 
aparmasaydılar, bəli, iddiada olmasaydılar, biri o birisinə 
hörmət edib hamısı birləşsəydilər buna nail ola bilərdilər. 
Düzdür,  İbrahim  xan  bundan  çox  şikayətlənir  ki,  mən 
xanlıqları  birləşdirmək  istəyirəm,  amma  birləşmirlər. 
Əsərin bir yerində o deyir ki, xanlar qorxurlar ki, mən şah 
olaram. Bu da həqiqətdir. Çünki İbrahim xan da istəyirdi 
şah olsun, Kəlbalı xan, Cavad xan, Quba xanı Fətəli xan 
da,  Şəki  xanı  da  şah  olmaq  istəyirdi.  Bəli,  hər  biri 
istəyirdi  şah  olsun.  Ancaq  bunlar  bir  yerdə  olsaydılar, 
yığışıb hamısı desəydilər ki, gəlin bir nəfəri şah seçək və 
ona da itaət edək, əlbəttə ki, bu faciələrdən bəlkə də xilas 
olmaq  mümkün  olardı.  Amma  bunlar  olub-keçib. 
Xalqımız  qurbanlar  veribdir.  Görürsünüzmü,  İbrahim 
xanın həyatı nə qədər faciəlidir - oğlu və qızları ondan üz 
döndərdi, özü də öz səhvinin qurbanı oldu. 
Bilirsiniz,  bunlar  o  qədər  ibrətamizdir  ki!  Məsələn, 
İbrahim  xan  bizim  tariximizdə  məlumdur.  Bir  sıra 
yazıçılarımız  İbrahim  xanın  surətini  yaradıblar,  amma 
düzgün  verməyiblər.  Onları  da  günahlandırmaq  olmaz, 
çünki  onlar  da  həmin  o  ideologiyanın  təsiri  altına 
düşmüşdülər. Hətta "Vaqif" pyesində İbrahim xanın guya 
rus  padşahının  əleyhinə  olduğu  göstərilir.  Həmin  əsərdə 
o, Vaqifə deyir: "Vaqif, əlindəki o əsa nədir?" Cavabında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
218 
isə  Vaqif  deyir  ki,  "Rusiya  padşahı,  o  zülmkardan  - 
Yekaterinadan bir hədiyyədir". 
Yenə  də  İbarhim  xan  deyir:  "De,  sən  hara,  Rusiya 
hara, yoxsa satılmısan o kafirlara?". Bilirsinizmi, belə də 
yazılıbdır.  Ona  görə  də  bizim  xalqımızı,  millətimizi 
birləşdirmək  üçün,  bu  çəkişmələrə  son  qoymaq  üçün  də 
bu əsər çox ibrətamizdir. 
Bu çəkişmələr dünən də vardı, bu gün də var. 1988-ci 
ildən 
xalqımızın 
başına 
gələnlər, 
ermənilərin 
Azərbaycana  təcavüz  etməsi,  Dağlıq  Qarabağ  məsələsini 
qaldırması  nəyin  nəticəsində  oldu?  Azərbaycanın  içində 
gedən  çəkişmələrin  nəticəsində  oldu.  Əgər  o  vaxt 
Azərbaycan  xalqı  birləşsəydi,  hamı  bir  olsaydı, 
ermənilərin qarşısını almaq mümkün olmazdımı? 
Bunun  bir  qismi  mənim  həyatımla  da  bağlıdır.  Mə-
lumdur  ki,  mən  Moskvada  oturmuşdum  və  Azərbaycanı 
da müdafiə edirdim. Ancaq ermənilər bir tərəfdən, bizim 
Azərbaycandakı  bədbəxtlər  də  bir  tərəfdən  Heydər 
Əliyevi 
Kremldən 
kənarlaşdırdılar. 
Məni 
kənarlaşdırandan  20  gün  sonra  bu  hərəkat  başlandı,  üç 
aydan  sonra  Qarabağ  faciəsi  baş  verdi.  Məlumdur,  mən 
demirəm ki, çox şey edə bilərdim. Çox şey də etmişdim. 
Bu  Qarabağ  hadisələri  dəfələrlə  qalxmışdı.  Vaxtilə  mən 
və məndən qabaqkı insanlar da bunun qarşısını almışdıq. 
Almağa da imkanımız var idi. 
Bəs  nə  üçün  belə  oldu?  Çəkişmələr  nəticəsində.  İndi 
təsəvvür  edin,  1988-ci  ildə  faciə  başlayıbdır,  ermənilər 
iddia  qaldırıblar,  qərar  çıxarıblar  ki,  Dağlıq  Qarabağı 
Ermənistana birləşdirsinlər, Dağlıq Qarabağ Azərbaycana 
tabe  deyil.  Azərbaycana  Moskvadan  Vəzirovu  yeni 
rəhbər  göndəriblər.  O  bu  işlərlə  məşğul  olmaq  əvəzinə, 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə