Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə66/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   62   63   64   65   66   67   68   69   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
207 
Yeganə  yazıçı,  şəxsiyyət  idi  ki,  vəzifədən  uzaq 
qaçardı…‖ 
AYB-nin  katibi  Arif  Əmrahoğlu  İ.Əfəndiyevi  əsərləri 
ilə  ictimai  rəyə  təsir  göstərən  bir  yazıçı  kimi  sə-
ciyyələndirərək  onu  ədəbiyyat  hadisəsi  kimi  dəyərləndirdi: 
"İlyas Əfəndiyev heç vaxt özünü təkrarlamadı." 
Yazıçı-publisist  Nahid  Hacızadə  yazıçının  "Sən 
həmişə  mənimləsən"  əsərindən  Azərbaycan  insanının 
mənəvi  dünyasının  bayramı  kimi  söz  açdı,  radioya, 
televiziyaya xüsusi önəm verdiyini vurğuladı. 
Tənqidçi Vaqif Yusifli xatırlatdı ki, İlyas Əfəndiyevin 
əsərlərində  "boy  çiçəyi  obrazı  da  var,  bu  gül  heç  vaxt 
solmur,  ətrini  itirmir.  Bu  əbədiyaşarlığı  onun  əsərlərinə 
də şamil etmək olar". 
Şairlərdən  Hikmət  Mahmud,  Yusif  Həsənbəy, 
tədqiqatçı Gülhani Pənah,  yazıçının şəxsi həkimi olmuş 
Yusif  Əhmədov  İ.Əfəndiyevin  bənzərsiz  şəxsiyyətindən 
və yaradıcılığından bəhs etdilər. 
Tənqidçi Bəsti Əlibəyli qeyd etdi ki, İlyas Əfəndiyev 
zaman  çərçivəsində  yaşasa  da,  zamana  sığmadı,  öz 
müstəqilliyini  qorudu:  "O,  bizim  dramaturgiyamıza, 
nəsrimizə plastika gətirdi…" 
Sonda  xalq  yazıçısı  Elçin  bir  daha  İlyas  Əfəndiyev 
sənətini,  şəxsiyyətini  uca  tutanlara  ailələri  adından 
minnətdarlığını bildirdi: "Bu istiqanlı məclis mənim üçün 
çox əzizdi.  Ona  görə  ki, Yazıçılar  Birliyi bizim  yaradıcı 
insanların  mənəvi  evidi.  Kənddən  gəldiyi  ilk  gündən 
İlyas  Əfəndiyevin  ilk  aradığı  ünvan  Yazıçılar  İttifaqı 
olub, bura onun ikinci evi idi. Bura mənim özüm üçün də 
doğma  bir  yerdi.  Uşaqlıqda  atamla  birgə  gələrdim.  O 
zaman İlyas Əfəndiyevin otuz altı - otuz yeddi yaşı vardı. 
Mən  burada  ən  görkəmli  yazıçılarımızla  təmasda  olmu-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
208 
şam, bir yerdə işləmişəm. Bu gün o böyük insanların ha-
mısının  ruhu  şaddı.  Ona  görə  ki,  onlar  istedadlarının 
səviyyəsindən  asılı  olmayaraq  bir  yerdə  Azərbaycan 
dilini  yaşadırdılar,  Azərbaycan  insanının  düşüncəsini 
ifadə  edirdilər,  bugünkü  müstəqilliyimizdə  onların  da 
böyük  rolu  var…"  (Bax:  ―AzərTac‖-ın  məlumatı 
2009.05.27; ―Ədəbiyyat qəzeti‖, 2009.05.29.) 
 
                        **** 
Hər  bir  xalqın  tarixi  həmin  xalqın  yetişdirdiyi  ayrı-
ayrı  tarixi  şəxsiyyətlərinin,  sənətkarlarının  adı  ilə 
bağlıdır.  İlyas  Əfəndiyevin  əsərləri  bu  mənada 
Azərbaycan  tarixinin  bədii  salnaməsinin  bir  qoludur  və 
bu  qolda  yazıçı  oxuculara  bəxş  etdiyi  bədii  sənət 
nümunələrində  məxsus  olduğu  xalqın  milli-mənəvi 
dəyərlərinin  coğrafi  xəritəsinin  bədii  meridianlarını 
ustalıqla həkk etdi.  
XX  əsr  Azərbaycan  dramaturgiyası  və  nəsrinin 
inkişafında  əvəzsiz  xidmətləri  olan  xalq  yazıçısı  İlyas 
Əfəndiyevin  əsərləri  bu  gün  də  sevilə-sevilə  oxunur, 
tamaşaları  həvəslə,  maraqla  seyr  edilir,  ekrana  köçmüş 
əsərləri  milli  mənliyimizi,  tariximizi  yaşadaır  və  bizi 
özümüzə  qaytararaq  milli  yaddaşımıza,  varlığımıza, 
əbədiyaşarlığımıza xidmət edir.  
Bu gün xalq yazıçısı İlyas Əfəndiyevin adlını daşıyan 
Beynəlxalq  Fondu  Avropa,  Asiya,  Qafqaz  və  müsəlman 
dünyası ölkələrində yaşayan xalqların davamlı inkişafına 
yönəlmiş  bir  sıra  Məqsədli  Layihələr  həyata  keçirir, 
təhsil,  mədəniyyət,  sosial  və  digər  sahələrdə  mövcud 
humanitar  problemlərin  həllində  iştirak  edir.  Fondun 
fəaliyyəti geniş beynəlxalq ictimaiyyət tərəfindən tanınır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
209 
 Bir sıra dövlət və hökumət başçısının, ictimai xadim-
lərin,  o  cümlədən,  Litva  Respublikasının  prezidenti 
Valdas Adamkus, Bolqarıstan Respublikasının prezidenti 
Georgi  Pırvanov,  Sloveniya  Respublikasının  prezidenti 
Danilo Türk,  Türkiyə  Cümhuriyyətinin baş naziri  Rəcəp 
Tayyip  Ərdoğan,  Heydər  Əliyev  Fondunun  prezidenti, 
UNESCO  və  ISESCO-nun  xoşməramlı  səfiri,  millət 
vəkili  Mehriban  Əliyeva,  Macarıstanın  «Duna  TV» 
teleşirkətinin  prezidenti  Laslo  Çelenyi,  ABŞ-ın  Soft 
Computing  İnstitutunun  direktoru,  professor  Lütfi  Zadə, 
Moskva  Humanitar  Universitetinin  rektoru,  professor 
İqor  İlyinski  kimi  dünya  miqyasında  məşhur  olan 
şəxsiyyətlər, 
ictimai 
xadimlər 
İlyas 
Əfəndiyev 
Beynəlxalq  Mükafatına  layiq  görülmüş  və  onlar  bu 
mükafatı məmnuniyyətlə qəbul etmişlər... 
 
                          **** 
2014-cü  ilin  may  ayında  sevimli  xalq  yazıçımızın, 
respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq 
İlyas  Əfəndiyevin  anadan  olmasının  100  illiyi  tamam 
olur.  2013-cü  il,  noyabrın  20-də  Parisdə  UNESCO  Baş 
Konfransının  37-ci  sessiyasında  2014-2015-ci  illərdə 
qeyd  ediləcək  yubileylərin  siyahısı  təsdiq  edilib.  Həmin 
siyahıda  UNESCO-nun  2014-2015-ci  illərdə  qeyd 
ediləcək  yubileylər  siyahısına  Azərbaycanın  Xalq 
yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi də 
daxil edilmişdir.  
Azərbaycan  Respublikasının  Prezidenti,  cənab  İlham 
Əliyev  yazıçının  yubileyinin  keçirilməsi  ilə  bağlı  16 
yanvar,  2014-cü  il  tarixli  sərəncam  imzalamışdır.  Bu 
sərəncam eyni zamanda İlyas Əfəndiyevin yaradıcılığına, 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə