Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə68/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   64   65   66   67   68   69   70   71   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
213 
Heydər  Əliyev:  Mən  sizi  təbrik  edirəm.  Azərbaycan 
Dövlət  Dram  Teatrı  125-ci  mövsümünə  başlayıbdır. 
Allah bunu bizə qismət edibdir. Azərbaycan teatrının 100 
illik  yubileyini  sizinlə  birlikdə  təntənəli  surətdə 
keçirmişik,  bundan  sonra  25  il  yaşamışıq.  Doğrudur,  bu 
25  il  hamar  yol  olmayıbdır,  enişli-yoxuşlu,  çətin,  əzab-
əziyyətli keçibdir. Ancaq bizim çox böyük nailiyyətimiz 
ondan  ibarətdir  ki,  nəhayət,  Azərbaycan  xalqı  öz  dövlət 
müstəqilliyinə  nail  olubdur.  Bu  müstəqilliyə,  azadlığa 
görə  hər  bir  əzab-əziyyətə,  itkiyə,  hər  bir  qurbana  razı 
olmaq olardı. 
Çünki  Azərbaycanın  dövlət  müstəqilliyi  tarixi 
nailiyyətdir və çoxəsrlik tariximizdə bütün xalqımız üçün 
Allah  tərəfindən  göndərilmiş  bir  nemətdir.  Ona  görə  də 
mən  salonda  olarkən,  sizinlə  görüşərkən  keçən  25  ili 
xatırlayıram. 1973-cü ildə biz teatrın 100 illik yubileyini 
qeyd etdik, sonra da 25 il yaşadıq. 
Bu gün siz çox gözəl bir əsər təqdim etdiniz. Mən sizi 
bu  əsər,  bu  tamaşanız  münasibətilə  təbrik  edirəm.  Çox 
dəyərli və bu gün xalqımız üçün lazımlı əsərdir. Şübhəsiz 
ki,  biz  bu  gün  ilk  növbədə  əsərin  müəllifinin  -  böyük 
yazıçımız, 
dramaturqumuz 
İlyas 
Əfəndiyevin 
xidmətlərini  qeyd  etməliyik,  onun  xatirəsini  yad 
etməliyik. 
Belə başa düşürəm ki, bu onun son əsəri idi. 
İlyas  Əfəndiyev  Azərbaycan  teatrına  çox  böyük 
töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli 
əsərlər  yaradıbdır.  İlyas  Əfəndiyevin  yaradıcılığı  başqa 
cəhətlərlə  yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz 
əsərlərində  həm  Azərbaycan  xalqının  tarixinin  çox 
mühüm  səhifələrini  ədəbiyyat,  teatr  vasitəsilə  bugünkü 
nəsillərə  çatdırıbdır,  həm  də  öz  əsərlərində  müasir 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
214 
həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir 
edibdir.  Beləliklə,  xalqımızı  həm  tarixə  hörmət 
bəsləməyə  sövq  etmişdir  və  bu  barədə  xidmətlər 
göstərmişdir,  tarixi  bilmək  üçün  xalqımıza  yardım 
etmişdir, 
eyni 
zamanda 
yaşadığımız 
zamanda 
mənəviyyat,  əxlaq,  insanlıq,  Vətənə  və  millətə  sədaqət 
ruhunu  aşılamışdır.  Hesab  edirəm  ki,  xalqımız  bu 
əsərlərdən çox bəhrələnmişdir. 
Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün ya-
radıcılığını,  onun  yazdığı  əsərləri  böyük  minnətdarlıq 
hissi  ilə  xatırlayıram.  Hesab  edirəm  ki,  o,  xalqımız 
qarşısında  öz  borcunu,  daha  doğrusu,  öz  missiyasını 
şərəflə  yerinə  yetirmişdir,  xalqımıza,  mədəniyyətimizə, 
teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər 
qoyub  getmişdir.  Güman  edirəm  ki,  bunu  xalqımız  heç 
vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin 
xatirəsini  əbədiləşdirmək  üçün  qərarlar  da  qəbul 
edəcəyik,  şəxsən  mən  edəcəyəm,  çünki  o  buna  layiqdir. 
Belə  əsərlərlə  o,  onsuz  da  özünü  xalqın  qəlbində 
yaşadacaqdır. 
Onun  son  əsəri  -  bu  gün  sizin  təqdim  etdiyiniz  əsər 
həyatımız  üçün  çox  əhəmiyyətlidir.  Bu  gün  salonda  üç 
saatdan  artıq  vaxt  çox  tez  gəlib  keçdi.  Yəni  tamaşa  o 
qədər maraqlı, məzmunlu, mənalı idi, həm də siz hamınız 
o  dərəcə  gözəl  ifa  etdiniz,  salonda  oturanlara  bu  əsəri 
gözəl  çatdırdınız,  -  o  cümlədən  mənə  də,  -  heç  hiss 
etmədim ki, nə qədər vaxt keçibdir. Bu da ona görədir ki, 
birincisi - əsərin həsr olunduğu mövzu çox aktualdır, çox 
vacib  bir  mövzudur.  Bu  əsərlə  İlyas  Əfəndiyev  yeni  bir 
xidmət  edibdir,  bizim  tariximizin  o  dövrünü  açıb 
xalqımıza  göstəribdir.  Bunlar  indi  açılıbdır.  Tarixçilər, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
215 
bizim  salnaməçilər  bunları  düzgün  yazmağa  başlayıblar. 
Ancaq  bilirsiniz,  indi  hər  bir  adamın  o  tarix  kitablarını 
oxumağa nə imkanı var, nə vaxtı. Bir də ki, biri oxuyur, o 
birisi  oxuya  bilmir.  Bu  baxımdan  teatr,  kino  çox  təsirli 
bir  vasitədir.  Tariximizin  bu  dövrü  keçmişdə  təhrif 
olunubdur. Bunu siz bilirsiniz. Biz bu dövrü yaşamışıq. 
Bu  gün  mənim  əziz  dostum  İhsan    Doğramacıya 
danışırdım,  -  qonaqlardan  biri  soruşdu  ki,  keçmiş 
zamanlarda da belə bir pyesi tamaşaya qoymaq olardımı? 
Dedim,  ola  bilməzdi.  Çünki  o  vaxtlar  bunun  əksinə  olan 
mövzuda tamaşalar göstərilirdi. Təəssüflər olsun. Bu, heç 
kimin  günahı  deyil  -  nə  sizin,  nə  bizim,  nə  mənim,  nə 
onun.  Ümumiyyətlə,  yaşadığımız  dövrün,  o  dövlətin  və 
quruluşun  yaratdığı  vəziyyət  idi.  Ancaq  həqiqət  ondan 
ibarətdir  ki,  1964-cü  ildə,  siz  bilərsiniz,  Azərbaycanın 
Rusiyaya  könüllü surətdə  qatılmasının  150 illik  yubileyi 
təntənəli  qeyd  olundu.  Böyük  bayram  keçirdik,  ona 
böyük əsərlər həsr edildi. Bu da olub. 
Bilirsinizmi,  biz  gərək  indi  tariximizi  düzgün 
araşdıraraq,  heç  kimi  günahlandırmayaq,  günahkar 
axtarmaq  lazım  deyil.  Əgər  belə  olsa,  işlərimiz  yaxşı 
gedə  bilməz.  Keçmişdə  nə  olubsa,  olub-keçib.  Yenə  də 
deyirəm,  o  bayramı  edənlər  də  günahkar  deyillər.  Çünki 
onlar həmin quruluşa, həmin sistemə xidmət edirdilər. O 
quruluş  tarixi  də  başqa  cür  çatdırmışdı.  Əgər  bizdə 
sərbəstlik,  azadlıq,  demokratiya  olsaydı,  o  vaxt 
tarixçilərdən biri, ikisi, üçü, dördü götürüb yazsaydılar ki, 
bu belə deyil, bəlkə də bunların qarşısını almaq olardı. 
Amma  o  dövrdə,  o  sistemdə,  o  ideologiyanın  təsiri 
altında bunu etmək mümkün deyildi. Mən bunu bir dəfə 
demişəm.  Bir  neçə  il  ondan  sonra,  1968-ci  ildə  bizim 
böyük alimimiz, rəhmətlik akademik Ziya Bünyadov bir 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə