Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə70/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   66   67   68   69   70   71   72   73   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
219 
başladı hər yerdən material toplamağa ki, Heydər Əliyev 
Azərbaycanda  işləyəndə  nə  kimi  "günahlar"  edibdir.  O 
vaxt  Heydər  Əliyev  artıq  istefaya  getmiş  bir  adam  idi, 
Moskvada adi vətəndaş kimi  yaşayırdı. Nə istəyirdin sən 
bu Heydər Əliyevdən? Sən gərək o ermənilərlə mübarizə 
aparaydın. 
Amma  tək  bir  o  dövr  deyil.  Elə  sonrakı  illəri  -  1990, 
1991,  1992-ci  illəri,  1993-cü  ilin  iyun  ayını  xatırlayın. 
Dörd il bundan öncə Azərbaycanda vətəndaş müharibəsi 
qalxdı.  Nə  üçün?  Çünki  hakimiyyət  uğrunda  mübarizə 
gedirdi.  Necə  ki,  o  vaxtlar  xanlar  birləşə  bilmirdilər  ki, 
kim  şah  olacaqdır,  burada  da  o  dedi  ki,  Azərbaycanda 
mən  hakim  olmalıyam,  o  birisi  dedi  ki,  mən  olmalıyam, 
bir başqası dedi ki, yox, mən olmalıyam. Hərənin əlində 
bir  silahlı  dəstə,  biri  Gəncədən,  biri  Lənkərandan,  biri 
ordan,  biri  burdan  qalxdı,  Azərbaycanı  vurdular, 
dağıtdılar. Vətəndaş müharibəsi getdi. 
İndi  dörd  ildir  ki,  addım-addım,  necə  deyərlər,  qarış-
qarış yol gedirik ki, xalqımızı həmin vəziyyətdən çıxaraq. 
Bax,  bunlara  görə  də  mən  hesab  edirəm  ki,  bu  əsər  çox 
aktualdır.  Hesab  etmirəm  ki,  Azərbaycanda  bu 
çəkişmələrə son qoyulub, insanlar daha bunları unudublar 
və 
yenidən 
belə 
şeylər 
cücərməyəcək. 
Yox, 
Azərbaycanda təhlükə həmişə var. Ona görə də xalqımızı 
bundan sonra da bu təhlükədən qorumaq, birləşdirmək və 
həmrəy  etmək  üçün,  Azərbaycanın  bu  ağır  dövründə 
hamının  müstəqilliyimizi  qoruyub  saxlaması  üçün  bu 
əsərin  çox  böyük  əhəmiyyəti  var  -  həm  pyesin,  həm  də 
sizin bu səhnədə  yaratdığınız bu tamaşanın. Ona görə də 
çox  həyəcanlıyam.  Doğrusu,  əsər  haqqında  eşitmişdim, 
məzmununu  bilirdim,  lakin  bu  dərəcədə  təsəvvür 
etmirdim. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
220 
Bu  gün  çox  böyük  təəssüratlar  altındayam.  Hesab 
edirəm  ki,  bu,  bizim  mədəni  həyatımızda  çox  əlamətdar 
bir hadisədir. Bu əsəri geniş təbliğ etmək lazımdır. Bizim 
gəncləri  bu  tamaşaya  mütləq  göndərmək  lazımdır  - 
universitetlərdən,  məktəblərdən  gəlsinlər,  baxsınlar. 
Tamaşanı  tez-tez  qoymaq  lazımdır  və  çalışmaq  lazımdır 
bəstəkarı,  aktyorları  da  ictimaiyyətimizə  geniş  tanıdaq. 
Çox  gözəl  oynadınız.  Çox  sağ  olun,  təşəkkür  edirəm. 
Mən sizin hamınıza yeni-yeni uğurlar arzulayıram və çox 
məmnunam  ki,  mənim  dostlarım  da  burada  oldular, 
tamaşanı gördülər. 
İhsan  bəy  Doğramacı:  Mən  də  çox  həyəcanlandım. 
Əlbəttə ki, bu əsəri tez-tez təkrarlamaq lazımdır. Təklifim 
budur  ki,  tamaşanı  videolentə  çəkmək,  heç  olmasa  ayda 
bir  dəfə  televiziya  vasitəsilə  xalqa  göstərmək  lazımdır. 
Əsər  çox  mühüm  mövzuya  həsr  olunub,  Azərbaycanın 
müstəqilliyi baxımından çox ibrətamiz əsərdir. 
Polad  Bülbüloğlu:  Təklif  edirəm  ki,  tamaşa 
Türkiyəyə aparılsın, orada da göstərilsin. 
Heydər  Əliyev:  İhsan  bəyin  dediyi  ilə  Polad 
Bülbüloğlunun  təklifi  arasında  ziddiyyət  yoxdur. 
Azərbaycan  üçün  bu  tamaşanın  videolentə  çəkilməsi 
lazımdır. Ancaq mən salonda oturarkən fikirləşdim ki, bu 
mövzuda  tarixi  bir  kinofilm  yaratmaq  lazımdır. 
Doğrudur,  vaxtilə  biz  tariximizi  əks  etdirən  "Nəsimi", 
"Babək"  kimi  çox  gözəl  kinofilmlər  yaratmışıq.  O  vaxt 
vəsaitimiz  çox  idi,  indi  yoxdur.  Amma  mən  bu  barədə 
düşünürəm. Eyni zamanda bir videofilm çəkmək olar ki, 
bunu  vaxtaşırı  versinlər.  Ancaq  mən  hesab  edirəm  ki, 
İhsan  bəy  də  Türkiyədə  bizim  bu  böyük  tamaşamızı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
221 
təbliğ  edər,  Ankarada,  İstanbulda  göstərər.  Qoy 
görsünlər. 
Sağ olun, gecəniz xeyrə qalsın. (Bax: "Heydər Əliyev: 
Müstəqilliyimiz  əbədidir"  (çıxışlar,  nitqlər,  bəyanatlar, 
müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - 12 cild, 
Azərnəşr, Bakı - 2004, səh.156.) 
 Ulu  öndər  Heydər  Əliyevin  bu  tarixi  sözlərində 
Azərbaycan  mədəniyyətinə,  ədəbiyyatına,  keçilən  tarixi 
mərhələlərə,  milli  siyasi  özünüdərkə,  xüsusən  də  İlyas 
Əfəndiyev  yaradıcılığına  və  şəxsiyyətinə  aid  olduqca 
böyük  və  dəyərli  fikirlər  var.  Bu  fikirlər  əhatəsində  və 
işığında  İlyas  Əfəndiyev  yaradıcılığını,  ümumiyyətlə 
sovet  dövrü  ədəbiyyatını  yenidən,  irəli  sürülən 
metodologiyaya  uyğun  tərzdə  müasir  dövr  ədəbi 
tənqidində və  ədəbiyyatşünaslığında öyrənilməsi  mühüm 
əhəmiyyət kəsb edir. 
 
**** 
 
İ.Əfəndiyev  yaradıcılığı  öz  mənəvi  əsasları  ilə  qədim 
tarixə  malik  Azərbaycan  ədəbiyyatına  bağlı  olmuş,  onun 
əsərlərində  mifik  təfəkkürün,  folklor  ədəbiyyatının, 
klassik şairlərin, sənətkarların həmişəyaşar ruhu duyulur, 
milli kökə, milli qaynağa əsaslanmaqla, həm Azərbaycan, 
həm  də  dünya  ədəbiyyatının  ən  yaxşı  ənənələrinə 
müraciət də burada aşkar hiss edilir... 
 Bu  cəhətdən  də  İlyas  Əfəndiyevin  yaradıcılığı 
öyrənilib, ədəbi tənqiddə vurğulanıb və ədəbi tənqidin bu 
istiqamətdə  irəli  sürdüyü  ideya,  sonunda  tədqiqat 
mövzularına çevrilibdir. 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə