Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə74/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   70   71   72   73   74   75   76   77   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
233 
mühüm  layihələri  həyata  keçirdiyini  diqqətə  çatdırmış, 
Azərbaycanın  mədəniyyət  müxtəlifliyinin  dünyanın 
mədəni dəyərlərini zənginləşdirdiyini qeyd etmişdir. 
 Azərbaycanın 
maddi  və  qeyri-maddi  mədəni 
irslərinin  Ümumdünya  Mədəni  İrs  siyahısına  daxil 
edildiyini  xatırladan  İ.Bokova  keçən  ilin  dekabr  ayında 
Bakıda  keçirilən  Qeyri-Maddi  Mədəni  İrs  üzrə 
Hökumətlərarası  Komitənin  8-ci  iclasının  yüksək 
səviyyədə  təşkil  edildiyini  vurğulamış  və  buna  görə 
ölkəmizin daimi nümayəndəliyinə təşəkkür etmişdir. 
 Yazıçının  ailəsi  adından  çıxış  edən  Elçin  Əfəndiyev 
qonaqları  salamlayaraq  demişdir:  Mən  ilk  növbədə 
Azərbaycan hökuməti adından xanım İrina Bokova başda 
olmaqla 
UNESCO-nun 
bütün  əməkdaşlarına  öz 
təşəkkürümü  və  minnətdarlığımı  bildirmək  istəyirəm  ki, 
XX  əsr  Azərbaycan  ədəbiyyatının  klassiki  İlyas 
Əfəndiyevin  100  illiyini  bu  cür  yüksək  səviyyədə 
qurumun  böyük  salonunda  qeyd  edirlər.  Deməliyəm  ki, 
hörmətli  xanım  İrina  Bokova  İlyas  Əfəndiyevin 
yaradıcılığı  haqqında  burada  əsl  ədəbiyyatşünas  kimi, 
çox  ətraflı  danışdı.  Ona  görə  də  mən  İlyas  Əfəndiyevin 
yaradıcılığından  xüsusi danışmağa  ehtiyac  hiss etmirəm. 
Yalnız  onu  bildirmək  istəyirəm  ki,  İlyas  Əfəndiyevin 
yaradıcılığının 95 faizi və ondan da artığı sovet dövrünə 
təsadüf  edir.  Ancaq  onun  yaradıcılığı,  yazdığı  pyeslər, 
romanlar  və  hekayələr,  qələmindən  çıxan  əsərlər  qəti 
surətdə  sovet  ideologiyasına  yox,  əsl  ədəbiyyata  xidmət 
etmişdir. 
 Bir  məsələni  qeyd  etmək  istəyirəm  ki,  İlyas 
Əfəndiyev  sadəcə  olaraq  Sovet  İttifaqında  səviyyəli 
yazıçılar  arasında  çox  nadir  bir  hadisə  kimi  kommunist 
partiyasının  üzvü  də  deyildi.  Onun  əsərləri  Sovet 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
234 
İttifaqının  süqutundan  sonra  sovet  ədəbiyyatının  bir  çox 
generalları  kimi  unudulmadı.  Sovet  İttifaqı  ilə  bir  yerdə 
tarixin  səhifəsinə  çevrilmədi.  Bu  gün  müstəqil 
Azərbaycanda  əsərləri  teatrlarda  ən  çox  tamaşaya 
qoyulan  böyük  yazıçılardan  birincisidir.  Bu  günlər 
müstəqil  Azərbaycanın  nəşriyyatlarında  çap  olunan 
romanların,  hekayələrin, povestlərin, ümumiyyətlə, bədii 
əsərlərin  müəllifi  İlyas  Əfəndiyev  çox  az  yazıçılardan 
biridir  ki,  onun  əsərləri  böyük  tirajla  nəşr  olunur.  Bu 
günlər  müstəqil  Azərbaycanın  elm  xadimləri  onun 
əsərlərinə  yeni  gözlə  baxırlar.  Yazıçının  əsərləri  və 
yaradıcılığı  haqqında  çoxlu  sayda  dissertasiyalar, 
monoqrafiyalar və yeni kitablar çap olunur. 
 Ölməz  dramaturqun  əsərlərinə,  yaradıcılığına  və 
şəxsiyyətinə  hörmətin,  ehtiramın  ifadəsi  olaraq  müstəqil 
Azərbaycanın Prezidenti İlham Əliyev xalq yazıçısı İlyas 
Əfəndiyevin 100 illiyinin bayram edilməsi barədə xüsusi 
Sərəncam  imzalamışdır.  Qeyd  etmək  istəyirəm  ki,  on  il 
bundan  əvvəl İlyas Əfəndiyevin 90 illiyi ilə  əlaqədar  da 
Prezident İlham Əliyev Sərəncam imzalamışdı. 
 Yazıçının  90  illiyi  də  çox  yüksək  səviyyədə  qeyd 
olunmuşdu.  Müstəqil  Azərbaycan  dövlətinin  ən  çətin 
vaxtlarının  birində  -  1994-cü  ildə  Ümummilli  Lider,  o 
dövrdəki  Prezident,  unudulmaz  Heydər  Əliyev  İlyas 
Əfəndiyevin  80  illiyi  ilə  bağlı  xüsusi  bir  Sərəncam 
imzalamışdı.  O  vaxt  ki  çətin  dövrlərə  baxmayaraq 
Azərbaycanda  yazıçının  özünün  iştirakı  ilə  yubileyi 
təntənəli şəkildə qeyd olunmuşdu. Bu gün UNESCO kimi 
mötəbər  təşkilatda  İlyas  Əfəndiyevin  100  illiyi  qeyd 
edilir.  Mən  bu  fürsətdən  istifadə  edərək  bildirmək 
istəyirəm ki, müstəqil Azərbaycan ilə UNESCO arasında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
235 
çox  yüksək  səviyyəli  işgüzar  bir  münasibət  mövcuddur. 
Zəngin fəaliyyət UNESCO ilə Azərbaycanı birləşdirmək-
dədir.  Əlbəttə,  bu  münasibətlərin  yaranmasında  ilk 
növbədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-
nun  və  İSESCO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım 
Əliyevanın  xüsusi  xidmətlərini  qeyd  etmək  istəyirəm. 
Mehriban  xanımın  fəaliyyəti,  UNESCO-ya  bağlılığı, 
hörməti,  İrina  Bokova  ilə  şəxsi  əlaqələri  Azərbaycan  ilə 
UNESCO  arasındakı  münasibətlərin  inkişafında  mühüm 
rol oynamışdır. 
 Son  olaraq  İlyas  Əfəndiyevin  ailəsinin  bir  üzvü  kimi 
xanım İrina Bokova başda olmaqla UNESCO-nun bütün 
əməkdaşlarına  dərin  təşəkkürümü  və  minnətdarlığımı 
bildirirəm.  Əminəm  ki,  belə  nüfuzlu  təşkilatda  İlyas 
Əfəndiyevin 100 illiyinin bu cür təntənə ilə qeyd edilməsi 
zalda  əyləşən  nəvələrinin  və  nəticələrinin  xatirələrindən 
heç  vaxt  silinməyəcək  və  yaddaşlarında  əbədi  iz 
salacaqdır. 
 Sonda  Azərbaycan  incəsənət  ustaları  maraqlı  konsert 
proqramı ilə çıxış etmişlər. 
 Mərasim iştirakçıları İlyas Əfəndiyevin nəvəsi Günay 
Əfəndiyevanın  və  nəticəsi  Eldar  Salayevin  pianoda 
ifalarını böyük maraqla qarşılamışlar. 
 Yubiley 
mərasimində  UNESCO-nun  rəsmiləri, 
fransız  ictimaiyyətinin  nümayəndələri,  Azərbaycanın 
Fransada  və  Belçika  Krallığındakı  səfirləri,  təşkilatda 
akkreditə  olunan  diplomatik  korpusun  əməkdaşları, 
diasporamızın təmsilçiləri iştirak etmişlər. 
 Tədbirin  gedişi  zamanı  İlyas  Əfəndiyevin  həyat  və 
yaradıcılığı,  əsərlərindən  fraqmentlərlə  yanaşı  ölkəmizin 
tarixini, mədəniyyətini, təbiətini, turizm imkanlarını, xalq 
sənəti  nümunələrini  əks  etdirən  video  çarx  nümayiş 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə