Xaqan balayev 1 (Azərbaycan Milli Elmlər Akademiyası) GİRİŞ



Yüklə 213,92 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix15.03.2018
ölçüsü213,92 Kb.
#31494
1   2   3   4   5   6   7   8

316  

Xaqan Balayev 

göstərmək  qərara  alındı.    Noyabrın  27-  də  Qəvam    Cavidə  göndərdiyi 

teleqramda qoşun yeritməyə qərarlı olduğunu bir daha bildirdi. Noyabrın 28-də 

Moskva  İran hökumətinə müqavimət göstərməyi  tövsiyə etdi. 

İran  ordusu  bütün  hazırlıq  işlərini  görəndən  sonra  dekabrın  4-də 

Azərbaycana hücum etdi. Silah-sursatı alınaraq Sovet Azərbaycanına aparılmış 

Azərbaycan  ordusu  İran  ordusuna  müqavimət  göstərmək  iqtidarında  deyildi. 

Azərbaycan  rəhbərləri  Bağırov  vasitəsilə  Moskvadan  dəfələrlə  onlara  hərbi 

yardım göstərməyi xahiş etsələr də, sovet rəhbərləri bundan qəti imtina etdilər. 

Moskva  mətbuatında  Azərbaycandakı  böhran  İranın  sırf  daxili  işi  kimi  şərh 

olunurdu.  

Dekabrın 11- də İran ordusuna  bundan sonra silahlı müqavimət göstərməyin 

məqsədəuyğun olmadığı və hökumət qoşunlarının Azərbaycana daxil olmasına 

etiraz etməmək haqqında Stalinin göstərişi 

Pişəvəri 

başda 

olmaqla 


Azərbaycan  rəhbərlərinə  çatdırıldı.  Həmin  gün  Azərbaycan  Əyalət  Əncüməni 

müqavimətin  dayandırılması  və  İran  qoşunlarının  Azərbaycana  buraxılması 

haqqında qərar qəbul etdi  və Qəvama göndərdi. ADF rəhbərliyi ilə Azərbaycan 

üçlüyünün  keçirdiyi  fövqəladə  iclasın  qərarına  əsasən    Pişəvəri  ADF  sədri 

vəzifəsindən istefa verdi və Məhəmməd Biriya partiyanın müvəqqəti sədri təyin 

olundu. 


Dekabrın 14-də İran qoşunları Təbrizə daxil oldular. Əvvəlcədən yaradılmış 

hərbi-səhra məhkəməsi fəaliyyətə başladı. Bir neçə gün ərzində üç mindən çox 

adam  edam  edildi  və    güllələndi.  Minlərlə  insan  həbsxanalara  salındı.  Cənubi 

Azərbaycanın  hər  yerində  hərəkat  iştirakçılarına  və  onların  ailə  üzvlərinə  orta 

əsrlər  sayağı  işgəncələr  verildi,    qanlı  divan  tutuldu.  İranın  cənub  əyalətlərinə 

sürgün  edilən  8  min  azərbaycanlı  aclıqdan  və  xəstəlikdən  həlak  oldu.  Son 

nəticədə, qətlə yetirilənlərin sayı 30 mindən çox idi. Dekabrın 20 də İran ordusu 

bütün Azərbaycanı tutdu.  

Cənubi Azərbaycan xalqının növbəti istiqlal mübarizəsi milli qurtuluşa yox, 

milli faciəyə gətirib çıxardı. Məğlubiyyətin siyasi və geosiyasi səbəbləri vardı. 

                                                  

                   



Siyasi səbəblər 

 

 

Tarixi  hadisələrin  və  siyasi  proseslərin  obyektiv  tədqiqi  göstərir  ki,  böyük 

zəka  sahibi,  səriştəli  təşkilatçı  rəhbər  olan  Pişəvəri  və  silahdaşları  tapındıqları 

əqidə  və  amal  uğrunda  əzmlə  mübarizə  apararaq,  qısa  ömürlü  olsa  da  (xatirə 

yazan mühacirlərin təbirincə obrazlı olaraq “tez açılıb solan çiçək”), xalqı milli 

müstəqillik  yoluna çıxaran    dövlət qurmaqla  yanaşı, səhvlərə  də  yol  verirdilər 

ki, dünya siyasətinin ən mürəkkəb dövründə  ağır və ziddiyyətli dolanbaclardan 

keçən  hərəkatı  onlarsız  təsəvvür  etmək,  bəlkə  də,  qeyri-mümkün  olardı. 

Hərçənd ki, obyektiv şərtlərlə bərabər subyektiv amillər də özünü göstərirdi. 

Hərəkatı  təşkil  edən  qüvvələr  barədə    rəsmi  bəyanatlar  reallığı  tam  əks 

etdirmirdi. Əsrlərlə şah rejimindən əlavə yerli mülkədarların da əsarəti altında 



Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti... 

317 


əzilən və əsas etibarilə savadsız kəndli sinfindən ibarət olan Cənubi Azərbaycan 

əhalisinin  heç  də  hamısı  hərəkatı  dəstəkləmədiyi  halda,  hərəkat  liderlərinin 

“xalq” adından sovet postulatına uyğun istifadə edərək, onun vahid kütlə kimi 

demokratik hərəkata  qeyd-şərtsiz tərəfdar olduğunu iddia etməsi əsaslı deyildi  

(“Bütün xalq bizim arxamızdadır”, “Azərbaycan milləti yaşamaq üçün ölməyə 

hazırlanmışdır” və s.) Hərəkatın fəal iştirakçılarından olmuş Ə.  Haşimi yazır ki, 

“Azərbaycan Demokrat Firqəsinin məramnaməsində İranın sərhədləri daxilində 

Azərbaycana milli və mədəni muxtariyyət verilməsi tələbinin düzgün qoyulması 

cəmiyyətin  əksər  (kursiv  bizimdir  –  X.  B.)  zümrə  və  təbəqələrinin  arzularına 

cavab verirdi” (5, 36).1944-cü ilin may ayında Pişəvəri özü deyirdi ki, “Cənubi 

Azərbaycanda  kəndlilər  yoxsul  və  məzlumdurlar.  Onlar  demokratik  hərəkatda 

fəal iştirak etmirlər” (15, 23).  

Xatirə ədəbiyyatından yaşlı nəsillə gənc nəslin hərəkata münasibətinin fərqli 

olduğu  görünür.  Bəzi  atalar  övladlarını  hərəkata  qoşulmaqdan  çəkindirərək, 

rusların onlara axıradək arxa durmayacaqlarını söyləyirdilər. Evinin talan edilib 

dağıdılacağını  uzaqgörənliklə  duyan  bəzi  atalar  bunun  qarşısını  almaq  üçün  

fədai  övladlarından  öz  ailələrini  ata  mülkündən  çıxarmağı  tələb  edirdilər.  

Hərəkat iştirakçılarının, o cümlədən ADF üzvlərinin, əsas etibarilə, gənclərdən 

ibarət olması da deyilənləri təsdiq edir. 

Milli hökumət tərəfindən həyata keçirilən aqrar islahatı ziddiyyətli xarakter 

daşıyırdı.  Dövlət  torpaqları,  həmçinin,  milli  hökumətin  əleyhinə  çıxan 

mülkədarların  torpaqları  müsadirə  edilərək  kəndlilərə  paylansa  da,  torpaq 

üzərində  ali  mülkiyyət  hüququ    hökumətə  məxsus  idi.  Kəndlilərə  verilmiş 

torpaqları  onların  satmaq,  başqasına  və  ya  icarəyə  vermək    hüququ  yox  idi. 

Hərəkata  loyal  münasibət  göstərən  mülkədarların  torpaqlarına  toxunulmaması 

kəndlərin  bir  hissəsinin  torpaq  islahatından  kənarda  qalması  demək  idi  ki,  

bunun  da  dövlətçilik  baxımından    məntiqi  izahı  yox  idi.  1946-cı  ildə  Əyalət 

Əncüməninin  kəndlilərdən  dövlət  vergisindən  əlavə  mülkədar  bəhrəsi 

toplanması haqqındakı qərarı da narazılıq doğurmuşdu.  

Əsnaf  və  yüngül  sənaye  işçilərindən  ibarət  olan  azsaylı  və  siyasi  şüurca 

yetkinləşməmiş fəhlə sinfi hərəkatın aparıcı qüvvəsi olmaq iqtidarında deyildi. 

1945-ci  ilin  sonunda  ADF-nin  70  min  nəfər  üzvündən  yalnız  6  mini  fəhlə 

sinfinin  nümayəndəsi  idi.  Mitinqlər  zamanı  kütlə  psixologiyasının  təsiri  ilə  

özünü büruzə verən zahiri birlik keçici xarakter daşıyırdı. 

Cənubi Azərbaycan əhalisi sovet qoşunlarının İranın şimalını işğal etməsinə 

birmənalı münasibət bəsləməmişdi.   

Politoloq  Vilen  Lyuleçnik  “İkinci 

dünya  müharibəsinin  unudulmuş  səhifələri:  Sovet  İttifaqı  ilə  Böyük  Britaniya 

1941-ci  ildə  İranı  necə  işğal  etdilər”  adlı  məqaləsində  sovet  qoşunlarının 

tərkibində  İranda  olmuş  zabitlərlə  söhbətlərinə  istinad  edərək,  “əhalinin  bir 

hissəsinin  sovet  qoşunlarına  düşmən  münasibəti  bəslədiyindən”  yazır  (18). 

Sovet  qoşunları  Cənubi  Azərbaycana  girəndə  yalnız  mülkədarlar  və  sərvət 

sahibləri  deyil,  az-çox  varlı  olanlar  da  Cənubi  Azərbaycanı  tərk  edərək,  milli 



Yüklə 213,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə