Xaqan balayev 1 (Azərbaycan Milli Elmlər Akademiyası) GİRİŞ



Yüklə 213,92 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix15.03.2018
ölçüsü213,92 Kb.
#31494
1   2   3   4   5   6   7   8

318  

Xaqan Balayev 

hökumətin  potensial  düşmənlərinə  çevrilmişdilər.  Ziyalıların  bir  hissəsi  xalqın 

istiqlal mübarizəsi tarixini bildiklərinə görə Sovet İttifaqına inanmırdılar. 

Cənubi  Azərbaycanın    perspektivdə  Azərbaycan  SSR-lə  birləşməsinə  də 

münasibət birmənalı deyildi.    Milli hökumətin 21 Azər hərəkatının gedişində  

kəndlilərə  payladığı  torpaqların  Azərbaycan  SSR-lə  birləşəcəkləri  təqdirdə 

onlardan  alınaraq  kollektiv  təsərrüfata  qatılacağı  məlum  idi.  Otuz  səkkizinci 

ildə  zorla  İrana köçürülmüş on minlərlə adam   sovet rejiminin iç üzünə yaxşı 

bələd idi, 37-ci ilin müdhiş repressiyaları onların gözləri önündə baş vermişdi 

və  özləri  də  hər  cür  haqsızlıqlara  məruz  qalmışdılar.  Azərbaycan  SSR-in 

yüzlərlə vətəndaşının onlarla qohumluq əlaqələrinə görə  təqib olunduqlarından 

xəbərdar  idilər.  Bütün  bunlar    həmin  insanlara    Azərbaycan  SSR-ə  mənfi 

münasibət  bəsləməyə    (onların  arasında  İrana  yeridilmiş  sovet  casuslarından 

başqa)  əsas verirdi. 

Nəhayət,  din amilinin rolu  qeyd  olunmalıdır.  Cənublular  Azərbaycan  SSR-

də  zor  gücünə  allahsızlar  cəmiyyətinin  yaranması,  məscidlərin  sökülməsi,  din 

xadimlərinin  məhv  edilməsi,  quran  və  dini  kitabların  yasaq  olunması  barədə 

məlumata malik idilər, İrana köçürülənlər isə bunun şahidi olmuşdular. 1944-cü 

ilin  martında  Bakıda  Qafqaz  Müsəlmanları  Ruhani  İdarəsinin  açılması  da 

əksəriyyət  tərəfindən  şübhə  ilə  qarşılanmışdı.  ADf-nin  nizamnaməsində  dini 

azadlıq elan edildiyi halda, hərəkat rəhbərlərinə dini inam yasaq edilmişdi. Din-

darlığında davam edəcəyi təqdirdə nazir vəzifəsindən çıxarılacağı ilə hədələnən 

Biriya  ibadət  etməyi  tərgitmişdi  (15,  500).  Belə  faktlar  əhalidən  gizli  qala 

bilməzdi. 

Demokratik hərəkata rəhbərlik etmək üçün yaradılmış Azərbaycan Demokrat 

Firqəsi  mütərəqqi qüvvələri vahid cəbhədə birləşdirməklə yanaşı İranın unitar 

dövlət  quruluşunun  ləğvinə  aparan  siyasi  xəttinə  görə    ölkənin  bir  sıra  siyasi 

qüvvələrini, hətta İran Xalq Partiyasını (Tudəni) özünün əleyhdarına çevirmişdi. 

Bu istiqamətdə Moskva Tudə rəhbərliyinə güclü təzyiq göstərirdi. Azərbaycan 

Demokrat Firqəsi nə  ÜİK(b)P MK, nə də başqa kommunist və fəhlə partiyaları 

tərəfindən rəsmən tanınmamışdı (1). 

Siyasi  mübarizədə  qüvvələr  nisbətinin  düzgün  müəyyənləşdirilməsi  və 

nəzərə  alınması  kimi  zəruri  amili  sərf-nəzər  edən  Azərbaycan  liderləri  İranın  

bir  dövlət  kimi  hərəkata  qarşı  beynəlxalq  hüquq  prinsiplərinə  əsaslanan  ciddi 

arqumentlər qoya biləcəyini nəzərə almırdılar.  İran  dövlətinin əks tədbirlərini 

irəlicədən görüb, siyasi manevrlər etmək əvəzinə Pişəvəri Tehranda əyləşənləri 

dönə-dönə “axmaq” adlandırırdı: “Tehranın əhməqanə sözlərinə etina etmədən 

tutduğumuz yol ilə irəli getməkdəyik” (8, 358, 359 və s.). 

Hərəkat  aydın düşünülmüş və ardıcıl həyata keçirilən taktika və strategiyaya 

malik deyildi. Hərəkatın idarə olunmasında  Moskva,  Bakı və Təbriz arasında 

ziddiyyətlər  mövcud  idi.  Moskva  müəyyən  dövrdə  hərəkatın  qələbə 

qazanacağına  əmin  olmayaraq,  prosesi  əslində  dayandırmışdı.  1941-ci  ilin 

sentyabrından  başlayaraq  Sovet  Azərbaycanından  Cənubi  Azərbaycana 

göndərilən  və  1942-ci  ilin  martında  sayı    minə  çatan  müxtəlif  peşə  sahibləri  



Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti... 

319 


geniş  miqyaslı  siyasi  və  mədəni  iş  aparandan  sonra  Beriyanın  Bağırova 

teleqramına (30 mart 1942-ci il) əsasən geri çağırılmışdı – həmin ilin ortasında 

Cənubi  Azərbaycanda  cəmi  84  nəfər  qalmışdı.  Azərbaycan  dilində  çıxan 

qəzetlər bağlanmışdı.  

SSRİ-nin  Cənubi  Azərbaycana  münasibətdə  siyasəti  tədricən  1944-cü  ildə 

dəyişməyə başlamışdı. Zəbt olunmuş torpaqların almanlardan azad edilməsi və 

Sovet  Ordusunun  Avropa  ölkələrinin  sərhədlərinə  çıxması  Sovet  İttifaqının 

ekspansionist  cəhdlərini  qızışdırmışdı.  Amerika  və  İngiltərə  neft  şirkətlərinin 

İrandakı fəaliyyəti də Sovet rəhbərliyini İranın şimalındakı neft yataqlarını ələ 

keçirməyə  təhrik  edirdi.  İrandakı  sovet  qoşunları  hissələrində,  diplomatik 

təsisatlarda,  ticarət  nümayəndəliklərində  çalışmaq  üçün  Azərbaycan  SSR-dən 

Cənubi  Azərbaycana  yenidən  620  nəfərdən  çox  müxtəlif  profilli  mütəxəssis 

göndərilmiş,  Azərbaycan  dilində  qəzet  və  kitabların  nəşri  bərpa  edilmişdi  və 

proses Azərbaycan muxtariyyətinin elan olunmasına gətirib çıxarmışdı.  

Cənubi  Azərbaycandakı  hərəkata  bilavasitə  rəhbərlik  Moskvanın,  əsas 

etibarilə,  Bakıdan  irəli  sürülən  təkliflərə  əsaslanan  direktivləri  əsasında  M.  C. 

Bağırovun  rəhbərliyi  ilə  həyata  keçirilirdi. Təbrizdə icra  orqanı  kimi  ÜİK(b)P 

MK  Siyasi  Bürosunun  təsdiq  etdiyi  “üçlük”  –  M.  İbrahimov  (rəhbər), 

H.Həsənov və A. Atakişiyev fəaliyyət göstərirdilər. Ölkədə dövlət hakimiyyəti 

funksiyasını  yerinə  yetirən  ÜİK(b)P  MK  və  onun  Siyasi  Bürosunun  bəzi 

məqamlarda  tərəddüd  etdiyi  və  bir  sıra  qərarları  M.  C.  Bağırovun  təkidi  və 

çoxsaylı  müraciətlərinin  təsiri  ilə  qəbul  etdiyi  qeyd  olunmalıdır.  Bu  prosesdə 

sovet idarə üsulu, Stalin rejimi üçün  yolverilməz, qeyri-adi hesab edilə biləcək 

və  analoqu  olmayan  təzahür  baş  vermişdi  –  M.  C.  Bağırov  bir  dövlət  xadimi 

kimi  Moskvadan  fərqli  siyasət  yeridirdi.  O,  Qərbi  Ukrayna  və  Qərbi 

Belorusiyaya  aid  variantın  Cənubi  Azərbaycan  üçün  də  gerçəkləşdirilməsi 

vaxtının çatdığını düşünürdü.  1941-ci il sentyabrın 15-də Azərbaycan KP MK-

da  Cənubi  Azərbaycana  göndərilən  ilk  qrupun  qarşısında  çıxış  edərkən  Sovet 

İttifaqı rəhbərliyinin nəinki heç bir yazılı, hətta şifahi göstərişinə əsaslanmayan, 

əksinə,  həmin  vaxtadək  SSRİ  ilə  İran  arasındakı  nota  mübadilələrində  əksini 

tapmış hüquqi təəhhüdlərə zidd olan belə proqram irəli sürmüşdü: “Əgər bizdə 

bir  damla  azərbaycanlı  qanı  qalıbsa,  nə  zamansa  zorla  bir-birindən  ayrılmış 

xalqın birləşməsinə nail olmalıyıq... Bunun üçün bizim gücümüz və bacarığımız 

vardır...  Siz  bu  vəzifənin  öhdəsindən  gəlsəniz,  bu,  Azərbaycan  xalqının 

qarşısında  böyük  xidmətiniz  olacaqdır.  Əgər  siz  bu  vəzifənin  öhdəsindən 

gəlsəniz, iki yerə bölünmüş xalqın yüzillik arzusunu yerinə yetirmiş olacaqsınız. 

Bu, vicdan, sədaqət və sevgi məsələsidir” (14, 25-26). M. C. Bağırov bu siyasəti  

ardıcıl yeritmişdi. 1945-ci il dekabrın 31-də Təbrizə göndərdiyi məktubda ADF-

yə  “dünya  ictimai  rəyini  nə  istədiyimizə  -  muxtariyyət,  yaxud  ayrılmaq 

istədiyimizə hazırlamağı” (14, 203) tövsiyə edirdi. 

Pişəvəri  Bağırovla  bu  məsələdə  əvvəldən    həmrəy  idi  və  o  da  sonadək  bu 

ideyaya sadiq qalmışdı. 1945-ci  il  dekabrın  23-də  “Azərbaycan”  qəzetində  çap 

etdirdiyi  məqaləsində  yazırdı  ki,  “Biz  İran  istiqlal  və  tamamiyyətinə  dəfələrlə 



Yüklə 213,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə